Yeni Zellandiya
Təhsil və biznesin idarə edilməsindəki rahatlıq ölkənin fərqləndirici xüsusiyyəti olsa da, məşğulluq və məhsuldarlıq göstəriciləri ölkənin ümumi balını bir qədər aşağı salıb.
Avstraliya
Avstraliya investisiya, sahibkarlıq, təhsil və tibbi xidmət sahəsi üzrə yüksək nəticələr nümayiş etdirib. Lakin ölkənin balını əmək məhsuldarlığı və əmək haqqları ilə bağlı qiymətləndirmələr endirib.
Hollandiya
Hollandiya yüksək keyfiyyətli təhsil, infrastruktur və səhiyyə göstəriciləri qeydə alınsa da, investisiya sahəsində çatışmazlıqlar müşahidə edilib.
İsveç
Ölkə infrastruktur və baza xidmətləri səviyyəsinə, həmçinin biznes və siyasi etikaya görə fərqlənir. Ölkə həmçinin əmək haqqları ilə bağlı da yüksək nəticələrə sahibdir.
Danimarka
Danimarka investisiya istisna olmaqla, bir çox indekslər üzrə yüksək qiymətləndirilib.
İslandiya
Ölkə maliyyə sahəsinin inteqrasiyası istisna olmaqla, bütün istiqamətlər üzrə yüksək qiymətləndirilib.
İsveçrə
Ölkə xüsusi yüksək göstəriciləri əmək məhsuldarlığı üzrə əldə edib. Yerdə qalan digər istiqamətlər kifayət qədər yaxşı səviyyəsində qiymətləndirilib.
Lüksemburq
Lüksemburq səhiyyə, təhsil, icarə haqqı, həmçinin siyasi və biznes etikası ilə fərqlənib.
Norveç
İqtisadiyyatın cəmi 0,5% artımına baxmayaraq, vətəndaşların həyat səviyyəsi 2008-2019-cü illər ilə müqayisədə 10,6% artıb.
Son illər dünyanın inkişaf etmiş ölkələrində “Yaponlaşma” prosesi gedir. Bunu vaxtilə Yaponiya iqtisadiyyatında qeydə alınmış tendensiyaların bir sıra ölkələrdə təkrarlanması əsasında deyə bilərik.
Dostları ilə paylaş: |