13.İctimai rəyin mahiyyəti


Ailə strukturlarının tipologiyası



Yüklə 70,4 Kb.
səhifə14/36
tarix07.06.2022
ölçüsü70,4 Kb.
#60899
1   ...   10   11   12   13   14   15   16   17   ...   36
imtahan sualları

34.Ailə strukturlarının tipologiyası
Ailə strukturlarının tipləri rəngarəngdir və izdivacın, qohumluğun və valideyn olmağın xarakterindən asılıdır.
Monoqam izdivac - bu, bir kişinin bir qadınla nikahıdır. Bəşər tarixində monoqamiyaya poliqamiyadan - bir nəfərin bir neçə nəfərlə nikahından 5 dəfə az rast gəlinir. Həm də poliqamiya iki cür olur: poliginiya - bir kişinin bir neçə qadınla nikahı və poliandriya - bir qadının bir neçə kişi ilə nikahı.
Ailə qruplarının strukturlaşdırılması zamanı həm izdivac, həm də qohumluq sistemləri nəzərə alınırsa, nikahın (poliqamiyanın) ekzotik formaları meydana çıxır: fraternal poliandriya (bir neçə qardaşın bir qadınla nikahı) və sororal poliginiya (bir neçə bacının bir ərlə nikahı).
Ekzoqam nikahlar qrup nikahlarına aiddir ki, bu zaman ər və ya arvadı həmin qrupdarı kənarda, başqa nəslin üzvləri arasında axtarırlar. Endoqam nikahlar iki ekzoqam nəsildən ibarət olan tayfa daxilində bağlanır. Nikah nəsillərinin üzvləri arasında cinsi əlaqələrə qadağa tam aqamiya doğurur, qismən aqamiya isə müəyyən dövrdə müəyyən vaxt ərzində (məsələn, mövsümi işlər zamanı cinsi tabu əsasında) seksual münasibətlərdən çəkinmə ilə səciyyələnir. Bu terminologiyadan, adətən, ailə və nikahın mənşəyi məsələlərinin, həmçinin bəzi davranış problemlərinin müzakirəsi zamanı istifadə edilir və onlar qrup halında nikahı fərdi nikahdan fərqləndirməkdə yardımçı olur.
Ailə strukturlarının valideynlik-izdivac-qohumluq meyarları ilə müəyyənləşdirilən tipləri rəngarəngdir və ata, yaxud ana xətlərindən biri ilə bağlı hansısa xüsusiyyətləri ön plana çəkir. Bununla əlaqədar ailə və qohumluq etnososiologiyasında və ailə sosiologiyasında sosial və fizioloji atalıq, yaxud analıq fərqləndirilir. Buradan da ailə qruplarının patri - və ya matrilokalizasiyası əsasında patrilineal və matrilineal ailələr fərqləndirilir ki, bunlarda soyad, əmlak, sosial vəziyyətə vərəsəlik ya ata, ya da ana xətti üzrə olur.
Hakimiyyət meyarına əsasən ailə «dövlətinin» başçısının ata olduğu patriarxal və ən yüksək nüfuz və təsirə ananın malik olduğu matriarxal ailələr fərqləndirilir. Dəqiq fərqlənən ailə başçısının olmadığı, hakimiyyətin ata ilə ana arasında durumdan asılı olduğu hallarda eqalitar ailələrdən danışmaq olar.
Lakin ailədə hakimiyyət və nüfuzdan, qərarların birgə, yaxud avtoritar qəbulundan asılı olaraq, ailə strukturlarının daha çox saymı fərqləndirmək mümkündür. Belə ki, amerikalı sosioloq Morris Zeldiç ailənin bir nüfuz strukturunun və ərlə arvaddan birinin qərar qəbul etdiyi yuxarıda göstərilən tiplərindən başqa, ailə qərarlarının birgə müzakirə olunduğu partnyorluq ailəsini də fərqləndirir ki, ər daha üstün nüfuza malik olduğu halda, bu, ərin, arvad üstün olduğu halda isə qadının dominantlıq etdiyi ailə olacaqdır. Partnyorluğun sinkratik tipi ər-arvad bərabər nüfuza malik olduğu halda meydana çıxacaqdır. Bundan başqa, birdən çox nüfuz strukturuna malik ailələr də fərqləndirilir, həm də qərarların birgə müzakirəsi zamanı kollegial ailə yaranır, qərarın ər-arvaddan biri tərəfindən qəbul olunması isə avtonom ailə adlandırılır.



Yüklə 70,4 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin