13.İctimai rəyin mahiyyəti


KİV-lər ictimai rəyin formalaşmasının qüdrətli amilidir



Yüklə 70,4 Kb.
səhifə2/36
tarix07.06.2022
ölçüsü70,4 Kb.
#60899
1   2   3   4   5   6   7   8   9   ...   36
imtahan sualları

14.KİV-lər ictimai rəyin formalaşmasının qüdrətli amilidir
Məlumdur ki, ictimaiyyətin nümayəndələri öz rəylərini bildirmək üçün bir yerə toplaşa da bilər, toplaşmaya da bilər. İkinci halda ictimaiyyətin ayrı-ayrı nümayəndələri ictimaiyyətin digər nümayəndələri ilə ancaq kommunikativ əlaqələrdə ola bilərlər.
«İctimaiyyət ancaq kütləvi kommunikasiya vasitələri sayəsində daxili əlaqəsini saxlayır. Bu səbəbə görə kütləvi informasiya vasitələri üzərində nəzarət çox zaman ictimai rəy üzərində hakimiyyət deməkdir».
Kütləvi informasiya vasitələri öz fəaliyyətində ictimaiyyətin strukturunu və rəyini nəzərə almalıdır. Bu, mədəni fərqlərlə və heterogenliklə müəyyən olunur. Yekcins mədəniyyətli cəmiyyətdə uyğun, azfərqli maraqlara malik ictimaiyyət qərarlaşır. Adətən belə cəmiyyət submədəniyyətin az olması ilə səciyyələnir.
Submədəniyyətlərin çox olması ifrat qeyri-yekcins ictimaiyyət doğurur; belə ictimaiyyətin qrupları öz mənafelərinin ifadəsində və reallaşdırılmasında rəqabət aparan tərəflər kimi çıxış edirlər.
Məsələn, ictimaiyyətin bir hissəsi belə güman edir ki, büdcənin əhəmiyyətli hissəsi ekoloji problemlərin həllinə istiqamətləndirilməlidir, ikinci hissə belə hesab edir ki, vəsait milli sənayenin inkişafına sərf olunmalıdır, üçüncü hissə isə əmindir ki, vəsait daha çox Müdafıə Nazirliyinə ünvanlanmalıdır ki, Azərbaycanın ərazi bütövlüyü qorunub saxlanılsın, onun dünya meydanında nüfuzu güclənsin. Cəmiyyətin strukturu mürəkkəb olduqca bu və ya digər məsələnin həlli ilə bağlı olaraq, ictimaiyyət nümayəndələrinin tutduqları mövqelər də çox olacaqdır.
Demokratik idarəçilik formaları olan müasir cəmiyyətlərdə ictimai rəyin rolu getdikcə artmaqdadır. Bu, bir neçə vəziyyətlə şərtlənmişdir:
Birincisi, idarəedici təbəqənin yeritdiyi siyasətə ictimaiyyətin təsir göstərmək imkanları kəskin surətdə artır. Burada seçkilər, referendumlar, parlamentdə və ya hökumətdə təzyiq qrupları, vətəndaş itaətsizliyi aktları xüsusi qeyd edilməlidir.
İkincisi, demokratik cəmiyyətlər kütləvi informasiya vasitələrinin çoxşaxəli sisteminə malikdir. Bunlardan bir çoxu alternativ nöqteyi-nəzərləri müdafiə edir. Bunun sayəsində ictimaiyyət cəmiyyətdə baş verən bütün hadisələr barəsində dərhal informasiya ala bilir. Bu halda cəmiyyətin əksər üzvlərində məlum hadisələrə və hakimiyyətin qəbul etdiyi qərarlara münasibətdə sabit mövqe formalaşır.
Üçüncüsü, demokratik cəmiyyətlərdə liderlərin irəli sürülməsi ictimai rəy dalğasında baş verir. Əgər lider ictimai rəyin dəyişilməsindəki ümumi meylləri qavramışdırsa, onun siyasətini ictimaiyyətin müxtəlif nümayəndələri, sonra həm də siyasi xadimlər müdafıə etməyə başlayacaqlar.


Yüklə 70,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin