13.İctimai rəyin mahiyyəti


Təbliğatın ictimai rəyə təsir imkanları



Yüklə 70,4 Kb.
səhifə5/36
tarix07.06.2022
ölçüsü70,4 Kb.
#60899
1   2   3   4   5   6   7   8   9   ...   36
imtahan sualları

17.Təbliğatın ictimai rəyə təsir imkanları
lk növbədə ən böyük məhdudiyyət kimi rəqabət aparan təbliğatı qeyd etmək olar. Əgər dövlət təbliğat üzərində inhisara malikdirsə (məsələn, totalitar rejimlərdə olduğu kimi), ictimaiyyətin hər bir üzvü üçün alternativ rəyə - rəsmi rəydən, nöqteyi-nəzərdən fərqli olan rəyə yiyələnmək olduqca çətindir. Bu şəraitdə rəsmi təbliğat başqa rəyləri sıxışdırır, zəruri faktları özü üçün əlverişli şəkildə təqdim edir. Demokratik siyasi sistemlərdə həmişə müxtəlif, fərqli nöqteyi-nəzərləri qəbul etmək imkanları mövcuddur. Başqa sözlə, belə sistemlərdə alternativ nöqteyi-nəzərləri müdafiə edən bir neçə təbliğat «ocaqları» fəaliyyət göstərir. Rəqabət mübarizəsində bu tərəflər hüquqi və mənəvi baxımdan bir-birinə məhdudlaşdırıcı şərtlər irəli sürürlər ki, bunlar da nəzarətsiz təbliğatı qeyrimümkün edir. Deməli, bir-biri ilə rəqabət aparan müxtəlif tərəflərin müdafiə etdikləri mövqelər spesıfik mühit yaradır; bu mühitdə fərqli mövqelərlə tanışlıq və seçim imkanları daha genişdir. Hazırda Azərbaycan mətbuatı ilə tanışlıq dediklərimizi sübut edir. Burada nə qədər rəngarənglik olsa da, iqtidar yönümlü və müxalifət yönümlü mətbuatı ayırd etmək mümkündür («Azərbaycan», «Xalq qəzeti» və «Müsavat», «Azadlıq» qəzetlərini müqayisə etmək kifayətdir). Əlbəttə, tam əks mövqedə dayanan mətbuat orqanlarla yanaşı az və ya çox dərəcədə fərqli mövqedə dayananlar da vardır.
İkincisi, ictimaiyyət nümayəndələrinin nəzərində təbliğatçılara inam bir çox cəhətdən informasiyadan və onun verilməsi üsullarından asılıdır. İctimaiyyətə təqdim olunan faktlar əhəmiyyətli dərəcədə ümumən qəbul edilən rəydən və real gerçəklikdən kənara çıxırsa, gərginlik yaranır. Bu gərginlik təbliğatı həyata keçirənlərə qarşı çevrilə bilər. Belə məhdudiyyətlər olduğu təqdirdə təbliğat aparan tərəfın nümayəndələri sosioloji tədqiqatların köməyi ilə insanların psixologiyasını bilməyə, ictimai rəyi daim izləməyə əsaslanan incə strategiyalar tətbiq etməlidirlər. Üçüncüsü, müxtəlif təbəqələrin təhsilindəki fərqlər onunla nəticələnə bilər ki, təbliğatçıların səyləri ancaq yüksək təhsilli təbəqələrə, yaxud da əksinə, ancaq aşağı təhsil səviyyəli sosial qruplara çatacaqdır. Belə hallarda təbliğatçılıq kampaniyalarını həyata keçirən şəxslərin sintetik strategiyalar yaratması zəruridir; bunlar ictimaiyyətin müxtəlif təhsil səviyyəsinə malik nümayəndələri üçün nəzərdə tutulmalıdır. Başqa sözlə, təbliğat daha uğurlu nəticələr əldə etmək üçün təhsil baxımından cəmiyyətdəki diferensiasiyanı nəzərə almalıdır.
Dördüncüsü, ictimaiyyətin müxtəlif nümayəndələrində etiqadlar və dəyərlər sistemi təbliğatçılıq səylərini məhdudlaşdırır. Belə ki, adamların xeyli hissəsi, müxtəlif sosial qrupların nümayəndələri müxtəlif normalar və dəyərlər sistemlərinə malik olmaqla, təbliğatçıların fəaliyyətini tənqidi surətdə təhlil edirlər. Təbliğatçılıq kampaniyalarını həyata keçirərkən yadda saxlamaq lazımdır ki, submədəniyyəti dərhal, tezliklə dəyişdirmək mümkün deyildir. Ona görə də təbliğat sahəsindəki səylər mövcud sərvətlər sisteminə uyğunlaşmaq məcrasına yönəldilməlidir. Bu halda təbliğatçılıq məharəti qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ictimaiyyət nümayəndələrinin mövcud ustanovkalarını məharətlə şərh etməkdən ibarətdir.



Yüklə 70,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin