2. Dünyanın müasir siyasi xəritəsinin formalaşması mərhələsi İtaliyanln sənayesinin ümumi xarakteristikası



Yüklə 38,92 Kb.
səhifə1/5
tarix01.01.2022
ölçüsü38,92 Kb.
#50316
  1   2   3   4   5
disc 828


Sumqayıt Dövlət Universiteti

Ad: Xəqani

Soyad: Tarverdiyev

Fakültə: Tarix və Coğrafiya

Qrup: 828

Kafedra: Coğrafiya və onun tədrisi metodikası

Müəllim: Vəliyev Allahverdi

Suallar: 1. Sənaye obyektlərinin yerləşdirilməsinin ətraf mühitə təsiri

2. Dünyanın müasir siyasi xəritəsinin formalaşması mərhələsi

3. İtaliyanln sənayesinin ümumi xarakteristikası

4. Finlandiya iqtisadiyyatının aparıcı sahələri

5. Macarıstanın qısa inkişaf tarixi və müasir idarəolunma sistemi

1. Sənaye obyektlərinin yerləşdirilməsinin ətraf mühitə təsiri

Antropoloji faktorların neqativ təsiri nəticəsində, ətraf mühitin çirklənməsi istiləşməyə səbəb olmuşdur. Əsas təhlükə atmosferdə və digər texnogen qazların artmasıdır. Atmosferdə CO2-nin miqdarı 1880-ci ildə 0,029 % olduğu halda, hazırda 0,03456 %-ə çatmışdır. Karbon qazının atmosferdə normadan çox artması "parnik effekti" ilə nəticələnə bilər.



Bu Yerlə Kosmos arasındakı istilik mübadiləsi prosesinin pozulmasına gətirib çıxarar. İstilik effektinin əmələ gəlməsində başqa amillərlə (səhralaşma, təbii qazların yaranması və s.) yanaşı, sənaye müəssisələrinin ətraf mühitə buraxdığı tullantılar xüsusi əhəmiyyət daşıyır. Sənaye sahələri arasındakı çirkliliyə görə birinci yeri metallurgiya sənayesi (34 %), sonrakı yerləri müvafiq olaraq energetika sahəsi (27 %) və qaz sənayesi (7 %) tutur. Məqalədə konkret çirklənmə mənbələri istehsal prosesi zamanı əmələ gələn müxtəlif tullantı məhsulları nəzərdən keçirilir və müqayisəli şəkildə təhlil edilir. Respublikanın sənaye obyektlərindən atmosferə atılan istixana qazları, digər tullantı məhsullarının azaldılması yolları barədə tövsiyyələr edilir. İstehsalat müəssisələrinin müasir tələblərə cavab verən avadanlıqlarla təmin edilməməsi, köhnə qaz toz tutucu qurğularla işləməsi, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan kimi iri sənaye şəhərlərinin istehsal sahələrində quraşdırılması qurğu və avadanlıqların fiziki-mənəvi cəhətdən yararsız olması çirkləndirici maddələrin tam zərərsizləşdirilmədən atmosferə atılması ilə nəticələnir. Sənayedə əmələ gələn bərk və maye tullantılarının tərkibində canlı orqanizmlərə toksiki təsir göstərən maddələr vardır. Məsələn, metallurgiya sənayesi tullantılarında əlvan və ağır metal duzları, maşınqayırma sənayesi tullantılarında sionidlər, arsen birləşmələri, berillium, plasmas və süni ipək istehsalında benzol, fenol, kağız-selliloz istehsalında metanol, seipidar, fenol , qazanxana qalıqları, toxuculuq, gön-dəri müəssisələrində, sintetik fəal maddələrin istehsalında alkil-sulfat, sulfanol, bəzi yuyucu-dezinfeksiyaedici maddələr əmələ gəlir.1 ton çuqun hazırlanarkən 4,5 kq toz: 2,7 kq kükürd qazı: 0,1-0,5 kq manqan, həmçinin arsen, fosfor, qurğuşun, civə, sürmə: nadir metallar və qətranlı maddələr, 1 ton marten poladından 3000-4000m3 qaz, 60 kq dəm qazı və 3 kq kükürd qazı ayrılır. Qara metallurgiya sənayesi ümumi çirklənmənin 15-20 faizini təşkil dir. İl ərzində 1 mln.ton məhsul istehsal edən qara metallurgiya zavodu atmosferə 350 ton/sutka toz, 200 t/sutk kükürd anhidridi, 400 t/sutk karbon oksidi və 42 t/sutk azot oksidi atır. Metallurgiya müəssisəsində çoxlu miqdarda tullantı (domna qazı və koks qazı) əmələ gəlsə də, onun cəmi 34 %-i utilizə edilir və ya zərərsizləşdirilir, qalanı ətraf mühitə yayılaraq atmosferi korlayır. Maşınqayırmada 1 ton metaldan 260 kn tullantı yaranır ki, bunun da 50 %-i xammalın işlənməsi zamanı ayrılır. Hər il atmosfer havasının çirklənməsi nəticəsində onun tərkibindəki karbon oksidi, kükürd və azot birləşməsi, karbohidrogen və sənaye tozlarının qatılığı artır. İl ərzində atmosferə 200 mln. ton karbon oksidi, 20 mlrd. tondan artıq karbon dioksidi, 150 mln. ton kükürd dioksidi, 53 mln. ton azot oksidi, 250 mln. tondan çox toz, 120 mln. ton kül, 50 mln. tondan artıq müxtəlif karbohidrogenlər atılır. Havasının çirklənmə səviyyəsi yüksək olan Azərbaycanın iri şəhərləri insan sağlamlığı üçün çox təhlükəli hesab edilir. Havanın keyfiyyəti 8 şəhərdə yoxlanılmış və kükürd dilksid, azot oksidi, dəm qazı, sülb hissəcikləri, tüstü, hidrogen-flüor və başqa birləşmələrin qalıqlarının miqdarı müəyyən olunmuşdur. Onların arasında 5 şəhərin - Sumqayıt, Bakı, Gəncə, Şirvan və Mingəçevirin payına atmosferə atılmış bütün zərərli maddələrin 96 %-i düşür. Respublikamızda Ən böyük sənaye sahələri neftçıxarma və neftayırmadır. Sənaye tullantılarının çoxu bu profildən olan müəssisələrdə əmələ gəlir. Tullantıların tərkibi və əmələgəlmə səbəbləri müxtəlifdir.Sıxıcı kompressorlar çatışmadığından neftlə yanaşı çıxarılan xeyli qaz atmosferə buraxılır. Neft qazlarını toplayan sistemlərin yararsızlığı böyük itkilərə səbəb olur. Bu sistemlərin sıradan çıxması problemi daha da ağırlaşdırır. Yeni texnologiyanın tətbiqi isə problemi xeyli azaldır. Məsələn, 1995-ci ildə Bakıda neftçıxarma sənayesindən havaya buraxılan uçucu orqonik hidrokarbonatın miqdarı 500 min ton olmuşdursa, 1996-cı ildə aşağı təzyiqli qaz emal edən kompressor stansiyası işə salındıqdan sonra havaya atılan qaz 200 min tonadək azalmışdır. Tullantı məhsullarının təkrar istehsala cəlb olunması da problemin kəskin azalması ilə nəticələnmişdir. Məsələn, 1 ton xam malın təkrar istehsalı hesabına atmosferin çirklənməsini 86 %, tullantı məhsullarının həcmini isə 97 % azaltmaq mümkündür. Son illər məhsul istehsalındakı artımlar ətraf mühitə, xüsusilə atmosferə və suya atılan tullantılarda özünü göstərir. Belə ki, inqrediyentlər üzrə stasionar mənbələrdən havaya buraxılan çirkləndirici maddələr 2001-ci ildə 425,9 min ton təşkil edib ki, onun da 391,8 min tonu qaza oxşar və maye tullantılardan,15,5 min tonu kükürd antihidridindən, 24,2 min tonu azot 4 oksiddən, 25,4 min ton dəm qazından ibarətdir. Qeyd edək ki, respublika üzrə stansionar mənbələrdən 425,9 min ton çirkləndirici maddə atmosferə atılmışdır. Onun 331,4 min tonu paytaxtın, 32,3 min tonu Sumqayıtın, 4 min tonu Gəncə, 4 min tonu Şirvanın, 15 min tonu Mingəçevir, qalan 4 min tonu isə digər şəhər və rayon müəssisələrinin payına düşür.Göstərilən səbəblərdən başqa, atmosferdə yaranan istixana effektini intensivləşdirən amillərdən biri də istilik elektrik stansiyalarıdır. İstilik elektrostansiyalarında yanacağın yanmasından alınan istilik enerjisinin 50-55 %-i ətraf mühitə daxil olaraq istiləşmə prosesini daha da artırır. "Azneftkimyamaş" dövlət şirkətinin timsalında problemin mahiyyətini şərh edək. Bu şirkətin 13 iri sənaye müəssisəsini özündə birləşdirən nəhəng istehsalat vahidlərindən biridir. Əsasən neftçıxarma sənayesi üçün qaldırıcı-qazma avadanlıqlarını istehsali ilə məşğuldur. Şirkətə daxil olan zavodların istehsal prosesindən ayrılan tullantı və axıntılarının tərkibi mənşəyinə görə, neft məhsulları, qələvi, turşu, müxtəlif karbohidrogenlər, digər üzvi və qeyri-üzvi birləşmələrdən ibarətdir. İstehsalın kəskin azalması ətraf mühitə yayılan çirkləndirici maddələrin miqdarına da təsir göstərib. Tədqiqat dövrünün yalnız üç ilinin müqayisəsi göstərir ki, şirkətin müəssisələrində zərərli maddələrin əmələ gəlməsilə toztutucu qurğuların faiz göstəricisi arasında uyğunsuzluq var. 1993-cü ildə əmələ gəlmiş 2294-216 ton zərərli maddələrdən cəmi 8,4 faiz tutulub. 1994-cü ildə isə 1295,368 ton tullantıdan 7,8 %-i tozuducu qurğular tərəfindən tutulub. Bu rəqəm 1995-ci ildə artaraq 11,9 % təşkil etsə də, bunun səbəbi keyfiyyət və kəmiyyət dəyişiklikləri ilə yox, istehsalın əvvəlki illərlə müqayisədə daha da azalmasıyla əlaqədardır. Başqa sözlə, əmələ gələn 449,805 ton tullantının 440,350 tonu havaya atılaraq, cəmi 11,9 %-i tutulmuşdur. Beləliklə şirkətin zavodları atmosfer havasını 1993-cü ildə 91,6 %, 1994-cü ildə 92,2%, 1995-ci ildə isə 89,1% zərərli maddələrlə çirkləndirmişdir.

  1. Ətraf mühit problemləri ilə birgə Bakı şəhər Epidemiologiya və Gigiyena mərkəzindən aldığımız məlumatlarda göstərilir ki, respublika paytaxtının atmosferini daha çox sənaye potensialının əsasını təşkil edən Azərbaycan Dövlət Neft Şirkəti, "Azəriqaz" ASC, "Metallurgiya", "Azərneftkimyamaş", "Azərsənaye Tikinti Materialları" Dövlət Komitəsinin sənaye obyektləri çirkləndirir. 1995-ci ildən atmosfer havasına atılan tullantının 94,9% neft şirkətinin, 1,1% "Azərsənaye" TMDK-nin, 0,9% "Azərsement" İstehsalat Birliynin payına düşür. Bu tullantıların tərkibinə 80,5% karbohidrogen birləşmələri, 1,3% dəm qazı, 14% toz və digər zərərli maddələr daxildir. Müəyyənləşdirilib ki, karbohidrogen nümunələri icazə verilən normadan 90,5%, dəm qazı 90%, furfurol 16,7%, his 48%, azot oksidi 65,5%, hidrogensulfid isə 41% yüksəkdir. 1997-ci ildə paytaxtın atmosferi 316 iri sənaye müəssisəsini əhatə edən 12995 stasionar mənbədən çirklənib. Göstərilən mənbədən yalnız 32,1 %-i qaz-toztutucu qurğularla təchiz olunub. ARDNŞ havaya atılan tullantıların 94,5 %-ni, "Azəriqaz" ASC 1,2 %-ni, "Azərisement" İB 1,4 %-ni təşkil edib. Tullantıların tərkibində inqridiyentlərdən 80,1 %-i karbohidrogen, 9,7 % dəm qazı, 12 % müxtəlif tozlar, 0,8 % azot oksidi təşkil edir ki, onlardan da karbohidrogen birləşmələri normadan 90,2, dəm qazı 98, furfurol 15,8, azot oksidi 62,4, hidrogen sulfid 40,4, duda 47,5 % artıqdır.1998-ci ildə paytaxtın atmosfer havasına buraxılan tullantıların 1,1 %-i "Azəriqaz" ASC, 1,4 %-i "Azərsənayetikinti materialları" DK, 2,4 %-i "Azərenerji" SC və 21,6 %-i avtomobil nəqliyatlarının payına düşür. Atmosferə atılan tullantıların tərkibində karbohidrogenlər 67,9 %, dəm qazı 2,7 %, müxtəlif tozlar 10,2 %, azot oksidləri 1,1 %-ə bərabərdir.

B) Stasionar müşahidə nöqtələrində aparılan laborator müayinələr dəm qazının 1,7 dəfə, azot oksidinin 1,5, hisin 2,1, karbohidrogenlərin 2,8 dəfə və s. Yol verilən normadan artıq olduğunu müəyyənləşdirib. Ətraf mühitin normadan artıq çirklənməsi əhali arasında müxtəlif xəstəliklərin artmasına səbəb olub. Epidemiologiya və Gigiyena Mərkəzi statistik təhlillər nəticəsində müəyyən edib ki, qeyri-infeksion mənşəli xəstəliklərin azalmasına baxmayaraq, tənəffüs orqanları, sinir və qan damarı sistemi, həzm üzvləri, revmatizm, hipertoniya, stenokardiya, miokard infarkt ekzema, sidik-cinsiyyət, qan və ruhi xəstəliklər ümumilikdə 1,6-53,4 faiz artmşdır. Beləliklə, ətraf mühitə, xüsusilə şəhər atmosferinə daxil olan tozanaqlar, tullantı məhsulları, xüsusilə karbon oksidləri, karbohidrogen birləşmələri, digər üzvi-qeyri üzvi maddələr biosferin canlılar Aləmi arasında müxtəlif mənşəli xəstəliklərlə yanaşı, istixana effektinin əmələ gəlməsinə səbəb olur.


Yüklə 38,92 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin