2. Dünyanın müasir siyasi xəritəsinin formalaşması mərhələsi İtaliyanln sənayesinin ümumi xarakteristikası


İtaliyanln sənayesinin ümumi xarakteristikası



Yüklə 38,92 Kb.
səhifə3/5
tarix01.01.2022
ölçüsü38,92 Kb.
#50316
1   2   3   4   5
disc 828

3. İtaliyanln sənayesinin ümumi xarakteristikası

Təsərrüfatın ümumi xarakteristikasına fikir verdikdə İtaliyanın yüksək inkişaf etmiş dünya əhəmiyyətli sənaye və aqrar ölkə olduğunu söyləyə bilərik. Hər nəfərə düşən daxili məhsulun illik miqdarına görə İtaliya Böyük Britaniyadan bir neçə dəfə qabaqda olsa da Almaniyadan, Fransadan, hətta Avropanın inkişaf etmiş bir sıra digər ölkələrindən geri qalır. Sənayedə çalışanlar 30 %-dən çox deyildir. İtaliya sənayesinin əhəmiyyətli hissəsi FİAT,«Montedi-son», «Pirelli» və digər iri monopoliyaların əlində cəmləsmisdir. İqtisadiyyatında dövlət strukturunun xüsusi çəkisi əhəmiyyətli dərəcədə yer tutmaqla dövlətin nəzarəti də ona çox böyükdür.

Ölkədə sənaye məhsulları istehsalının illik dəyəri 330 mlrd. dollar təşkil edir. Aksioner birliklərdə ixtisaslaşdırılmış dövlət orqanlarının rolu ildən ilə daha da artır. Deyilənlərlə yanaşı qonşu ölkələrdən fərqi hasilat sahəsi ilə emal sahələri arasında çox uyğunsuzluğun olmasıdır.

Emal sənayesi tamamilə gətirmə xammallara əsaslanır.Onun maşınqayırma, elektroenergetika, metallurgiya, kimya, neft-kimya və s. sahələri vardır. Qara metallurgiya hər il - 28 mln. ton polad, 12 mln. tondan çox çuqun məhsulu verir. Ölkədə 3 qara metallurgiya kombinatı fəaliyyət göstərir. Bunlardan Taranto, Kornilyano (Genuya) və Pombinonu göstərə bilərik. Hasil olunan poladın 60 %-i elektrik peçlərində, qalanı isə kovvertor peçlərindən əldə edilir. İtaliya qara metallurgiyası dünya bazarı üçün əsasən iri diametrli borular buraxmaq üzrə ixtisasiasmısdır. Alüminium hasilatı isə ölkənin Şimal-Şərq hissəsində elektroenergetikanın inkişafına və gil-torpaq xammalına əsaslanır. Ona görə də iri alüminium zavodları Porto-Vesmedə, Sardiniyada yaradılmışdır. Bunlara baxmayaraq hər il xarici ölkələrdən hazır alüminium məhsulu da gətirilməli olur. Yerli istehsal 200 min tona qədərdir. Qurğuşun - sink sənayesinin inkişafı Sardiniya və Alp hesabına, eləcə də gətirmə xammallar əsasında Portovesme, Pantenossa, Krotone, Porto-Marqera səhərlərində yaradılmıs zavodlar hesabınadır.

Nəticədə, hər il 130 min tondan artıq qurğusun və 270 min tona qədər sink əldə edilir. Peve-Verqonte, Marqera, Bresiya şəhərlərində mövcud zavodlar hər il-86 min ton saflaşdırılmış və 106 min ton miss ərintisi məhsulu verə bilirlər. Buna baxmayaraq,İtaliya hər il - 0,6 mln. ton mis məhsulunu idxal edir.

İtaliya bütün dünyaya göndərilən yazı və hesablama masınları ilə məshurdur. Onun başlıca firması «01ivetti» olmaqla İlvea, Turin, Milan, Neapol səhərlərindəki müəssisələri məhsul verir.Paviya, Montsa, Milan, Turin, Taranto qədimdən toxuculuğun və toxumanın mərkəzləri hesab edildiyi kimi, müasir dövrdə də tikis masınlan sahəsinin mərkəzləri sayılırlar.

İtaliya təsərrüfatında aparıcı sahələrdən biri də çoxnövlü kimya sənayesidir. Onun əsasən plastik kütlə, lak, boya, əczaçılıq, natural essensiya, efır yağı, spirt, xörək duzu, sintetik kauçuk (0,5 mln. t), kalium duzu və kübrə məhsulları ölkənin bütün əraziləri üçün xarakterdir. Dünyanın ən nəhəng kimya konsernlərindən biri - «Montedison» və ENĐ dövlət birliyi burada yerləsir. Bu konsern vəbirliyin verdiyi əsasən plastik kütlə, kimyəvi lif (1,0 mln. t), lak, boya və əczaçılıq məhsullarıdır. Liquriyada, Siciliyada, Kolabriyada güldən, meyvədən, xüsusilə berqamot (sitrus meyvəsidir) meyvəsindən qədim ənənəvi sahə hesab edilən təbii essensiya və efir yağı alınır. Əldə edilən essensiyadan çay, qənnadı və ətriyyat sahəsində genis istifadə edilir. Hər il italyan kimyaçıları yeni-yeni və çox mürəkkəb məhsul növləri istehsal edərək onların çeşidlərini dəyişirlər.

Şimalda yerləsən Milan, Ro, Novara, Trekata, Çezano - Maderno qədim kimya sənayesi mərkəzləridirsə, Mantus, Ravenn,Ferrar, Porto - Marger isə neft-kimya kombinatlarına malikdir.Ölkənin cənub hissəsində yerləşən Priolo, Djela, Neapol, Kalyar, Porto - Torres səhərləri istehsal etdikləri plastik kütlələri, lakı, boyaları, sintetik kauçuku, kimyəvi lifləri ölkənin digər rayonlarına,habelə xarici ölkələrə ixrac edirlər. Neft və qaza əsaslanan azot kübrəsi Novar, Merano, Montaro, Buss, Kroton səhərlərində, kalium kübrəsi Siciliyanın kalium duzu xammalına əsaslanmaqla Porto Empedokl mərkəzinə malikdir.

İtaliya üçün qədim təsərrüfat səhərləri özündə yüngül sənayeni də birləsdirir. Sahənin aparıcı növü toxuculuqdur. Toxuculuqda məxmər, ipək, mahud və kətan parça sahələri aparıcı yer tuturiar. İxracatın 1/10-ni pambıq, yun, ipək, süni və sintetik liflər, cut, kətan və qatısıq liflərdən ibarət parçalar təşkil edir. 50 mindən artıq işçini əhatə edən pambıq parça toxuculuğu ölkənin hər yerində toxuma mərkəzlərinə malik olmaqla xammalını Özbəkistandan, Türkmənistandan, ABŞ-dan almaqdadır. Bu əsasdan da ildə - 1,0 mlrd. kv.m pambıq parça toxunur (hər nəfərə 17,1 kv.metr).

Avstraliyadan, Fransadan, Yeni Zelandiyadan, CAR-dan alınan xammallar əsasında 100 minə qədər isçi qüvvəsi ildə 0,8 mlrd. kv. metr yun parça toxuyur. Əgər, elektroenergetikanın, suyun, işçi qüvvəsinin, istehlakın olmasına əsaslanaraq pambıq parça toxuculuğu ən çox şimal hissədə yerləşdirilmişsə, yun parça toxuma mərkəzləri Pemont, Veneto, Toskano, Prato şəhərlərində mövcudlaşmışdır. Tut bağlarına əsaslanaraq barama məhsulu əldə olunduğundan Komo, Trevizo şəhərlərində və Kampaniya vilayətində ipək parça fabrikləri yaradılmısdır. Cənub rayonları sintetik parçalar məkanı hesab olunur. İtaliya, Avropada ən çox və keyfiyyətli trikotaj məhsulları buraxmaqla tanınır. Moden, Karp,Emiliya -Romanya, Lombardiya, Pemont trikotaj mərəkəzlərinə malikdir.

İtaliya dünya bazarına tikili mallar, keyfiyyətli və bahalı ayaqqabılar ixracı ilə hələ çox qədimdən məshurdur. Dünya bazarında satılan hər 3 ayaqqabıdan biri italyan ayaqqabısıdır. Hər il Milanda beynəlxalq ayaqqabı yarmarkası keçirilir. Fetr slyapalan - Alessandriyada, ipək qalstuklar - Turində, eləcə də idman və xizəkçi ayaqqabısı buraxılışına görə dünyada tanınır.

Ölkədə kənd təsərrüfatına əsaslanan çox sayda xırda yarıkustar müəssisələr bazasında yeyinti sənayesi inkişaf etməyə başlamışdır. O məhsul istehsalına görə maşınqayırmadan və kimyadan sonrakı 3-cü yeri tutur. İşçi qüvvəsinin sayına görə də yeyinti sənayesi maşınqayırma və toxuculuq sənayesindən sonrakı yeri tutaraq 500 min aktiv əmək ehtiyatlarına malikdir. Onun dünya əhəmiyyətli meyvə-tərəvəz konservi, səkər, makaron sahələri, zeytun yağı, üzüm sərabı, tomat sahələri iqtisadi cəhətdən gəlirli hesab olunurlar. Hər il - 56 mln. hektalitr üzüm şərabı verərək dünyada Fransa ilə 1-2-ci yerləri bölürlər. Dünyada tədarük olunan zeytun yağımının 35%-ni İtaliya verməklə üzüm şərabı ilə birlikdə onu dünya bazarına ixrac edir. Keyfiyyətli pendir dünya bazarında İtaliyanın reytinqini daha da artırmısdır. Bir qayda olaraq yeyinti sənayesi müəssisələri ölkənin hər bir yeri üçün müqabildir.İtaliya hər il 16 mlrd. dollarlıq ərzaq və kənd təsərrüfatı məhsulları istehsal etməklə bərabər 20 mlrd. dollarlıq belə məhsulları idxal etməyə məcburdur.

Xammal ehtiyatının bolluğu, istehlakın gündən-günə artması tikinti sənaye kompleksinin inkisafını daha vacibləndirir. Yerli tələbatla yanası Qərbi Avropa bazarının sementə olan istehlakının 20 %-ni İtaliya məhsulu ödəyir, Alpın ətəkləri, Neapolun,Tarantonun, Porto-Torresin ətraf rayonları böyük sement zavodları ilə tanınır.

İtaliyada farfor-fayans sahəsi də yaxsı inkişaf etmisdir.Fayansın vətəni Fayents şəhəri hesab edilir. Bədii estetik şüşələr buraxılışı sahəsində isə Venetsiya şöhrət qazanmışdır.

İtaliyanın turizm -rekreasiya təsərrüfatı bu regionda İtaliya Riverası, Liquri, Tirren, Adriatik dənizləri hövzələrində inkişaf etmişdir. Göstərilən rayonlarda San-Remo, Rapallo Portofino, Neapol, Sorrento, Venetsiya Riverası kimi kurort mərkəzləri fəaliyyət göstərir. Ölkə hər il 41,2 mln. turisti qəbul etməklə dünya ölkələri içərisində Fransa (75 mln. nəfər), ABS (51 mln. nəfər) və İspaniyadan (49,0 mln. nəfər) sonra 4-cü yeri tutur.

Mehmanxanaların və kempinqlərin sayına görə İtaliyaAvropada 1-ci, dünyada isə 3-cü yerdədir. Tarixi və mədəni abidələrin sayına görə dünyada liderlik edir.

Maddi istehsalının 2-ci aparıcı sahəsini kənd təsərrüfatı tutur. O ölkə təsərrüfatının inkişafında 6% xüsusi çəkiyə malikdir.Ölkədə kənd təsərrüfatının əsasını əkinçilik təşkil edir. Ümumi əkin sahəsi kənd təsərrüfatı üçün ayrılmış torpaqların 1/3 %-ni əhatə edir. Suvarılan torpaqların 2,9 mln. ha sahəsi vardır.

İtaliya Aralıq dənizi hövzəsində İspaniyadan sonra ən çox sitrus meyvələri toplayan dövlət kimi tanınır. Sitrus meyvələrinin toplanmasının illik kəmiyyət göstəricisi - 4,0 mln. ton təşkil edir. Mandarin, portağal, limon, qreyfrut, qabığından efir yağı əldə edilən armud (berqamont), kinotto, limettu meyvələri isə Cənubda becərilərək toplanılır.

İtaliyada üzümün 250-dən çox növündən ildə - 13 mln. t məhsul toplanılaraq çox hissəsi ixrac olunur. Bu sahədə İtaliya birinci yeri tutur. Dünyada 10 mln. ha sahəyə malik olan üzüm bağlarından ildə 60 mln. tondan çox məhsul toplanılır. Bunun 1/5-i çaxır alınmasında istifadə olunur. İtaliya bu sahədə fərqlənməklə ildə 57-60 mln. hektolitr üzüm çaxırı əldə edə bilir. Dünyada adambaşına üzüm sərabı orta hesabla - 5 litrdirsə, bu İtaliyada 100 ildən az deyiidir. Zeytun bağlarına və zeytun yag hasilatına gorə dünyada İspaniyadan geri qalır. Đldə -3,5 mln. ton zeytun məhsulu toplanılır ki, bu da dünyada 1-ci yer deməkdir. Üzüm və zeytun baslıca olaraq Apuliya vilayəti üçün səciyyəvidir.

Ölkədə kənd təsərrüfatı məhsulları içərisində gül xüsusi yer tutur. Onun özü, toxumu, soğanağı eyni zamanda ətriyyat sənaye inkisafı üçün ixrac olunur.

İllik məhsul istehsalında heyvandarlıq bitkiçilikdən geri qalır. İribuynuzlular otlaq və biçənək sahələrinin bol olduğu şimal əraziləri üçün xarakterdir. Xırdabuynuzlular hələ qədimdən Sardiniyada inkisaf etdirilmişdir. Donuzçuluq (8,0 mln. bas) şəkər çuğundurunun tullantılarına əsaslaraq Emiliya - Romanye və Lombardiya hissələri üçün, qusçuluq təsərrüfatı isə bütün iri səhər ətraflarında inkisaf etdirilmisdir. Balıqçılıq zəif inkişaf etsə də, (ətraf dənizlər balıq növlərindən kasıbdırlar) onların emalı sahil zonalarında mövcudlasan balıq emalı zonalarında həyata keçirilir.

Hər il ölkədə 4,0 mln. tondan çox ət tədarük olunur. İllik adambaşına düsən ətin miqdarı 70 kq təskil edir. İnək südünün illiktədarükü 11 mln. ton olmaqla adambasına 90 kq-dır.

İtaliyada xidmət sahələri sferası yüksək keyfıyyətliliyi ilə dünyada məshurdur. Burada fəal əhalinin 61 %-i çalısmaqdadır. Məlumdur ki, nəqliyyat, bank, ticarət, qonaq evləri, təhsil, səhiyyə,hesablama sahələri, informasiya, müxtəlif növ məsləhətxanalar,rabitə, idarəçilik sahələri buraya daxildir.

Nəqliyyatın bütün növlərinin inkişafı İtaliya üçün səciyyəvidir. Quru yolu, su yolu, hava, boru kəmər, eiektron növləri xüsusi çəkilərinə görə bir-birindən fərqlənirlər. Sərnişin dasımada - 90 %, yük dasımada - 80-% xüsusi çəkisi olan avtomobil nəqliyyatıdır. Baslıca yolları Milan Varessi, Turin-Milan- Florensiya–Roma Neapol,-Redjo - di - Kalabriyadan ibarətdir. Avtomobil yollarının uzunluğu-310 min km-dən artıqdır. Avtomobil nəqliyyatının illik yük dövriyyəsi 200 mird. ton km-dən artıqdır. Avtomobil parklarında 33 mln. avtomobil cəmləsmisdir. İti sürətə malik olan Turin Milan-Boloniya-Florensiya-Roma - Neapol, Milan-Genuya, Milan-Venetsiya-Triyest, Neapol-Salerno dəmir yol xətləri vardır. 16 min km ümumi uzunluqlu dəmir yollarının yandan çoxu (65 %) elektrikləsdirilmişdir. Hər 1000 kv km sahəyə 53 km dəmir yolu xətti sıxiığı mövcuddur. Yük dövriyyəsi böyük deyildir.

Dəniz nəqliyyatı tarixən ölkə üçün böyük əhəmiyyət kəsb etmisdir. Đstər daxili yük və sərnisin dasımada, istərsə də xarici kaporajda onun rolu və əhəmıyyətı ölçüyə gəlməzdır. Dənız limanlarında 1400-don artıq saya malik olan gəmilərin tonnajı 8,0 mln. brt təskil edir, Ölkə sahillərində 144 liman fəaliyyət göstərir ki, onlardan da ən böyüyü iilik yükdasıması - 40 mln. ton olan Genuyadır. Daxili su yollarının da özünəməxsusluğu vardır. Ərazinin simaldan cənuba 1300 km-dən çox uzanma konfıqurasiyası hava nəqliyyatının rolunu və əhəmiyyətini daha da artırmısdir. Hər il 26 mln-dan çox sərnisin dasmır. Ölkədə beynəlxalq əhəmiyyətli Roma, Milan, Neapol, Bolonya, Genuya, Turin, Venetsiya, Piza hava limanları vardır.

Boru-kəmər nəqliyyatı istər yerli mənbələr və istərsə də gətirmə yanacaq növləri əsasında istehsalla istehlakı bir-biri ilə birləşdirir. Nəticədə ölkə üzrə məhsuldar qüvvələrin inkişafı və düzgün yerləşdirilməsinə əməl olunur.

Elektron nəqliyyatından ayrı-ayrı elektrik stansiyalarından əldə edilmiş elektrik enerjisinin yüksək gərginlikli elektrik xətləri ilə istehlakçıya çatdırılmasında istifadə olunur.

İtaliya üçün xarici ticarətin xüsusi əhəmiyyəti vardır. Çünki çoxlu sayda sənaye və kənd təsərrüfatı sahələri xarici bazar üçün məhsullar istehsal edir. İxracatda ümumi məhsulun 10 %>-dən çoxunu avtomobil və onun hissələri sahəsi verir. Bununla yanaşı müxtəlif aparatlar - elektron, yazı və hesablama maşınları, metallurgiya, kimya, parça, paltar, ayaqqabı, kağız, mebel, şərab, meyvə, tərəvəz, makaron, qənnadı məsrəflər məmulatları ixrac olunur. İdxalatda yanacaq və digər xammallar üstünlük təskil edir.

İtaliyanın ticarət tərəfdaşları - Avropa Birliyi ölkələri, ABŞ, Yaxın Şərq, Simali Afrika ölkələridir. Ümumiyyətlə, İtaliya ildə 240 mlrd.dollarlıq (4,5 %) məhsul ixrac edirsə, 210 mlrd. dollarlıq məhsulu (3,8 %) idxal edir. Göründüyü kimi xarici ticarət saldosu balansı müsbətdir.

İtaliyanın daxili fərqlərinə nəzər saldıqda ənənəvi olaraq onun Simal, Mərkəz, Cənub ərazilərinə bölündüyünün sahidi oluruq. Lakin belə iqtisadi bölgünü həmisəlik hesab etmək mümkünsüzlüyündən son illərdə ərazilər üzrə təsərrüfat sahələrinin inkişafı və ixtisaslaşma dəyişikliklərinin mövcudluğu Şimal-Qərb, Şimal-Şərq, Mərkəz, Cənub rayonlarının ayrılmasına imkan vermisdi.



Şimal-Qərb ölkənin dəyişməz olaraq iqtisadi inkişafının özəyini təskil edir, Burada rəngarəng sənaye sahələri ilə yanası quvvətli və muasır 3-cü sektor fəaliyyətdədır. Simal-Sərq özünün orta və xırda sənaye sahəlarinin mövcudluğu iiə fərqlənir. Neft emaiı, neft-kimya, energetika, alüminium sənaye sahələrinin olunması ilə səciyyələnir. Mərkəz Toskanam, Umbriyanı, Markeni, Latsionu əhatə edir. Turizm sahəsi, toxuculuq, ayaqqabı, mebel, ərzaq məhsulları ilə tanınır.Cənub, ölkənin əvvəlki rayonlarından iqtisadi inkisaf baxımına görə əhəmiyyətli dərəcədə geri qalır.


Yüklə 38,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin