Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 62.04 Kb.

səhifə1/10
tarix03.02.2017
ölçüsü62.04 Kb.
  1   2   3   4   5   6   7   8   9   10

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
 
371 
 
elmi cəhətdən sistemləşdirərək, onların hesablanması üçün üsullar təklif 
etmişdir.  Burada  mexanizm  bəndlərinin  təcillərinin  hesablanması 
məsələlərinə də toxunulmuşdur.  
 
Maşınlar üzrə elmin  inkişafında Peterburq universitetinin professoru  
Çebışev  yeni  mərhələ  açmışdır  [2.67].  O,  ilk  dəfə  olaraq  maşınlar 
nəzəriyyəsində riyaziyyatdan istifadə edərək, onu riyazi yolla hesablana 
bilən  bir  elmə  çevirir.  Onun  işlərinin  əsas  istiqaməti  kinematika 
sahəsində  bənd  zənciri  nəzəriyyəsinin  yaradılması  idi  (şəkil  2.91).  Bu 
nəzəriyyə  maşın  mexanizmləri  nəzəriyyəsinin  yaranmasında  əsas  rol 
oynamışdır.  Çebışevin  həll  etdiyi  bir  çox  məsələlər  (məsələn,  buxarın 
paylanması,  presləmə,  hesablama  maşınları,  tərəzilər  və  s.)  nəzəri 
əhəmiyyətə  malik  olması  ilə  bərabər,  həm  də  praktikada  geniş  tətbiq 
olunmuşdur.  Onun  işlədiyi  tənzimləyici  bir  çox  dünya  sərgilərində 
(Vyana-1873,  Filadelfiya-1876,  Paris-1878)  qızıl  medala  layiq 
görülmüşdür. Çebışevin şagirdlərindən P.Somov, N.Delone,  V.Liqin və 
C.Qohman  maşınların  kinematikasının  inkişaf  etdirilməsində  önəmli 
işlər görmüşlər.     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.91. Çebışevin düzxətli hərəkətli mexanizmi
 
 

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
372 
 
XIX  əsrin  60

70-ci  illərində  praktiki  maşınqayırma,  nəqliyyat 
maşınlarının  layihələndirilməsində  dinamika  məsələləri  ilə  məşğul  olan 
rus alimi Vişneqradski bu sahələri daha da inkişaf etdirir. Bundan əlavə 
o, avtomatik idarəetmə nəzəriyyəsinin əsaslarını işləyir.  
XIX  əsrin  sonunda  əsas  elmi  işlər

buxar  maşınları  və  çarxqolu-
sürgüqolu  mexanizmi  ilə  əlaqədə  olan  maşınların  dinamikası  üzrə 
aparılır.  Bu  dövrdə  avstriyalı  alim  J.Radinqerin  “Yüksək  sürətli  buxar 
maşınları” kitabı çap olunur. Alman professoru M.Rüllmann dörd cilddə 
tərtib  etdiyi  “Ümumi  maşınşünaslıq”  adlı  ensiklopedik  əsərində  bu 
sahədə  mövcud  olan  bilikləri  ümumiləşdirərək,  müxtəlif  təyinatlı 
maşınların layihələndirilməsi üzrə təcrübi bilikləri təsvir edir. 
 
XX  əsrin  əvvəlində  rus  alimləri  ilə  bərabər  alman  alimləri  də 
maşınqayırma elminin inkişafında böyük rol oynayırlar. Rölo tərəfindən 
1900-cü  ildə  çap  olunmuş  “Nəzəri  kinematika”  kitabının  ikinci  cildi 
maşınların  mexanikası sahəsi üzrə aparılan işlər üçün katalizator rolunu 
oynayır.  Bu  istiqamətdə  R.Müller,  K.Mor  və  Burmester  maraqlı  işlər 
görürlər.  F.Vittenbauer  maşın  mexanizmlərinin  dinamiki  analizi  üçün 
qrafiki üsul  işləyib  hazırlayır. Onun “Qrafiki dinamika” kitabı toplu bir 
əsər  olub,  çoxlu  sayda  məlum  təcrübi  biliklər  əsasında  maşınların 
kinematikasının statik və dinamik hesablanması üsullarını verir. Bundan 
əlavə,  kitabda  bu  sahədə  mövcud  olan  bir  çox  problem  məsələlər  də 
müzakirə olunur.  
 
Bu  ərəfədə  Rusiyanın  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrdən  geri 
qalmasına  baxmayaraq,  Rusiya  maşınların  layihələndirilməsi  üzrə  çox 
güclü elmi bazası olan məktəblərə malik idi. Bir çox rus alimləri texniki 
ali məktəblərdə çalışırdılar. 
 
Nəqliyyat,  yük,  dağ-mədən  və  kənd  təsərrüfatı  maşınlarının 
mexanikası,  layihələndirilməsi  ilə  məşğul  olan  alimlər  sırasına 
N.Jukovski,  N.Merzalov,  P.  Xudyakov,  A.  Sidorov,  V.Qoryatçkin,  L. 
Assur,  V.Qrineveçki  və  D.Sernov  daxil  idilər.  Jukovski  maşın  və 
mexanizmlər  nəzəriyyəsi  ilə  məşğul  idi.  Onun  məşhur  əsərlərindən 
“Qayka və vintin  yivində təzyiqin paylanması”, “Qayış ötürməsində sü- 

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
 
373 
rüşmə” “Maşınlarda yeyilmə” uzun müddət həm nəzəri, həm də praktiki 
cəhətdən böyük əhəmiyyət kəsb etmişdir.      
 
Jukovskinin 
şagirdi 
Assur 
mexanizmlərin 
strukturu 
və 
sinifləşdirilməsinin  klassik  nəzəriyyəsinin  yaradıcısı  sayılır.  Alman 
alimi  Bax  ilə  yanaşı  rus  alimi  Sidorov  da  maşın  hissələri  və 
düyümlərinin layihələndirilməsi üzrə  maraqlı  kitab yazır. Bundan əvvəl 
onun texnikanın tarixinə aid yazdığı kitab da önəmli idi.  
 
Maşın  hissələrinin  yeyilmə  problemləri  və  effektiv  yağlama 
üsullarının  işlənməsi  ilə  məşğul  olan  professor  N.Petrov  hidrodinamik 
yeyilmə  nəzəriyyəsinin  banilərindən  sayılır.  O,  ilk  dəfə  olaraq  yeyilmə 
prosesinin riyazi təsvirini verir, yeyilmənin ölçülməsi və idarə olunması 
üçün  üsullar  təklif  edir,  maşınqayırmada  məlum  olmayan  sürtünmə 
ədədlərini  daxil  edir  və  maşın  hissələri  üçün  yağlayıcı  maddələrin 
hazırlanması qaydalarını təklif edir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
374 
 
2.6.3. Dəzgahqayırmanın inkişafı 
 
Ə
srin  sonunda  texnikanın  ümumi  inkişafı  ilə  əlaqədar  olaraq 
dəzgahqayırma  da  öz  inkişafından  qalmır.  80-ci  illərdə  Amerika 
dəzgahlarının bütün Avropanı bürüdüyü halda, on il sonra vəziyyət artıq 
Avropada  fəaliyyət  göstərən  müəssisələrin  xeyrinə  dəyişməyə  başlayır. 
Bu  ərəfədə  Almaniya  dəzgahqayırma  sənayesi  güclənərək  dünyada 
aparıcı  rol  oynayır.  1893-cü  ildə  Almaniya  dəzgahları  böyük  çeşiddə 
Çikaqoda keçirilən sərgidə nümayiş etdirilərək ən çox mükafat qazanır. 
Sərgidə  iştirak  edən  70  firma  öz  məhsulları  ilə  güclü  amerikalı 
rəqiblərinə  qarşı  çıxış  edirdilər.  Amerika  dəzgahları  öz  əvvəlki  adlarını 
qorusalar  da,  alman  dəzgahları  öz  texniki  hazırlıqları  ilə  sərgidə 
nümayiş etdirilən bütün dəzgahları ötüb keçmişdilər. 
Bu dəzgahların arasında əsasən, universal alətitiləyən pardaq, sonsuz 
vint və silindrik frezlə  işləyən frez dəzgahları böyük diqqət qazanmışdı 
(şəkil  2.92).  Dəqiq  hərəkət 
etdirilə 
bilən 
eninə 
supporta 
malik 
torna 
dəzgahları da fərqlənirdilər. 
Ancaq  onu  da  qeyd  etmək 
lazımdır  ki,  alman  burğu 
dəzgahlarında  hələ  Ameri-
kada  olduğu  kimi,  sürətli 
boş  gediş  mexanizmi  yox 
idi.  Alman  dəzgahlarına 
olan  maraq  ona  gətirib 
çıxarmışdır  ki,  Çikaqodan 
3 il sonra, yəni 1896-cı ildə  
Berlində  daha  bir  sərgi 
təşkil  olunur.  Bu  sərgidə 
əsasən  metal  emal  edən 
dəzgahlar nümayiş etdirilir.  
 
Şəkil 2.92. Sonsuz vint frez dəzgahı,                  
Rayneker  firması.
  
 

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
 
375 
Mütəxəssilərin  fikrincə,  alman  dəzgahqayırması  əvvəllər  ingilis 
dəzgahlarına  oxşar  məmulların  hazırlanması  ilə  məşğul  idisə,    70-ci 
illərin  sonu  o  güclü  Amerika  texnikasının  təsiri  altında  idi.  Amerika 
təsirini  əsasən  yüngül  gövdələrin  hazırlanması,  uzlaşdırılmış  ötürmə 
sistemi,  tipik  hissələrin  emalı  üzrə  ixtisaslaşma,  yüksək  avtomatlaşma 
dərəcəsi,  dəqiq  alətlər,  o  cümlədən  frezlərin  tətbiqi  və  hələ  o  dövrdə 
məlum olmayan alman dəqiqliyində görmək olurdu [2.7].  
Sərgi  bülletenində  Löve  firmasının  universal  torna,  dəzgahı  və 
Sentker firmasının elektrik mühərriki ilə təchiz olunmuş supporta malik 
torna,  “Maks  Haze  und  Co.”  firmasının  universal  revolver  torna  və 
G.Kreqer  firmasının  revolver  torna  dəzgahları  xüsusi  ilə  qeyd 
olunmuşdurlar (şəkillər 2.93

2.95).  
Bu  dövrdə  Sentker  firması  əsasən  metal  emal  edən  dəzgahların 
hazırlanması  ilə  məşğul  idi.  Sərgi  xəbərlərinə  görə  onun  dəzgahları 
“əla” 
keyfiyyətə 
malik 
idilər. 
Əsasən  torna  dəzgahlarının 
konstruksiyaları, frez və üfüqi burğu dəzgahları və  həmçinin  lokomotiv 
qazanlarının  hazırlanması  üçün  kombinə  edilmiş  şaquli  torna  və  burğu 
dəzgahı böyük  maraq kəsb edirdi. Alman dəzgahqayırma firmaları həm 
də  onunla  fərqlənirdilər  ki,  bu  dəzgahlarda  dəqiq  və  mürəkkəb  həndəsi 
formaya malik hissələri bir yerləşmədə müxtəlif alətlərin tətbiqi ilə emal 
etmək  olurdu.  Digər  tərəfdən  elektrik  mühərriklərinin  sürətlə  yayılması 
nəticəsində,  onlardan  dəzgah  ötürmələrində  istifadə  olunması  ilə  alman 
müəssisələri  emal  prosesinin  məhsuldarlığını  artırmağa  cəhd  edirdilər. 
Bu  baxımdan  Maks  Haze  və  Qeorq  Kreger  firmaları  qabaqcıl  idilər. 
Haze  firmasının  dəzgahları  daxildə  və  xaricdə  armatur,  silah  və 
patronların  istehsalı  ilə  məşğul  olan  müəssisələrə  göndərilirdi  [2.72, 
2.73].  Kreger  firmasının  məhsulları  presizion  burğu,  frez,  yonma  və 
xüsusi dəzgahları əhatə edirdi. 
1900-cü  ildə  Parisdə  keçirilən  sərgidə  alman  dəzgahlarına 
Çikaqodakından artıq maraq göstərilmişdir. Sərgidə iştirak edən Fransa, 
Belçika,  Böyük  Britaniya,  Avstriya,  Rusiya,  İsveç  dövlətləri  arasında 
Amerika və Almaniya daha güclü çıxış etmişdilər. Parisdə ilk  dəfə  ola- 

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
376 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                        Şəkil 2.93. Torna dəzgahı, Löve firması, 1896. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
            Şəkil 2.94. Elektrik ötürməli torna dəzgahı, Sentker firması, 1896. 

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
 
377 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.95. Revolver torna dəzgahı, Kreger firması, 1896. 
 
raq  amerikalı  alim  Teylor  (ingl.  Taylor)  volframlı,  legirli  tezkəsən  alət 
poladını  nümayiş  etdirir.  Dəzgah  və  alət  arasında  yarışda  yeni  kəsmə 
materialı  ilə  alətlər  ön  plana  çıxır.  Bu  alətlər  möhkəm  və  stabil 
konstruksiyaya  malik  dəzgahlar  tələb  edirdi  ki,  məhz  yüksək 
möhkəmliyə  malik  alman  dəzgahları  buna  cavab  verə  bilirdilər. 
Dəzgahlarda elektrik ötürməsi tətbiq edilmişdir [2.72].  
Paris sərgisi bir daha belə böyük tədbirin əhəmiyyətini göstərmişdir. 
Burada  göstərilən  dəzgahlarla  bərabər  Flohr  firmasının  (Berlin)  böyük 
kranı,    Şukert  firmasının  böyük  işıq  projektoru,  MAN  firmasının  beş 
metr hündürlüyündəki altı rəngli fırlanan pressi, Volf və Lanç tərəfindən 
hazırlanmış lokomobillər də eksponatlar arasında idilər.  
1890
÷
1914-cü  illər,  ümumiyyətlə  maşınqayırmanın  inkişafında  çox 
məhsuldar  bir  dövr  olmuşdur.  Bir  çox  başqa  texniki  nailiyyətlərlə 
bərabər,  dəzgahqayırma  və  texnoloji  proseslərin  inkişafında  da 
irəliləyişlər əldə edilmişdir. Bu baxımdan Teylorun  ixtira  etdiyi  tezkə- 

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
378 
 
sən  alət  poladı  nəinki  texnologiyada,  həmçinin  dəzgahqayırmada 
inkişafı  stimullaşdırmışdır.  Teylorun  bu  ixtirası  o  dövrdə  polad 
istehsalında  əldə  edilmiş  bir  çox  yeniliklər  ilə  bağlı  idi.  Tədqiqatlar 
nəticəsində,  volfram  və  başqa  legirləyici  elementlərin  poladın 
keyfiyyətinə  təsiri  aydın  olmuşdur.  Hələ  1850-ci  ildə  ingilis  mühəndisi 
Robert  Muşetin  (ingl.  Robert  Mushet,  1792-1847)  volfram,  manqan, 
silisium  və  xromla  az  miqdarda  legirlənmiş  polad  ilə  emalda  kəsmə 
sürətini 50% artırmaq mümkün olmuşdur [2.7]    
Teylor  və  Vite  (ingl.  Vhite)  öz  ixtiraları  ilə  kəsmə  sürətini  3  dəfə 
artıraraq  25  m/dəq  -ə  çatdırmağa  nail  olurlar.  Bu  alət  poladı  tezliklə 
bütün  sənayeni  bürüyür.  Artıq  1901-ci  ildə  Almaniyada  ən  yaxşı  alət 
poladını  təyin  etmək  üçün  tədqiqatlar  aparılır.  Yüksək  kəsmə  sürətləri 
ilə mövcud dəzgahların texniki imkanları aydın olur. O dövrdə ən stabil 
sayılan Löve firmasının dəzgahlarında aparılan sınaqlar göstərmişdir ki, 
yüksək  sürətlərdə  aparılan  emal  4  həftədən  sonra  dəzgahın  sıradan 
çıxmasına səbəb olurdu. Çarxlardakı paz və vallar boşalır, dişli çarxların 
dişləri sınır, aparan val burulmaya yüklənmənin təsirindən əyilirdi [2.7]. 
Yaranmaqda  olan  yüksək  sürətləri  praktikada  reallaşdırmaq  üçün 
dəzgahlarda  konstruktiv  dəyişikliklər  aparılırdı.  Belə  ki,  şpindellərdə 
qayışla  işləyən  çoxpilləli  qasnaqlardan  istifadə  olunurdu.    İndiyə  qədər 
ötürmə  sistemində  istifadə  olunan  dişli  çarxlar  çuqun  əvəzinə 
poladlardan  hazırlanmağa  başlayır.  Dişli  çarxlarda  yeyilmənin  qarşısını 
almaq üçün yaxşılaşdırılmış yağlamadan istifadə olunur. Mazut  əvəzinə 
maye  yağlardan  istifadə  edilir.  Sonralar  isə  çarxlar  bütünlüklə  yağ 
qutusunda oturdulur.  
80-ci  illərin  sonunda  ən  mühüm  texnoloji  nailiyyətlərdən  biri  də, 
çoxşpindelli  torna  dəzgahlarının  tətbiqi  idi.  Bu  dəzgahın  formalaşması 
prosesi  bir  çox  müxtəlif  məqsədli  ixtiraların  birgə  tətbiqi  nəticəsində 
mümkün  olmuşdur.  Bu  istiqamətdə  ən  vacib  addım  1879-cu  ildə 
Karvenin  (ingl.  Carver)  ixtira  etdiyi  çoxşpindelli  vint  maşını  idi.    Bu 
maşında indiyə qədər məlum torna dəzgahlarından fərqli olaraq pəstahla 
alət arasında dəyişən hərəkət mövcud idi. Bu hərəkət pəstah bərkidilmiş 

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
 
379 
barabana  ötürülürdü.  Karvenin    düzəltdiyi  bu  dəzgah  fırlanma  səthinə 
malik  pəstahın  emalı  üçün  lazım  olan  mərhələləri  müxtəlif  işçi 
yerlərində eyni zamanda aparmağa imkan verirdi (şəkil 2.96) [2.74]. 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.96. Karvenin çoxşpindelli torna dəzgahı, 1879. 
 
1886-cı  ildə  alman  mühəndisi  Kollin  (alm.  Collin)  şəkil  2.97-də 
verilmiş  dəzgah  üçün  patent  alır.  Bu  dəzgahda  idarəedici  val  gövdənin 
yuxarı hissəsində yerləşmişdir.  
1893-cü  ildə  amerikalı  mühəndislər  Henn  və  Hakevessell 
dördşpindelli çubuq avtomatını düzəldirlər. Bu dəzgah quruluşça Karver 
dəzgahına  oxşayırdı.  Dəzgahda,  üzərində  baraban  və  sərt  yumrucuqlar 
bərkidilmiş  val,  alət  sisteminin  aşağı  hissəsində  yerləşirdi.  Bu  dəzgaha 
“Akmi” (ingl. Acme) adı verilir (şəkil 2.98).        
Çoxşpindelli  torna  dəzgahlarının  ixtirası  revolver  dəzgahının 
ixtirasından  50  il  sonra,  torna  emalının  avtomatlaşdırılması  yolunda 
edilən növbəti mühüm addım idi.  
Bu  dəzgahların  kütləvi  istehsalda  tətbiqi  zamanı  əldə  olunan 
texnoloji və iqtisadi irəliləyiş, XIX əsrin sonunda Amerika və Avropada 
dəzgahlara  olan  tələbatı  kəskin  artırmışdır.  İlk  sənaye  tətbiqi  zamanı 
əldə  olunan  təcrübələr  dəzgahların  təkmilləşdirilməsində  özünü 
göstərmişdir.  Bu  ərəfədə  təkcə  ABŞ-da  yox,  həmçinin  Almaniyada  da 
torna  dəzgahlarının  inkişafı  yüksək  həddə  çatmışdır.  Birşpindelli  torna 
dəzgahlarının hazırlanmasında böyük uğurlar qazanmış müəssisələr çox- 

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
380 
 
şpindelli dəzgahların hazırlanmasına başlayırlar.  
1904-cü ildə Laypsiqdə Pittler öz firmasında çevrəvi fırlanan pəstah 
və  sürəti  dəyişiləbilən  barabana  malik  çoxşpindelli  torna  dəzgahı 
düzəldir  və  bunun  üçün  patent  alır.  1912-ci  ildə  Bilefelddə 
dəzgahqayırma  firması  Gildemeister&Comp.Akt.-Ges.  çevrəvi  hərəkətli 
pəstaha malik çoxşpindelli torna dəzgahı istehsal edir (şəkil 2.99).  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.97. Kollinin çoxşpindelli torna dəzgahı, 1886. 
 
1900-cü  ildə  Paris  sərgisində  nümayiş  etdirilən  tezkəsən  alət  poladı 
çoxşpindelli  torna  avtomatlarının  böyük  sürətlərə  uyğunlaşdırılmasını 
tələb edirdi. Dəzgahların gövdəsinin sərtliyi, ötürmənin gücü və dövrlər 
sayı artırılmış, çuqundan olan dişli çarxlar poladla əvəz olunmuşdular. 
Bu  istiqamətdə  növbəti  addım  1907-ci  ildə  Qeorq  Qridli  (ingl. 
George Gridley) tərəfindən aləti uzununa aparan başlığın ixtirası ilə əldə 
edilir.  Bu  başlıq  emal  dəqiqliyinin  artırılmasına  imkan  vermişdir.  Bu 
başlıqdan bu günə kimi də istifadə olunur.  

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
 
381 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.98. Akmi çoxşpindelli torna dəzgahı, 1894. 
 
XX 
əsrin  əvvəlində  dəzgahqayırmada  edilən  ən  böyük 
nailiyyətlərdən biri də radial burğu dəzgahının ixtirası idi [2.73]. Radial 
burğu dəzgahının inkişafı bu istiqamətlərdə gedirdi: 
-
 
statik və dinamik sərtliyin artırılması; 
-
 
tezkəsən  alət  poladının  tətbiqi  ilə  şərtlənən  yüksək  dövrlər  sayı, 
veriş və ötürmə gücünün tətbiqi;  
-
 
ötürmədə  bəndlərin  sayının  azaldılması  hesabına  faydalı  iş 
əmsalının yüksəldilməsi; 
-
 
dövrlər  sayı  və  verişin  müxtəlif  texnoloji  tapşırıqlara 
uyğunlaşdırılması; 
-
 
 sadə idarə sisteminin tətbiqi. 
 

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
382 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.99. Gildemayster firmasının çoxşpindelli torna dəzgahı, 1912.
 
 
Yeni əsrin əvvəlində bu dəzgahlarda daraq dişli  ötürmə Amerikadan 
gələn  yeni  vint  ötürməsi  ilə  əvəz  olunur.  Bu  şpindelin  sürətlə  geriyə 
hərəkətinə  imkan  verirdi.  Tezkəsən  alət  poladını  tətbiq  etmək  üçün 
dövrlər  sayının  yuxarı  həddi  qaldırılmışdır.  Dəzgahın  gövdəsi,  böyük 
quvvəyə tab gətirmək üçün  möhkəm  konstruksiya edilirdi. Yönəldicilər 
qaranquş  quyruğu  formalı  tirlər  və  tənzim  oluna  bilən  diyircəklərdən 
hazırlanırdı.  Yivlərin  kəsilməsi  üçün  ötürmə  sistemində  dönmə 
mexanizmi  quraşdırılmışdır.  1910-cu  ildən  başlayaraq  radial  burğu 
dəzgahında  da  elektrik  mühərriklərindən  istifadə  olunmağa  başlayır. 
1920-ci  ildən  etibarən  tətbiq  olunan,  tənzimlənən  dövrlər  sayına  malik 
elektrik  mühərrikləri şaquli burğu dəzgahlarının  effektivliyini artırmağa 
kömək  etmişdir.  Bu  mühərriklər  şpindelin  uc  hissəsində  yerləşdirilərək 
alətlə  bir  başa  əlaqəyə  girirdi  (şəkil  2.100).  Radial  burğu  dəzgahlarının 
sadə və ucuz olması, tez  mövqeləşdirmə imkanı və böyük işçi zonasına 
malik  olması,  onun  qısa  zamanda  sənayedə  geniş  tətbiqinə  gətirib 

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
 
383 
çıxarmışdır.  Bu  dəzgahların  mənfi  cəhətlərinə:  onların  aşağı  dəqiqliyə 
və  sərtliyə  malik  olması,  pəstah  üçün  böyük  əmək  tutumlu  tərtibatın 
lazım olması aid oluna bilər [2.75].       
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.100. Radial burğulama dəzgahı,           
Raboma firması, 1920. 

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
384 
 
2.6.4. Maşın hazırlamanın nəzəri əsaslarının yaranması 
 
2.6.4.1. Mexaniki emal prosesində kəsmə nəzəriyyəsinin    
 
  formalaşması 
 
  
T
exniki  ədəbiyyatda  kəsmə  prosesinin  təsvirinə  aid  ilk  yazılar 
Amerika jurnallarında rast gəlinir. Bu məqalələrdə, ancaq prosesin tarixi 
inkişafı haqqında heç bir məlumat verilmir.  
 
Kəsmə  prosesinin  elmi  araşdırılması  1840

1850-ci  illərə  təsadüf 
edir.  Bu  dövrdə  nəzəri  tədqiqatların  həcmi  məhdud  idi.  Yalnız  1900-cü 
ildən  sonra  bu  istiqamətdə  geniş  işlər  görülməyə  başlayır.  Bu,  tezkəsən 
alət poladının ixtirası ilə əlaqədar idi.  
 
Amerikalı alim Şou (ingl. Shaw) kəsmə prosesinin araşdırılmasını üç 
mərhəlyə  bölür  [2.76].  Birinci  mərhələdə,  1860

1900-cı  illərdə  yonqar 
əmələ  gəlməsinin  nəzəri əsasları işlənir. 1900

1925-ci  illərdə  prosesin, 
empirik asılılıqlar əsasında araşdırılması nəzərə çarpır. Burada Teylorun 
işlərinin  təsiri  vardır.  1925-ci  ildən  isə  kəsmə  prosesinə  təsir  edən 
amilləri  nəzərə  almaqla  tədqiqat  işlərinin  mərkəzində,  ayrı-ayrı 
məsələlərin araşdırılması durur. Onu da nəzərə almaq lazımdır ki, kəsmə 
nəzəriyyəsinin  tarixi  araşdırılması  müəyyən  mənbələrə  əsaslanmalıdır. 
Bu  baxımdan  1900-cü    ilə  qədər  kəsmənin  tarixi  inkişafını  yalnız  nisbi 
təsvir etmək olar. Çünki, bu ərəfədə görülən işlərin yalnız bir hissəsi çap 
olunmuşdur.  XIX  əsrin  ortalarına  qədər  aparılan  elmi  tədqiqatların  bir 
hissəsi gizli saxlanılmışdır. Yalnız texniki məktəblərdə bu işlərlə məşğul 
olunduqdan  sonra,  onun  nəticələri  çap  olunmağa  başlayır.  İlkin 
vaxtlarda,  həm  də  bu  sahədə  materialların  çap  olunması  üçün  texniki 
ədəbiyyatların sayı çox məhdud idi.  
 
İlk  dəfə  olaraq  torna  üsulu  və  onun  kəsmə  parametrləri  haqqında 
Plumier,  1701-ci  ildə  çap  etdirdiyi  kitabında  məlumat  verir  [2.77]. 
Burada XVIII əsrdə  mexaniki  emalın  vəziyyətini  öyrənmək  olur. 1846-
cı  ildə  Londonda  Holztapffel  tərəfindən  yazılmış  “Turning  and 
mechanical  manipulation”  (azərb.  Torna  emalı  və  mexaniki  idarəetmə

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
 
385 
kitabı kəsmə haqqında yazılmış ilk kitab hesab edilir [2.78]. Bu kitabdan 
İngiltərədə,  dəzgahqayırmanın  inkişafı  dövründə  aparılan  tədqiqatlar 
haqqında  məlumat almaq  olur. XIX əsrin ortalarında Fransada yazılmış 
kitablarda  əsasən  burğulama  prosesi  haqqında  işlər  təsvir  olunmuşdur 
[2.79, 2.80].   
 
Ümumiyyətlə,  kəsmə  prosesinin  araşdırılması  dəzgahların  inkişafı 
ilə  sıx  bağlı  idi.  Hər  bir  ölkədə  mövcud  olan  texniki,  iqtisadi  və  sosial 
durum  və  dəzgahqayırmanın  inkişafından  asılı  olaraq  elmi  tədqiqiatlar 
da  bir-birindən  fərqlənirdilər.  Kəsmə  prosesi  XVIII  əsrə  qədər,  yalnız 
sınaqlar  əsasında  empirik  araşdırıldığından  burada  sistematik  elmi 
tədqiqatlardan  danışmaq  olmaz.  Yalnız  sənaye  inqilabı  ərəfəsində 
İngiltərədə dəzgahqayırmanın inkişafı ilə əlaqədar olaraq kəsmə prosesi 
də tədqiq edilərək inkişaf etdirilmişdir.  
 
İngiltərədə aparılan ilkin kəsmə tədqiqatlarını, əsasən iki  mərhələyə 
bölürlər. Birinci  mərhələyə dəzgahların ixtirası və bununla da mexaniki 
emal  texnologiyasının  yaranması  aid  edilir.  Çünki,  bu  zamandan 
etibarən  təkcə  dəzgahlar  yox,  həm  də  kəsmə  prosesi  tədqiq  edilməyə 
başlanır.  
 
XIX  əsrin  əvvəlində  bir  sıra  dəzgahlar  ixtira  olunur.  Dəqiqliyi  və 
keyfiyyəti  artırılmış  dəzgahlar  yalnız  inkişaf  etdirilmiş  emal 
texnologiyaları  ilə  hazırlana  bilərdi.  Burada  ilk  dəfə  olaraq,  hissələrin 
kəsmə ilə  emalı  elmi cəhətdən tədqiq edilməyə başlanır. İlk dəfə olaraq 
texnoloji sistemin tərkib hissələri olan dəzgah, alət və pəstah amillərinin 
prosesin  gedişinə  təsiri  ayrılıqda  və  kompleks  şəkildə  öyrənilməyə 
başlanır.  Yüksək  mexanikləşdirmə  dərəcəsinə  malik  supportlu  torna 
dəzgahı  alətin  emal  zamanı  məcburi  hərəkətini  tələb  edirdi.  Buna  görə 
də,  alətin  həndəsəsi  kəsmə  prosesinə  uyğunlaşdırılmalı  idi.  Kəsmə 
qüvvəsinin  kəmiyyətcə  tədqiqi  də,  elə  sənaye  inqilabı  ərəfəsinə  təsadüf 
edir.  Dəzgahı  hərəkətə  gətirən  buxar  maşının  gücünü  təyin  etmək  üçün 
emal zamanı yaranan qüvvənin qiymətinə ehtiyac var idi.  
 
İngilis  dəzgahqayıranlarından  Nasmif  və  Klement  konstruksiya 
layihələndirmələri ilə bərabər kəsmə prosesini də tədqiq etmişlər. Onla-  

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
386 
 
rın işlərinin əsas məğzi, təbiət elmlərindən məlum olan biliklərin kəsmə 
prosesinin  tədqiqinə  tətbiq  etməkdən  ibarət  idi.  İlk  dəfə  olaraq  ingilis 
alimləri  Robert  Villis  və  Çarls  Bebbij  (ingl.  Charles  Babbage)  
tərəfindən  XIX  əsrin  əvvəllərində  aparılan  tədqiqatlarda  problemə 
sistemli, elmi yanaşma hiss olunur [2.81]. Bebbijin 1846-cı ildə yazdığı 
kitabında  kəskinin  həndəsəsi,  o  cümlədən  kəsmə  qüvvəsi  haqqında 
məlumat  verir.  Bebbij  yeni  alət  və  alət  tutqacı  ixtira  edir,  kəsmə 
qüvvəsinin  hesablanması  üçün  düstur  təklif  edir  [2.81,  2.82].  Villis 
işlərində,  əsasən  torna  əməliyyatının  kinematikasını  tədqiq  etmişdir 
[2.97].   
 
Kəsmə 
prosesinin 
tədqiqinin  ikinci  mərhə- 
ləsi  fransız  alimlərinin 
işləri  ilə  əlaqələndirilir. 
Fransızların  bu  sahədə 
gördükləri  işlərin  önün- 
də  zabitlərin  apardıqları 
tədqiqatlar 
dururdu. 
Onlar  burğulama  əməl- 
liyatı  və  onun  təkmi- 
təkmilləşdirilməsini  
araşdırmışlar. 
Burada 
kəsmə  qüvvəsini  təyin  etmək  üçün  dinamometrlərdən  istifadə 
edilmişdir. Nəticədə, optimal kəsmə rejimləri  kimi, dəzgahda  minimum 
güc yaradan  emal parametrləri təyin olunmuşdur. Fransız alimlərindən, 
1845-ci  ildə  çalışmış  Mora,  Kokila,  Klarenval  və  Jozzel  (fransızca, 
uyğun  olaraq:  Morin,  Coquilhat,  Clarinval  və  Joessel)  misal  göstərilə 
bilər [2.83

2.85]. 
 
Növbəti  mərhələyə  rus  alimlərinin  işləri  aid  edilir.  Kəsmə  üzrə  rus 
elmi  məktəbi  Peterburqda  yerləşirdi.  XIX  əsrin  birinci  yarısına  qədər 
Rusiyada  heç  bir  dəzgah  hazırlanmırdı.  Yalnız  Krım  müharibəsindən 
 
Şəkil 2.101.  Timeyə görə yonqarın çıxarılması. 

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
 
387 
(1853

1856) 
sonra 
orduda 
hərbi 
texnikaya 
yaranan 
tələbat 
dəzgahqayırmanın inkişafına stimul vermişdir [2.43]. 
 
Rusiyada  dəzgahqayırmanın  uzun  müddət  zəif  inkişaf  etməsinə 
baxmayaraq,  XIX  əsrin  ikinci  yarısında  kəsmə  prosesi  haqqında  elmi 
nəticələr  yüksək  səviyyəyə  çatmışdı.  Rus  elmi  tədqiqatlarının  başında 
Peterburq dağ-mədən institutunun “Mexaniki texnologiya” kafedrasının 
professoru  İvan  Time  (1838

1920)  dururdu  [2.57].  Kəsmə  prosesi  üzrə 
apardığı  fundamental  elmi  tədqiqatlara  görə  o,  XIX  əsrin  ən  məşhur 
alimi  hesab  olunur.  Time  üstyonuş  əməliyyatında  kəsmə  prosesini 
tədqiq  edərək,  ilk  dəfə  olaraq  yonqarçıxarmada  “kəsmə  bucağı” 
terminini işlədir.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.102. Yonqarəmələgəlmə prosesinin təsviri. 

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
388 
 
 
Onun işləri sonralar Peterburqda çalışan rus alimləri Zvorıkin, Briks 
və Savin tərəfindən inkişaf etdirilmişdir [2.87

93]. Şəkil 2.101-də Time 
nəzəriyyəsinə  əsasən  yonqarın  əmələgəlmə  sxemi  təsvir  edilmişdir. 
Burada  göstərilən 
β
  bucagı  yonqarın  əmələ  gəldiyi  kəsmə  bucağını 
göstərir.  Timenin  “Metal  və  ağacların  emalında  yaranan  müqavimət 
haqqında” əsərində metal və ağac hissələri üzərində aparılmış sınaqların 
nəticələri  çap  olunmuşdur.  Alət  pəstaha  müəyyən  dərinlikdə  daxil 
olduqdan  sonra,  maili  müstəvi  üzrə  kəsmə  prosesi  baş  verir.  Kəsilmiş 
yonqar  alətin  qabaq  üzü  üzrə  sürüşməyə  başlayır  (şəkil  2.102).  Time 
sınaqları  zamanı  həm  də,    qalın  yonqarlarda  forma  dəyişikliyinin  güclü 
olduğunu  müşayət  edir.  O,  kövrək  materiallarda  başqa  mənzərənin 
şahidi  olur.  Bürünc,  çuqun  və  sinkin  emalında  alətin  kəsməyə  girişi 
zamanı,  öncə  hər  şey  normal  gedir.  Sonra  isə  yonqar  sınır  və  sonrakı 
yonqarla birləşir (şəkil 2.103).  
 
Timenin  işləri  yonqarın  əmələ  gəlməsinin  tədqiqi  istiqamətində  ilk   
fundamental  iş  sayılır.  Buna  görə  də  o,  kəsmə  nəzəriyyəsinin  banisi 
hesab edilir [2.90]. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.103. Kövrək materiallarda yonqarın əmələ gəlməsi. 
 
Timenin  işlərindən  üç  il  sonra,  1873-cü  ildə  fransız  alimi  Onri 
Treska (fran. Henry Edouard Tresca) üstyonuş prosesinin tədqiqinə həsr 
olunmuş  işlərini “Bərk  cismin  deformasiyasında” [2.91] çap etdirir. O,  

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
 
389 
ilk  dəfə  olaraq,  yonqarın  əmələ  gəlməsi,  strukturu  və  formasını 
araşdıraraq  bu  qənaətə  gəlir  ki,  yonqar  çıxarılandan  sonra  onun 
uzunluğu  alətin  getdiyi  yolun  uzunluğundan  kiçikdir.  Bu  hadisəni 
Treska  meterialın  kəsmə  zamanı  deformasiyaya  uğrayaraq  “oturması” 
ilə  izah  edir  və  bunu  kəmiyyətcə  nəzərə  almaq  üçün    R  əmsalından 
istifadə  edir.  Onun  qənaətincə  bu  əmsal  1/3 

  R 

  ½  arasında  yerləşir. 
Treskanın  nəzəriyyəsinə  görə    alət  pəstaha  daxil  olduqdan  sonra  öncə 
materialda  müəyyən  dərinlikdə  oturma  baş  verir  və  bu,  müəyyən  bir 
həddi  keçdikdən  sonra  material  alətin  qabaq  üzü  üzrə  sürüşməyə 
başlayır  (şəkil  2.104).  Treskanın  bu  ideyası  sonralar  Timenin  işlərində 
də öz təsdiqini tapır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.104. Treskaya görə yonqarçıxarma. 
 
 
 Time və Treskanın tədqiqatları kəsmə prosesinin araşdırılmasına aid 
olunan klassik 



  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə