3.5. Azərbaycanda maşınqayırmanın yaranmasına dair
Ə
vvəlki bölmədə qeyd edildiyi kimi, XIX əsrin ortalarında Apşeron
yarımadasında tapılan zəngin neft yataqları Bakı və onun ətrafındakı
ərazilərdə neft sənayesinin yaranmasının əsasını qoymuşdur. Neft
quyularında tətbiq olunan neft avadanlıqları ilkin vaxtlarda xaricdən
gətirilsə də bu sonralar artan neft istehsalı ilə əlaqədar olaraq daha
səmərəli deyildi. XX əsrin əvvəlində Bakıda yalnız təmir emalatxanaları
fəaliyyət göstərirdi. Burada sıradan çıxmış nasoslar, baltalar və digər
neft avadanlıqları təmir olunurdu.
Neft sənayesinin sonrakı inkişafı oktyabr inqilabından sonra, bütün
ölkədə baş verən sənayeləşmə prosesinin təsiri altında yerli neft
maşınqayırması müəssisələrinin yaradılmasına gətirib çıxarmışdır. Bu
müəssisələrin bir qismi yerli təmir emalatxanalarının bazasında təşkil
olunsa da, böyük hissəsi yenidən yaradılırdı. Buna misal olaraq 1834-cü
ildən Azərbaycanda fəaliyyətdə olan Leytenant Şmidt adına zavodu
göstəmək olar. Bu zavod yenidən qurulmuş, poladəritmə və ştamplama
sexləri ilə tamamlanmışdır. Montin adına zavodda isə mexaniki emal
proseslərinin aparılması üçün dəzgah parkı genişləndirilmişdir. Bu
ərəfədə Bakı şəhərində neft-mədən avadanlıqlarının istehsalı üçün tətbiq
olunan dəzgahların sayı 1000-i keçmişdir [3.29].
Sovetlər ölkəsi üçün istehsal olunan neftin əksər hissəsi Bakıda hasil
olunduğundan, burada neft maşınqayırması da getdikcə inkişaf
etdirilmiş və bütün ölkə üçün aparıcı sahəyə çevrilmişdir. 1925-ci ildə
Bakıda yaradılan Dzerjinski adına dərinlik nasosları zavodu da bu
yönümdə atılan addımlardan idi. Bu zavod ilk vaxtlardan SSRİ üzrə
aparıcı mövqe qazanmış və bunu 90-cı illərin əvvəlinə qədər qoruyub
saxlamışdır.
Bu dövrdə
Azərbaycanda neft
maşınqayırması sənayesinin
genişlənməsi bu sahədə çalışa biləcək mütəxəssislərin hazırlanması
tələbini qoymuşdu. Məsələni həll etmək üçün 1920-ci ildə Azərbaycan
Politexnik İnstitutu yaradılır. Bu ali məktəb neft-mədən avadanlıqlarının
Azərbaycanda maşınqayırmanın yaranması
510
istehsalı və tətbiqi üzrə ölkədə çalışa biləcək mühəndislərin
hazırlanması yolunda önəmli rol oynamışdır. Azərbaycanda 1931-ci ildə
“Azərbaycan neft maşınqayırması institutu”nun və 1961-ci ildə
“Ümumittifaq neft maşınqayırma elmi-tədqiqat, layihə-texnoloji
institutu”nun yaradılması və uzun müddət fəaliyyət göstərməsi yerli
mühəndis-ixtisasçıların formalaşmasında və onların bütün ölkədə
tanınmasında xüsusi rol oynamışdır.
40-cı illərin əvvəlində Azərbaycan maşınqayırma sənayesi yalnız
neft-mədən
avadanlıqlarından
ibarət
olsa
da,
Böyük
Vətən
müharibəsindən sonra ölkədə yeni sahələri əhatə edən texniki
avadanlıqların hazırlanması üçün zavodlar yaradιlmağa başlayır. Onu da
qeyd etmək lazımdır ki, maşınqayırmanın sürətlə inkişafı təkcə Bakıda
yox, onun hüdudlarından kənarda da, əhalinin sıx cəmləşdiyi şəhərləri
əhatə etməyə başlayır. 1946-cı ildə tikilmiş Bakı elektrik mühərrikləri,
50-ci illərdə inşa olunmuş Sumqayıt boruyayma, Mingəçevir yol
maşınları, Xankəndi elektrotexniki qurğuları, Naxçıvan elektrotexniki
qurğuları, Ağdam dəzgahqayırma, Gəncə dəzgahqayırma və avtomobil
zavodlarını buna misal göstərmək olar.
Altmışıncı illərdə ittifaq üzrə neft-mədən avadanlığı və alətləri
istehsal edən 31 zavoddan 17-ni özündə cəmləməklə Bakı aparıcı rol
oynayırdı. Bu zavodlarda istehsal olunan avadanlıqların istehsalının
texnoloji təminatı Bakıda yerləşmiş institutlarda təhsil almış yerli
mühəndislər tərəfindən yerinə yetirilirdi. Azərbaycanda istehsal olunan
neft-mədən avadanlıqları SSRi-dən başqa, dünyanın 37-i ölkəsinə ixrac
olunurdu [3.32].
Neft maşınqayırmasının sonrakı inkişafı, 70-ci illərdə zavodların
irimiqyaslı yenidənqurulması, müasir dəzgahlarla təmin olunması və
genişləndirilməsi ilə səciyyələnir. Bu yeniləşmə ərəfəsində Bakı
kondisioner, Azərbaycan elektrik-istilik qurğuları, Bakı dəzgahqayırma
zavodları tikilib istismara verilir.
1980-ci
illərdə
respublikada
istehsal
olunan
maşınqayırma
avadanlıqlarının 70% -i İttifaq tələbatlarının ödənilməsinə yönəldilmiş-
Azərbaycanda maşınqayırmanın yaranması
511
dir. Məhsulları bir çox hallarda 2...3 min km uzaqlıqda yerləşmiş
istehlakçılara daşımaq tələb olunurdu. İttifaq daxilində inteqrasiya
siyasətinin tərkib hissəsi olan bu əməliyyat Azərbaycan istehsalçılarını
sərbəst fəaliyyət göstərmək imkanlarından məhrum edirdi.
Keçən əsrin 90-cı illərindən başlayaraq Sovetlər ölkəsinin dağılması
ilə əlaqədar olaraq Azərbaycan maşınqayıranları ilə istehlakçılar
arasında olan əlaqə tədricən zəifləmiş və əsrin sonuna yaxın kəskin
azalmışdır. Azərbaycan sənayesində, əvvəllər aparıcı sahələrdən olan
neft maşınqayırması sahəsi öz rolunu enerji kompleksinə vermişdir.
Azərbaycanda XX əsrin sonunda baş verən neft bumu yerli
maşınqayırma sənayesinin inkişafından yan keçmişdir. Azərbaycanda
neft hasilatı ilə məşğul olan xarici şirkətlərin tətbiq etdikləri neft
avadanlıqlarını xaricdən gətirmələri yerli sənayeyə mənfi təsir etmişdir.
1990
−
97-ci illərdə böhran vəziyyətində olan Azərbaycan sənayesində,
maşınqayırma məhsullarının payı cədvəl 3.2-də göstərilmişdir. Buradan
tənəzzülün səviyyəsi aydın görünür.
XXI əsrin əvvəlindən başlayaraq respublikada maşınqayırma
sənayesində müəyyən dirçəliş hiss olunur. Maşınqayırma müəssisələri
özlərini yerli tələbləri ödəmək üçün yenidən təşkil etmiş və keçmiş
əlaqələri bərpa etməyə çəhd göstərmişlər.
Azərbaycanda yaranmış neft sənayesinin genişlənməsi maşınqayırma
sənayesində çalışabiləcək mühəndislər ordusunun yaradılmasına təkan
vermişdır.
Respublika
ali
texniki
məktəblərində
hazırlanmış
mühəndislər təkcə ölkə daxilində yox, həm də keçmiş Sovetlər ölkəsinin
bir çox ərazilərində fəaliyyət göstərmişlər. Hal-hazırda yerli
mütəxəssislər
əsasən daxili bazara üz tuturlar. Azərbaycan
maşınqayırma sahəsinin xarici ölkələrlə əlaqəsi zəifləsə də, azərbaycanlı
mühəndislərə bir çox xarici ölkələrdə rast gəlmək olar.
Maşınqayırma mühəndisləri ölkə daxilində ilk dəfə olaraq 1920-ci
ildə yaradılmış Azərbaycan Politexnik İnstitutunda hazırlanmışdır.
Sonradan Azərbaycan Sənaye İnstitutu adlanan bu ali məktəbin
mexanika fakültəsində neft maşınqayırması, neftayırma müəssisələri,
Azərbaycanda maşınqayırmanın yaranması
512
neftçıxarma işləri və qazma avadanlığı istehsalının texnoloji təminatı
üçün mühəndislər hazırlanmağa başlanmışdır.
1932-ci ildə Azərbaycan Sənaye İnstitutunda “Metalların soyuq
emalı” kafedrası yaradılır və onun rəhbərliyi F.Yaroşevskiyə həvalə
olunur. 1942-ci ildən bu kafedra “Maşınqayırma texnologiyası” adlanır.
1950-ci ilin dekabr ayında mexanika, dəmiryol nəqliyyatı və tikinti
fakültələrinin bazasında Azərbaycan Politexnik İnstitutu yaradılır. Dos.,
t.e.n. F.Yaroşevski, dos., t.e.n. Semyanin və t.e.n. Sultanovdan ibarət
müəllim tərkibinə malik olan “Maşınqayırma texnologiyası” kafedrası
artıq ixtisas kafedrasına çevrilmiş və bu ixtisas üzrə mühəndislər
hazırlamağa başlamışdır. 1950-ci ildə bu ixtisas üzrə müxtəlif kurslarda
123 tələbə təhsil alırdı. “Maşınqayırma texnologiyası” ixtisası üzrə son
50 ildə hazırlanmış mütəxəssislərin sayı şəkil 3.43-də verilmişdir.
Buradan göründüyü kimi, 60
−
80-ci illər arasında mühəndis hazırlığı bu
sahəyə artan tələbatla bağlı olaraq sürətlə artmış və 90-cı illərdə
başlayan böhrandan sonra aşağı düşmüşdür. 1951
−
96-cı illərdə
Azərbaycanda bu ixtisas üzrə 15527 tələbə təhsil almışdır [3.30].
“Maşınqayırma texnoloğiyası” kafedrasında aparılan çoxsahəli elmi-
tədqiqat işləri yeni kafedraların yaradılması üçün zəmin yaratmışdır.
Yeni mühəndis hazırlığına yönəldilmiş bu kafedraların siyahısı cədvəl
3.2-də verilmişdir. Yeni kafedraların yaranması maşınqayırma ixtisası
üçün maddi-texniki bazanın möhkəmləndirilməsi, mütərəqqi fənlərin
tətbiqi və elmi-pedaqoji kadrların hazırlığı üçün əlverişli şərait
yaratmışdır. 1950-ci ildən 1970-ci ilə qədər bu sahədə 14 nəfər texnika
elmləri namizədi, sonrakı 30 ildə 55 nəfər texnika elmləri namizədi və
10 nəfər texnika elmləri doktoru yetişmişdır.
1993-cü ildən başlayaraq Azərbaycanda çoxpilləli təhsil sisteminə
keçidlə əlaqədar olaraq “Maşınqayırma və material emalı” istiqaməti
üzrə bakalavr hazırlığına başlanmışdır. 1997-ci ildən etibarən isə
Azərbaycan Texniki Universitetində magistratura açılmış və bu ixtisas
üzrə magistr hazırlığı həyata keçirilmişdir.
Azərbaycanda maşınqayırmanın yaranması
513
Cədvəl 3.2. Respublika sənayesində əsas məhsul növləri istehsalının
durumu [3.31].
Məhsulun növü
1990
1992
1993
1994
1995
1996
1997
Enerji kompleksi
Elektrik enerjisi, mlrd. kVt.s
13,2
19,6
19,1
17,6
17,0
17,0
16,8
Neft və qaz kondensatı, mln. t
12,5
11,1
10,3
9,6
9,2
9,1
9,1
Təbii qaz, mlrd. m
3
9,9
7,9
6,8
6,4
6,6
6,3
6,0
Metallurgiya sənayesi
Dəmir filizi, min t
501
360
374
4
1,5
3,9
3,2
Polad borular, min t
493
260
146
31
9,9
3,1
3,0
Maşınqayırma kompleksi
Mancanaq dəzgahları, min ədəd
5,2
2,9
1,9
0,3
0,06
0,07
0,07
Dərinlik nasosları, min ədəd
57,0
55,1
52,7
29,2
23,8
15,0
15,7
Dərinlik quyu ştanqları, min ədəd
527
393
161
35
0,5
00
17,7
Fontan armaturları, min ədəd
6,5
4,6
6,8
1,6
0,7
0,5
0,6
Elevatorlar, min ədəd
2,1
1,2
1,3
0,4
0,2
0,2
0,6
Atmaya qarşı qurğular, dəst
365
241
113
42
15
5
7
Yuyucu aqreqatlar, ədəd
764
216
170
72
50
36
51
Sınaq aqreqatları, ədəd
885
452
246
82
92
17
27
Təmir aqreqatları, ədəd
485
252
253
174
37
38
60
Elektrik mühərrikləri, min ədəd
4860
1637
1355
834
512
339
416
Güc transformatorları, min kVt
1996
651
226
97
56
124,5
116,7
Kompressorlar, min ədəd
1000,4
839
976,7
392,2
57,8
10,2
9,6
Soyuducular, min ədəd
330
223
228
97
25
6,8
0,1
Kondisionerlər, min ədəd
309
268
179
119
64
78,8
16,5
Azərbaycanda maşınqayırmanın yaranması
514
Şə
k
i
l
3
.
4
3
.
A
z
TU
-d
a
„
Ma
şı
n
q
ay
ır
m
a
te
x
no
lo
g
iy
as
ı“
i
x
ti
sas
ı ü
zr
ə
m
üh
ən
d
is
b
ur
ax
ılı
şı
[3
.32]
.
Azərbaycanda maşınqayırmanın yaranması
515
Maşınqayırma sahəsinin yaranması və bu sahədə mütəxəssislərin
hazırlanması üçün elmi-texniki bazanın olması vacib şərtlərdəndir.
1950-ci
ildə
Azərbaycan
Politexnik
İnstitutunda yaradılmış
“Maşınqayırma texnologiyası” kafedrası ilkin olaraq Bakı şəhərinin
Çapayev küçəsində yerləşən “Dəmir yol nəqliyyatı texnikumunun”
binasında kiçik bir otaqda yerləşdirilir. Kafedrada tədris olunan
laboratoriya işləri bu müddətdə Azərbaycan Sənaye İnstitutunun
emalatxanasında aparılırdı. Sonralar SSRİ Nazirlər Sovetinin qərarı ilə
“AzNeftmaş” trestinə daxil olan zavodlardan 6 dəzgah və 24 çilingər
yeri alınmaqla kafedranın ilkin emalatxanası yaradılır. 1957-ci ildə
AzPİ-nin indiki binası inşa olunur və kafedra öz emalatxanası ilə buraya
köçür. Kafedranın İttifaq daxilində müxtəlif elmi-tədqiqat mərkəzləri ilə
apardığı işlər onun elmi-texniki bazasının inkişafına və yeni sahələr üzrə
kafedraların yaranmasına imkan vermişdir (cədvəl 3.3). Belə ki, 1982-ci
ildə Ə. H. Xəlilovun rəhbərliyi ilə “Avtomatlaşdırılmış istehsalın texno-
logiyası” kafedrası yaradılaraq onun əsas binada aldığı yerdə
emalatxanası yaradılır. Bu emalatxana müasir robotexniki avadanlıqlar,
RPİ (rəqəmli proqramla idarəetmə) dəzgahları, manipulyatorlar,
avtomatlaşdırılmış layihələndirmə sistemləri, hesablayıcı maşınlarla
təchiz
olunaraq,
kafedranın
profilinə
uyğun
mütəxəssislərin
hazırlanması üçün baza yaradılmışdır.
1986-ci ildə AzPİ-nin nəzdində yaradılan “Standartlaşdırma və
metrologiya” kafedrasι maşınqayırma ixtisası üzrə təhsil alan tələbələrə
ölçmə texnikası və texnologiyası üzrə biliklərin verilməsi ilə məşğul
olur. 1988-ci ildə AzPİ-nin həyətında inşa olunmuş modul tipli
laboratoriya ən yeni robot dəzgahları ilə təchiz olunaraq tədrisin
keyfiyyətinin artırιlmasına səbəb olmuşdur.
1991-ci ildə H. Ə. Hüseynovun rəhbərliyi altında “Maşınqayırmada
avtomatlaşdırılmış layihələndirmə sistemləri” kefedrası təşkil olunur.
Bu kafedrada yerləşdirilmiş müasir hesablama texnikası və proqramları
tələbələrə layihələndirmə işlərindəki mütərəqqi üsullarla tanış olmağa
imkan yaratmışdır.
Azərbaycanda maşınqayırmanın yaranması
516
Cədvəl 3.3. “Maşınqyırma texnologiyası” kafedrası əsasında yaradılmış yeni
kafedralar
[3.32].
Kafedra
1932-ci
ildə
“Metalların soyuq emalı” adı ilə
Azərbaycan Sənaye İnstitutunda
yaradılmışdır, kafedra müdiri
F.Yaroşevski.
1942-ci ildə kafedranın adı
“Maşınqayırma texnologiyası”
kimi dəyişdirilmişdir.
1950-ci
ildən
kafedra
Azərbaycan
Politexnik
İnstitunda fəaliyyət göstərir.
Kafedra müdirləri:
1950
−
1974-ci illər dos., t.e.n.
F.Yaroşevski:
1975
−
1984-ci illər dos., t.e.n.
N. Ağayev:
1984
−
1987-ci illər dos., t.e.n.
Ə.Sadıxov :
1987-ci ildən i.q. prof., t.e.d.,
V. Mövla-zadə
N-
si
Yeni yaradaılmış kafedraların adı,
kafedra müdirləri
Yaranma
tarixi
1
“Tikiş və yeyinti maşınları”, prof.,
t.e.d. R.Əlizadə
1970
2
“Metalkəsən dəzgahlar və alətlər”
1970
−
1980 ci illər prof., t.e.d.
C.Məmmədov
1980
−
1993 ci illər prof., t.e.n. M.
Rüstəmov
1993-i.q. prof., t.e.d. V. Abbasov
1970
3
“Avtomatlaşdırılmış
istehsalın
texnologiyası”
1982
−
1995-ci illər prof., t.e.n. Ə.
Xəlilov
1995
−
2000-ci
illər
dos.,
t.e.n.
N.Məmmədov
1982
4
“Metrologiya və standartlaşdırma”
1986-cı ildən i.q. prof., t.e.d.
A.Qafarov
1986
5
“Nəqliyyat maşınqayırması”, 1992-ci
ildən
“Maşınların
bərpası
və
etibarlığı”
1989
−
1992-ci
illər
prof.,
t.e.d.
N.Ağayev
1992
−
2003-ci
illər
prof.,
t.e.n.
Ə.Sadıxov
1989
6
“Maşınqayırmada avtomatlaşdırılmış
layihələndirmə sistemləri”
1991-ci ildən i.q. prof., t.e.d.
H.Hüseynov
1991
“Maşnqayırma texnologiyası” kafedrası və onun bazasında
yaradılmış digər kafedralarla bərabər Azərbaycanda maşınqayırma üzrə
mütəxəssislərin
hazırlanmasında
yerli
müəssisələrin
texniki
imkanlarından da geniş istifadə olunmuşdur.
Azərbaycanda maşınqayırmanın yaranması
517
1960-cı ildən Azərbaycan Politexnik İnstitutunda açılmış aspirantura
bu sahədə yerli elmi kadrların hazırlanması istiqamətində atılan vacib
addımlardan biri idi. Bu imkandan istifadə edərək onlarla azərbaycanlı
mühəndis elmi dərəcə əldə edərək ali məktəbdə mühəndis hazırlığının
daha təkmil aparılmasına nail olmuşlar. 1950
−
2000-ci illərdə
“Maşınqayırma texnologiyası” ixtisası üzrə 70 texnika elmləri namizədi
və 10 texnika elmləri doktoru yetişdirilmişdir [3.32]. Bu mütəxəssislər
Azərbaycan Texniki Universitetində təhsilin təkmilləşdirilməsi ilə
bərabər, həm də bu ali məktəbin təşkili və idarə olunmasında yaxından
iştirak etmişlər.
Azərbaycan ali texniki məktəbləri istər Sovet dövründə, istərsə də
sonra xarici dövlətlərin ali məktəbləri ilə elmi mübadilədə olmuşlar.
Əsasən Azərbaycan Politexnik İnstitutu və Azərbaycan Neft
Akademiyası bu sahədə Avropanın qabaqcıl ali məktəbləri ilə
əməkdaşlıq etmişlər.
Sovetlər ölkəsi dağıldıqdan sonra yerli
mütəxəssislər qarşısında xaricdə elmi staj
keçmək üçün yeni imkanlar açılır. Əsasən
Almaniyanın Akademik Mübadilə Xidməti
(Deutscher Akademischer Austausch Dienst-
DAAD) öz fəalliyyəti ilə daha da fərqlənir.
Burada, özü ilk azərbaycanlı olaraq 1975-ci
ildə
Almaniyanın
Braunşvayq
Texniki
Universitetində onaylıq elmi staj keçmiş Prof.
Vaqif Mövla-zadənin (şəkil 3.44) azərbaycan
gənclərinin
xarici
səfərlə
bağlı
stimullaşdırılmasında böyük rolu olmuşdur. Vaxtilə AzPİ-nin məzunu
olmuş Prof. Mövla-zadə öz elmi karyerasına bu ali məktəbdə
başlamışdır. O, 35 illik fəaliyyəti dövründə məşğul olduğu pardaqlama
prosesinin optimallaşdırılması sahəsində yeni elmi məktəb yaratmış və
bu sahədə elmi mütəxəssislər hazırlamışdır. Onun müasir gənc elmi
mütəxəssislər formalaşmasında da rolu təkzib olunmazdır. Professor
Şəkil 3.44.
Prof. V. Mövla-zadə.
Azərbaycanda maşınqayırmanın yaranması
518
Mövla-zadə
1987-ci
ildən
rəhbərlik
etdiyi
“Maşınqayırma
texnologiyası” kafedrasında qabiliyyətli gənc alimlərin yetişməsi üçün
böyük imkanlar yaratmışdır.
Hal-hazırda DAAD xətti ilə Almaniyaya getmiş, orada təhsillərini
davam etdirərək, Alman sənayesinin müxtəlif sahələrində aparıcı
vəzifələrdə çalışan azərbaycanlı mühəndislər AzTU-da aldıqları texniki
təhsili daha da artıraraq, maşınqayırmanın müxtəlif sahələrində dəyərli
elmi işlər görürlər. Lazerlə emal, örtükçəkmə, prototiplərin sürətli
hazırlanması,
qaynaq,
mexaniki
emal,
maşın
hissələri,
avtomatlaşdırılmış layihələndirmə, termodinamika həmyerlilərimizin
çalışdıqları
vacib
sahələrdəndirlər.
Bu
gənclər
Azərbaycanın
mühəndislik elmində yeni bir pillənin başlanğıcını qoymuşlar. Dünyada
öz güclü sənayesi ilə məşhur olan Almaniyada aparıcı mühəndis kimi
çalışaraq, həmyerlilərimiz əldə etdikləri elmi bilikləri Azərbaycana
transfer etməklə, mövcud elmi bazanın daha da zənginləşdirilməsində
əhəmiyyətli rol oynayırlar.
Ədəbiyyat
519
Ədəbiyyat
Fəsil I
1.1. De Camp, L., Ritscher, R. Ingenieure der Antike. Verlag: Econ, 1964, 486 S.
1.2. Richard Shelton Kirby. Engineering in History (Dover Books on Engineering).
Verlag: Dover Publications Inc.1990, 530 S.
1.3. Abbott Payson Usher. A History of Mechanical Inventions, Revised Edition.
Dover Publications Inc., 1988, 461 S.
1.4. Döbler, H. 7000 Jahre frühe technische Kultur. Bd. 1. Vom Ackerbau zum
Zahnrad. Verlag: Rowohlt; 1969, 251 S.
1.5. Müller-Karpe, H. Geschichte der Steinzeit. München, 1976
1.6. Grünert, H. u.a. Geschichte der Urgesellschaft. Berlin, 1982
1.7. Feuerstein, Rohstoff der Steinzeit - Bergbau und Bearbeitungstechnik.
Archäologisches Museum der Stadt Kehlheim, Museumsheft 3, 1987.
1.8. Schuldt, E. Technik der Steinzeit. Verlag: Museum für Ur- u. Frühgeschichte,
1963, 83 S.
1.9. Stodiek, U. Paulsen, H. Mit dem Pfeil, dem Bogen. Technik der steinzeitlichen
Jagd. Verlag: Isensee Florian GmbH, 1996, 72 S.
1.10. Lionel Bender. Sehen. Staunen. Wissen. Erfindungen. Vom Handbohrer der
Steinzeit bis zum Superrechner unserer Tage. Verlag: Gerstenberg, 5.Aufl., 2003,
64 S.
1.11. Horn-van Nispen, M.-L. 400 000 Jahre Technikgeschichte. Von der Steinzeit bis
zum Informationszeitalter. Nikol Verlagsges., 2005, 173 S.
1.12. Sonneman, R. Geschichte der Technik. Köln, 1987.
1.13. Troitzsch, U. Technik - von den Anfängen bis zur Gegenwart.Braunschweig:
Westermann, 1982, 640 S.
1.14. Hüseynov, M. Daş dövrü. Dərs vəsaiti. Azərbaycan Dövlət Universiteti, 1975, 164
səh.
1.15. Hüseynov, M. Uzaq daş dövrü. Gənclik , 1973, 72 səh.
1.16. Schuschardin, S.W. u.a. Allgemeine Geschichte der Technik von den Anfängen bis
1870. VEB Verlag Fachbuchverlag Leipzig, 1981. 334 S.
1.17. Klengel, H. Kulturgeschichte des alten Vorderasien. Akademie-Verlag, Berlin,
1989.
1.18. Awdijew, W.I. Geschichte des alten Orients. Berlin, 1953
1.19. Spur, G. Vom Wandel der industriellen Welt durch Werkzeugmaschinen: Eine
kulturgeschichtliche Betrachtung der Fertigungstechnik. Hanser Verlag,
Ədəbiyyat
520
München 1991, 628 s.
1.20. Hrouda, B., Pfeilschifter, R. Mesopotamien. Die antiken Kulturen zwischen
Euphrat und Tigris. Verlag: C.H.Beck; 4.Aufl. 2005, 125 S.
1.21. Gericke, H. Mathematik in Antike und Orient, Mathematik im Abendland. Verlag:
Marix, Wiesbaden 2005.
1.22. Vogel, K. Vorgriechische Mathematik, 1: Vorgeschichte und Ägypten. Verl.
Ferdinand Schönigh, Paderborn 1958.
1.23. Kaiser,
H.,
Nöbauer,
W.
Geschichte
der
Mathematik.
Oldenbourg
Schulbuchverlag, 3. Auflage, 2002.
1.24. Dietz O. Edzard. Geschichte Mesopotamiens. Von den Sumerern bis zu Alexander
dem Großen (Gebundene Ausgabe). Verlag: Beck; 1. Aufl., 2004, 288 S.
1.25. Wiltshire, K. Zeittafel der Antike. Mesopotamien - Ägypten - Griechenland - Rom
(Gebundene Ausgabe). Verlag: Tessloff; 1. Aufl., 2005, 32 S.
1.26. Fischer, H. Die Geburt der Hochkultur in Ägypten und Mesopotamien. Verlag:
Klett, 1960, 304 S.
1.27. Feldhaus, F. Technik der Antike und des Mittelalters. Auflage Reprograf. Nachdr.
d. Ausg. Potsdam 1931, 2. Aufl. Hildesheim: Olms, 1985, 442 S.
1.28. Platon. Georgias oder über die Beredsamkaeit. Reclam Phillipp. 1998
1.29 Lionel Casson. Bibliotheken in der Antike.Verlag: Artemis & Winkler, 2002, 220
s.
1.30. Werner Ekschmitt: Die Sieben Weltwunder. Ihre Erbauung, Zerstörung und
Wiederentdeckung. Zabern, Mainz, 1996.
1.31. Feldhaus, F.M. Die Technik der Antike und des Mittelalters. Potsdam 1931.
1.32. Velter, A., Lamothe, M.J. Das Buch vom Werkzeug. Genf 1979
1.33. Hausbuch
der
Mendelschen
Zwölfbrüderstiftung,
1388-1799.
3
Bd.,
Stadtbibliothek Nürnberg.
1.34. Blümmer, H. Technologie und Terminologie der Gewerbe und Künste bei
Griechen und Römern. 4 Bd., Leipzig 1879-1912.
1.35. Mutz, A. Die Kunst des Metalldrehens bei den Römern. Basel, Stuttgart 1972.
1.36. Diels, H. Antike Technik. 3 Aufl. , Berlin 1942
1.37. Niemann, H.W. Vom Fauskeil zum Computer. Stuttgart 1985
1.38. Schneider, I. Archimedes. Ingenieur, Naturwissenschaftler und Mathematiker,
Wissenschaftliche Buchgesellschaft, Darmstadt 1979
1.39. Wolfgang O. Schmitt. Art. Tzetzes, Johannes, in Der Kleine Pauly. Bd. 5, S. 1031-
1034.
Ədəbiyyat
521
1.40. Strathern, P. Archimedes und der Hebel. Verlag:Fischer, Frankfurt/M. 2002
1.41. Reviel Netz : The Works of Archimedes. Cambridge, 2004
1.42. Vitruviius Pollo, Marcus ( von Fensterbusch, Curt): De archtectura libri decem-
Zehn Bücher über Architektur. Darmstadt: Wissensch. Buchgeselschaft, 1991,
585 S.
1.43. Polybius. Historien. Stuttgart : Reclam, 2006, Bibliogr. erg. Ausg.
1.44. Ch; MacLean, The principle of the hydraulic organ. S.I.M. 1905.
1.45. Beck, Th. Beiträge zur Geschichte des Maschinenbaues. Reprograf. Nachdr. d.
Ausg. Berlin 1899, Hildensheim : Oms, 1970, 559 S.
1.46. Schmidt, W. Herons von Alexandria Druckwerke und Automatentheater. Leipzig:
Teubner, 1899
1.47. Philo of Byzantium. Pneumatica. Dr.Lüdwig reichert Verlag, Wiesbaden, 1974.
1.48. Beck, Th.. “Philon von Byzantium”, in Beiträge zur Geschichte der Technik und
Industrie, II, 1911, S. 64-77.
1.49. Diels, H., Schramm, E. Philons Belopoiika (viertes Buch der Mechanik). Berlin,
Verlag der Akademie der Wissenschaften, 1919.
1.50. Jones, A.. Pappus of Alexandria, Book 7 of the Collection. Verlag: Springer,
Berlin, 1998, 375 S.
1.51. Donald R Hill. Studies in Medieval Islamic Technology. Edited by David A King,
Ashgate Variorum collected studies series, 1998, p. 253.
1.52. Ahmad Y Al-Hassan and Donald R Hill, Islamic Technology (An Illustrated
History). Cambridge University Press, 1986, p.12.
1.53. Al-Hasan, Ahmad Y. Tagiyaddin wa-l-handasa al-mikanikiya al-arabiya. Aleppo
1976.
1.54. Wiedemann, E. Beitrage zur Geschichte der Naturwissenschaften. X. Zur Technik
bei den Arabern. Erlangen, 1906.
1.55. Wiedemann, E. und. Hauser, F. Uber Trinkgefasse und Tafelaufsatze nach al-
Jazari und den Benu Musa, Der Islam, vol. 8, 55-93, 268-291, 1918; Isis, III, 478.
1.56. Wiedeman, E. Zur Mechanik und Technik bei den Arabern. In: Aufsätze zur
arabischen Wissenschaftsgeschichte Bd.1, S. 1483-1516.
1.57. Wiedemann, E. "Ueber al Biruni und seine Schriften" in Sitz. d. Physik. mediz.
Gesell. (1920), S.55-96.
1.58. Donald, R. u.a. [Banu Musa. Kitab al Hiyal] The Book of ingenious Devices by
the Banu (sons of Musa) Musa bin Shakir, translated and annotated. Dordrecht
1979.
Ədəbiyyat
522
1.59. Donald R.H. The Book of Knowledge of Ingenious Mechanical Devices (Kitab fi
marifat al-Hiyal al-handasiyya) by Ibn al-Razzaz al-Jazari. Dordrecht, 1974
1.60. Wiedeman, E. Apparate aus dem Werk fi’l-Hiyal der Banu Musa. In. Aufsätze zur
arabischen Wissenschaftsgeschichte. Bd.1, S. 306-313.
1.61. Wiedeman, E. Gesammelte Schriften zur arabisch-islamischen
Wissenschaftsgeschichte. Frankfurt a.Main: Institut für Arabische Geschichte der
Arabisch-Islamischen Wissenschaften 1984 (Series B, 1-3).
1.62. Wiedeman, E. Über Vorrichtungen zum Heben von Wasser in der islamischen
Welt. In: Beiträge zur Geschichte der Technik und Industrie, Berlin 8(1918) S.121-
154.
1.63. Banu Musa. Kitab al-Hiyal. Ed. By Ahmad Y. al-Hasan. Allepo 1981.
1.64. Wussing, H. u.a. Geschichte der Naturwissenschaften . Köln: Aulis-Verlag
Deubner, 1987.
1.65. Strohmaier, G. Avicenna. München: Beck Verlag, 2006, 182 S.
1.66. Sezgin, F. u.a. Wissenschaft und Technik im Islam.Band V, Verlag: Johann
Wolfgang Goethe-Universität Frankfurt a.M. Jahr, 2003.
1.67. Terzioglu, A. Türk-islam kültür çevresinde IX yy. Dan XVIII yy. sonuna kadar
uçma denemeleri ve tekniğe ait elyazma eserler. İllim ve sanat (İstanbul), 8 (1986)
s.54-63.
1.68. Schmeller, H.. Beiträge zur Geschichte der Technik in der Antike und bei Arabern.
Erlangen 1922 (Nachdruck in Natural Sciences in Islam Bd. 39, S. 197-246).
1.69. Horwitz, Hugo Th. Über das Aufkommen, die erste Entwicklung und die
Verbreitung von Windrädern. In: Beiträge zur Geschichte der Technik und
Industrie (Berlin), 22(1930), s.93-102.
1.70. Kaiser, Walter. Geschichte des Ingenieurs. Ein Beruf in sechs Jahrtausenden.
Hanser Verlag, 2006, 351 s.
1.71. Lindgren, U. Europäische Technik im Mittelalter 800-1400. Tradition und
Innovation. Verlag: Mann, Berlin; 4 Aufl., 1996, 644 S.
1.72. Richter, H. Die Hornbogenarmburst. Geschichte und Technik. Verlag Angelika,
Hönig, 2006.
1.73. Popitz, H. Epochen der Technikgeschichte. Tübingen: Mohr, 1989, 73 S.
1.74. Rathgen, B. Das Geschütz im Mittelalter. Düsseldorf, 1987.
1.75. Mommertz, K.H. Bohren, Drehen und Fräsen. Geschichte der Werkzeugmaschinen.
Reinberk bei Hamburg, 1981.
1.76. Düttmann, M., Sensen, S. Draht. Vom Kettenhemd zum Supraleiter. Verlag
Mönnig, Iserlohn, 2001.
Ədəbiyyat
523
1.77. Philipp Mönch. Kriegsbuch. Heidelberg ,1496.
1.78. Das Hausbuch der Mendelschen Zwölfbrüderstiftung zu Nürnberg. München:
Bruckmann, 1966, 156 S.
1.79. Gille, B. Engineers of the Renaissance. Cambridge: MIT Press. 1966
1.80. Hill, D. 1984. A History of Engineering in Classical and Medieval Times. La
Salle, IL: Open Court.
1.81. Parsons, W. B. 1939. Engineers and Engineering in the Renaissance. Cambridge:
MIT Press.
1.82. Silvio A. Bedini. Leonardo. Forscher, Künstler. Verlag: Bassermann; 1.Auflage,
2005. 318 S.
1.83. Grothe, H. Leonardo da Vinci. Erfinder und Konstrukteur. Verlag: Reprint-Verlag-
Leipzig; 2003, 94 S.
1.84. Bramly, S. Leonardo da Vinci. (Broschiert). Verlag: Rowohlt Tb.; Aufl.6., 1995,
564 S.
1.85. Biringuccio, V. De la pirotechnia. Venedig 1540. Übersetzt ins Deutsche von
O.Johannsen. Braunschweig 1925.
1.86. Fischer, H. Georgius Agricola : Bilder aus dem Leben eines großen deutschen
Humanisten. 2. Aufl., Fotomechanischer Nachdr., 1969 anläßlich der 500.
Wiederkehr des Geburtstages von Georgius Agricola. Quedlinburg: Convent-Verl.,
1994, 320 S.
1.87. Agricola, Georg (von Hoover, Herbert). De re metallica , Verlag Kessinger ,
2003 , 638 S.
1.88. Kessler, E. Girolamo Cardano : Philosoph, Naturforscher, Arzt. In Vorträge
gehalten anlässlich eines Arbeitsgespräches vom 8. bis 12. Oktober 1989 in der
Herzog-August-Bibliothek, Wolfenbüttel, Verleger: Wiesbaden : Harrassowitz,
1994 , 376 S.
1.89. Girolamo
Cardano.
Des
Girolamo
Cardano
von
Mailand
eigene
Lebensbeschreibung. Aus d. Latein. übers. von Hermann Hefele, Verfasser
Cardano, Geronimo, München : Köselverlag, 1969, 291 S.
1.90. Martha Teach Gnudi. The Various and Ingenious Machines of Agostino Ramelli:
A Classic Sixteenth-Century Illustrated Treatise on Technology (Paperback) by
Agostino Ramelli, Publisher: Dover Publications; Reprint edition (September
1994), pp. 608.
1.91. Vittorio Zonca (1985). Novo teatro di machine et edificii 1607, a cura di C. Poni,
Milano, Il Polifilo. 1985; ril., pp. 194
1.92. Christa Weber Miloradovic. Die englische Hinterlassenschaft. Der Gartenarchitekt
Salomon de Caus (1576-1626) und seine Zeit. Ein historisch-literarischer Bericht,
Zürich: Chronos, 1990.
Ədəbiyyat
524
1.93. Salomon de Caus. Kunst der Mechanik: die phantastischen Erfindungen des
Salomon de Caus (Reprint der unter dem Titel: Von gewaltsamen Bewegungen,
1615 in Frankfurt erschienenen Ausgabe), Halle an der Saale: Stekovics, 2003.
Fəsil II
2.1. Paulinyi, Á., Troitzsch, U. Mechanisierung und Maschinisierung 1600 bis 1840.
Berlin: Propyläen-Verl., 1991, 529 S.
2.2. Schuschardin, S.W. u.a. Allgemeine Geschichte der Technik von den Anfängen bis
1870. Leipzig: Fachbuchverlag Leipzig 1981. 334 S.
2.3. Henseiling, K. Bronse, Eisen, Stahl. Bedeutung der Metalle in der Geschichte.
Verlag: Reinberk bei Hamburg, 1981.
2.4. Buchanan, R. A. The rise of scientific engineering in Britain. British Journal for
the History of Science, 1985, 18: 218-33
2.5. Spur, G. Vom Wandel der industriellen Welt durch Werkzeugmaschinen: Eine
kulturgeschichtliche Betrachtung der Fertigungstechnik. Hanser Verlag, München
1991, 628 s.
2.6. Klemm, F. Technik. Eine geschichte ihrer Probleme. Freiburg, München 1954.
2.7. Mommertz, K.H. Bohren, Drehen und Fräsen. Geschichte der Werkzeugmaschinen.
Verlag: Reinberk bei Hamburg, 1981.
2.8. Burstall, A. F. A History of Mechanical Engineering. London: Faber and Faber,
1963.
2.9. Musson, A. E. and Robinson, E. Science and Technology in the Industrial
Revolution. Toronto: University of Toronto Press, 1969.
2.10. Preuss, E. George Stephenson. Fachbuchverlag Leipzig 1987.
2.11. Загорский Ф. Н. Андрей Константинович Нартов. 1693—1756. Л., 1969.
2.12. John Cantrell and Gillian Cookson, eds., Henry Maudslay and the Pioneers of the
Machine Age. Tempus Publishing, Ltd, pb., 2002.
2.13. Paulinyi, A. Industrielle Revolution. Vom Ursprung der modernen Technik.
Verlag: Reinberk bei Hamburg, 1989.
2.14. Fernand Braudel, Ernest Labrousse. Wirtschaft und Gesellschaft in Frankreich im
Zeitalter der İndustrialisierung. 1789-1880. Band 2, Athenäum Verlag in Frankfurt
am Mainz, 1998, 458 S.
2.15. Cipolla, B. Europäische Wirtschaftsgeschichte. Bd.4. Stuttgart, 1977.
2.16. Rauck, Max J. B.: Cugnot, 1769 - 1969: der Urahn unseres Autos fuhr vor 200
Jahren. München: Münchener Zeitungsverlag, 1969.
Ədəbiyyat
525
2.17. Wolfram Fischer (Hrsg.). Europäische Wirtschafts- und Sozialgeschichte von der
Mitte des 19. Jahrhunderts bis zum ersten Weltkrieg. Band 5, Stuttgart, 1985.
2.18. Hindle, Brooke & Steven Lubar. Engines of Change: the American Industrial
Revolution, 1790-1860. Washington: Smithsonian Institution Press, 1986.
2.19. Pursell C.W. Early Stationary Steam Engines in America: A Study in the
Migration of a Technology. Wash., 1969. P. 73-74.
2.20. Шпотов Б. Переворот в черной металлургии США (первая половина XIX в.)
// Американский ежегодник, 1987. М., 1987.
2.21. Соbb J.C. Beyond Planters and Industrialists: A New Perspective on the New
South. Journal of Southern History. 1988. Vol. 54. N 1. P. 45-68.
2.22. NA, RG 29. MP. Schedules of the Minnesota Census of 1857. T. 1175. Rol. 1-5.
2.23. Amerikanische Eisenbahnschienen [Rundschau], in: BeitrGeschTechnik 16, 1926,
S. 325.
2.24. Woodbury, R.S. History of the Milling Machine. Cambridge, Massachusetts 1960.
2.25. Buxbaum, B. „Die Amerikanische Werkzeugmaschinen und Werkzeugbau im
achtzenten und neunzehnten Jahrhundert“, Beiträge zur Geschichte der Technik
und Industrie, 10(1920), 121-155
2.26. James Benes. Four metalworking pioneers join Machine Tool Hall of Fame.
„American Machinist,“ 02/01/1999
2.27. Wallichs, A. Eindrücke vom amerikanischen Maschinenbau. Werkstattstechnik 6,
1912.
2.28. Cappon L.J. Trend of the Southern Industry under the Plantation System // Journal
of Economic and Business History. 1930. Vol. 2. N 2. P. 381.
2.29. Henning, F.W. Die Industrialisierung in Deutschland 1800 bis 1914. Paderborn
u.a.O. 1984
2.30. Kiesewetter, H. Industrielle Revolution in Deutschland (1815-1914). Frankfurt. a.
Main, 1989.
2.31. Matschoß, C. Ein Jahrhundert Deutscher Maschinenbau (1819-1919). Berlin,1919.
2.32. Schröter A. Becker W. Die deutsche Maschinenbauindustrie in der industriellen
Revolution. Berlin, 1962.
2.33. Buxbaum, B. Der deutsche Werkzeugmaschinen- und Werkzeugbau im 19.
Jahrhundert. In Beitrage zur Geschichte der Technik und Industrie. B. 9, Berlin
1919.
2.34. Reuleaux, F. Bericht von F. Reuleaux zur Pariser Weltausstellung 1867. In:
Berichte über die allgemeine Ausstellung zu Paris, 1867.
Ədəbiyyat
526
2.35. Яцунский В. К., Крупная промышленность России в 1790—1860 гг., в книгe:
Очерки экономической истории России первой половины XIX в., М., 1959.
2.36.
Пажитнов К, А. К вопросу о промышленном перевороте в России,
«Вопросы истории», 1952, № 5.
2.37.
Ковальченко И. Д. Завершение промышленного переворота. Формирование
пролетариата и буржуазии, в книгe: Очерки истории СССР. 1861—1904, М.,
1960, с. 86—90.
2.38.
Рашин А. Г. Формирование рабочего класса в России. Историко-
экономические очерки, М., 1958.
2.39.
Рындюнский П. Г. Вопросы истории русской промышленности в XIX в.,
«История СССР» 1972 № 5.
2.40.
Виргинский В. С. 3ахаров В. В. Подготовка перехода к машинному
производству в дореформенной России; «История СССР», 1973, № 2.
2.41. Железные дороги СССР. Прошлое и настоящее / Сост. и спец. съемка Б. С.
Баратова.- М.: Планета, 1989.- 199 с.: цв. Ил.
2.42. Козлов А.Г. Творцы науки и техники на Урале XVII - начала XX в.
Свердловск, 1981.
2.43.
Артоболевский И.И. Очерки
история техники в Росии, Москва, 1978,
Москва, «Наука» 1973. 376 с.
2.44. Беляев А.И. История алюминия. Труды ИН-а истории естествознания и
техники АН СССР 1959, т. 20, с.2-152.
2.45. Smith E.H. Mechanical Engineer's Reference Book, 12th Edition. Published by
Elsevier, Amsterdam, 1998.
2.46. Frederick Walters. Fundamentals of Manufacturing for Engineers. Taylor and
Francis, London, 2001.
2.47. Ламан, Г.К. Развитие техники волочения металлов. М., Издательство АН
СССР, 1963.
2.48. В.П.Смоленцев, А. В. Кузовкин, А. И. Болдырев, А. И. Часовских. История
развития технологии машиностроения: Учеб. Пособие. Воронеж: Изд-во
Воронеж. гос. техн. ун-та, 1999. 152с.
2.49. Richard Shelton Kirby at al. Engineering in History. Dover Publications INC.,
New York, 1990, 530 p.
2.50. Kurt Jäger (Hrsg.): "Lexikon der Elektrotechniker". VDE-Verlag, 1996.
2.51. Faraday und seine Entdeckungen. Tyndall, John. - Saarbrücken : VDM, Müller,
2006.
2.52. Истомин, C. Самые знаменитые изобретатели России. Москва: „Вече“, 2002.
Ədəbiyyat
527
2.53. Rolf Lindborg: Anden i naturen. Naturfilosofen Hans Christian Ørsted,
experimentalfysiker. Nya Dox, Nora 1998.
2.54. Feldenkirchen, W. Werner von Siemens. Erfinder und internationaler
Unternehmer. Piper-Verlag, München, 1996.
2.55. Matschoss, C. Ein Jhrhundert deutscher Maschinebau von der mechanischen
Werkstätte bis zur deutschen Maschinefabrik (1819-1919). Berlin, 1919.
2.56. Richter, U. Über elektrische Einzelantriebe. In: Elektrotechnische Zeitschrift, Jg.
14, 1893, S.141-148.
2.57. Zworykin, A.А. Geschichte der Technik. 2.Aufl. Leipzig: VEB Fachbuchverlag,
1974
2.58. Sigvard, St. Die Maschine. Geschichte, Elemente, Funktion. Ein enzyklopädische
Sachsbuch. Augusburg, 1992, 240 S.
2.59. Troitzsch, U. Technik - von den Anfängen bis zur Gegenwart. Braunschweig:
Westermann, 1982, 640 S.
2.60. Sass, F. Geschichte des Verbrennungsmotorenbaues 1860-1918. Berlin, 1962.
2.61. Streit, K.W. Geschichte der Luftfahrt. Küzelsau, 1976
2.62. Анисимов Ю.А. Основные этапы развития техники бурения нефтяных
скважин в дореволюционной России: Автореф. дис. канд. техн. наук.-1952.
2.63. Рагозин В.И. Нефть и нефтяная промышленность. С.-Петербург, 1884. 150 с.
2.64. Ахундов Б.Ю. Монополистический капитал в дореволюционной бакинской
нефтяной промышленности. - М., 1959. – 180 с.
2.65. Самедов В.А. Нефть и экономика России (80 - 90-е гг. XIX век). – Баку: Элм.
- 1988. – 200 с.
2.66. Мир-Бабаев М.Ф., Фукс И.Г., Матишев В.А. Иностранный капитал в
нефтяном деле России (Апшерон до 1917 г.)//Наука и технология
углеводородов. – 2000. - №5. - С.75 - 80.
2.67. Schuschardin, S.W. u.a. Allgemeine Geschichte der Technik von den Anfängen bis
1870. Fachbuchverlag Leipzig, 1981. 334 S.
2.68. Laboulaye, Ch. Pierre Lefebvre de Traité de cinématique, ou Théorie des
mécanismes. A Text Book Paris, E. Lacroix, 1861.
2.69. Reuleaux, F. Lehrbuch der Kinematik, V.1 - Theoretische Kinematik Grundzüge
einer Theorie des Maschinenwesens / von F. Reuleaux; Mit einem Atlas und
Zahlreichen in den Text Eingedruckten Holzstichen Braunschweig : F. Vieweg
und Sohn, 1875.
2.70. Kennedy, Alex B.W. The Berlin Kinematic Models An article in Engineering, V.
22, pp. 239-240. London: Design Council, 1876.
Ədəbiyyat
528
2.71. Burmester, L. Lehrbuch der Kinematik. Leipzig, 1888.
2.72. Scherbach, H. Ein Erfolg mit Messen. Die Geschichte der Ausstellungen für
Werkzeugmaschinen. Frankfurt a.M. 1989.
2.73. Bart, E. Neue Forschung zur Entwicklung der Maschinenbauindustrie in der
Industriellen Revolution. In: Jahrbuch für Wirtschaftsgeschichte. Berlin, 1973.
2.74. Spur, G. Mehrspindelautomaten. München, 1970.
2.75. Feldhaus, F. Aus der Geschichte der Bohrmaschine. In: Werkzeugmaschine Jg.
30, 1926. S.613-614
2.76. Shaw, M.C. Historical aspecte concerning removal operations on metals. Paper
presented at the Second Buhl International Conference on Materials. Carnegie
Institute of Technology, Pittsburgh, 1956.
2.77. Plumier, Ch. L’art de turner ou de faire en perfection toutes sortes d’ouvrages au
tour. Lyon : J.Gerte, 1701.
2.78. Holtzapffel, Ch. Turning and mechanical manipulation. Vol II: The principles of
construction, action and application of cutting tools used by hand and also of
machines derived from the hand tools. London: Holzapffel&Co., 1846.
2.79. Coquilhat, E. De la quantite de travail absorbee par les frottements dans le forage
des bouches a feu a la fonderie royale de Liege. Liege : H.Dessain, 1847.
2.80. Coquihat, E. Versuche über den beim Bohren von Metallen, Holz, Steinen usw.
entstehenden Wiederstand oder über die dazu erforderliche Kraft. Zeitschr. des
österr. Ing.-und Archtitekt.-Vereine, 25(1853), S. 211-217.
2.81. Babbage, Ch. Paper on the principles of tools for turning an planing metals by
Charles Babbage. In Appendix Holtzapffel, Ch.Turning and mechanical
manipulation Bd. 2, London, Holtzapffel&Co., 1846.
2.82. Babbage, Ch. Description of tools and toolsholder for turning and planing metal,
constructed by Charles Babbage, Esq., F.R.S. In Appendix Holtzapffel,
Ch.Turning and mechanical manipulation Bd. 2, London, Holtzapffel&Co., 1846
2.83. Morin, A. Resistance des matriaux. 2.Aufl. Paris : L’Hachette et Cie., 1862.
2.84. Clarinval, M. Experience sur les machine a percer les metaux. Paris : J. Correard,
1859.
2.85. Joessel, M. Memoire sur des experiences relatives a la forme et a l’emploi des
outils d’ajustage faites a l’usine imperiale d’Indret a l’aide d’un dynamometre de
M.Raurines. Annuare de la societe des anciens eleves des ecoles imperiales d’arts
et metriers, Paris, 1864.
2.86. Woodbury, R.S. History of the Milling Machine. Cambridge, Massachusetts, 1960.
2.87. Тиме И. Сопротивление металлов и дерева при резании. Петербург, изд.
Демаков. 1870.
Ədəbiyyat
529
2.88. Birks, A. Резания металлов. Москва, 1896.
2.89. Sawwin, N.N. Versuche über das Schneiden vo Geschützstahl. Dinglers Polyt.
Journal 328(1913), Heft 2, S. 21-24 und H.5, S. 67-69.
2.90. Folz, F.J. Über die Anfänge der Zerspanforschung. Düsseldorf VDİ-Verlag, 1980.
2.91. Tresca, H.E. Memoire sur la rabotage des metaux. Bulletin de la Societe
d’Encouragemnt pour l’industrie nationale, Paris, 1873
2.92. Smith, R.H. Cutting Tools worked by hand and machine, London, Paris, New
York: Galpin&Co., 1882.
2.93. Mallock, A. The action of cutting tools. Proceedings of the Royal Society of
London (1881/1882) Nr.33, S. 127-139.
2.94. Kick, F. Vorlesungen über mechanische Technologie, der Metalle, des Holzes, der
Steine und anderer formbarer Materialien. Leipzig und Wien: Franz Dendicke-
Verlag, 1889.
2.95. Opitz, H., Hucks, H. Der Zerspanvorgang als Problem der Mohrschen
Gleitflächentheorei bei 2- und 3-achsigem Spanungszustand. Werkstatt und
Maschinenbau, 1953.
2.96. Nasmyth, J. Remarke on the introduction of the slide principle in tools and
machines employed in the production of machinery. In Appendix B of Robertson
Buchanan, Practical essays on mill works and other machinery. London, J.Weale,
1841.
2.97. Nasmyth, J. Some observations respecting the form of the tools employed for
turning and planing iron, Brass&Co., together with some remarks on the hardening
and tempering of such tools. In Appendix B of Robertson Buchanan, Practical
essays on mill works and other machinery. London, J.Weale, 1841.
2.98. Hartig, J. Versuche über Leistung und Arbeitsverbrauch der Werkzeugmaschinen.
Leipzig: B.G.Teuber, 1873.
2.99. Sellergen, G. Das Messen des Wiederstandes der Metalle bei Anwendung von
Schneidestählen. Zeitschr. Des össter. Ing.- und Architekt.-Vereins 68 (1896)
H.32, S.473-478.
2.100. Nicholson,
J.T.
Experiments
with
a
lathe-dynamometer.
Am.Soc.Mech.Energ.Tans.25(1904), S.637-684.
2.101. Schlesinger, G. Die Fortschritte der deutschen Stahlwerke bei der Herstellung
hochlegierter Schnellarbeitsstähle. Stahl und Eisen 33(1913), S. 929.
2.102. Ludwik, P. Die “Technologische Mechanik” und ihre Beziehung zur
mechanischen Technologie. Technische Blätter 36 (1906), S. 73-75.
2.103. Taylor, Frederick Winslow. Die Grundsätze wissenschaftlicher Betriebsführung.
Mönchen, 1919, 156 S
.
Ədəbiyyat
530
2.104. Brentjes, B., Richter, S., Sonnemann, R. Geschichte der Technik. 1. Aufl. Verlag
Ed. Leipzig , 1978, 501 S.
2.105. Grodzinski, P. Neue Drehbänke für Bearbeitung mittels Diamanten.
Maschinenbau, der Betrieb, 10(1931), S.B 740-742.
2.106. Häuser K. Entwicklung der Schneidstoffe. Vom Kohlenstoffstahl zum
Schnellarbeitsstahl. Werkstatt und Betrieb, 121(1988), S.407-411.
2.107. Häuser, K. Spanen mit Sinter-Hartmetall in der Anfangszeit. Werkstatt und
Betrieb, 122 (1989), S. 411-414.
2.108. Haas, M. Spanende Metallbearbeitung in Deutschland während der
Zwischenkriegszeit (1918-1939). Hamburg: Dr.Kovac, 1997.
2.109. Schlesinger, G. Bearbeitbarkeit und Werkstätenausnutzung, Zeitschrift des VDİ,
76 (1932), S. 1281-1293.
2.110. Heidenreich, R. Elektrische Schalt- und Steuerungsmittel als Bauteile für
Werkzeugmaschinen. Werkstattstechnik und Werksleiter, 30(1936), S. 205-209,
230-232.
2.111. Maecker, K. Die elektrisch gesteuerte Fräsmaschine. Werkstattstechnik ,
28(1934), S.24-26.
2.112. Maecker, K. Die elektrisch gesteuerte Drehbank. Werkstattstechnik , 28 (1934),
S. 337-341.
2.113. Maecker, K. Elektrische Drehzahlregelung an Drehbanken. Werkstattstechnik
und Werksleiter, 33(1939), S.97-105.
2.114. Pollok, O. Werkzeugmaschine und Reguliermotor. Werkstattstechnik , 15(1921),
S. 81-85.
2.115. Schmidt,
P.
Flussigkeitsantriebe
für
Werkzeugmaschinen.
Die
Werkzeugmaschine, 31 (1927), S. 61-64.
2.116. Kienzle,
O.
Die
internationale
Vereinheitlichung
der
Passungen.
Werkstattstechnik , 24 (1930), S.39-44.
2.117. Kienzle, O. Das ISA-Toleranz System. Stand-Einführung-Fortentwicklung.
Werkstattstechnik 27(1933), S.291-296.
2.118. Buxbaum, B. Fortschritte der Metallbearbeitungstechnik unter Berücksichtigung
der Leipziger Fruhjahrsmesse. Zeitschrift des VDI, 68(1924), S. 745-750, 798-
802.
2.119. Franken, H. Der Einbau elektrischer Schaltgeräte für Werkzeugmaschinen in
Schränke, Werkstattstechnik, 26 (1932), S.135-138.
Ədəbiyyat
531
Fəsil III
3.1. Brentjes, B., Richter, S., Sonnemann, R. Geschichte der Technik. 1. Aufl. Verlag
Ed. Leipzig , 1978, 501 S.
3.2. Bechstein, E., Hesse, S. Aus der Geschichte der Automatisierungstechnik. VEB
Verlag Technik Berlin, 1974.
3.3. Kriesel, W., Rohr, H., Koch, A. Geschichte und Zukunft der Mess- und
Automatisierungstechnik. Düsseldorf: VDI Verlag 1995.
3.4. Lindner, R., Wohak, B., Zeltwanger, H. Planen, Entscheiden, Herrschen. Reinbek
bei Hamburg 1984.
3.5. Troitzsch, K., Weber,W., Hg.: Die Technik. Von den Anfängen bis zur Gegenwart,
Stuttgart 1987.
3.6. Adam, W. Informationsfluß in rechnergeführten Fertigungssystemen unter
besonderer Berücksichtigung der erforderlichen Systemelemente. Diss., TU Berlin
1973.
3.7. Spur, G. Vom Wandel der industriellen Welt durch Werkzeugmaschinen: Eine
kulturgeschichtliche Betrachtung der Fertigungstechnik. Hanser Verlag, München
1991, 628 s.
3.8. Spur, G., Specht, D., Schröder, S. Die nummerische Steuerung – Fallstudie einer
erfolgreichen Innovation aus dem Bereich des Maschinenbaus. AdW zu Berlin
1990.
3.9. Noble, D.F. Forces of Production – A Social History of Industrial Automation.
New York 1984.
3.10. Piegert,
R.
Knoblauch,
J.
Salzmesser,
Ch.
Nummerisch
gesteurte
Werkzeugmaschinen. VEB Verlag Technik Berlin, 1977.
3.11. Häuser. K. Erste Anwendungen nummerischer Steuerungen. Werkstatt und
Betrieb 117, 1984.
3.12. Kapp, B. Ohne Werkzeugmaschinen kein CIM. Werkstatt und Betrieb 121, 1988.
3.13. Surveys Set Standarts Gauge UK Inventory. Metalworking Produktion, 1990.
3.14. Spur, G. Bildung in der Arbeitswelt von morgen. PTK Berlin, 1986.
3.15. Mitthof, F. Was brachte die 10.EWA Neues auf dem Gebiet der Numerik? TZ für
praktische Metallbearbeitung 61, 1967, H.12.
3.16. Herold, H.-H., Maßberg, W., Stute, G. Die numerische Steuerung in der
Fertigungstechnik. Düsseldorf, 1971.
3.17.Сoломенцев, А. Гибкие производственные системы Японии. Москва,
«Машиностроение», 1987.
Ədəbiyyat
532
3.18. Krause, F.-L. Wohin geht die CAD-Entwicklung? CAD,CAM, CIM. München,
1990.
3.19. Harrington, J. Computer Integrated Manufacturing. New York, 1973.
3.20. Naval, N. Roboter-Praxis, Würzburg: Vogel Verlag, 1989.
3.21. Wittig, F. Maschinenmenschen. Königshausen & Neumann, 1997.
3.22. Volmer, J. Industrieroboter. VEB Verlag Technik Berlin, 1983.
3.23. İchbian, D. Roboter. Geschichte-Technik-Entwicklung. Verlag Knesebeck, 2005,
540 S.
3.24. Белянин П.Н. Промышлeнные роботы. М., Машиностроения, 1975, 400 с.
3.25. Furgac, I., Mertins, K. Flexible Automatisierung in Frankreich. ZwF77(1982)11,
S.548-553.
3.26. Felsing, W. Tendenzen flexibler Automatisierung durch Industrieroboter in den
USA. ZwF 78(1983) 11, S. 507-512.
3.27. Əliyev, R. Hentşel, B. Sürətli hazırlama texnologiyasının mütərəqqi üsulları. Bakı:
Elm 2005
3.28. Weigold, M.; Stein, S. "Trendbericht: Spanende Bearbeitung mit Industrierobotern.
Werkstatt und Betrieb 5 (2006), S. 34-42.
3.29. Асадуллаев,
А.Б. Развитие
и
специализация заводов
нефтяного
машиностроения Азербайджана. Баку, Азернешр, 1975, 204с.
3.30. Азербайджан в цифрах. Краткий статический сборник. Баку, Азернешр, 1987,
132с.
3.31. Статический ежегодник Южно-Кафказких стран. Тасis, 2000, 439c.
3.32. Mövla-zadə, V. Maşınqayırma texnologiyası ixtisası uzrə mühəndis kadrların
hazırlığının yarım əsrlik tarixi. AzTU: Elmi əsərlər, İX cild, N3, s.10-20.
Registr
533
Dostları ilə paylaş: |