Süni İntellektin inkişaf mərhələləri



Yüklə 0,82 Mb.
səhifə1/24
tarix07.01.2024
ölçüsü0,82 Mb.
#202872
  1   2   3   4   5   6   7   8   9   ...   24
C fakepathSЬN NTELLEKT-mьh (1) (Repaired)


Süni İntellektin inkişaf mərhələləri.
Süni intellekt dedikdə, insan məntiqi ilə işləyən texniki sistemlərin yaradılması sahəsində aparılan elmi araşdırmalar sistemi nəzərdə tutulur. Süni intellekt
informatika, psixologiya, fəlsəfə, linqvistika, iqtisadiyyat, optimallaşdırma, məntiq nəzəriyyəsi və bir sıra başqa sahələrə əsaslanan tədqiqat sahəsi olmaqla,
informatikanın xüsusi bölməsidir. Süni intellekt insan kimi düşünən və insan kimi qərar qəbul edə bilən texniki qurğu yaratmaq məqsədi daşıyır.
Ümumiyyətlə, müasir süni intellektin yaranması 1943-1956-cı illərə təsadüf edir. Belə ki, bu illərdə, daha doğrusu, 1943-cü ildə Makkalok (1898-1969) və Pits (1923-1969) ”Sinir fəaliyyətinə xas fikrin məntiqi hesablanması”, 1950-ci ildə Tyurinq ”Hesablama maşını və intellekt” və K.Şennon (1916-2001) ”Şahmat oyunu üçün kompüterin proqramlaşdırılması” adlı əsərlərlə çıxış
etmişlər. Süni intellektin inkişafının birinci mərhələsi 1956-
1960-cı illərin sonuna qədər olan dövrü əhatə edir. Bu illərdə Makkarti ”LISP – süni intellektin proqramlaşdırma dili”, A.Nyuell (1927-1992) və H.A.Saymon (1916-2001) ”Məsələlərin universal həlledicisi (GPS)” (1961), Kullian
”Biliklərin təqdim olunması üçün semantik şəbəkələr” (1966) və Minski “Biliklərin təqdim olunması (freym) üçün quruluş” (1975) adlı tədqiqat işlərini elmi ictimaiyyətin müzakirəsinə təqdim etmişlər.
1960-cı illərin ortalarından sonunadək sözügedən inkişafın ikinci mərhələsi sayılan ”Qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq” ideyaları meydana çıxdı. Belə ki,
1965-ci ildə Lütfi Zadənin ”Qeyri-səlis çoxluqlar” və 1969- cu ildə ”Qeyri-səlis alqoritmlər” adlı elmi işləri və 1977-ci ildə Mamdani tərəfindən hazırlanmış ”Qeyri-səlis məntiqin linqvistik sintezin köməyi ilə təqribi müakimələrdə tətbiqi”
mövzusunda elmi əsəri çap edildi.
Üçüncü mərhələ - süni neyron şəbəkələrin yaranması (1965-ci il və sonra) – C.C.Hopfildin (1933-1982) ”Neyron şəbəkələr” (1982), T.K.Koxonenin ”Özü
düzələn topoloji xəritələr” (1982), D.Rumelhart (1942-2011) və D.K.Makklellandın (1917-1998) “Verilənlərin paralel email” (1986) adlı əsərləri ilə gerçəkləşmiş oldu. Ekspert sistemlərin yaranması və inkişafı (1970-ci
illərin əvvəli – 1980-ci illərin ortaları) süni intellektin inkişafının dördüncü mərhələsi Feygenbaum, Buhanan və başqaları (Stenford universiteti): ”DENDRAL ekspert sistemi”, Feygenbaum, Şortlif: ”MYCIN ekspert sistemi”,
Stenford araşdırmalar mərkəzi: ”PROSPECTOR ekspert sistemi”, Kolmeroe, Kovalski və başqaları (Fransa): ”Məntiqi proqramlaşdırma dili PROLOG” kimi tədqiqat işləri ilə formalaşdı.
Beşinci mərhələ - Təkamül hesablamalar (1970-ci illər və sonra) - Rehenberq: ”Təkamül strategiyalar – bioloji informasiya prinsipi ilə texniki sistemlərin optimallaşdırılması”( 1973), Holland: ”Təbii və süni sistemlərə
adaptasiya” (1975), Koza: ”Genetik proqramlaşdırma: Təbii seçim vasitələri ilə kompüter proqramlaşdırması” (1992) və Fogel: “Təkamül hesablama – maşın
intellektində yeni fəlsəfə istiqaməti” (1995) kimi tədqiqatlarla xarakterizə olunur
Altıncı mərhələ - Sözün köməyi ilə hesablama (1980-ci illərin sonu və sonra) - Neyqoç: ”Ekspert və qeyri-səlis sistemlər” (1985), Kosko: ”Neyron şəbəkələr və
qeyri-səlis sistemlər” (1992), Kosko: ”Qeyri-səlis təfəkkür” (1993), Yaqer və L.Zadə: ”qeyri-səlis çoxluqlar, neyron şəbəkələr və “yumşaq hesablamalar” (Soft computing)” (1994), Kosko: ”Qeyri-səlis mühəndislik” (1996) və Lütfi
Zadə: “Sözlərin köməyi ilə hesablamalar” (1996) kimi ciddi elmi tədqiqatlarla gerçəkləşmişdir.

Süni intellekt dedikdə insanın düşünmə tərzini, onun psixologiyasını, real intellektini modelləşdirən, imitasiya edən və müasir kompüterlərdə reallaşdıran sistem nəzərdə tutulur.Süni intellekt elm kimi keçən əsrin 50-ci illərində inkişaf etməyə başladı.Süni intellektin yaradılmasında məqsəd insanlar tərəfindən həll olunan məsələlərin müasir kompüterlər vasitəsilə həllini təmin etməkdir.Süni intellektin yaradılması sübut etdiki müasir kompüterlər insan fəaliyyətinə aid olan bəzi məsələləri müəyyən şərtlər daxilində həll edə bilər.
Süni intellektə aid elmi tədqiqat işləri hesablayıcı texnikanın sənaye istifadəsi ilə başlanmış və ilk gündən iki istiqamətdə aparılmışdır
Birinci istiqamət beyin fəaliyyətinin, onun psixofizioloji xassələrinin modelləşdirilməsi ilə EHM və digər xüsusi texniki qurğuların köməyi ilə süni intellekt və ya süni ağıl hasil etmək ümidi ilə edilən cəhdlər idi ki, bu
da bionika istiqaməti adlandırıla bilər.
Süni intellekt üzrə tədqiqatların ikinci istiqaməti praqmatik istiqamətdir. Bu istiqamət insan beyninin psixofizioloji fəaliyyətini tədqiq etməyi bir kənara qoyur.
Burada EHM-ə alət kimi baxılır. Belə ki, məsələn, musiqi aləti pis və ya yaxşı köklənmiş ola bilər, yaxud verilmiş mövzuda yazılmış əsər pis və ya yaxşı ola bilər, ya da həmin alətdə ifaçılıq pis və ya yaxşı ola bilər.

Süni intellekt sahəsində aparılanlar aşağıdakılardan ibarətdir:


1)Yaradıcı sahədə teoremlərin isbatı
2)Planlaşdırma sahəsinin inteqrallaşdırılmış, avtomatlaşdırılmiş sistemlərdə proqramlaşdırılması.
3)Robototexnikada obrazların tanınması
4)Elmi tədqiqatların avtmatlaşdırılması
Süni intellekt yaradarkən aşağıdakılar nəzərdə tutulur:
1.Biliyin təqdimatı
2.Biliklərlə monipulyasiya
3.Ünsiyyət
4.İnformasiyanın qəbulu
5.Həll olunmamış məsələlərin aparılması
6.Normativ modellərin yaradılması
Süni intellekt yaradılması zamanı aşağıdakı kompleks üsullardan istifadə edilir:riyazi məntiq üsullarından; freym dilində tətbiqi və linqvistik üsullardan;psixoloji üsullardan.Hal-hazırda süni intellekt bütün sahələrdə istifadə olunur.Hələ 1989-cu ildə süni intellektin satışından əldə olunan gəlir 870 milyon dollar, 90-cı ildə 1.1 milyard dollar təşkil etmişdir.Sonralar bu tend 30-50% artmaqla davam etdirilir.Təkcə ABŞ-da 90-cı illərdə ekspert sistemlərdən əldə olunan gəlir 300-400 milyon dollar təşkil etmişdir. Süni intellekt sahəsi inkişafda olan sahedir.Bu sahədə informasiya emalı və eksperiment təcrubəsi vacibdir.
Bu günədək süni intellekt sahəsində aparılan tədqiqatlar müxtəlif, məsələn, biliklərin təqdimatı, mühakimələrin modelləşdirilməsi, biliklərin əldə edilməsi, maşınlı öyrənmə və avtomatik fərziyyələr törədilməsi, verilənlərin intellektual təhlili və obraz informasiyasının emalı, qərar qəbulunun dəstəklənməsi, proseslərin və sistemlərin idarə edilməsi, dinamik intellektual sistemlər, planlaşdırma və s. istiqamətlərdə getmişdir.
Nisbətən daha fəal inkişaf etdirilən yanaşmalar və süni intellekt metodları aşağıdakılardan ibarətdir:
•Süni neyron şəbəkələri;
•Təkamül hesablamaları;
•Qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi;
•Ekspert sistemləri;
•Hüceyrəvi avtomatlar;
•Çoxagentli sistemlər.
Məsələn, diferensial təkamül metodu çoxölçülü optimallaşdırma məsələlərinin həlli üçün nəzərdə tutulmuş təkamül modelləşdirməsi metodlarından biridir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin