İBTİDAİ DİNLƏR



Yüklə 86,38 Kb.
səhifə1/2
tarix14.01.2020
ölçüsü86,38 Kb.
#30156
  1   2
Multik Emin Rza

İBTİDAİ DİNLƏR

İlk insan cəmiyyətləri ilə əlaqədar aparılan sosioloji tədqiqatlar göstərir ki, ibtidai insanların dini etiqadları əsasən üç təfəkkür tərzi üzərində qurulmuşdur:

1. Fetişizm;

2. Animizm;

3. Totemizm.

Bu kimi etiqadlar üçün müəyyən və vahid bir təsisçi və bani göstərmək mümkün deyildir; amma sırf bu etiqadların mövcud olması onu göstərir ki,  insanlar xilqətin əvvəlindən təbiətin fövqündə olan həqiqətlərə etiqad bəsləmişlər. Amma onlar bu barədə düzgün dərk etmədikləri üçün, eləcə də ilahi rəhbərlərdən uzaq düşmələri, xalis etiqadın olmaması ucbatından müxtəlif təhriflərə məruz qalmış, xurafat və mövhumatlara üz tutmuşlar. Bizim ibtidai insanların varlıq aləminin həqiqətlərinə baxışı barədə zəngin və dərin məlumata malik olmağımız üçün növbəti iki dərsdə bu üç təfəkkür tərzini izah edəcəm

FETİŞİZM

Fetişizm (Fetish) – Portuqaliya mənşəli bir kəlmə olub sehr və cadu mənasını ifadə edir. Portuqaliyalılar bu kəlməni Afrikanın qərb sahillərini kəşf etdikləri zaman yerli zənci əhalinin müqəddəs sayıb sitayiş etdikləri əşyalar barəsində işlədirdilər. Onlar bu sözdən təbiətin fövqündə dayanan varlıqların təsirlərini, məsələn düşmənlərin şərrinin dəf edilməsini nəzərdə tuturdular. Buna görə də demək olar ki, “fetiş” kəlməsi terminologiyada müqəddəs bir şey, fetişizm isə onun sitayiş olunduğu dinə deyilir. İbtidai insanlar inanırdılar ki, xüsusi formada yonulmuş heyvan buynuzları, kiçik daş qırıntıları, taxta və filiz kimi təbii əşyalardan bəziləri, xariquladə qüdrətə malikdirlər; cahandakı hadisə və varlıqlara təsir göstərə bilirlər. Buna görə də həmin əşyaları müqəddəs sanaraq onlara ehtiram qoyur, xüsusi şəkildə pərəstiş etməklə öz həyatlarındakı məqsədlərinə çatmaq üçün onlardan kömək diləyirdilər.

Fetişlər iki yerə bölünürdü: Onlardan bəzilərinin tilsim gücünə malik olduğu zənn edilir, bəzilərindən isə qoruyucu və pənah yeri kimi istifadə olunurdu. Birinci qrup törədici yönə malik idi; onlardan düşmənlər qarşısında maneə yaratmaq üçün istifadə edirdilər. İkinci qrup isə dəfedici və qoruyucu xüsusiyyətə malik idi; onlardan düşmənləri, yırtıcı heyvanları, təbii fəlakət və müsibətləri dəf etmək üçün istifadə olunurdu.

Sosioloqlar fetişizmi ən ibtidai bir din hesab edir və onu sair dinlərin mənşəyi sayırlar. Onların fikrincə bu cərəyan ilk əvvəllər bəzi təbii əşyalara sitayiş və ibadət formasında idi; zaman keçdikcə insanlar daşdan, taxtadan və s. şeylərdən hazırlayıb müxtəlif şəkillərə saldıqları əşyalara da ibadət və pərəstiş etməyə başladılar. Bu baxımdan fetişizmi bütpərəstliyin mənşəyi hesab etmək olar.

Qeyd etmək lazımdır ki, daşdan, taxtadan, xurmadan və s. əşyalardan müxtəlif formalarda bütlər düzəldib onlara sitayiş edilməsi Misir, Aşur, Babildən tutmuş Yunanıstan, Roma, Hindistan və Çin xalqlarına qədər bütün qədim tayfa və millətlərin hamısında ən adi bir iş olmuşdur.

Həzrət İbrahim (ə) və ondan sonrakı ilahi peyğəmbərlərin gəlişindən sonra bütpərəstliyin qarşısı alındı, tovhid və təkallahlıq əqidəsi onu əvəz etməyə başladı. Müasir dövrdə insanların əksəriyyəti İbrahim (ə)-a məxsus olan dinlərin ardıcılları olmasına baxmayaraq, fetişizm və bütpərəstliyin təsirləri hələ də dünyanın ayrı-ayrı məntəqələrində müxtəlif formalarda müşahidə olunur.

Hindistanda üçlük təşkil edən məbudlara (Vişno, Şiva, Brahma) sitayiş olunmasını, yaxud orada Buddanın ardıcıllarının daşdan, taxtadan, metaldan və digər şeylərdən Buddanın heykəlini düzəldərək ona sitayiş etməsini müasir dövrün fetişizm nümunələrindən hesab etmək olar.

ANİMİZM

Bu kəlmə latın sözü olan “Anima” kəlməsindən yaranmışdır; ruha pərəstiş, bütün varlıqlarda və təbii şeylərdə ruhun varlığına etiqad bəsləmək mənasını daşıyır.

Animistlər bu gün də dünyanın bir çox nöqtələrində, o cümlədən Afrikada, Avstraliyada, Amerikada yaşayırlar. Onların əqidəsinə görə dünyada olan bütün varlıqların, hətta təbii hadisələrin, o cümlədən sel, zəlzələ, ildırım və s.-nin ruhu vardır və kainatda olan hər bir şeyin müqəddəratı ruhların ixtiyarındadır. Animistlərin fikrincə bu ruhların insan ruhuna oxşar bəzi səciyyəvi xüsusiyyətləri vardır. Yəni, onlar da insan kimi agahlıq, iradə, eşq, nifrət, kin-küdurət, sevmək, məhəbbət bəsləmək, şər işlər törətmək, xeyirxahlıq, xəyanət və əmanətdarlıq kimi qüvvələrə malikdirlər. Onlar inanırlar ki, ruhlar əbədi olaraq diridirlər və ölən şəxslərin ruhu ya dünyada əbədi qalır, ya asimana qayıdır, yaxud da qaranlıq zülmətlərdə öz həyatını yenidən başlayır.

Bu ruhların meşələrin dərinliklərində, şəhərlərin xəlvət guşələrində məskunlaşması da mümkündür. Animistlərdən bir qrupu inanırlar ki, ruh həmişə öz cəsədinin kənarında qalaraq onu qoruyur; çünki ruhla bədənin taleyi bir-biri ilə tam şəkildə əlaqədədir. Bu təfəkkürə əsasən hər kim cənazəyə hörmətsizlik etsə, onun ruhu nə vaxtsa ondan intiqam alacaq, ona qarşı hörmətsizlik edən şəxs ağır cəzalara düçar olacaqdır. Əksinə, hər kim ölülərə hörmət qoyarsa, vəfat edənin ruhu bir keşikçi kimi onu qoruyacaq, özünə və ailəsinə xeyir-bərəkət, sağlamlıq və toxunulmazlıq ərməğanı gətirəcəkdir. Buna görə da animistlərin çoxu öz ölülərini xüsusi qayda-qanunlar əsasında, təzə paltarlar və bəzək əşyaları ilə birlikdə dəfn edirlər. Onlardan bəziləri ölülərin asayiş və rahatlığını təmin etmək üçün onları xüsusi mərasimlə qəbirlərindən çıxardaraq yenidən başqa bir yerdə torpağa tapşırırlar.

Animistlərin etiqadlarından biri də tənasüxdür. Yəni, onlar inanırlar ki, ölümdən sonra insanın ruhu ya əbədi olaraq onunla qalır, yaxud da başqa bir cismə keçir. Hər hansı bir cismə daxil olan ruh daha sonra ya ruhlar aləminə seyr edir, yaxud da üçüncü bir cismə nəql olunur. Beləliklə, həmin ruh bir cismdən digərinə ötürülür. Bu cism insan bədəni, bitki, cansız əşyalar da ola bilər. Vəfat edən şəxsin ruhunu daşıyan şəxs və ya əşya onun qohum-əqrəbası tərəfindən xüsusi hörmətə layiq görülür. Animistlər ruhların növbənöv fəaliyyət və iş görmək qabiliyyətinə malik olduğuna inanırlar. Onların etiqadına əsasən insan ölmədən də ruh müvəqqəti olaraq insanın bədənindən çıxıb, uzaq məsafədən onun əməl və rəftarlarını nəzarət altında saxlaya bilər. Ruhların bəzən hər hansı bir cisimdən oğurlanması və ya dəyişdirilməsi halları da baş verir. Amerikalı hindulardan birinin nəql etdiyi məşhur hekayə də bunu əks etdirir: Müharibələrin birində bir qəbilənin başçısı düşmənlərin hücumundan qorunmaq məqsədi ilə öz ruhunu ağacın üstündə yerləşdirir. Düşmənlər hücüm etdikdən sonra onun cismini tapırlar, amma nə qədər ox atsalar da onu öldürə bilmirlər. Nəhayət onun hiyləsini başa düşüb görürlər ki, onun ruhu ağacın budaqları arasındadır; onun ruhuna ox atmaqla cismini də məhv edirlər.

Bu əqidəyə əsaslanan animistlər təsəvvür edirlər ki, insanın cismi ilə əlaqədar olan hər bir şey, yaxud insanın cismindən ayrılan bədən üzvləri, o cümlədən tük, dırnaq, hətta ifrazatlar da insan ruhunun bir hissəsidir. Ruh bu əşyalara və həmin üzvlərə daxil olmuşdur. Başqa ruhlar da onlara təsir edə bilər. Deməli, mümkün qədər çalışmaq lazımdır ki, insanın bədəni ilə əlaqədar olan şeylərin heç biri düşmənlərin əlinə düşməsin; çünki onlar sehr və cadu qüvvəsindən istifadə etməklə onların sahibinə əzab-əziyyət verə bilərlər.

ANİMİZM İLƏ FETİŞİZMİN FƏRQİ

Sosioloqlar əvvəllər belə təsəvvür edirdilər ki, animistlərlə fetişistlər arasında heç bir fərq yoxdur. Amma sonrakı tədqiqatlar göstərdi ki, bu iki təfəkkür arasında müəyyən fərqlər vardır. Animistlər təkcə maddi əşyaların deyil, hətta onların nəzərində varlıq aləminin bütün işlərinə hakim kəsilən mücərrəd qüvvələrin də ruhları vardır. Halbuki fetişistlər yalnız bəzi maddi əşyaların ruha malik olduğunu təsəvvür edərək onlara sitayiş edirdilər. Eyni zamanda animistlərlə fetişistlər arasında müştərək bir cəhət də mövcuddur. Yəni, onların hər ikisi inanır ki, müharibədə sehr və cadudan düşmənlərin əleyhinə bir döyüş vasitəsi kimi istifadə etmək olar; hər ikisinin əqidəsinə görə ruh sahibi həm xəbis və murdar ruha, həm də pak və xalis ruha malik ola bilər. Bu əqidəyə əsasən bütün müsibət və bəlalar, çətinlik və xəstəliklər insana düşmən olan bədxah ruhlar tərəfindən törənir və onları dəf etmək üçün sehrkarlıq və cadugərlikdən istifadə etmək lazımdır. Onlar belə təsəvvür edirdilər ki, sehr və cadu pis insanların şərrini dəf etməkdə təsirli olduğu kimi, müharibələrdə, xəstəliklərin müalicəsində, fəlakət və çətinliklərin dəf olunmasında da təsirli sayılır. Buna görə də hər iki əqidənin ardıcılları müəyyən bir xəstəliyə tutulmuş şəxsin ətrafına yığışır, bəzi kəlmələri uca səslə və xüsusi avazla oxumaqla, yaxud quşların uçuş hərəkətlərini təqlid etməklə özlərinə təlqin edirlər ki, guya quşlar ətrafda qanad çalıb uçduqları kimi, xəstəlik də bu şəxsdən qaçacaqdır. Yaxud onlar quraqlıq illərində xüsusi bir mərasim təşkil edərək qablarla havaya su atırlar və öz söylədikləri kimi bununla yağışa ethiyaclı olduqlarını xatırlatmaq istəyirlər. Onlar inanırlar ki, bu iş yağışın yağmasına səbəb olur.

Totemizm

Şimal-qərbi Amerika qəbilələrinin dilindən –ot-otem- sözündən (hindu və objivve qəbilələrinin dilində) götürülmüş, onun nəsli mənasını verir. Totemizm Avstraliya aborigenləri, şimal qərbi Amerika hinduları arasında geniş yayılmışdır. Totemistik inamlar insanları bu və ya digər canlılarla, daha çox heyvanlarla yaxınlığını ifadə edən inam formasıdır. Ayrı-ayrı nəsillər öz törəyişlərini bu və ya digər heyvanlarla vağlayır, onu müqəddəs hesab edirdilər. Əksər hallarda bu heyvanların ovlanması, ərzaq kimi istifadə olunması qadağan olunurdu. Bir çox hallarda totemizmin forması bu və ya digər canlının insanların həyatında müstəsna əhəmiyyəti ilə əlaqədar olmuşdur. Yaxud da bu canlıların müəyyən bioloji xüsusiyyətləri bu icmalarda yüksək qiymətləndirilmişdir. Totemistik inamların qalıqları sonrakı dövrlərdə də mövcud olmuşdur. Məsələn: müasir dövrdə də ayrı-ayrı heyvanların ovlanması qadağandır və s

MAGİYA –Yunanca cadu deməkdir. Maqiya ibtidai dini inam formaları içərisində insanların fövqaltəbii gücə malik olduğunu göstərən inam formasıdır. Bəzi tədqiqatçılar madiyanı ibtidai dinin forması belə hesab etmirdilər. Onu bu və ya digər cəmiyyətlərin həyat tərzi kimi qələmə verirdilər. Belə ki, magik görüşlər insanlarla bağlı olmayan fövqaltəbii qüvvələri qəbul etmirlər. Magiyanı əsasən 2 yerə bölürdülər. Müalicəedici-ağ magiya, zərərverici-qara magiya

ŞAMANÇILIQ- Yakut dilində özündən çıxan, dünyanı unudan deməkdir. Şamanizm əsasən Sibirdə və Şimali Amerika hinduları arasında geniş yayılmışdır. Bu dini təlim yalnız ayrı-ayrı insanların fövqaltəbii gücə malik olduğuna inamla bağlıdır. Bunları şaman adlandırırdılar. Şamanlar cəmiyyətin həyatında müstəsna yer tutan, hamının çəkindiyi insanlar idilər. Şamanlar həqiqətən də özlərinin müəyyən cəhətlərinə görə bu və ya digər dərəcədə digərlərindən fərqlənirdi.Onların xarici görünüşləri də başqalarından fərqli oluprdu. Onlar xırda parçalardan tikilmiş paltar geyirdilər. Əsas alətləri tütək və qaval idi. Onları ruhlarla əlaqə yaradan adamlar kimi hesab edirdilər. Şamanların ruhlarla əlaqəyə girmək üçün icra etdikləri ayinlər –qamlamaq- adlanırdı. Buy akut dilində rəqs etmək deməkdir. Tarixi ədəbiyyatlarda şamanların bu ayinləri icra etdikləri zaman həqiqətən də psixoloji cəhətdən tərkidünya vəziyyətinə gəlmələri müşahidə edilir. Bəzən bu onların ölümü ilə də nəticələnmişdir.Ümumiyyətlə bu təsəvvürlərin hər birinin yaranması ibtidai icma cəmiyyətində formalaşmışdır. Lakin dinlərin tam təşkilatlanması sinifli cəmiyyətlər dövrünə təsadüf edir.

Multikulturalizmə giriş fənninin əsas funksiyaları və əhəmiyyəti

“Multikulturalizmə giriş” fənni əsrlər boyu multikulturalizmin Azərbaycanda meydana gəlməsinin səbəblərini, onun mahiyyətini, nəzəri-ideoloji, hüquqinormativ əsaslarını, üstünlüklərini, müasir durumunu və inkişaf perspektivlərini öyrədir. Fənnin əsas məqsədi tələbələrə Azərbaycan Respublikasınınin multikulturalizm siyasətinin mahiyyətini, onun xüsusiyyələrini və bu siyasətin ölkədə uğurla həyata keçirilməsinin səbəblərini izah etməkdir. Multikulturalizm 1960-cı illərin sonunda Kanadada meydana gəlmişdir. Termin kimi o, 1970-ci illərdə ədəbiyyatda əks olunmuşdur. The Harper Colins sosiologiya lüğətində (1991) Multikulturalizmin belə bir tərifi verilir: “Multikulturalizm – bir çox cəmiyyətlərin xüsusiyyəti kimi plüralizmin mövcudluğunun etiraf olunması və inkişafı deməkdir. Multikulturalizm mədəni müxtəlifliyin, məsələn azlıqların dilinin müdafiəsi məsələsini öz qarşısına qoyur. Eyni zamanda o, azlıqların mədəniyyəti ilə əsas mədəniyyətin qeyri- bərabər münasibətlərini nəzərdə saxlayır”. Multikulturalizm liberal eqalitarian və kommunitarian yanaşmalar vasitəsilə əsaslandırılı. 1.Liberallara (Kymlicka) görə, fərdin özü istədiyi dəyərləri seçir. O, icma həyatına münasibətdə öz hüquq və zadlıqlarını daha uca tutur. Liberallar muxtariyyət və bərabərlik kimi liberal dəyərlərə əsaslanır. Kommunitarianism və millətçilik nəzəriyyələrini tənqid edərək, Kimlika qeyd edir ki, liberalizm insanın özünə hörmət ilə onun mənsub olduğu qrupun mədəniyyəti arasında dərin əlaqənin olduğunu göstərir. Kimlikaya görə, azlıqlar öz mədəniyyətlərini qorumaqda çətinlik çəktiklərinə görə onlara xüsusi qayğı göstərilməlidir. 2. Kommunitarian (Çarlz Teylor) fərdin cəmiyyətə münasibətdə əsas oldununa dair ideyanı təkzib edirlər. Atomizmin yerinə onlar holizmi müdafiə edirlər. Teylorun “tanıma siyasəti” holizmin kollektiv mədəni dəyərlərin vacibliyini göstərir. Müxtəlif mədəniyyətlərə bərabər əhəmiyyətin verilməsi ənənəvi liberal cəmiyyətin azlıqlara xüsusi hüquqların verilməsini istəyən cəmiyyətlə əvəz olunmalıdır. Multikulturalizm tərcümədə çoxmədəniyyətlilik deməkdir. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini və mədəni müxtəlifliklər, bu müxtəlifliklərin əsasını təşkil edən dəyərlər nəzərdə tutulur. Müasir dövrdə dünya ölkələrinin əksəriyyətində etnik, irqi, dini və mədəni müxtəlifliklər mövcuddur. Bu müxtəlifliklər tarixi prosesin inkişafının nəticəsi kimi obyektiv xarakter daşıyır. Onlar xalqların etnik-mədəni dəyərlərini, mədəniyyətlərini xarakterizə etməklə onların dünyagörüşü və fəaliyyətlərinin əsasını təşkil edir və həyatında müsbət rol oynayır. Multikulturalizm cəmiyyətin inkişafının məhsulu, cəmiyyətdə baş verən hadisələr tərəfindən meydana gəldiyinə görə o, öz mahiyyətinə görə ilk növbədə sosial hadisədir. Sosial hadisə kimi formalaşan multikulturalizm digər sosial hadisələrə (siyasətə, iqtisadiyyata, mədəniyyətə, mənəviyyata, ictimai şüurun müxtəlif formalarına və s.) təsir göstərir, onlarla qarşılıqlı münasibətdə olur. Multikulturalizm etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunması və inkişafını nəzərdə tutur. Bu, isə insanların hüququ və azadlıqlarının müdafiə olunmasının tərkib hissəsidir. Multikulturalizmi təbliğ edən ölkə onu dövlət ideologiyasının tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırır. Bir sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələləri onun dövlət ideologiyasına, dövlət siyasətinə. Bu mərhələlərin reallaşmasında əsas rol dövlətə məxsusdur. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə vətəndaş cəmiyyəti multikulturalizmin cəmiyyətdə yayılmasında olduqca fəal rol oynayır. Multikulturalizm ideyaları ictimai şüurda möhkəmlənir. Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat tərzinə çevrilməsi onun yüksək inkişaf mərhələsindən xəbər verir

Multikulturalizm cəmiyyətin inkişafının məhsulu, cəmiyyətdə baş verən hadisələr tərəfindən meydana gəldiyinə görə o, öz mahiyyətinə görə ilk növbədə sosial hadisədir. Sosial hadisə kimi formalaşan multikulturalizm digər sosial hadisələrə (siyasətə, iqtisadiyyata, mədəniyyətə, mənəviyyata, ictimai şüurun müxtəlif formalarına və s.) təsir göstərir, onlarla qarşılıqlı münasibətdə olur. Multikulturalizm etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunması və inkişafını nəzərdə tutur. Bu, isə insanların hüququ və azadlıqlarının müdafiə olunmasının tərkib hissəsidir. Multikulturalizmi təbliğ edən ölkə onu dövlət ideologiyasının tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırır. Bir sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələləri onun dövlət ideologiyasına, dövlət siyasətinə. Bu mərhələlərin reallaşmasında əsas rol dövlətə məxsusdur. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə vətəndaş cəmiyyəti multikulturalizmin cəmiyyətdə yayılmasında olduqca fəal rol oynayır.Multikulturalizm ideyaları ictimai şüurda möhkəmlənir. Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat tərzinə çevrilməsi onun yüksək inkişaf mərhələsindən xəbər verir

Etnik, irqi, dini və mədəni müxtəlifliklər dövlət tərəfindəntənzimlənmədikdə və yaxud düzgün tənzimlənmədikdə cəmiyyətin inkişafının müxtəlif sahələrində ciddi problemlərə, hətta münaqışələrə səbəb olur. Buna görə də bu müxtəlifliklərin düzgün tənzimlənməsi hər bir çoxmədəniyyətli dövlət üçün böyük praktiki əhəmiyyət kəsb edir. Etnik, irqi, dini və mədəni müxtəlifliklərlə bağlı dövlətin üzləşdiyi problemlərin həll edilməsinin mümkün siyasət modellərindən biri multikulturalizmdir. Bir siyasət modeli kimi multikulturalizm ötən əsrin 60-cı illərində Kanadada meydana gəlmişdir. Multikulturalizm siyasətinin meydana gəlməsindən əvvəl etnik, irqi, dini və mədəni müxtəlifliklərlə üzləşən dövlətlər bu müxtəliflikləri əsasən iki siyasət modeli vasitəsilə tənzimləməyə çalışırdı: assimilyasiya və ya izolyasiya (təcridolma). Assimilyasiya siyasəti milli azlıqların mədəni- etnik dəyərlərini titular etnosun mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur. İzolyasiya siyasəti isə milli azlıqların mədəni- etnik dəyərlərinin titular etnosun (əhalinin çoxluğunu təşkil edən etnos) etnik- mədəni dəyərləri ilə hər hansı bir əlaqəsinin qarşısını almaqla milli azlıqların cəmiyyətə inteqrasiya olmalarına imkan vermir. İzolyasiya siyasəti 2 formada özünü büruzə verir: 1. O, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmasına mane olur. 2. Cəmiyyətdə artıq məskunlaşmış müəyyən qrup adamların assimilyasına mane olmaq məqsədilə onları təcrid edir. İkinci halda bu siyasət aparteid adlanır.

Ədəbiyyatda multikulturalizmin zəif və güclü formalarının olamalarına dair fikirlər mövcuddur. Multikulturalizmin zəif və güclü formaları bir-birindən seçilir.London İqtisad Məktəbinin professoru Çandran Kukatasın fikrincə, multikulturalizmin zəif və güclü formaları cəmiyyətdə mövcud olan etnik –mədəni müxtəlifliyə münasibətdə aparılan siyasətlərdəndir. Multikulturalizmin zəif forması azlıqlara öz etnik-mədəni dəyərlərini qorumaq üçün azadlıq verir. Lakin azlıqlar öz imkanları ilə bu dəyərlərini qorumaq iqtidarında olmurlar və nəticədə cəmiyyətdəki hakim etnik-mədəni dəyərləri qəbul etmək onlar üçün ən optimal çıxış yolu olur. Başqa sözlə desək, onlar elə bir vəziyyətə düşürlər ki, onlara bilərəkdən, xarici təzyiq olmadan, öz istəkləri ilə titular xalqın etnik-mədəni dəyərlərini qəbul etmək sərf edir. Öz mədəni kimliyini, etnik-mədəni dəyərlərini qorumaq isə çətin olur, baha başa gəlir. Mövcud vəziyyətdə onların başqa çıxış yolu olmadığına görə, onlar xoşluqla assimilyasiyaya gedirlər, yəni yaşadıqları cəmiyyətə inteqrasiya olunurlar. Multikulturalizmin zəif formasından fərqli olaraq onun güclü forması etnik azlıqlara öz etnik-mədəni dəyərlərini qorumaq üçün azadlıq verməklə yanaşı onların yaşadıqları cəmiyyətə bütün sahələrində fəal iştirak etmələri üçün hər cür şəraitin yaradılmasını tələb edir. Multikulturalizmin güclü forması cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə münasibətdə dözümlüyün nümayiş etdirilməsi ilə kifayətlənmir. O, bu müxtəlifliyin dövlət tərəfindən inkişaf etdirilməsini, onun maddi, hüquqi və mənəvi cəhətdən dəstəklənməsini vacib hesab edir. Çandran Kukatas multikulturalizmin qeyd olunan formalarının hər birinin liberalizm nəzəriyyəsinə əsaslandığını göstərir. Lakin zəif multikulturalizm klassik liberalizmə, güclü multikulturalizmin isə müasir liberalizmə əsaslanır.

Azərbaycan multikulturalizmi” – inteqrativ bir fənn kimi. Fənnin əhəmiyyəti. “Azərbaycan multikulturalizmi” – inteqrativ bir fəndir. O, fəlsəfə, politologiya, tarix, sosiologiya, kulturologiya və bu kimi bir sıra ictimai elmlərin müddəalarından istifadə edir. “Azərbaycan multikulturalizmi” fənninin qarşısında əsas məqsədə - tələbələrə Azərbaycan Respublikasınınin multikulturalizm siyasətinin mahiyyətini, onun xüsusiyyələrini və bu siyasətin ölkədə uğurla həyata keçirilməsinin səbəblərini izah etmək- nail olmaq üçün sadalanan ictimai elmlərə müraciət etmək vacibdir. “Azərbaycan multikulturalizmi” fənninin böyük idraki, praktiki, siyasi, ideoloji, mənəvi-tərbiyəvi əhəmiyyəti vardır
İbrahimi Dinlər

Xristianlıq -Qədim eradan yeni eraya keçid dövründə özünün tənəzzül mərhələsinə qədəm qoymuş yəhudilik dərin böhran içində idi. Hamı öz gəlişi ilə yəhudiləri bu böhrandan xilas edəcək bir peyğəmbər gözləyirdi. Bu vaxt Fələstin torpağında yeni bir Peyğəmbər zühur edir. Xristianlıq öz adını həmin Peyğəmbərin – İsa Məsihin adından alır ki, bu da “seçilmiş”, “məsh edilmiş”, “kamil”, “nurlanmış” mənasındadır. İsa Məsih qanını və canını insanların xilası naminə qurban vermiş Xilaskardır. Onun zühurundan bəhs edən Yazı – “İncil” xristianların ən müqəddəs kitabı sayılır. İlk xristianlar milliyətcə yəhudi olmuşlar. Xristianlıq yəhudi mühitində yarandığına görə bu din xristianlığın bir çox təlimlərində öz təsirini göstərmişdir. Artıq I əsrin ortalarında xristianlıq Fələstin torpağından kənara çıxaraq, Roma imperiyasının hər yerinə və ondan kənar ərazilərə yayılmışdır. Xristianlığın teoloji əsaslarının formalaşmasında sələfi İudaizmin böyük rolu olmuşdur.



Xristianlığın Tarixini Dörd Dövrə Bölmək Mümkündür:



  • Antik xristianlıq (I – V əsrlər);

  • Orta əsrlər xristianlığı (VI – XV əsrlər);

  • Yeni dövrün xristianlığı (XVI – XX əsrin birinci yarısı);

  • Müasir dövrün xristianlığı (XX əsrin ikinci yarısı – XXI əsr)

 

Antik xristianlığın tarixində beş əsas əlamətdar hadisə - mərhələ, beş əsas dönüş nöqtəsi ayrılır.

Birinci mərhələ – 325-ci ildə Nikeyada I Ümumdünya Kilsə məclisinin keçirilməsi oldu. Həmin məclisdə “Dinin rəmzləri” adlı sənədin qəbulu ilə xristianlığın (vahid, bölünməmiş xristianlığın) həm dini təlim, həm də təşkilatı baxımdan formalaşması sona yetdi. Digər tərəfdən bu Məclisin İmperator Konstantin tərəfindən təşkil edilməsi və məclisin qərarına uyğun olaraq, imperator hakimiyyəti tərəfindən bidətçilik yolunu tutmuş xristian icma başçılarının – Ariya və onun ardıcıllarının təqibinə göstəriş verilməsi Xristianlığın dövlət dininə və ya rəsmi dinə çevrilməsindən xəbər verirdi. 



İkinci mərhələ - 381-ci ildə Kostantinopolda II Ümumdünya Kilsə Məclisinin keçirilməsi, Dini rəmzlərə əlavələrin edilməsi və yeni ortaya çıxmış bidətçilərin pislənməsi ilə səciyyələnir. Bu məclis xristianlığın bir təlim kimi hələ də formalaşmaqda olduğunu göstərirdi.

 

Üçüncü mərhələ - 419-cu ildə Karfagen şəhərində məhəlli Kilsə məclisinin keçirilməsi ilə əlamətdir. Bu məclis “məhəlli” adı altında tanınsa da xristianlığın sonrakı inkişafı üçün böyük əhəmiyyət kəsb edirdi. Bu məclisdə “Əhdi-Cədid”ə daxil olan kitabların dəqiq siyahısı təsdiq olunmuşdur.



Dördüncü mərhələ - 431-ci ildə Efesdə III Ümumdünya kilsə məclisi keçirilir. Məclis nestorianların (Nestoriy, Konstantinopol patriarxı) baxışlarını tənqid edib, onları kafir elan edir.  Bu da V əsrdə Xristianlıq daxilində ilk parçalanmanın əsasını qoyur. Həmin əsrin əvvələrində rəsmi Xristianlıq daxilində İsa Məsihin təbiəti ilə bağlı sual ortaya çıxmışdı: O, kimdir? Allah, yoxsa insan. Patriarx Nestoriy və onun tərəfdarları Onun insan olduğunu deyirdilər. Lakin əksər xristian ruhaniləri bu suala başqa cür cavab verirdilər: İsa Məsih eyni zamanda həm Allah, həm də insandır. Bu cavab Efes məclisinin rəsmi qərarı oldu. Məclis qərarından sonra nestorianlar imperiyanın ucqarlarına qaçırlar. Nestorianlıq bizim dövrdə də mövcuddur. Onların icmalarına Hindistan, İraq, İran, Suriya və Türkiyədə rast gəlinir. Onların sayı 200 min nəfərdən çox deyildir.



Beşinci mərhələ - 451-ci ildə Halkidonda IV Ümumdünya kilsə məclisi keçirilir. Məclis bu dəfə monofizitləri (yun. “birtəbiətlilər”, “mono”-bir, “fizik” –təbiət) pisləyir. Monofizitlər İsa Məsihin bir təbiətli – Allah olduğunu iddia edirdilər. Onların təliminə görə, İsa Məsih birinci Zühuru zamanı zahirən insana bənzəsə də, mahiyyətcə insan olmamışdır. Lakin kilsə başçıları və əksər keşişlər o fikirdə qaldılar ki,  İsa Məsihin ikili təbiəti olmuşdur: Allah və insan. Məclis monofizitləri rədd edir və lənətləyir. Onlar imperiyanın ucqarlarına qaçmaq məcburiyyətində qalırlar. Efiopiya, Erməni və Misir (kopt) kilsələri monofizit kilsələri hesab olunur. Halkidon məclisi ilə antik xristianlığın formalaşması qismən başa çatır. 

Xristianlıqda aşağıdakı məzhəbləri var :



  • Katolisizm

  • Ortodoks

  • Protestantlıq

Xristianlığın əsas ehkamı odur ki, İsanın ölümü və dirilməsi vasitəsilə günahkar insanlar Ata ilə barışmış, əbədi həyatı əldə etmişlərdir. Xristianlar inanırlar ki, bəşəriyyətin nicatına görə məsh edilmiş İsa Əhd-i ətiq peyğəmbərliyini yerinə yetirmək üçün dünyaya gəlmişdir. Xristianlar həmçinin inanırlar ki, o şəxslənmiş Tanrıdır, həmçinin tamamilə ilahi və tamamilə insani. Bu o deməkdir ki, İsanın iki təbiəti vardır: ilahi və insani. Nicat ilahi iltifat vasitəsilə nail olunur.Esxatologiyasında adamın ölümündən sonra onun ruhu cənnətə və ya cəhənnəmə gedir (katolisizmdə həmçinin əraf var). Məhşərdən sonra ölülər dirilmiş olacaqlar.

Simvolları: 1.Xaç. Xaç Xristianlığın ən geniş yayılmış rəmzidir, İsanın edam edildiyi alətin təsviridir. Lakin bu rəmz Xristianlıqdan öncə qədim Misirdə həyat simvolu olmuşdur və Ankh adlanırdı. Xaçın yuxarısında olan dairə qadın, aşağı hissəsi isə kişi başlanqıcını simvolizə edir. Ümumiyyətlə xaçın təsvirini xristianlar misir ənənəsindən almışdılar. Xristianlıqda xaçın rəmz kimi yaranma tarixi II-III əsrlərə təsadüf edilir. Xaçların bir neçə növləri vardır. Latın xaçı, yunan xaçı, Qolqofa (İsanı edam edilən təpəliyin adı) xaçı və ya pilləli xaç, Rus ortodoks (pravoslav) kilsəsinin xaçı, Roma papazlarının xaçı, xaç suyuna salınma mərasiminə aid olan xaç, Qələbənin rəmzi olan Yunan xaçı, Kürə üzərində qələbəniin simvolu olan xaç, Müqəddəs Petrusun çevrilmiş xaçı, Yeruşalaim (Qüds) xaçı və sair.

Yüklə 86,38 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin