Torpaq, tikili və avadanlıqların qiymətləndirilməsi İlkin qiymətləndirmə



Yüklə 18,35 Kb.
səhifə1/3
tarix24.10.2022
ölçüsü18,35 Kb.
#66009
  1   2   3
Torpaq



Torpaq, tikili və avadanlıqların qiymətləndirilməsi
İlkin qiymətləndirmə
Torpaq, tikili və avadanlıqların tanınma meyarlarına cavab verən obyekt ilkin dəyəri ilə qiymətləndirilməlidir.
Torpaq, tikili və avadanlıqların ilkin dəyərinin tərkib hissələri aşağıdakılardan ibarətdir:

  1. alış qiymətindən hər növ ticarət endirimləri çıxıldıqdan sonra, idxal rüsumları və alışla bağlı əvəzləşdirilməyən vergilər daxil olmaqla ümumi sərf edilən məsrəflər;

  2. aktivdən müəssisə rəhbərliyi tərəfindən müəyyən edilmiş tərzdə istifadə edilməsi üçün onun lazımi istismar yerinə və vəziyyətə gətirilməsinə çəkilən bütün birbaşa məsrəflər.

  3. obyektin alınması zamanı və ya onun ehtiyatlar yaratmaq məqsədilə deyil, digər məqsədlər üçün müəyyən müddət ərzində istifadə edilməsi nəticəsində demontajı və ləğvi, habelə onun yerləşdiyi sahənin bərpası kimi işlərin görülməsi üzrə müəssisənin öz üzərinə götürdüyü öhdəlik ilə əlaqədar çəkiləcək məsrəflərin ilkin smeta həcmi.

Torpaq, tikili və avadanlıqlar təsisçilərdən pay qoyuluşu şəklində qəbul edildikdə, onun ilkin dəyəri həmin dövrün bazar qiymətləri əsas götürülməklə razılaşdırılmış dəyərlə müəyyən olunur.
Əvəzsiz maliyyə yardımı şəklində alınan torpaq, tikili və avadanlıqların ilkin dəyəri onların uçota götürüldüyü tarixə bazar qiymətləri ilə müəyyən olunur.
Dəyişmə müqaviləsi əsasında alınan torpaq, tikili və avadanlıqların ilkin dəyəri dəyişdirilən aktivlərin dəyəri ilə ölçülür. Dəyişdirilən aktivlərin dəyərini müəyyən etmək mümkün olmadıqda, ilkin dəyər analoji əsas vəsaitlərin həmin dövrdə alınmasına çəkilən xərclər ilə müəyyən edilir.
Torpaq, tikili və avadanlıqların ilkin dəyəri onlar yenidən qiymətləndirildikdə, yenidən qurulduqda, onlarda yeni tikinti işləri aparıldıqda, yeni avadanlıqlar quraşdırıldıqda və onların müvafiq obyektləri qismən ləğv edildikdə dəyişə bilər.
İlkin tanınmadan sonra qiymətləndirmə.
Müəssisə torpaq, tikili və avadanlıq obyektlərini qiymətləndirmək məqsədilə öz uçot siyasətini ya ilkin dəyər modelinə, ya da yenidənqiymətləndirmə modelinə əsasən müəyyən etməlidir. Müəssisə müəyyən edilmiş uçot siyasətini torpaq, tikili və avadanlıqların bütün sinfinə tətbiq etməlidir.

Yüklə 18,35 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin