Təhsil sisteminin mövcud vəziyyəti günün tələblərinə cavab vermədiyindən bu sahədə islahatların aparılması təkzibolunmaz zərurətdir



Yüklə 15,8 Kb.
tarix25.12.2023
ölçüsü15,8 Kb.
#193946
pedaqogika


21.
Təhsil sisteminin mövcud vəziyyəti günün tələblərinə cavab vermədiyindən bu sahədə islahatların aparılması təkzibolunmaz zərurətdir. Cəmiyyət öz gələcəyini təmin etmək məqsədi ilə yeni nəslin yüksək səviyyədə hazırlığına nail olmalı və buna görə də təhsil üstün inkişaf etdirilən sahəyə çevrilməlidir.İslahatlar, varisliyi saxlamaqla, təhsilin idarə olunması, bazar iqtisadiyyatı şəraitində mütəxəssis hazırlığı və təhsilin maliyyələşdirilməsi sahəsində mütərəqqi dünya təcrübəsinə əsaslanmalıdır. Ölkəmizdə təhsil islahatlarının ölçülüb-biçilmiş, əvvəlcədən düşünülüb müəyyən olunmuş nəticələr üzərində qurulmasını təsdiq edən ən mötəbər tarixi sənəd 1998-ci ildə yaradılmış Dövlət Komissiyası tərəfindən hazırlanaraq 1999-cu il iyunun 15-də ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"dır. Konseptual əsasını ümummilli liderin ideya və müddəaları təşkil edən, ölkəmizdə 1999-cu ildən başlayaraq növbəti 15 il üçün ümumi təhsilin inkişaf strategiyasını müəyyənləşdirən bu Proqramda islahatların zəruriliyi müasir tələblər baxımından əsaslandırılmış, islahat hədəfləri dəqiqləşdirilmiş və onların mərhələlərlə həyata keçirilməsinin sistemi təsbit olunmuşdur. Təhsil sahəsində islahat proqramının əsas məqsədi məktəbəqədər, orta, ali, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Respublikasının Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarətdir.Göstərilən tələblərə cavab verən təhsil sisteminin strukturunun, məzmununun, kadr hazırlığı və təminatının, tədris, elmi-metodiki və informasiya təminatının idarə olunmasının, maddi-texniki bazasının və iqtisadiyyatının islahatı aşağıdakı prinsipləri əhatə etməlidir:
müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün təhsil sisteminin üstün inkişaf etdirilməli sahə olduğunu təsbit etməyə imkan verən etibarlı bazanın yaradılması, ölkədə elmin və mədəniyyətin inkişafı, demokratik vətəndaş cəmiyyətinin qurulması, modernləşdirilmiş istehsalat-mülkiyyət sistemi əsasında sabit iqtisadi artıma nail olunsun;
demokratikləşdirilmə, humanistləşdirilmə, inteqrasiya, differensiallaşdırma, fərdiləşdirilmə, humanitarlaşdırılma prinsiplərinə əsaslanaraq, təhsil alanın şəxsiyyət kimi formalaşdırılmasını, onun təlim-tərbiyə prosesinin əsas subyektinə çevrilməsini başlıca vəzifə hesab edən, milli zəminə, bəşəri dəyərlərə əsaslanan, bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması;
islahatın humanitar xarakterli olması, onun insanların yaradıcı və keyfiyyәtli fəaliyyətinin hərtərəfli açılmasına yönəldilməsi, islahatda şəxsiyyətin hüquq və azadlıqlarının təmin edilməsi;
islahatın praktiki yönümlülüyü — dövlətin və cəmiyyətin malik olduğu vəsaitlə təmin oluna bilən məqsəd və tədbirlərin, yenilik və dəyişikliklərin həyata keçirilməsinə yönəldilməsi;
təhsil sisteminin mütənasib inkişafının təmin edilməsi;
mövcud təhsil sistemində toplanmış təcrübənin mütərəqqi əsaslarını saxlamaqla müstəqil Azərbaycan Respublikasının strateji məqsədlərini həyata keçirməyə qadir olan intellektual potensialın formalaşdırılmasında inkişaf etmiş ölkələrin özünü doğrultmuş və mövcud elmi-pedaqoji ictimaiyyətin qəbul etdiyi təcrübəsindən istifadə olunması;
təhsil sisteminin əhatə imkanlarının genişləndirilməsi, onun keyfiyyәtinin və rəqabət qabiliyyətinin yüksəldilməsi;
təhsil sisteminin idarəetmə orqanlarının fəaliyyətinin respublikanın digər dövlət orqanları və qeyri-dövlət təşkilatlarının fəaliyyəti, eləcə də ölkənin iqtisadi mühiti ilə və təhsil siyasətini həyata keçirən orqan və şəxslərin səlahiyyətlərinin Azərbaycan Respublikasının Təhsil Qanununa və digər qanunvericilik aktlarına uyğun tənzimlənməsi;
idarəetmənin dövlət-ictimai prinsipləri əsasında həyata keçirilməsi. Müəllim və digər pedaqoji işçilərin fəaliyyəti üçün ən əlverişli şəraitin yaradılması, onların sosial müdafiәsinin təmin olunması. Perspektivdə ictimai-dövlət idarəetmə sisteminə keçilməsi;
təhsil sisteminin yeni iqtisadi modelinin qurulması, resurs təminatının möhkəmləndirilməsi və optimallaşdırılması.
Təhsil sistemində islahatların üç mərhələdə aparılması nəzərdə tutulmuşdur.
Bir il müddətini əhatə edən birinci mərhələ — hazırlıq mərhələsi (1999-cu il) Azərbaycan Respublikası vətəndaşlarının Konstitusiyada müəyyən olunmuş təhsil almaq hüququnu təmin edən, bazar iqtisadiyyatının tələblərinə uyğun yeni təhsil sisteminin normativ hüquqi, iqtisadi və informasiya bazasını yaratmaq üçün təşkilati işlərin aparılmasını, eləcə də onun infrastrukturu və kommunikasiya sisteminin müəyyən edilməsini nəzərdə tutur.
Qısamüddətli perspektivi əhatə edən ikinci mərhələdə (2000-2003-cü illər) təhsil sahəsinin sosial-iqtisadi stabilliyini təmin edən təxirəsalınmaz problemlərin həll olunması və geniş miqyaslı islahatın aparılması üçün təşkilati-hüquqi, kadr, maliyyə, maddi-texniki təminatının və yeni idarəetmə modelinin yaradılması nəzərdə tutulur.
Üçüncü mərhələ (2004-cü ildən) proqramda nəzərdə tutulan bütün tədbirlərin həyata keçirilməsini əhatə edir.
Başlıca istiqamətlər
Müasir tələblərə cavab verən istedadlı uşaqlar üçün təhsil müəssisəsindən tutmuş, inkişafında qüsur olan, reabilitasiyaya ehtiyacı olan uşaqlar üçün yaradılmış yeni tipli təhsil müəssisələri şəbəkəsinin yaradılması. Bütün tipdən olan təhsil müəssisələrinin diversifikasiyası (əlaqələndirilməsi);
əmək bazarına tələbatın formalaşması ilə bağlı tədris proqramlarının, təhsilin məzmununun və metodikasının yeniləşdirilməsi. Burada əsas meyl respublika iqtisadiyyatının başlıca inkişaf istiqamətlərinə, eləcə də humanitar və ictimai fənlərin məzmununun keyfiyyәtinin yüksəldilməsinə yönəltməklə, günün tələblərinə cavab verməyən proqramlar, metodikalar və səmərəsiz təhsil fəaliyyətləri aradan qaldırılacaqdır;
təhsil müəssisələrinin maddi-texniki resurslarına tәlәbat normalarının hazırlanması. Təhsilin keyfiyyәtinә, standartların icrasına nəzarət, eləcə də təhsil müəssisələrinin və ayrı-ayrı təhsil proqramlarının ekspertiza və akkreditasiya mexanizminin yaradılması;
təhsil müəssisələrinin inkişaf strategiyası və məqsədlərinin müəyyən edilməsində, müvafiq qərarların çıxarılmasında və s. müstəqillik verən yeni idarə-etmə mexanizminin yaradılması;
təhsil sisteminin maliyyələşdirilməsinin yeni mexanizmini əks etdirən iqtisadi modelin yaradılması.


22.
Yüklə 15,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin