AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ
«Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali
təhsil müəssisələrindən köçürülməsi sistemi»
İSTİFADƏ QAYDALARI
Sistemin ümumi iş prinsipləri
Bu təsvirdə tələbələrin bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə
köçürülməsi sisteminin iştirakçılarının fəaliyyətinin əsas prinsipləri müəyyən edilir.
Sistemdə iki əsas iştirakçı nəzərdə tutulmuşdur: 1) Təhsil Nazirliyinin (bundan
sonra TN) operatoru və 2) ATM-in tələbəsi.
Təhsil Nazirliyinin operatoru:
1. Operator tələbədən köçürmə ilə bağlı sifariş alır (transfer.edu.az saytına olan
müraciət əsasında).
2. Sistemə yüklənmiş sənədlərin düzgünlüyünü və ATM-in qəbul imkanlarını
yoxlayır. Əlavə sənədlər və ya müvafiq məlumatlar tələb etmək hüququna
malikdir.
3. İkinci bənddəki tələblərin gözlənilməsi baxımından sorğunu qəbul və ya rədd
edə bilər.
4. Müsbət qərar qəbul edildiyi halda, Təhsil Nazirliyin köçürülmə haqqında
razılığını sistemə yükləyir və prosesi tamamlayır.
Tələbə:
1. Sistemdə qeydiyyatdan keçir.
2. Toplanılan bal və köçürülmə üçün boş yerlərdən asılı olaraq, siyahıda təqdim
olunan və arzu edilən ATM-ləri seçir. Xarici ATM-in tələbələri sərbəst formanı
doldurur.
3. Zəruri sənədləri yükləyir və sorğunu göndərir.
4. Təhsil Nazirliyinin razılığı sistemə daxil olduqdan sonra, köçürüləcəyi ATM-ə
təqdim etmək üçün zəruri sənədlərin siyahısını əldə edir.
Köçürülmə üçün edilən hər bir sorğuya fərdi nömrə (ID) verilir. Operator həmin
nömrə əsasında sorğunu sistemdə tapa və araşdıra bilər.
Sistemin funksiyaları, qaydaları və onun iştirakçılarının imkanları barədə
məlumatları aşağıda əks etdirilmişdir.