QEYD: Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər
(dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla)
təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslərin
akademik transkriptlə köçürüldüyü ixtisasın tədris planındakı fənlər üzrə kreditləri
müqayisə olunur. Əgər tələbənin fənn (fənlər) üzrə kredit borcu yaranarsa tələbə həmin
fənni (fənləri) yenidən dinləməlidir. Bu zaman tələbə həmin fəndən (fənlərdən) dərslərdə
iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə
yetirməlidir.
|