FİN kodunu və ATM-ə daxil olduğu ili qeyd etdikdən sonra tələbə barəsində fərdi
məlumatlar əldə edir. Bundan sonra həmin məlumatları təsdiqləməlidir.
DİQQƏT: Qeydiyyata hal-hazırda bakalavr səviyyəsində təhsil alan tələbələr
buraxılır (sonuncu tədris ili və ilk tədris ilinin birinci semestrində təhsil alan tələbələr
istisna olmaqla).
Növbəti mərhələdə, istifadəçi öz telefon nömrəsini (mobil) daxil etməli və şifrəni
(parol) müəyyənləşdirməlidir. Daxil edilmiş telefon nömrəsi sistemə daxil olmaq üçün
“İstifadəçi adı” kimi qəbul olunacaqdır.
Nömrəni təsdiqləmək üçün sms bildiriş vasitəsilə telefona göndərilmiş
dördrəqəmli kod daxil edilməlidir.
DİQQƏT: Mövcud olan və istifadə edilən telefon nömrəsi daxil olunmalıdır. Əks
halda təsdiqləmə (verifikasiya) kodunun sms vasitəsilə göndərilməsi mümkün
olmayacaqdır.
Bununla qeydiyyat prosesi tamamlanır və istifadəçi “Şəxsi səhifəsinə” keçid alır.
Dostları ilə paylaş: |