13.İctimai rəyin mahiyyəti


İctimai rəyin formalaşmasında kütləvi informasiya vasitələrinin rolu



Yüklə 70,4 Kb.
səhifə3/36
tarix07.06.2022
ölçüsü70,4 Kb.
#60899
1   2   3   4   5   6   7   8   9   ...   36
imtahan sualları

15.İctimai rəyin formalaşmasında kütləvi informasiya vasitələrinin rolu
Kütləvi informasiya vasitələri ictimai rəyə ən müxtəlif formalarda təsir göstərmək imkanlarına malikdir. Onların fəal təbliğat istiqaməti ümumən etiraf olunur. Bir neçə misala müraciət edək.
İkinci dünya müharibəsindən sonra ABŞ-da papiros çəkmək dəb halını almışdı. Otaqda və ya ofisdə papiros çəkmək adi iş sayılırdı. Lakin 1957-ci ildə həkimlər sübut etdilər ki, o, orqanizmə sarsıdıcı təsir göstərir. Amerikalıların ictimai rəyi kəskin surətdə dəyişildi: kütləvi informasiya vasitələrində sağlam həyat tərzi uğrunda geniş kampaniya fəallaşdı. Hazırda papiros çəkənlər ümumi məzəmmət obyektinə çevrilmişlər. Qeyri-sağlam meyllilik sosial statusa və nüfuza təsir göstərə bilər: papiros çəkənləri bəzi işlərə qəbul etmirlər. Bütün cəmiyyət papiros çəkməyə qarşı mübarizəyə meyllidir.
Başqa bir misala müraciət edək. Keçmiş SSRİ-də 80-ci illərin sonunda ictimai rəy (xüsusən Rusiyada yaşayan əhali tərəfindən) Şimal çaylarının axarının qismən dəyişilməsi və suya kəskin ehtiyacı olan Cənub ərazilərinə axıdılması layihəsinə qarşı çıxdı. KİV-lər bir qrup ziyalının etirazını fəal müdafiə etdi. Əksəriyyətin rəyi dəyişildi, tezliklə layihənin maliyyələşdirilməsinin dayandırılması barədə dövlət qərarı qəbul olundu.
Üçüncü bir misal: Məlum olduğu kimi vaxtilə Azərbaycanda da atom-elektrik stansiyasının inşası gündəlikdə da-anırdı. İctimai rəy atom-elektrik stansiyalarını olduqca münasib, ekoloji cəhətdən yaxşı göstəriciləri olan, perspektivli stansiyalar kimi qəbul edirdi.
Fəaliyyətdə olan AES-lərin dayandırılıb-dayandırılmaması məsələsi geniş müzakirə olunmağa başladı. Onların texniki-texnoloji göstəriciləri hərtərəfli təhlil edildi. Nüfuzlu təşkilatların inspeksiyaları həyata keçirildi. Mütəxəssislər ciddi səy göstərməli və sübut etməli oldular ki, qəza AES-in tikintisində və istismarında yol verilən əsaslı nöqsanların, qüsurların nəticəsidir, AES kompleksinin inşası və fəaliyyəti isə elmin, texnikanın mühüm nailiyyətidir. Etiraf etməliyik ki, AES-lərə neqativ münasibət məqamları ictimai rəydə indi də güclüdür.



Yüklə 70,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin