Kokain,xassələri,quruluşu Abdulhüseynov QabistrreplN



Yüklə 19,31 Kb.
tarix21.12.2023
ölçüsü19,31 Kb.
#188675
Kokain


Kokain,xassələri,quruluşu

Abdulhüseynov Qabil

P L A N
1.Alkaloidlər haqqında ümumi məlumat
2.Kokain

Alkaloidlər haqqında ümumi məlumat
Bitki aləmi müalicəvi təsirli müxtəlif bioloji fəal maddələrlə zəngindir. Bunlardan biri də alkaloidlərdir. Bitkilərdən alınan, qələvi xassəyə malik, turşularla münasib duz əmələ gətirən və yüksək fizioloji fəal mürəkkəb azotlu üzvi birləşmələrə alkaloidlər deyilir. Bu birləşmələrin adı ərəb sözü «alkali» - «əsas» və yunan «eidos» - «oxşar» sözlərindən götürülmüşdür, yəni qələviyə oxşar maddə deməkdir.
Sadə azotlu birləşmələr (metilamin və digər aminlər), eləcə də aminturşular alkaloidlərə aid deyildir. Lakin tiramin və betainlər (staxidrin, triqonellin və s) keçid formalar olub, çox zaman alkaloid hesab edilirlər.
Alkaloidlərin tərkibində karbon, hidrogen və azot atomları ilə yanaşı bəzən kükürd, çox az hallarda xlor, brom və ya fosfor atomu ola bilir.
Alkaloidlərə əsasi xassə verən onların molekulundakı azot atomudur. Azot atomu alkaloidlərdə əksər hallarda heteroatom, bəzən isə amin azotu şəklində ola bilər. Üzvi əsasların bütün xassələri alkaloidlər üçün səciyyəvidir. Belə ki, onlar bir qayda olaraq, əsas şəklində üzvi həlledicilərdə asan həll olur, suda isə həll olan duzlar verir.
Alkaloidləri bir çox canlı orqanizmlər sintez edir. Onlara daha çox ali bitkilərdə rast gəlinir. Təbiətdə olan 10-25 % ali bitkilərin tərkibində alkaloidlər aşkar edilmişdir. Bəzi heyvanlarda da alkaloidlərə rast gəlinir. Buna bəzi qurbağaların dərisinin tərkibində olan bufotenin alkaloidini misal göstərmək olar. Həmçinin Psilosibe cinsindən olan göbələklərin tərkibində psilosibin alkaloidi aşkar edilmişdir. İnsan və heyvan orqanizmlərində vacib rol oynayan adrenalin və serotonin kimi biogen aminlər quruluşuna və biosintezindəki oxşarlığına görə alkaloidlərə çox yaxındır.

Bufatenin
Bitkilərdə alkaloidlər çox vaxt üzvi turşularla, bəzi hallarda isə mineral turşularla duzlar şəklində olur. Alkaloidlərin oksalat, alma, kəhrəba, limon turşuları ilə əmələ gətirdiyi duzlarına bitkilərdə tez-tez təsadüf olunur. Ancaq bəzən müəyyən bir bitki üçün səciyyəvi olan turşulara da rast gəlinir, məs., tiryəkdə mekon turşusu, kinə ağacı qabığında kinə turşusu vardır.
Alkaloidlərin bioloji fəallığı onların quruluşu ilə sıx əlaqədardır. Müəyyən farmakoloji təsirə malik alkaloidlərin quruluşu ilə fəallığı arasındakı əlaqənin öyrənilməsi bir çox sintetik dərman maddələrinin yaradılmasına səbəb olmuşdur.
Tərkibində alkaloidlər olan bitkilər insanlar tərəfindən çox qədimdən istifadə edilir. Bizim eradan əvvəl I-III əsrlərdə Çində yazılmış “Ev bitkilərinin kitabı”nda yuxu xaşxaşı və aclıqotu haqqında məlumat verilmişdir. Koka bitkisinin yarpaqları Cənubi Amerikada çox qədimlərdən hindular tərəfindən istifadə edilmişdir. Tərkibində zəhərli alkaloidlər: tubokurarin və s. olan bitki ekstraktları qədim zamanlarda heyvanları ovlamaq üçün oxların uc hissəsini zəhərləmək üçün istifadə edilmidşir.
Alkaloidlərin kəşfi XIX əsrin başlanğıcında aparılmış tədqıqatlarla əlaqədardır. Hələ XVIII əsrin sonunda müalicə məqsədilə işlənən bəzi bitki xammalının (tiryək, kinə ağacının qabığı və s.) kimyəvi cəhətdən öyrənilməsinə başlanmış və az-çox təmizlənmiş maddələr alınmışdır. 1804-cü ildə fransız əczaçı Seqyen tiryəkdən ilk alkaloid-morfin almış, 1806-cı ildə isə alman əczaçı Sertyurner morfini daha təmiz halda çıxarmış və öyrənmişdir. O, çıxardığı maddəni ətraflı öyrənmiş və nəticələrini 1817-ci ildə təsvir edərək göstərmişdi ki, bu maddə bitki mənşəli əsasdır. Bu kəşfə qədər belə hesab olunurdu ki, bitki orqanizmi ancaq turşu və neytral xassəli maddələri hasil edir. Morfin alkaloidinin kəşfi bitkilərdə əsası xassəli maddələrin axtarılması sahəsində geniş tədqiqatlara səbəb oldu. Hazırda istifadə edilən “Morfin” termini isə fransız fiziki Qey-Lyussaka məxsusdur.
Fransız tədqiqatçıları P.Pelletye və J.Kavant alkaloidlərin kimyasında əvəzolunmaz işlər görmüşlər. Onlar 1818-ci ildə strixnini və 1820-ci ildə isə xinini aşkar etmişlər.
Kokain
Kokain — geniş yayılmış narkotik, tropan sırası üzrə alkaloid,çətin Metil Benzoilekqonin.Yerli anesteziya effektinə və insanın mərkəzi sinir sisteminə güclü stimilasiya təsirinə malikdir,bununlada insanda güclü eyforiya hissi yaradır.Başqa alkaloid vasitələri ilə eyni sırada Cənubi Amerikanın tropik zonalarında yayılmış Eritroksilum bitkisinin (Erythroxylum), ən əsası isə kokain kollarının (Erythroxylum coca) tərkibində var.Bu bitkilər yarpaqların yeyilməsinin qarşısını alaraq insektisid funksiyasnı yerinə yetirir.
Tarixi
Kokainin istifadəsi beş min ildən çox tarixi əhatə edir. "Koka" sözünün özü "boliviya tayfalarının" dillərinin birindən yaranıb. Qədim əfsanəyə əsasən, yerli qadınlardan biri əxlaqsız həyat yaşayırdı, elə buna görə də onu öldürdülər, bədənini isə iki hissəyə böldülər.Bu bədəndən isə kol bitməyə başladı. Bu kolu da "Koka Ana" adlandırdılar.
Psixosimulyator kimi koka yarpaqları ispanlıların gəlişindən əvvəl cənubi amerikalı hindlilər, Şimali Andın yerli sakinləri tərəfindən tibbi və dini məqsədlər üçün,həm də yorğunluğu aradan qaldırıcı kimi, aclığı, susuzluğu yatırtmaq üçün istifadə olunub, bəzən isə əhval-ruhiyyəni qaldırmaq üçün.

Ədəbiyyat
1.https://amu.edu.az/storage/files/18/Alkaloidl%C9%99r/Alkaloidl%C9%99r.docx
2. https://az.wikipedia.org/wiki/Kokain
Yüklə 19,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin