13.İctimai rəyin mahiyyəti



Yüklə 70,4 Kb.
səhifə6/36
tarix07.06.2022
ölçüsü70,4 Kb.
#60899
1   2   3   4   5   6   7   8   9   ...   36
imtahan sualları

18.Siyasi mədəniyyət
Siyasətin sosiologiyasında siyasi mədəniyyət problemi mühüm əhəmiyyət kəsb edir. O, siyasi hakimiyyət funksiyalarının həyata keçirilməsi prosesində reallaşdırılan (və ya reallaşdırılmalı olan) nəzəri müddəaların, baxışların, rəylərin, sərvət yönümlərinin və s. məcmusu kimi təsəvvür edilə bilər.
Siyasi mədəniyyət üçün əsas çıxış nöqtəsi əhalinin məlumatlı olması, nəzəri-siyasi problemlərə bələdliyidir. İlkin biliklər, məlumatlar adətən kortəbii surətdə əldə edilir, təhsil sayəsində, kütləvi informasiya vasitələrinin fəaliyyəti sayəsində az - çox sistemli xarakter daşıyır.
Sistemli məqsədyönlü siyasi təhsilin olmaması ciddi nəticələrə gətirib çıxara bilər. Siyasi yönümün itirilməsi, tarixi yaddaşın zəifləməsi və ya təhrifı, siyasi davranışın passivliyi, siyasi hadisələrə marağın sönməsi, laqeydlik və s. bu qəbildəndir.
Siyasi mədəniyyət üçün siyasi yönüm, dəyərlər, ustanovkalar mühüm əhəmiyyətə malikdir. Çünki bunlar əqidəni, fəaliyyətə hazırlığı formalaşdırır. Təhlil göstərir ki, respublikamızda siyasi yönümlər kifayət qədər rəngarəngdir. Onların spektri müxtəlif olmaqla yanaşı yayılma dərəcəsi də bir-birindən fərqlidir. Azərbaycanda Prezident və parlament seçkilərinin nəticələri göstərdi ki, siyasi partiyaların çox olmasına baxmayaraq, əsas siyasi yönümlər və əqidələr bir neçə partiya (xüsusən Yeni Azərbaycan Partiyası) ətrafında cəmləşir.
Nəzərdən qaçırmaq olmaz ki, siyasi mədəniyyət fəaliyyətdə təcəssümünü tapır. Lakin siyasi mədəniyyət təkcə siyasi həyatda iştirakı xarakterizə etmir, o həm də insanın yetkinlik dərəcəsini, dərketmənin mənalılığını, dərinliyini, siyasi biliyin praktikaya necə qoşulmasını və s. əks etdirir.
Aydın məsələdir ki, insanın siyasi fəaliyyəti onun yaşadığı dövlətin hüquqi normaları ilə tənzimlənir. Bu o deməkdir ki, şəxsiyyətin siyasi mədəniyyətinin formalaşması və təkamülü baxımından hüquqi normaların mükəmməlliyi xüsusi məna kəsb edir. Bu normalar cəmiyyətin dinamik inkişafına istiqamətlənməli, zərurət yarandıqda yeniləşməlidir, müasirləşməlidir. Demokratik cəmiyyət quruculuğunun uğurla həyata keçirilməsi mükəmməl hüquqi prinsiplərə və normalara, qanunların aliliyinə möhtacdır. Bu quruculuq eyni zamanda vətəndaşların siyasi mədəniyyətinin yetkinliyini nəzərdə tutur. Ümummilli liderimiz H. Ə. Əliyev qeyd edirdi ki, demokratiya «hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir».
Bir məsələyə də diqqət yetirilməlidir: son zamanlar milli ideyadan, onun ictimai-siyasi həyatda rolundan çox danışırlar. Milli ideya ictimai şüura «hopmuş» ideyaların kristallaşması ola bilər. Başqa sözlə, belə ideya üstün sosial yönümlərin, dəyərlərin təmərküzləşməsi ola bilər. Milli ideya şəxsi, qrup və ictimai maraqları ifadə edərək, onları əlaqələndirərsə, o zaman birləşdirici, səfərbəredici ideya ola bilər.


Yüklə 70,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin