13.İctimai rəyin mahiyyəti


Din sosiomədəni institut kimi



Yüklə 70,4 Kb.
səhifə16/36
tarix07.06.2022
ölçüsü70,4 Kb.
#60899
1   ...   12   13   14   15   16   17   18   19   ...   36
imtahan sualları

37.Din sosiomədəni institut kimi
Fərdlərin cəmiyyətdəki həyatı sosial institutlar vasitəsilə ifadə olunur.
Sosiologiyada instituta insanların fəaliyyətinin bu və ya digər tərəfini tənzim edən, onların rol və statuslarını müəyyən sistem halına salan normaların, qaydaların və simvolların sabit kompleksi kimi tərif verilir. A. R. Radkliff-Brauna görə, institut elə standart xarakterli davranış üsullarıdır ki, onlann köməyi ilə cəmiyyətin sosial strukturu - sosial münasibətlər şəbəkəsi, müəyyən zaman kəsiyində öz mövcudluğunu qoruyub saxlayır. Məsələn, ailə institutu ərlə arvadın nəslin artırılması ilə bağlı daimi birgə həyatının cəmiyyət tərəfindən qəbul olunmuş formasıdır. Onun tərkibinə ailədaxili qarşılıqlı münasibətlərin normaları, ailə qurmağın qaydaları, tərəflərin öz rolu ilə bağlı öhdəlikləri və hüquqları, habelə həyatın bu sferasında cəmiyyətin təsdiq etdiyi digər simvollar sistemi daxildir.
İctimai institutun yaranması və məhvi prosesini zadəganların şərəf nümunəsi hesab olunan duellərin timsalında aydın görmək olar. Məlum olduğu kimi, duellər XVI-XVIII əsrlərdə zadəganlar arasında münasibətləri aydınlaşdırmaq metodu kimi geniş yayılmışdı. Bu institut əsasən cəmiyyətin yüksək təbəqəsində qəbul edilmiş zadəgan şərəfi ideologiyasmı əsas tuturdu. Duel institutu şərəf kodeksinin müdafiəsi üçün kifayət qədər ciddi qaydalar nəzərdə tuturdu: duelə çağırış alırmış zadəgan ya duelə gəlməli, ya da ictimai həyatdan qorxaq, ağciyər damğası ilə getməli idi. Lakin kapitalist münasibətləri inkişaf etdikcə cəmiyyətdəki etik normalar dəyişildi və zadəgan şərəfinin əldə silahla müdafiəsi lazımsız oldu. Nəticədə bu institut öz mövcudluğunu itirdi.
Tədqiqatçıların əksəriyyəti belə hesab edir ki, ictimai həyatda qarşıya çıxan müvafiq təlabatlann öyrənilməsində və ödənilməsində sosial institutların mühüm əhəmiyyəti vardır. Sosioloqlar göstərirlər ki, hər bir cəmiyyətdə əsasən aşağıdakı sosial institutlar fəaliyyət göstərirlər:
1. Hakimiyyətin həyata keçirilməsini və hakimiyyətlə bağlı münasibətləri tənzim edən siyasi institutlar.
2. Əmtəələrin və xidmət növlərinin istehsalını və bölgüsünü tənzim edən iqtisadi institutlar.
3. Öz tərkibində dini, təhsili və sözün əsl mənasında mədəniyyəti əhatə edən mədəniyyət institutları. Bunlar həyata yeni gələn nəsillərin sosiallaşması, sosial dəyərlərin qorunub saxlanılması və nəsildən-nəslə ötürülməsi üçün cavabdehdirlər.
4. Qohumlar, ər-arvad, valideynlərlə uşaqlar arasındakı münasibətləri tənzim edən və əhalinin təkrar istehsalını, habelə nəsillərarası ənənələrin ötürülməsini təmin edən institutlar.
Qeyd olunan institutlar dəqiq işlənmiş ideologiyaya, qayda və normalar sisteminə, həmçinin onlann yerinə yetirilməsində inkişaf etmiş sosial nəzarətə əsaslanan insan fəaliyyətinin özünəməxsus formalan kimi çıxış edir.
Müasir cəmiyyətin institusional baxımdan necə təşkil olunduğunu aşağıdakı cədvəl əyani surətdə göstərir.
Bütün sosial institutlar onlar haqqında təsəvvür yaradan mədəni simvolik əlamətlərə malikdir. Məsələn, ailə institutu üçün nişan üzüyü, nigah mərasimi, dövlət üçün bayraq, gerb, milli himn belə əlamətlərdir. Sənaye müəssisəsinin təsvirini yığcam şəkildə onun adından və ya ticarət markasından əldə etmək olar. Musiqi də simvolik ola bilər. Məsələn, milli musiqi, dövlət himni, tələbə mahnıları, toy marşı müvafiq institutun təsvirinin formalaşması üçün tətbiq olunur. Binalar da institutun simvolu ola bilər. Çünki vətəni, məscid, mədrəsə tikilisi olmadan islam dinini, məktəbsiz təhsili, prezident iqamətgahı (hökumət evi) olmadan dövləti təsəvvür etmək çətindir. Beləliklə, sosial institutun mədəni simvolik əlamətləri həmin institutun əsas səciyyəvi cəhətlərini daha yığcam şəkildə əks etdirən və onun tam təsvirini yaradan istənilən maddi və qeyri-maddi mədəniyyət elementləri ola bilər.



Yüklə 70,4 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin