16 Əlavələrdə durğu işarələri



Yüklə 17,29 Kb.
tarix25.12.2023
ölçüsü17,29 Kb.
#196191
AİAK koll sualları 15-30


16)Əlavələrdə durğu işarələri
Əlavə cümlədə özündən əvvəlki sözü izah edən söz və ya söz birləşməsidir. əlavələr aid olduğu cümlə üzvündən sonra gəlir. Onlar cümlə üzvündın intonasiya ilə ayrılırlar. Əlavələr aid sözdən tire vasitəsilə ayrılırlar. Bəzən tire yerinə vergüldə işlənir. Məs: Biz uzaqdan, ucqar dağ kəndindən gəlmişik.
əlavə bəzən “yəni” bağlayıcısı ilə də işlənir. Təyinin əlavəsi nadir hallarda olur. əlavələr bəzən izah etdiyi cümlə üzvü ilə şəxsə görə uzlaşmır.
17)Mürəkkəb cümlələrdə durğu işarələri
Sadə cümlələrdən ibarət olan tabesiz mürəkkəb cümlələrdə tərkib hissələri arasında vergül qoyulur. Məs: Zəng vuruldu, dərs başladı.
Tabeli mürəkkəb cümlədə xəbər cümləsini durğu işarəsi ilə ayrılır. Məs: Arzum udur ki, imtahan nəticələrim əla olsun.
Çox zaman tabesiz mürəkkəb cümlədə iki nöqtə ilə nöqtəli vergülü qarışdırırlar. Komponentlər arasında 2 nöqtə tələb olunduqda I tərkib hissəsondən sonra tam fasilə olmalıdır. Nöqtəli vergül isə daha az fasilə tələb edir.
18)Nitqin yığcamlığı
Mədəni nitqə verilən tələblərdən biri də yığcamlıqdır. Yəni nitqin daha müxtəsər olmasıdır. Savadlı və məntiqli insanlar daha yığcam danışırlar. Yıgcamlıq istedadın əsas əlamətlərindəndir. Fikrin tam ifadəsini qısa demək bacarığı xüsusi istedad tələb edir. Nitqin yığcamlığı hər zaman vacib amil hesab olunur. Yığcam nitq insandan yüksək təfəkkür, dərin bilik, aydın düşüncə və zəngin söz ehtiyatı tələb edir. Dilə tam bələd olmayan insanların nitqinin uzun olmasını, konkret olmamasını normal qəbul etmək olar.
19)Ünsiyyətin növləri
Ünsiyyətin növlərinin müxtəlif təsnifatı var:
1)Monoloq,dialoq və polioloq 2)Birbaşa,dolayı 3)İclaslar,danışıqlar,çıxışlar,müzakirələr
Krisko ünsiyyəti aşağıdakı kimi təsnif edilir:
1)Verbal və q-verbal 2)şəxslərarası və kütləvi 3)məxfi və ziddiyyətli 4)qısamüddətli,uzunmüddətli və s.
Ünsiyyətin struktur komponentləri:
1)Ünsiyyət mövzusu bir ünsiyyət ortağıdır 2)Ünsiyyətə ehtiyac istəkdədir 3)Ünsiyyətin kommunikativ motivləri
Ünsiyyət sahəsindəki mütəxəssislər bunun 5 növünü ayırırlar:
İdrak,inandırıcı,ifadəli,təklif və ritual ünsiyyət. Hər birinin öz məqsədi,şərti, gözlənilən nəticələri,təşkilat şərtləri. Ünsiyyət forması və vasitələri var.
20)Azərbaycan dili günü hansı tarixdə qeyd olunur
Ümumilli Liderimiz Heydər Əliyevin qərarı ilə 1 avqust 2001-ci ildən latın qrafikalı Azərbaycan dili əlifbasına keçid olundu. 1991-ci ildə bu qərar kağız üzərində qalmışdır. Lakin sonra Heydər Əliyevin müvafiq fərmanından sonra mükəmməl səviyyədə ana dilimizin tətbiq işləri başlamışdır. Ulu öndərin dil siyasətinin ən böyük uğuru 1 avqust – Azərbaycan dili gününün təsis olunmasıdır.
22)Vurğunun rolu nədən ibarətdir
Vurğu hecalardan birinin digərinə nisbətən daha qüvvətli deyilməsinə deyilir. Vurğu fonosemantik əhəmiyyət kəsb edir. Onun hüdudu söz və hecadır. Vurğu düşən hecanın digərinə nisbətən daha aydın, səlist və güclü tələffüz olunması nitqin məzmun və çalarlılığına xidmət edir. Dilimizdəki bütün şəkilçilər vurğu qəbul etmir. Hər dildə vurğu mühüm yer tutur. Vurğu sözləri fərqləndirməyə xidmət edir. Vurğu ədəbi tələffüz üçün əsasdır. Dilimizdə bir qayda olaraq vurğu son hecaya düşür.
23)Nitqin əsas əlamətləri
Mədəni nitqin əsas əlamətləri bunlardır:
Nitqin düzgünlüyü – onun həm forması, həm də məzmununa hesablanmış anlayışdır. Nitqin dəqiqliyi – dəqiqlik nitqdə əsas şərtdir, dəqiq düşüncə fikri aydın edir. Nitqin aydınlığı – aydınlıq ifadə üsuludur, nitq üçün aydınlıq yüksək dəyərləndirilir. Nitqin təmizliyi - ədəbi dildə qaydalardan kənara çıxmamaqla səcciyyələnir. Nitqin yığcamlığı – nitqin daha müxtəsər və qısa ifadə edilməsidir. Yığcamlıq istedadın əsas əlamətidir. Nitqin sadəliyi – bu onun asanlığından, anlaşıqlı, təbii olmasından asılıdır. Nitqin münasibliyi – bunun üçün konkret dil situasiyalarına uyğun sitatlar seçilməlidir.
24)Nitqin aydınlığı və sadəliyi nədədir
Aydınlıq ifadə olunan fikrin tam mənimsənilməsi üçün daim diqqət mərkəzindədir. aydınlıq bir ifadə üsuludur. Aydın, səlist nitq üçün danışan zəngin söz ehtiyatına malik olmalıdır. Bu həmçinin tələffüzlə sıx bağlıdır. Nitqin aydın olması üçün nitq həm də sadə və tez anlaşılan olmalıdır. Nitqin sadəliyi isə onun asanlığından, anlaşıqlı olmasından asılıdır. Sadə nitq adətən, insanların diqqətini daha çox cəlb edir. Nitqin sadə olması üçün dəqiq, aydın, yığcam, səlist olması mühimdir.
27)Ritual ünsiyyət
Məqsəd iş dünyasında ənənəvi münasibətləri birləşdirmək və qorumaq, firmaların ritualənənələrini qorumaq, yenilərini yaratmaqdır. Ünsiyyət formaları təntənəli, yas mərasimi, ritual hərəkətlər və s şəklində olur. Ünsiyyət vasitələri və texnologiyalarına aiddir:
-İştirakçıların aktiv kütləvi fəaliyyətə daxil edilməsi
-İştirakçıların eşitmə, görmə kanallarına girişin verbal və q-verbal ifadəsi
Nəzərdə tutulan ünsiyyət növləri işgüzar ünsiyyətin bütün imkanlarını əhatə etmir. O yalnız özünəməxsusluqları müəyyənləşdirməyə imkan verir.
28)Ünsiyyət və kommunikasiyanın fərqləri
Ünsiyyət insan və cəmiyyətin mövcudluğu kimi çıxış edir. Kommunikasiya ontogenezdə insan şüurunun formalaşması üçün şərtdir. Ünsiyyət olmadan heç bir sahə mümkün deyil. Kommunikasiya insanların ünsiyyət və informasiya vasitəsidir. Əsas fərqləri:
1)Ünsiyyət kommunikasiyadan məzmunca daha zəngindir. 2)Ünsiyyət kommunikasiyanı ünsürlərindən biri kimi əhatə edir, lakin onu əlaqələndirmir. Kommunikasiya təzahür formaları baxımından çoxşaxəlidir.
29)Nitqin orjinallığı və zənginliyi
Özünəməxsusluğu ilə fərqlənən nitqlər orjinal nitqlərdir. Belə nitq iclasda, toplantıda bir-iki nəfərdə ola bilər. Nitqin orjinallığı özünü mövzu ilə əlaqədar sitatlardan istifadə olunmasında, şifahi nitqdə başqalarından fərqləndirilən fərdi tələffüz şəklində özünü göstərir. Natiq cümlələrdəki sözləri, hecaları, məntiqi vurğunu aydın şəkildə diksiya ilə tələffüz edir, nitqin zənginliyinə isə öz müxtəlifliyi ilə səcciyyələnir. Bunun üçün natiq zəngin söz ehtiyatına malik olmalıdır. Natiq sinonimlərdən, antonimlərdən, məcazlardan, frazeloji birləşmələrdən istifadə edərək maraqlı nitq qurur. Nitq zənginliyi demək olarki, bütün üslublar üçün səcciyyəvidir. Yüksək savada, dünyagörüşünə malik natiqin nitqi daha zəngin olur. Nitqin zənginliyinin əsas əlamətlərindən biri təkrara yol vermədən sözlərin işlədilməsidir.
Yüklə 17,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin