16 may 2016-cı il İş №1(106)331/2016 Şirvan şəhəri



Yüklə 199.49 Kb.
Pdf просмотр
tarix09.05.2017
ölçüsü199.49 Kb.

 

 

 

 

 

 

 

 

16 may 2016-cı il               İş № 1(106)331/2016                 Şirvan şəhəri 

 

Şirvan  Apellyasiya  Məhkəməsinin  Cinayət  Kollegiyasının  hakimləri  Novruzov 



Ələsgər  Əli  İskəndər  oğlu  (sədrlik  edən),  Babayev  Zəki  Baba  oğlu  və  Dosiyev  Amil 

Qaraxan  oğlundan  ibarət  tərkibdə,  Musayev  Elvin  İsrafil  oğlunun  katibliyi  ilə,  dövlət 

ittihamçısı Hüseynov Elnar Əli oğlu, məhkum edilmiş şəxs Əliyev Əlsafa Əlmusa oğlu və 

onun  müdafiəçisi  Qasımov  İdris  İbadulla  oğlunun  iştirakı  ilə,  Əliyev  Əlsafa  Əlmusa 

oğlunun  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  234.4.3-cü  və  237.2.3-cü 

maddələri ilə məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 

2016-ci  il  tarixli,  1(089)-96/2016  saylı  hökmündən  məhkum  edilmiş  şəxs  Əliyev  Əlsafa 

Əlmusa  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayətinə  əsasən  işə  Şirvan  Apellyasiya 

Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, 

 

MÜƏYYƏN ETDI:  

 

Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  26  fevral  2016-cı  il  tarixli,  №1(089)-



96/2016  saylı  hökmü  ilə  (Hakim:  Cəlilov  Oruc  Yusif  oğlu  (sədrlik  edən),  Nuriyev 

Xamməd Abış oğlu və Quliyev Nizami Fərzi oğlundan ibarət tərkibdə) 

05  iyun  1969-cu  ildə  Sabirabad  rayonunun  Çiçəkli 

kəndində  doğulmuş,  Azərbaycan  Respublikasının 

vətəndaşı,  orta  təhsilli,  evli,  fərdi  təsərrüfatla  məşğul 

olan,  məhkum  olunmamış,  Sabirabad  rayonunun 

Çiçəkli  kəndində  qeydiyyatda  olan  və  yaşayan, 

barəsində həbs qətimkan tədbiri seçilmiş 

Əliyev Əlsafa Əlmusa oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3 və  237.2.3-cü 

maddələri  ilə  nəzərdə  tutulan  cinayət  əməllərini  törətməkdə  təqsirli  bilinmiş  və  ona 

Azərbaycan  Respublikası  CM-nin  234.4.3-cü  maddəsi  ilə  5  (beş)  il  6  (altı)  ay  müddətə 

azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 

3  (üç)  il  6  (altı)  ay  müddətə  azadlıqdan  məhrumetmə  cəzası  təyin  edilməs,  Azərbaycan 

Respublikası  CM-nin  66.3-cü  maddəsinə  əsasən  təyin  edilmiş  cəzalar  qismən 

toplanılmaqla  cinayətlərin  məcmusu  üzrə  qəti  olaraq  6  (altı)  il  müddətə  azadlıqdan 

məhrumetmə  cəzası  təyin  edilməsi,  ona  təyin  olunmuş  azadlıqdan  məhrumetmə  cəzasını 

ümumi  rejimli  cəzaçəkmə  müəssisəsində  çəkməsi,  cəzaçəkmə  müddətinin  əvvəli  03 

sentyabr  2015-ci  il  tarixdən  hesablanması  və  barəsində  seçilmiş  həbs  qətimkan  tədbiri 

hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. 

Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  hökmündən  məhkum  edilmiş  şəxs  Əliyev 

Əlsafa Əlmusa oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. 

 




İŞİN  HALLARI: 

 

Məhkəmənin  hökmünə  əsasən  Əliyev  Əlsafa  Əlmusa  oğlu  2015-ci  ilin  aprel  ayının 

axırlarında  Sabirabad  rayonunun  Çiçəkli  kəndində  yaşadığı  evin  həyətyanı  sahəsində 

meyvə  ağaclarının  əhatəsində  torpağı  şumlayıb  qanunsuz  olaraq  tərkibində  narkotik 

maddələr  olan  külli  miqdarda-  19  ədəd  çətənə  (kannabis)  bitkilərini  əkib,  yetişdirmiş  və 

onlara  aqrotexniki  qaydada  qulluq  etməklə  kultivasiya  etmiş,  habelə  satış  məqsədi  ilə 

həmin  bitkilərin  hissələrini  toplayıb  qanunsuz  olaraq  külli  miqdarda-  750  qram  narkotik 

vasitə  olan  qurudulmuş  marixuana  hazırlayıb  əldə  edərək  sellofan  torbaya  qablaşdırıb 

daşıyaraq həyətində evin zirzəmisində gizlədib saxlamış və 03 sentyabr 2015-ci il tarixdə 

Sabirabad  Rayon  Polis  Şöbəsinin  Qaragüney  Polis  Bölməsinin  əməkdaşlarının 

keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin 19 ədəd çətənə bitkiləri və 750 

qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür 



 

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: 

 

Hökmdən  apellyasiya  şikayəti  vermiş  məhkum  edilmiş  şəxs  Əliyev  Əlsafa  Əlmusa 

oğlu  şikayətini  onunla  əsaslandırmışlar  ki,  birinci  instansiya  məhkəməsi    onun  barəsinə 

ədalətsiz qərar qəbul etmiş, belə ki, ona  CM–nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham 

üzrə düzgün olmamışdır. O həmin narkotik vasitələrin satışı ilə məşğul olmur, yalnız özü 

istifadə  etmək  üçün  əkmişdir.  Ona  verilmiş  itiihamın  CM-nin  234.4.3-cü  maddəsindən 

CM-nin 234.1.3-cü maddəsinə keçirilməsinin məhkəmə kollegiyasından xahiş etmişdir. 

 

PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI VƏ İFADƏLƏRİ: 

 

Apellyasiya  instansiyasında  məhkəmə  baxışı  zamanı  məhkum  edilmiş  şəxs    Əliyev 



Əlsafa Əlmusa oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Əliyev Əlsafa 

Əlmusa  oğlu  Azərbaycan  Respublikası  CM-nin  234.4.3  və  237.2.3-cü  maddələri  ilə  ona 

elan olunmuş ittihamlar  üzrə özünü qismən  təqsirli bilərək  ifadəsində  göstərmişdir  ki, o, 

ailəsi  ilə  birlikdə  Sabirabad  rayonunun  Çiçəkli  kəndində  yaşayır.  Yaşadığı  kənddə  fərdi 

təsərrüfat işləri ilə məşğul olmuşdur. Uzun illərdir ki, narkotik vasitə olan marixuanadan 

istifadə  edir.  Təxminən  10  il  əvvəl,  hazırda  rəhmətə  getmiş  Müşfiq  adlı  şəxsdən  nəşə 

bitkisinin  toxumlarını  almışdır.  Məqsədi  həmin  toxumları  səpib  özünün  istifadəsi  üçün 

marixuana  əldə  etmək  olmuşdur.  Lakin  bu  illər  ərzində  o,  toxumlardan  istifadə 

etməmişdır.  2015-ci  ilin  aprel  ayının  axırlarında  həyətindəki  bağ  sahəsində  meyvə 

ağaclarının  əhatəsində  olan  torpaq  sahəsini  kol-kosdan  təmizləyib  həmin  yerləri 

şumladıqdan  sonra  oraya  çətənə  bitkilərinin  toxumlarını  səpmişdir.  Məqsədi  özünün 

istifadəsi  üçün  marixuana  hazırlamaq  olmuşdur.  Bir  müddət  sonra  toxumları  əkdiyi 

yerlərdən  19  ədəd  çətənə  bitkiləri  boy  atmışdır.  O,  bitkilərə  qulluq  etmiş,  yəni  onların 

diblərini yumşaldaraq su vermişdir. Həmin bitkilər inkişaf edib boy atmışdır. 2015-ci ilin 

avqust  ayında  çətənə  bitkilərinin  yarpaqları  sıx  olduğuna  görə  yarpaqları  yolub  yerə 

tökmüş,  sonra  istifadə  üçün  yararsız  olan  bu  yarpaqları  sellofan  torbaya  yığıb  evinin 

zirzəmisinə  aparıb  orada  gizlətmişdir  ki,  sonradan  kənarda  torpağa  basdırmaqla  məhv 

etsin.  Sellofan  torbaya  yığdığı  yarpaqlardan  istifadə  etməmiş,  həmin  yarpaqlar  tam 

yararsız olmuşdur. 03 sentyabr 2015-ci il tarixdə saat Sabirabad RPŞ-nin əməkdaşları və 


başqa  tanımadığı  şəxslər  yaşadığı  evə  gəlmişlər.  Polis  əməkdaşları  ona  həyətində  çətənə 

bitkiləri əkməsi barədə məlumat olduğunu və buna görə də həyətinə baxış keçirəcəklərini 

bildirmişlər.  O,  polis  işçilərinin  həyətinə  baxış  keçirmələrinə  etiraz  etməmişdir.  Polis 

əməkdaşları  tərəfindən  həyətinə  baxış  keçirilərkən  həyətdə  olan  meyvə  ağaclarının 

əhatəsində  əkdiyi  19  ədəd  çətənə  bitkiləri  aşkar  olunmuşdur.  Həmçinin  evin  zirzəmisinə 

qoyduğu,  çətənə  bitkilərinin  yararsız  yarpaqlarını  yığdığı  sellofan  torba  da  aşkar 

olunmuşdur.  Polis  əməkdaşları  19  ədəd  çətənə  bitkilərini  kökündən  çıxarıb  kisələrə 

yığmışlar.  Sellofan torbada olan  yararsız  yarpaqlar orada  çəkilməmiş, çəkisinin nə qədər 

olduğunu  bilməmişdir.  Lakin  sonra  ona  bildirilmişlər  ki,  sellofan  torbada  olan 

marixuananın  çəkisi  700  qramdır.  Lakin  o,  bununla  razılaşmır,  hesab  edir  ki,  həmin 

torbada  olan  marixuananın  çəkisi  200-300  qram  olmuşdur,  həm  də  həmin  bu  marixuana 

yararsız  olmuşdur.  Ona  görə  də  o,  həmin  yarpaqları  kiməsə  satmaq  üçün  yığıb 

saxlamasına  dair  ittihamı  qəbul  etmir.  O,  heç  kimə  marixuana  satmamış  və  bu  işlə  də 

məşğul olmamış, həmin marixuananə yalnız öz istifadəsi üçün əkmişdir.   

Göstərilənlərə əsasən məhkum edilmiş şəxs ona elan olunmuş ittiham üzrə əməlinin 

CM-nin  234.4.3-cü  maddəsindən  CM-nin  234.1.3-cü  maddəsinə  tövsif  edilməklə 

Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  26  fevral  2016-cı  il  tarixli  hökmünün 

dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. 

Məhkum  edilmiş  şəxsin  müdafiəçisi  Qasımov  İdris  İbadulla  oğlu  hüquqlarını 

müdafiə  etdiyi  şəxsin  apellyasiya  şikayətinin  dəlillərinə  uyğun  çıxış  edərək  apellyasiya 

şikayətinin təmin edilməsini, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2016-cı 

il  tarixli  hökmünün  dəyişdirilməsini,  Əliyev  Əlsafa  Əlmusa  oğlunun  əməlinin  CM-nin 

234.4.3-cü  maddəsindən  CM-nin  234.1.3-cü  maddəsinə  tövsif  edilməsini  məhkəmə 

kollegiyasından xahiş etdi. 

Apellyasiya  instansiyası  məhkəməsində  dövlət  itihamını  müdafiə  edən  Azərbaycan 

Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru 

Hüseynov  Elnar  Əli  oğlu  məhkum  edilmiş  şəxs  Əliyev  Əlsafa  Əlmusa  oğlunun 

apellyasiya  şikayətinin  dəlillərinin  əsassız  olduğunu,  onun  əməllərinin  Azərbaycan 

Respublikası  Cinayət  Məcəlləsinin  234.4.3  və  237.2.3-cü  maddələri  ilə  məhkəmə 

tərəfindən  düzgün  tövsif  olunduğunu,  ona  cəza  təyin  edilərkən  Cinayət  Məcəlləsində 

nəzərdə  tutulmuş  və  həmin  Məcəllədə  göstərilməyən  cəzanı  yüngülləşdirən  halları, 

şəxsiyyəti,  törətdiyi  cinayətin  xarakteri  və  ictimai  təhlükəliliyi,  cəzanın  ailəsinə  təsirinin 

kifayət  qədər  nəzərə  alındığını,  birinci  instansiya  məhkəməsinin  hökmünün  ləğvi  və  ya 

dəyişdirilməsi  üçün  əsasların  olmadığını  göstərərək  birinci  instansiya  məhkəməsinin 

hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini 

xahiş etdi.         

 

HÜQUQİ MƏSƏLƏLƏR: 

 

Azərbaycan  Respublikasınin  Cinayət  Prosessual  Məcəlləsinin  397.1-ci  maddəsinə 



görə  apellyasiya  instansiya  məhkəməsi  birinci  instansiya  məhkəməsi  tərəfindən  işin 

faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun  və Cinayət-Prosessual 

Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 

Azərbaycan  Respublikasınin  Cinayət  Prosessual  Məcəlləsinin  397.2-ci  maddəsinə 

görə  birinci  instansiya  məhkəməsi  tərəfindən  müəyyən  edilmiş  faktiki  hallar  apellyasiya 


instansiyası  məhkəməsi  tərəfindən  yalnız  apellyasiya  şikayətinin  və  ya  apellyasiya 

protestinin  hüdudlarında  yoxlanılır.  Birinci  instansiya  məhkəməsi  tərəfindən  cinayət 

qanununa  və  bu  Məcəllənin  normalarına  riayət  edilməsi  apellyasiya  instansiyası 

məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı 

olmayaraq yoxlanılır. 

Qeyd  edilən  prosessual  normaya  görə  hökmün  və  ya  qərarın  qanuni  və  əsaslı 

olmasını  yoxlayarkən  apellyasiya  instansiya  məhkəməsi  qanunla  müəyyən  edilmiş 

hüquqları  həddində  apellyasiya  şikayəti  və  apellyasiya  protestində  göstərilib-

göstərilməməsindən asılı olmayaraq birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət 

və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq 

sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır.  

Azərbaycan  Respublikası  Cinayət  Prosessual  Məcəllənin  144-cü  maddəsinin 

tələbinə  görə  cinayət  təqibi  üzrə  toplanmış  sübutlar  tam,  hərtərəfli  və  obyektiv 

yoxlanılmalıdır.  Yoxlama  zamanı  cinayət  təqibi  üzrə  toplanmış  sübutlar  təhlil  olunur  və 

bir-biri  ilə  müqayisə  edilir,  yeni  sübutlar  toplanır,  əldə  olunmuş  sübutların  mənbəyinin 

mötəbərliyi müəyyənləşdirilir. 

Həmin  Məcəllənin  145.1-ci  maddəsinə  görə  hər  bir  sübut  mənsubiyyəti, 

mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün 

sübutların  məcmusuna  isə  ittihamın  həlli  üçün  onların  kifayət  etməsinə  əsasən  qiymət 

verilməlidir. 

Qeyd  edilən  normaların  tələbi  baxımdan  məhkəmə  kollegiyası  iş  üzrə  müəyyən 

olunmuş  bütün  sübutları  tam,  hərtərəfli  yoxlayıb  hər  bir  sübutu  mənsubiyyəti, 

mümkünlüyü  və  mötəbərliyi  baxımından  qiymət  verərək,  cinayət  işinin  materiallarını, 

apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyib 

habelə  cinayət  qanununun  və  Cinayət  Prosessual  Məcəlləsinin  normalarının  tətbiq 

edilməsinin  düzgünlüyünü  yoxlayıb  belə  qənaətə  gəlir  ki,  aşağıdakı  əsaslara  görə 

apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər  Məhkəməsinin 26 fevral 

2016-ci tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilməməlidir. 

Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan 

sübutların  əldə  olunması  və  onların  birinci  instansiya  məhkəməsi  tərəfindən  tam, 

hərtərəfli  və  obyektiv  araşdırılması  zamanı  hər  hansı  bir  qanun  pozuntusuna  yol 

verilməmiş,  işə  Lənkəran  Ağır  Cinayətlər    Məhkəməsi  tərəfindən  ağlabatan  müddətdə 

baxılmış,  məhkəmə  baxışı  zamanı  yolverilməz  sübutlardan  istifadə  olunmamış,  cinayət 

prosesinin  iştirakçıları  tərəfindən  təqdim  edilmiş  sübutların  tədqiqindən  əsassız  olaraq 

imtina  edilməmiş  və  prosesin  iştirakçılarına,  o  cümlədən  məhkum  edilmiş  şəxs  Əliyev 

Əlsafa  Əlmusa  oğlunun  qanunvericilikdə  nəzərdə  tutulmuş  bütün  hüquqlarından  tam 

həcmdə istifadə etmələri üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. 

Məhkəmə  kollegiyası  apellyasiya  şikayətində  göstərilmiş  «məhkum  edilmiş  şəxsin 

həmin  narkotik  vasitələrin  satışı  ilə  məşğul  olmaması,  yalnız  özünün  istifadəsi  üçün 

əkməsi»  dəlillərini  araşdıraraq  qiymət  verərkən  məhkəmə  baxışı  zamana  bu  faktı  təsdiq 

edən heç bir sübüt müəyyən etmədi. Bunun əksinə olaraq Əliyev Əlsafa Əlmusa oğlunun 

Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  234.4.3-cü  və  237.2.3-cü  maddələri  ilə 

təqsirli  bilinməsi  həm  məhkum  edilmiş  şəxsin  qismən  etiraf  ifadəsi,  həmçinin  şahidlərin 

ifadələri, ekspertza rəyi, istintaq hərəkətlərini əks etdirən protokollar və iş materiallarında 

olan digər sübutların məcmusu ilə tam təsdiq olunur.  



Məhkəmə  kollegiyası  hesab  edir  ki,  birinci  instansiya  məhkəməsi  düzgün  olaraq 

cinayət  təqibi  ilə  bağlı  mühüm  əhəmiyyətə  malik  olan  halları  araşdırıb,  Azərbaycan 

Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq 

məhkəmədə  dindirilmiş  şəxslərin  ifadələrini,  istintaq  və  məhkəmə  hərəkətlərinin 

protokollarını,  ekspertiza  rəylərini,  maddi  sübutları  və  digər  sənədləri  sübut  növü  kimi 

qəbul etmişdir. 

Belə  ki,  iş  materiallarına  məhkəmə-bioloji  ekspertizasının  03  sentyabr  2015-ci  il 

tarixli  rəyi  ilə  müəyyən  olunur  ki,  tədqiqata  təqdim  olunmuş  bir  ədəd  polietilen  torbada 

təmiz    çəkisi  -750,0  qram  olan  bitki  mənşəli  kütlə,  tərkibində  narkotik  maddələr  olan 

çətənə  (kannabis)  bitkisindən  kustar  üsulla  hazırlanmış  narkotik  vasitə-qurudulmuş 

marixuanadır.  Habelə tədqiqata təqdim olunmuş 3  ədəd sintetik torbalarda ayrı-ayrılıqda 

11  ədəd  təmiz  çəkisi-1200  qram,  4  ədəd  təmiz  çəkisi-  5500  qram,    4  ədəd  təmiz  çəkisi-

4500  qram,  cəmi  19  (on  doqquz)  ədəd  yaş  vəziyyətdə,  ümumi  təmiz  çəkisi-11200  qram 

(11  kq  200  qram)  bitki  nümunələri  əkilib-becərilməsi  qadağan  olunmuş  tərkibində 

narkotik  maddələr  olan  eyni  tərkibli  çətənə  (kannabis)  bitkiləridir.  Aqronomun 

(mütəxəssisin)  rəyinə  əsasən  həmin  bitkilərə  aqrotexniki  qaydada  qulluq  olunmuşdur. 

Tədqiqata  təqdim  olunmuş  polietilen  torbadakı  qurudulmuş  marixuana  və  sintetik 

torbadakı 19 ədəd çətənə bitkiləri eyni tərkiblidir. Marixuananın təmiz çəkisi-750,0 qram, 

tədqiqata istifadə olunmuşdur- 0,1 qram, qalıq-749,90 qramdır. 

Həmçinin məhkəmə kollegiyası Əlsafa Əliyevin apellyasiya şikayətində göstərdiyi və 

apellyasiya məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, yəni “ona məxsus 

evin  həyətyanı  sahəsində  aşkar  olunmuş  çətənə  bitkilərini  özünün  istifadəsi  üçün  əkib-

becərməsi, evinin zirzəmisində olan sellofan torpanın içərisinə yığdığı yarpaqların yararsız 

olması,  torbada  olan  marixuananın  çəkisinin  200-300  qram  olması,  qurudulmuş 

marixuananı  yalnız  özünün  istifadəsi  üçün  saxlaması,  kiməsə  satmaq  məqsədi  ilə  çətənə 

bitkilərinin  yarpaqlarını  sellofan  torbaya  yığıb  saxlamamasına”  dair  dəlillərə  qiymət 

verərək həmin dəlillərin məhkəmədə tədqiq olunmuş sübutlarla, habelə məhkəmə iclasında 

elan  edilməklə  tədqiq  olunmuş  digər  sənəd  və  iş  materialları  ilə  tam  təkzib  olunur. 

Məhkəmə  kollegiyası  Əlsafa  Əliyevin  məhkəmə  istintaqı  zamanı  işin  mahiyyəti  üzrə 

verdiyi  ifadəsinin  yuxarıda  qeyd  olan  xüsusatlara  aid  hissələrini  obyektiv  həqiqət  kimi 

qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. 

Habelə  məhkəmə  kollegiyası  Əlsafa  Əliyevin  qanunsuz  olaraq  külli  miqdarda 

tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkmə, yetişdirmə, kultivasiya etmə və 

onların  hissələrindən  toplayıb  satış  məqsədi  ilə  qanunsuz  olaraq  narkotik  vasitə  olan 

qurudulmuş  marixuna  hazırlama,  əldə  etmə,  saxlama  və  daşıması  ilə  bağlı  aşağıda 

göstərilənləri də nəzərə alır: 

Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli ”Narkotik vasitələrin, 

psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanununun 1.0.6-

cı  maddəsinə  əsasən  tərkibində  narkotik  maddələr  olan  bitkilərin  qanunsuz  kultivasiyası 

dedikdə  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydaları 

pozmaqla  tərkibində  narkotik  maddələr  olan  bitkilərin  əkilməsi,  yetişdirilməsi  və  ya 

toplanması başa düşülür. 

Həmçinin  Azərbaycan  Respublikasının  28  iyun  2005-ci  il  tarixli  Qanunu  ilə  təsdiq 

olunmuş  «Şəxsin  cinayət  məsuliyyətinə  cəlb  edilməsi  üçün  kifayət  edən  narkotik 

vasitələrin  və  psixotrop  maddələrin  miqdarına,  habelə  onların  külli  miqdarına  görə» 



Siyahılara  əsasən  beynəlxalq  adı  “marixuana-kannabis”  olan  (qurudulmuş  və  ya 

qurudulmayan)  maddə  narkotik  vasitədir.  Qurudulmuş  marixuananın  5  qramdan  artıq 

hissəsi  şəxsi  istehlak  miqdarından  artıq  miqdar,  500  qramı  və  ya  ondan  artıq  hissəsi  isə 

(təmiz halda qramlarla) külli miqdar hesab olunur. 

Habelə  həmin  Qanunun  III  Siyahı  üzrə  (qanunsuz  kultivasiya  edilən,  tərkibində 

narkotik  maddələr  olan  bitkilər)  Azərbaycan  Respublikasında  bitən,  lakin  kultivasiyası 

qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan «Çətənə 

növlü bitkilər»in ölçü vahidləri-sayı 15 ədəddən yuxarı olduqda külli miqdar hesab olunur. 

Eyni  zamanda  «Narkotik  vasitələrin,  psixotrop  maddələrin  və  ya  onların 

prekursorlarının  qanunsuz  dövriyyəsinə  dair  cinayət  işləri  üzrə  məhkəmə  təcrübəsi 

haqqında»  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  04  mart  2011-ci  il 

tarixli  2  nömrəli  qərarının  9-cu  bəndinin  2-ci  hissəsində  qeyd  edilmişdir  ki,  təqsirkar 

şəxsin  narkotik  vasitələri  satmaq  niyyətində  olması  müəyyən  edilərkən,  başqa  sübutlarla 

və  narkotik  vasitələrin  miqdarı  ilə  yanaşı,  istehlakçı  ilə  əvvəlcədən  razılıq  əldə  edilməsi, 

narkotik  vasitənin  çəkilib  xırda  bağlamalara  bükülməsi,  onların  hazırlanması  üçün 

avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 

Göründüyü  kimi,  təqsirləndirilən  şəxs  Əlsafa  Əliyevə  məxsus  olan  və  polis 

əməkdaşları  tərəfindən  aşkar  edilib  götürülmüş  19  ədəd  çətənə  bitkiləri,  həmçinin  750 

qram narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq olmaqla 

külli miqdar təşkil edir. 

Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası 

cinayət  işinin  materiallarını  bir  daha  təhlil  edərək  belə  nəticəyə  gəlir  ki,  Əliyev  Əlsafa 

Əlmusa oğluna  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  234.4.3-cü  və 237.2.3-cü 

maddələri ilə təqsirli bilinməsinə dair həm ibtidai istintaq orqanı, həm də işə baxan birinci 

instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-

146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun qeyd edilən cinayətin 

törədilməsində  təqsirli  bilinməsi  haqda  mötəbər  nəticəyə  gəlmək  üçün  kifayət  qədər 

sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi 

üzrə  qiymətləndirərək  işin  faktiki  hallarına  uyğun  olan  yekun  məhkəmə  qərarı  qəbul 

edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Lənkəran Ağır Cinayətlər  Məhkəməsinin 

29  yanvar  2016-ci  tarixli  hökmü  ilə  Əliyev  Əlsafa  Əlmusa  oğlunun  əməli  Azərbaycan 

Respublikasının  Cinayət  Məcəlləsinin  234.4.3-cü  və  237.2.3-cü  maddələri  ilə  düzgün 

tövsif edilmişdir. 

 

Məhkəmə  kollegiyası  həmçinin  məhkum  edilmiş  şəxsə    cəza  təyin  edilməsi 



məsələsini də müzakirə edərək, həmçinin cəza təyini ilə əlaqədar apellyasiya şikayətində 

göstərilən dəlillərə qiymət verərək hesab edir ki, birinci instansiyada işə baxan məhkəmə 

bu  məsələnin  həlli  zamanı  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  58-ci 

maddəsinin tələblərinə əməl etməklə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik 

dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, onun cinayətin törədilməsində iştirak dərəcəsini, 

cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci 

maddəsində tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir.  

 

Məhkum  edilmiş  Əliyev  Əlsafa  Əlmusa  oğlunun  barəsində  cəza  təyin  edilməsi 



məsələsini  müzakirəsi  zamanı  aydın  oldu  ki,  birinci  instansiya  məhkəməsində  işə 

baxılarkən  Əliyev  Əlsafa  Əlmusa  oğlunun  yaşadığı  yer  üzrə  müsbət  xarekterizə 

olunmasını  nəzərə  almış    Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  59-cu 


maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal və  Azərbaycan Respublikası Cinayət 

Məcəlləsinin  61.1-ci  maddəsinə  əsasən  onun  hərəkətlərində  cəzanı  ağırlaşdıran  hal 

müəyyən edilməmişdir. 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  «Məhkəmələr  tərəfindən 

cinayət  cəzalarının  təyin  edilməsi  təcrübəsi  haqqında»  25  iyun  2003-cü  il  tarixli  04  saylı 

Qərarının  1-ci  bəndində  məhkəmələrə  tövsiyyə  olunmuşdur  ki,  hər  bir  konkret  halda 

təqsirləndirilən  şəxslərə  cəzaların  təyin  edilməsinə  fərdi  yanaşılmalı,  cinayət  qanununun 

vəzifələri  və  cəzanın  məqsədindən  bəhs  edən  Cinayət  Məcəlləsinin  2  və  41-ci 

maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 

Azərbaycan  Respublikasının  CM-nin  8.1-ci  maddəsinin  tələblərinə  görə  cinayəti 

törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli 

olmalıdır,  yəni  cinayətin  xarakterinə  və  ictimai  təhlükəlilik  dərəcəsinə,  onun  törədilməsi 

hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 

Azərbaycan  Respublikası  CM-nin  58.1-ci  maddəsinə  görə  cinayət  törətməkdə 

təqsirli  bilinən  şəxsə,  bu  Məcəllənin  Ümumi  hissəsinin  müddəaları  nəzərə  alınmaqla 

Xüsusi  hissəsinin  müvafiq  maddələrində  nəzərdə  tutulmuş  hədlərdə  ədalətli  cəza  təyin 

edilir. 


Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinnin  58.3-cü  maddəsinə  görə  cəza 

təyin  edilərkən  törədilmiş  cinayətin  xarakteri  və  ictimai  təhlükəlilik  dərəcəsi,  təqsirkarın 

şəxsiyyəti,  o  cümlədən  cəzanı  yüngülləşdirən  və  ağırlaşdıran  hallarla  yanaşı,  təyin 

olunmuş  cəzanın  şəxsin  islah  olunmasına  və  onun  ailəsinin  həyat  şəraitinə  təsiri  nəzərə 

alınır. 

Məhkəmə  kollegiyası  hesab  edir  ki,  qeyd  edilən  normaların  tələbləri  baxımdan 

birinci  instansiya  məhkəməsi  düzgün  olaraq  məhkuma  cəza  təyin  edərkən  onun  yalnız 

təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə yaxın azadlıqdan 

məhrum edilməklə islah olunması qənaətinə gəlmişdir.  

Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci  maddəsinə 

görə  apellyasiya  instansiyası  məhkəməsi  birinci  instansiya  məhkəməsinin  hökm  və  ya 

qərarını  dəyişdirmədən,  apellyasiya  şikayətini  və  ya  apellyasiya  protestini  isə  təmin 

etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. 

Göstərilənlərə  əsasən  məhkəmə  kollegiyası  hesab  edir  ki,  məhkum  edilmiş  şəxs 

Əliyev  Əlsafa  Əlmusa  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayəti  təmin  edilməməli, 

Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  26  fevral  2016-cı  il  tarixli,  №1(089)-96/2016 

saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilməməlidir. 

Qeyd  olunanlara  əsasən  və  Azərbaycan  Respublikası  Cinayət  Prosessual 

Məcəlləsinin  397.1,  397.2,  398.1,  398.1.1,  407  və  408-ci  maddələrini  rəhbər  tutaraq 

Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, 



 

 

QƏRARA ALDI: 

 

Əliyev  Əlsafa  Əlmusa  oğlunun  Azərbaycan  Respublikası  CM-nin  234.4.3-cü  və 

237.2.3-cü  maddələri  ilə  məhkum  edilməsi  barədə  Lənkəran  Ağır  Cinayətlər 

Məhkəməsinin  26  fevral  2016-ci  il  tarixli,  1(089)-96/2016  saylı  hökmündən  məhkum 



edilmiş  şəxs  Əliyev  Əlsafa  Əlmusa  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayəti  təmin 

edilməsin. 

Məhkum  edilmiş  şəxs  Əliyev  Əlsafa  Əlmusa  oğlu  tərəfindən  verilmiş  apellyasiya 

şikayətinə  əsasən  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  26  fevral  2016-ci  il  tarixli 

hökmü dəyişdirilmədən saxlanılsın. 

Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. 

Qərardan  Azərbaycan  Respublikası  Cinayət  Prosessual  Məcəlləsinin  410-cu 

maddəsində  göstərilən  müddətlərdə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin   

kassasiya şikayəti və kassasiya protesti verilə bilər. 

 

 

 

   

 

         



Sədrlik edən: 

         Ələsgər Novruzov 

          Hakimlər: 

         Zəki Babayev 

 

 

 

         Amil Dosiyev 

 

 



 

 

 



 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə