•Müvazinət duyğusu. Bu cür duyğular bədənin fəzadakı vəziyyətini
əks etdirir. O, bədənin hərəkət istiqamətini, hərəkətlərin
əlaqələndirilməsini təmin edir. Məsələn, paraşütlə tullanarkən, suda
üzərkən, təyyarədə uçarkən, bu duyğular mühüm rol oynayır.
Müvazinət duyğusu bədənin digər üzvləri ilə sıx əlaqədardır. Kəskin
qıcıqlandırıcılar nəticəsində müvazinətin pozulması baş verir. Lakin
sistemli məşq nəticəsində bədən üzvləri bu vəziyyətə alışır.
•Hərəkət duyğuları. Bu cür duyğular bədənin vəziyyətini və ya
hərəkətini əks etdirir. Hərəkət duyğularının reseptorları əzələlərdə,
oynaqlarda, vətərlərdə yerləşir. Hərəkət duyğuları ətraf üzvlərin
vəziyyətini, hərəkətini, əzələlərin gərilmə dərəcəsini əks etdirir.
21.Duyğunun əsas qanunauyğunluqları Duyğular üçün ümumi olan xüsusiyyətlər vardır. Həmin xüsusiyyətlər
aşağıdakılardan ibarətdir:
1.Keyfiyyət- mövcud duyğunu başqa duyğu növündən fərqləndirən
xüsusiyyətdir. 2.İntensivlik- duyğuların kəmiyyət xarakteristikası
olub, təsir edən qıcıqlandırıcıların qüvvəsi və reseptorun vəziyyəti ilə
müəyyən olunur.
3.Davamlılıq- duyğuların zaman xarakteristikası olub, hiss üzvlərinin
vəziyyəti ilə müəyyən edilir.
4.Məkan lokallığı- qıcıqlandırıcıların məkandakı yeri haqqında
məlumat verir.
Qıcıqlayıcının ən zəif duyğu əmələ gətirə bilən ən kiçik kəmiyyəti
duyğunun aşağı mütləq həddi adlanır. Ən zəif qıcıqlayıcını duyma
qabiliyyəti mütləq həssaslıq adlanır. Deməli, eyni cinsli
qıcıqlandırıcıların qüvvələri arasındakı fərqə fərqləndirmə həddi
deyilir. Eyni Cinsli qıcıqlar arasındakı fərqi duyma qabiliyyətinə
fərqləndirmə həssaslığı deyilir.
22.Qavrayışın ümumi səciyyəsi
Qavrayış (persepsiya)- hazırda hiss üzvlərinə bilavasitə təsir edən