18-ci əsrdə Azərbaycan xanlıqları



Yüklə 31,3 Kb.
səhifə7/16
tarix27.02.2022
ölçüsü31,3 Kb.
#53172
1   2   3   4   5   6   7   8   9   10   ...   16
referat 1565

Ərdəbil xanlığının banisi Şahsevən tayfasının başçısı olan Bəbir xan idi.Bəbirin oğlu Nəzərəli xanın dövründə Kərim xan Zənd və qacarlarla münasibət gərginləşdi.Kərim xan Zəndin məsləhəti ilə Gilan hakimi Hidayət xan Nəzərəli xanın üzərinə basqın edib onu əsir götürdü və Ənzəliyə apardı.Lakin Kərim xanın ölümündən sonra ərdəbillilər Gilana hücum edib,Nəzərəli xanı əsirlikdən qurtardılar.1784-cü ildə Qubalı Fətəli xan Ərdəbili zəbt etdi.Bu Rusiyanın narazılığına səbəb oldu və Rusiyanın tələbi ilə Fətəli xan Ərdəbili tərk etdi.Nəzərəli xandan sonra hakimiyyətə gələn Nəsir xan qacarlara tabe oldu.Beləliklə,İranda mərkəzi hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndin ölümündən sonra,70-ci illərin sonunda ölkədə yenə hərc-mərclik başladı və bundan istifadə edən Cənubi Azərbaycan xanlıqları müstəqilləşdilər.Bu müstəqillik 90-cı illərin əvvəllərinə,İranda hakimiyyətə Ağa Məhəmməd şah Qacar gələnə qədər davam etdi.Cənubi Azərbaycan xanlıqları onun tabeliyinə keçdilər.


Yüklə 31,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin