18-ci əsrdə Azərbaycan xanlıqları



Yüklə 31,3 Kb.
səhifə8/16
tarix27.02.2022
ölçüsü31,3 Kb.
#53172
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
referat 1565

Simal xanlıqları

Şimali Azərbaycanda Qarabağ,Şəki,Quba,Şamaxı,İrəvan,Naxçıvan,Talış,Gəncə,Bakı və Cavad xanlıqları mövcud idi.Burada da xanlar bir-biri ilə mübarizə aparırdılar və bu obyektiv surətdə Azərbaycan torpaqlarının birləşdirilməsi prosesinə çevrilirdi.Şimali Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirməyə cəhdi şəkili Hacı Çələbi,qarabağlı Pənahəli xan və qubalı Fətəli xan tərəfindən cəhd edilmişdir.Lakin Azərbaycan torpaqlarını şimal-şərq istisna olmaqla birləşdirmək heç birinə müyəssər olmadı.



Şəki xanlığı hələ Nadir şahın sağlığında Hacı Çələbinin başçılığı ilə yaranmışdı.1747-ci ildə Hacı Çələbi Ərəş və Qəbələ sultanlıqlarını Şəki xanlığına birləşdirdi.Tezliklə o,Gəncə və Qarabağ xanlıqlarını tabe etmək uğrunda mübarizəyə başladı.Şəki xanlığının möhkəmlənməsi Qarabağ,Naxçıvan və İrəvan xanlarını narahat edirdi.Onlar Hacı Çələbiyə qarşı ittifaq bağladılar.1751-ci ildə Kartli çarı Teymuraz və Kaxeti çarı 2 İrakli Carda Hacı Çələbi ilə vuruşmalı oldu,lakin məğlubiyyətə uğradılar.Bu məğlubiyyətdən sonra Kaxeti çarı 2 İrakli hiylə işlədərək Pənahəli xanla danışıqlar apardı və bildirdi ki,o,Hacı Çələbiyə qarşı ittifaqa qoşulmağa hazırdır.Danışıqlar aparmaq üçün 2 İrakli müttəfiqlərə Gəncədə görüşməyi təklif etdi.Lakin Qarabağ və Gəncəyə yiyələnməyi qarşıya məqsəd qoymuş gürcü çarı 1752-ci ildə Gəncə görüşünə böyük bir ordu ilə gəkdi və Azərbaycan xanlarını əsir götürdü.Bu hadisə Gəncə şəhərindən yuxarı olan Qızıl Qaya adlı yerdə baş verdi və ona görə də tarixə Qızıl Qaya xəyanəti kimi daxil oldu. Bundan xəbər tutan Hacı Çələbi düşməni təqib etdi və Şeyx Nizaminin qəbri yaxınlığında döyüş baş verdi.Hacı Çələbi qalib gəldi,əsir alınmış xanları azad etdi,İraklini qovub Borçalını ələ keçirdi. Bu hadisə milli birlik baxımından tariximizin ən ibrətli dərslərindən biridir.2 İrakli ilə Hacı Çələbi xanın Car torpağı uğrunda bir toqquşması da oldu və döyüş yenə də şəkililərin qələbəsi ilə nəticələndi.1755-ci ildə Hacı Çələbi Şirvanı ələ keçirmək istədi.Lakin Ağsu şəhəri üzərinə yürüşü uğursuz oldu.Şamaxı xanı Quba xanı ilə Hacı Çələbi xana qarşı ittifaq bağladılar və onu məğlubiyyətə uğratdılar.Buna baxmayaraq Hacı Çələbi xanın hakimiyyəti dövründə Şəki xanlığı Şimali Azərbaycan xanlıqlarından ən qüvvətlisi idi.1755-ci ildə Hacı Çələbi vəfat etdi və bundan sonra Şəki xanlığı öz əvvəlki qüdrətini itirdi.Hacı Çələbinin ölümündən sonra Şəkidə hakimiyyətə onun oğlu Ağakişibəy gəldi.Lakin o,öz qayınatası Məhəmməd Həsən xan tərəfindən öldürüldü.Məhəmməd xanın dövründə Şəki xanlığı ilə Quba xanlığı arasında münasibətlər pisləşdi.1785-ci ildə qubalı Fətəli xan Məhəmməd Həsən xanı məğlubiyyətə uğratdı.Şəki xanlığı Fətəli xandan asılı vəziyyətə düşdü.1788-ci ildə Məhəmməd xan gürcü çarı İrakli ilə ittifaqa girib Fətəli xana qarşı çıxış etdilər.Şamaxı yaxınlığında döyüş baş verdi.Az sonra qubalı Fətəli xan vəfat etdi və bundan istifadə edərək Məhəmməd Həsən xan Şəki xanlığının müstəqilliyini bərpa etdi.1795-ci ildə Şəkidə hakimiyyət Səlim xanın əlinə keçdi.


Yüklə 31,3 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin