1990-cı il 20 yanvar hadisələrinin qeyd olunması ilə bağlı Bakı şəhər kitabxanalarında keçiriləcək kütləvi tədbirlər üçün tövsiyələr



Yüklə 0,69 Mb.
tarix03.02.2017
ölçüsü0,69 Mb.
#7400
Qan yaddaşımız
1990-cı il 20 yanvar hadisələrinin qeyd olunması ilə bağlı Bakı şəhər kitabxanalarında keçiriləcək kütləvi tədbirlər üçün tövsiyələr.
Hər bir xalq öz tarixi boyu zamanın çətin sınaqları ilə üzləşir. Bu sınaqlardan üzü ağ çıxmaq gələcək nəsillər üçün bir qəhrəmanlıq, bir tərbiyə məktəbi qoyub getmək deməkdir. Doğma torpaqlara, xalqa qarşı edilən haqsızlıqlarla mübarizə insanlarda birlik və əzmkarlıq hissini formalaşdırır. 1990-cı ilin 20 yanvarı xalqımızın taleyinə yazılan ağır günlərdən biri olmuşdur.
Həmin günlərdə Azərbaycanın igid övladları qəhrəmanlıq imtahanı verdilər. Onlar şəhidlik zirvəsinə qalxaraq vətənin müstəqilliyə gedən yollarına işıq saldılar. 20 yanvar hadisələri dünyanın aparıcı KİV-lərində, bir sıra mədəni-maarif müəssisələrinin keçirdiyi tədbirlərdə işıqlandırılır və dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Kitabxanalar da Qanlı Yanvar hadisələri ilə bağlı bir sıra kütləvi tədbirlər keçirirlər.
Onların əsas məqsədi oxucularda vətəndaşlıq hisslərinin tərbiyə edilməsi, tarixin ən mühüm hadisələri haqqında məlumatlandırılması, ermənilərin işğalçılıq siyasətinin açıqlanması, torpaqlarımızın işğalının məhz 20 yanvardan başlanması haqqında məlumat verməkdir.
1990-cı ilin 20 yanvar şəhidləri Azərbaycanın müstəqilliyi uğrunda canlarını vermiş qəhrəmanların ön sıralarında dururlar. Kitabxanalar 20 Yanvar faciəsinin iyirmi birinci ildönümünə dair bir sıra kütləvi tədbirlər hazırlaya bilərlər.
Hər bir kütləvi tədbir erməni siyasətçilərinin və onlarının havadarlarının fitnəkar əməlləri haqqında məlumat verməlidir. Məsələn, həmin tarixi günlərə söhbət-səyahət təşkil oluna bilər. Burada qanlı hadisələrin baş verdiyi tarixi şərait və silahsız insanların gülləboran edildiyi küçələr haqqında məlumat verilir, şəkillərin və video görüntülərin köməyi ilə həmin günlərə səyahət edilir. Həmin səyahətin marşrutlarını aşağıdakı kimi müəyyən etmək olar:

1. BİNƏ-QALA MARŞRUTU;

2. SALYAN KAZARMASINDAN HƏRƏKƏT;

3. «QURD QAPISI» MARŞRUTU;

4. SUMQAYIT - «NASOSNI» MARŞRUTU;

5. XƏZƏR DƏNİZİNDƏ SOVET HƏRBİ DONANMASININ

HAZIRLIQ ƏMƏLİYYATLARI;

6. MİLLİ MÜDAFİƏ ŞURASININ QARŞISI;
Həmin marşrutları aşağıdakı xəritə vasitəsilə də vermək mümkündür.



Təşkil olunan kitab sərgilərində torpaq sevgisi, vətənin müdafiəsinə hazırlıq hissləri önə çəkilməlidir. Bu sərgilərdə oxuculara təqdim olunan kitablar, dövri mətbuat materialları 20 Yanvarla bağlı hadisələri doğru və düzgün əks etdirməlidir. Bu münasibətlə tərtib olunacaq sərgidə materiallar aşağıdakı şəkildə düzülməlidir:


1. Başlıq. “AZADLIQ ŞƏHİDLƏRİ”.

2. Şeir. “ Bu yükü götürməyə hər çiyində tab olmaz,

Hər sözü, cümləsi qan, heç belə kitab olmaz,

Bir xalqın ürəyində bu qədər əzab olmaz,

Bir milləti yay kimi sıxırdı şəhid qanı.

Zəlimxan Yaqub, “Şəhid qanı”.
3. Kitablar.
- Əbdülsəlimzadə, Q. Qanlı Yanvardan 15 il keçdi... - Bakı, 2005.-174 s.

- Zeynaloğlu, S. Tarixin Qan yaddaşı. Bakı, 2001.-357 s.

- Analar anar ağlar /Tərtib ed.və red. İ.Sadiq.- Bakı, 1993.-32 s.

- Səməndər, R. Şəhidlər.- Bakı, 1990.-448 s.

- Azayev, Ə. Qanlı gündəlik: [Povest və hekayələr] – Bakı, 2002.- 238 s.

- Əhmədov, Y. Torpağa tökülən qan: [Roman]. – Bakı, 2004. – 451 s.


4. Qəzet və jurnal materialları.
- Əfqan, H. Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi / Ə. Hacıyev// Respublika. – 2010.- 15 yanvar. – s.5.

- Qocayeva, A. Faciə baş verən gün həkimlər böyük fədakarlıq göstərdilər / F. Qocayev // Respublika. – 2010. – 16 yanvar.- s. 5.

- Əliyev, Q. Faciələrimizin ibrət dərsləri / Q. Əliyev // Azərbaycan. -2010.- 20 yanvar.- s. 2-5.

- Göyyallı, X. Tarix uzaqdan yaxşı görünür / X. Göyyallı // Mədəniyyət.-2010.- 20 yanvar.- № 3. – s. 5.


1990-cı ilin qara yanvar günləri haqqında kitabxanalar oxucu konfransları keçirə bilərlər. Konfranslar zamanı oxuculara tarixi keçmişimiz, SSRİ-nin son illəri, bu dövlətin yaşamaq uğrunda necə mübarizə aparması haqqında məlumat verilir.
Mövzu ilə bağlı sual-cavab gecələrinin keçirilməsi də maraqlı olardı. Sual-cavab gecələrinin təxmini sualları aşağıdakı kimidir:
1) 20 Yanvar hadisələrini doğuran səbəblər nə idi?

2) Şəhidlər xiyabanı sizdə hansı hissləri oyadır?

3) XX əsrin Leyli və Məcnunu kim idi?

4) 20 Yanvarın Qavroşu kim idi?

5) Güllələnmiş balaca şəhidləri necə tanıyırsınız?

6) Sənədlər ittiham etsə də dövlətlər ittiham edirmi?


Bu sualların sayını artırmaq da mümkündür. Orta və aşağı sinif şagirdləri arasında “Şəhidlər xiyabanı”, “20 Yanvar qurbanları”, “Müharibə uşaqların gözü ilə”, “Analar və oğullar” və digər adlar altında rəsm əsərlərindən ibarət sərgilərin keçirilməsi də şagirdlərin tariximizə maraqla yanaşmasına səbəb olar.
Həmin günlərə və qəhrəman şəhidlərə, ermənilərin məkrli siyasətlərinə həsr olunmuş bədii və elmi əsərlərin müzakirəsi və ya media təqdimatlarının keçirilməsi çox maraqlı olar. Belə tədbirlər öz ətrafına daha çox oxucu toplaya bilər. Bu tədbirlərə əsərlərin müəllifləri-şairlər, yazıçılar, siyasətçilər və tarixçilər cəlb olunurlar.
Kitab müzakirələri nəinki kitabxanada, həmçinin məktəblərdə, idarə və müəssisələrdə də aparıla bilər. Hər tədbirin sonunda kitabxananın fondunda olan və mövzunu əks etdirən kitablardan, dövri nəşrlərdən ibarət kitab sərgisi nümayiş etdirilməsi məqsədəuyğundur. Belə tədbirlər oxucularda qəhrəmanlıq hisslərini yüksəldir, onları doğma torpağı müdafiə etməyə səsləyir.
Kitabxanalar Azərbaycan xalqının özünütəsdiqi uğrunda canlarından keçmiş oğulları haqqında tövsiyə ədəbiyyat siyahıları da hazırlaya bilərlər. Bu ədəbiyyat siyahılarında əvvəlcə 20 Yanvar hadisələrini əks etdirən kitablar, sonra isə dövri mətbuatda və məcmuələrdə dərc olunan məqalələr verilir. Kitab və məqalələr müəlliflərinin və sərlövhələrinin müəllif işarələrinə görə əlifba sırası ilə düzülür.
Azərbaycan tarixinin qanlı salnaməsinə həsr olunmuş mövzu kartotekalarının hazırlanaraq oxucuların istifadəsinə verilməsi yerinə düşərdi. Belə kartotekalar daha çox tələb olunan kitabların fonddan üzə çıxarılmasına, onların məzmunlarının daha geniş şəkildə əks edilməsinə səbəb olar.
Yuxarıda adlarını çəkdiyimiz tədbirlər günümüzün ən vacib hadisəsi haqqında məlumatı tez və operativ şəkildə oxuculara çatdırır.
20 Yanvar hadisələrini əks etdirən foto-stendlər və foto-sərgilərin də təşkili oxucularda maraq doğura bilər. Bu əyani təbliğat vasitələri daha geniş oxucu kütləsini öz ətrafında toplayır. Onlar daha rəngarəng və daha təsirlidirlər. Foto-stenddə şəkillər sitatlar, şeirlərlə müşayiət olunmalıdır. Vətən oğullarının qanları axan o günlərə dair hazırlana bilən bir foto-stendi nümunə kimi nəzərdən keçirək.
Vətən şəhidlərini heç vaxt unutmayacaq

Onlar Vətənə sədaqəti, özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın salnaməsinə parlaq səhifə yazmışlar. Biz fəxr edirik ki, Azərbaycan xalqının milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır olan övladları vardı”.



Heydər Əliyev













Bu ölüm, bu qırğın dərs olsun bizə,

Deməyək boş yerə candan keçdilər.

Onlar şəhid olub millətimizə,

Cəsarət dərsini təlim keçdilər.

Bəxtiyar Vahabzadə

Kitabxanalar tariximizin 20 Yanvar hadisələri ilə bağlı daha bir sıra tədbirlər də həyata keçirə bilər. Bunların sırasında həmin günlərə və qəhrəman şəhidlərə həsr olunan bədii əsərlərin media təqdimatlarının keçirilməsi çox maraqlı olar. Belə tədbirlər oxucularda qəhrəmanlıq hisslərini yüksəldir, onları doğma torpağı müdafiə etməyə səsləyir.


“Adınız dolaşdı bütün dünyanı”, “Ölüm aşağıdır Vətən eşqindən” və digər mövzularda qəhrəmanlıq dərsləri təşkil etmək mümkündür.
Qəhrəmanlıq mövzusunda şeir müsabiqəsi, bədii qiraət gecələri də uşaq və gənclərin 20 Yanvar hadisələri mövzusunda yazan şairlərin və yazıçıların yaradıcılığına marağını daha da artırır.
1990-cı ilin Qanlı Yanvar hadisələri əlaqəli olan tədbirləri həyata keçirərkən oxuculara fərdi yanaşmaq, görülən işlərdə sistemliliyə ciddi diqqət verilməlidir. Müvafiq mövzuya dair kitablarla işdə oxucularda şüurlu və yaradıcı münasibətin tərbiyə edilməsi vacibdir.
Kütləvi iş
Kitabxananın kütləvi işi oxucular arasında kitab və kitabçaların, dövri nəşrlərin əyani və şifahi təbliğatının forma və metodlarının məcmusudur. Buraya bütün oxucu qruplarını əhatə edən tədbirlər daxil edilir. Kütləvi işin əsas məqsədlərindən biri ədəbiyyatın təbliğidir.
Kitabxananın kütləvi şöbəsi aşağıdakı istiqamətlərdə işini qura bilər:
1) Oxucularla fərdi söhbətlərin aparılması;

2) Müxtəlif mövzulu sərgilərin təşkili;

3) Kütləvi tədbirlərin keçirilməsi;

4) Tədbirlərin keçirilməsi üçün müxtəlif texniki vasitələrin tətbiqi;


M.Qorki adına MSKF-nın

kütləvi tədbirlər şöbəsinin müdiri C.Səmədova
baku-art.az
Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin