yələnmək, peşəkarlığı artırmaq qar-
şıdakı dövrdə sizin əsas vəzifələri-
nizdən biri olacaqdır”.
Ümummilli liderimizin xatirə-
sinin əbədiləşdirildiyi ilk ünvan
olan Heydər Əliyev adına Hərbi
Lisey Silahlı Qüvvələrin kadr tə-
minatında uğurla fəaliyyət göstərir.
Bu gün liseyə nəinki muxtar res-
publikadan, həmçinin Azərbaycanın
digər bölgələrindən də gənclər təhsil
almaq üçün müraciət edirlər. Artıq
lisey öz ətrafında yüzlərlə vətən-
pərvər gənci birləşdirən müasir
təhsil müəssisəsinə çevrilmişdir.
Hazırda liseydə 699 kursantın tə-
lim-tərbiyəsi ilə 59 müəllim məşğul
olur. Fəaliyyəti dövründə Hərbi
Liseyi bitirən 1728 kursantdan
1684-ü ali hərbi məktəblərə qəbul
olmuşdur. Onlardan 842-si Azər-
baycan Respublikasının Silahlı Qüv-
vələrində müxtəlif zabit rütbələrində
xidmət edir. Liseyin məzunu olmuş
18 kursant Rusiya Federasiyasında
və Türkiyə Respublikasında ali hərbi
təhsillərini davam etdirir.
Hərbi təhsil müəssisəsində təd-
risin keyfiyyətini daha da artırmaq,
kursantları mənəvi-psixoloji cəhət-
dən hazırlıqlı və vətənpərvər ruhda
yetişdirmək üçün ardıcıl tədbirlər
görülür. İl boyu keçirilən test-sınaq
imtahanlarında, açıq və yoxlama
dərslərdə kursantların biliyi, fəal-
lıqları yoxlanılır, nitq mədəniyyətinə
yiyələnmələrinə, xarici dilləri öy-
rənmələrinə diqqət yetirilir. Tədrisdə
və təhsildə uğurlu nəticələr əldə
edən Heydər Əliyev adına Hərbi
Lisey 2008-2009-cu tədris ilində
“Ən yaxşı ümumtəhsil məktəbi”
müsabiqəsinin qalibi olmuşdur.
Dostları ilə paylaş: |