qalmış bu ayin və etiqadlar icra olunmağa başlanmışdır.
Kimçonq Universitetinin
“Elmi əsərlər” jurnalında
Naxçıvanla bağlı məqalə
dərc edilib
Naxçıvan Dövlət Universiteti ilə
Cənubi Koreyanın Kimçonq Uni-
versiteti arasında elm, təhsil və yeni
texnologiyanın tətbiqi istiqamətində
yaradılmış sıx əlaqələr getdikcə daha
da genişlənir. Kimçonq Universite-
tinin “Elmi əsərlər” jurnalı 2012-ci
ildə çıxan 33-cü sayında Naxçıvan
Dövlət Universitetinin rektoru, aka-
demik İsa Həbibbəylinin “Azərbay-
can-Cənubi Koreya əlaqələrində
Naxçıvan” mövzusunda məqaləsini
çap etməklə universitetlərarası əla-
qələrin salnaməsinə daha bir səhifə
də əlavə etmişdir. Məqalədə Cənubi
Koreya ilə Naxçıvan Muxtar Res-
publikasının rabitə, informasiya tex-
nologiyaları, elm və ali təhsil sahə-
sindəki çoxcəhətli əlaqələrindən sis-
temli şəkildə bəhs olunur.
Mehriban SULTAN
Hazırda mürəkkəb cərrahi, o cüm-
lədən açıq ürək əməliyyatlarının da
Naxçıvanda həyata keçirilməsinə
şərait yarandığından müalicə və
müayinə üçün başqa yerlərə üz tutan
xəstələrin sayı xeyli azalmışdır. Hə-
ləlik belə əməliyyatlar, əsasən, Ba-
kıdan dəvət olunmuş Mərkəzi Neft-
çilər Xəstəxanası Ürək-Damar Xəstə -
likləri Mərkəzinin yüksək ixtisaslı
briqadası tərəfindən həyata keçirilir.
Bununla yanaşı, yerli həkimlər də
bu sahədə müəyyən uğurlara nail
olmuşlar.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin dəvəti ilə hazır -
da Ürək-Damar Xəstəlikləri Mər-
kəzinin yüksək ixtisaslı briqadası
Naxçıvan Diaqnostika-Müalicə Mər-
kəzində növbəti humanitar aksiya
keçirir. Kardiocərrahların, kardio-
loqların, anestezioloqların, əməliyyat,
reanimasiya, palata tibb bacılarının
təmsil olunduğu briqada son iki gün
ərzində 6 açıq ürək əməliyyatı həyata
keçirmişdir.
Əməliyyat və müayinələrdə yerli
həkimlərdən Şahin Mazanov, İntiqam
Fətullayev, Süleyman Cəfərov da
yaxından iştirak edirlər. Onların iş-
tirakı ilə ürək əməliyyatına ehtiyacı
olan xəstələr əvvəlcədən müəyyən
olunaraq növbəyə alınmışlar. Həf-
tənin sonunadək davam edəcək ak-
siyada, bütövlükdə, 30 xəstə üzərində
açıq ürək əməliyyatının aparılması
nəzərdə tutulmuşdur.
Həkim briqadasının fəaliyyəti
dövründə gizli ürək xəstəlikləri və
onların risk amilləri araşdırılacaq,
ürək xəstəliyi aşkarlanan xəstələrin
sonrakı müayinə və müalicələri diq-
qət mərkəzində saxlanılacaqdır.
Dostları ilə paylaş: |