1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix02.01.2022
ölçüsü2,01 Mb.
#1156
1   2   3   4   5   6   7   8   9   ...   26
Rəsmi xronika

    Tariximizə ən dəhşətli və faciəli səhifə-

lərdən biri kimi daxil olmuş Xocalı soyqırımı

təkcə Azərbaycan  xalqına  deyil,  bütün  in-

sanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır

cinayətdir.

    Fevralın  26-da  Xocalı  soyqırımının

21-ci  ildönümü  ilə  əlaqədar  Naxçıvan  şə-

hərindəki  Xatirə  Kompleksində  anım  mə-

rasimi keçirilmişdir.

    Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin Sədri Vasif Talıbov Xatirə Kom-

pleksindəki soyqırımı abidəsinin önünə gül

qoymuş, Xocalı soyqırımı qurbanlarının xa-

tirəsini ehtiramla yad etmişdir.

    Nazirlik, komitə, idarə, müəssisə və təş-

kilatların  rəhbərləri,  hərbi  hissələrin  ko-

mandirləri,  ziyalılar,  ictimaiyyətin  nüma-

yəndələri də Xocalıda erməni vəhşiliklərinin

qurbanı  olmuş  soydaşlarımızın  xatirəsini

yad etmiş, soyqırımı abidəsinin önünə gül

qoymuşlar.

    Anım  mərasiminin  aparıcıları  qeyd  et-

mişlər ki, erməni millətçiləri əzəli Azərbaycan

torpaqları hesabına mifik “böyük Ermənistan”

ideyasını  gerçəkləşdirmək  üçün  dəfələrlə

azərbaycanlılara qarşı terror, kütləvi qırğın,

deportasiya və etnik təmizləmə həyata ke-

çirmişlər. 1992-ci il fevralın 26-da törədilən

Xocalı faciəsi də bu siyasətin davamı, erməni

qəddarlığının  daha  bir  təzahürüdür.  Dinc

əhaliyə qarşı həyata keçirilən Xocalı soyqı-

rımı öz qəddarlığına görə Xatın və Sonqmi

kimi dəhşətli faciələrlə bir sırada dayanır. 

    1992-ci  il  fevralın  25-dən  26-na  keçən

gecə  Ermənistan  silahlı  qüvvələrinin  böl-

mələri, Dağlıq Qarabağda yerləşdirilmiş er-

məni terrorçu dəstələri və keçmiş sovet or-

dusunun Xankəndi şəhərindəki 366-cı mo-

toatıcı alayı 7 min nəfərin yaşadığı Xocalı

şəhərinə  basqın  etdi.  Dinc  sakinlər  xüsusi

amansızlıqla qətlə yetirildi. Bir gündə 613

nəfər işgəncə ilə öldürüldü. Onlardan 106-sı

qadın,  63-ü  uşaq,  70-i  ahıl  insanlar  idi.

Xocalı faciəsində 25 uşaq hər iki valideynini,

130  uşaq  valideynlərindən  birini  itirmiş,

487  nəfər  əlil  olmuşdur.  8  ailə  tamamilə

məhv  edilmiş,  1275  nəfər  girov  götürül-

müşdür. Girov götürülənlərin 150 nəfərinin

taleyi indiyədək məlum deyil.

    Bu  qanlı  aksiya  nəticəsində  bir  günün

içində Xocalı adlı şəhər Yer üzündən silinmiş,

insan yaşamayan xarabazarlığa çevrilmişdir.

Soyqırımı  aktı  zamanı  Xocalıda  istifadəsi

qadağan olunmuş mərmilərdən və kimyəvi

silahlardan istifadə edilmiş, ağbirçək anaya

da, ağsaqqal qocaya da, südəmər körpəyə

də aman verilməmişdir. Qabaqcadan düşü-

nülmüş qaydada insanların ən qəddar for-

mada  və  tamamilə  məhv  edilməsi  niyyəti

ilə  törədildiyinə  görə  Xocalı  faciəsi

beynəlxalq hüquqa əsasən, soyqırımı kimi

qiymətləndirilir.

    Xocalı soyqırımına ilk hüquqi-siyasi qiy-

məti  ümummilli  liderimiz  Heydər  Əliyev

vermişdir.  Ulu  öndərimiz  hələ  Naxçıvan

Muxtar Respublikası Ali Məclisinin Sədri

işlədiyi  dövrdə  verdiyi  bəyanatda  Xocalı

soyqırımını  törədənləri  ittiham  etmişdir.

Ümummilli liderimizin 1993-cü ildə Azər-

baycanda yenidən siyasi hakimiyyətə qayı-

dışından  sonra  Xocalı  soyqırımına  dövlət

səviyyəsində hüquqi-siyasi qiymət verilmiş,

1994-cü il fevralın 24-də Azərbaycan Res-

publikası Milli Məclisinin Qərarı ilə hər il

fevralın  26-sı  “Xocalı  Soyqırımı  Günü”

elan  olunmuşdur.  Ulu  öndərimiz  Xocalı

soyqırımı haqqında həqiqətlərin beynəlxalq

ictimaiyyətə  çatdırılması  üçün  də  təsirli

tədbirlər  görmüş,  dünya  birliyini  erməni

terrorizminə  qarşı  qəti  tədbirlər  görməyə

çağırmışdır. Ulu öndərimiz Xocalı soyqırımı

barədə demişdir: “Xocalı faciəsi xalqımızın,


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin