Açıq ürək əməliyyatlarına
start verilmişdir
Boz ayın dörd müqwddws çwrşwnbwlwrindwn
birincisi –
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə
iş mərkəzinin təşkilatçılığı ilə Culfa
rayonunun Əbrəqunus kəndində
“Yerli özünüidarəetmə orqanlarının
fəaliyyətində bələdiyyələrin reqla-
menti ilə bağlı məsələlərin tən-
zimlənməsi və qarşıda duran vəzi-
fələr” mövzusunda seminar-mü-
şavirə keçirilib.
Kənd mərkəzində keçirilən təd-
biri giriş sözü ilə Culfa Rayon İcra
Hakimiyyətinin əməkdaşı Cəlil Ağa-
yev açıb.
Tədbirdə Naxçıvan Muxtar Res-
publikası Ədliyyə Nazirliyinin Bə-
lədiyyələrlə iş mərkəzinin məslə-
hətçisi, kiçik ədliyyə müşaviri Səttar
Zamanov “Yerli özünü idarəetmə
orqanlarında qanunvericiliyin tə-
ləblərinə riayət olunması və bələ-
diyyə qərarlarının qəbul edilməsi
proseduru” mövzusunda məruzə
edib.
Məruzəçi yerli özünüidarəetmə-
nin inkişafı istiqamətində dövlət
tərəfindən həyata keçirilən ardıcıl
tədbirlərdən, bələdiyyələrin fəaliy-
yətini tənzimləyən qanunların mün-
təzəm olaraq təkmilləşdirilməsindən
danışıb, ölkə Prezidenti cənab İlham
Əliyevin 21 dekabr 2012-ci il tarixli
Fərmanı ilə təsdiq edilən “Bələdiy-
yələrin Nümunəvi Reqlamenti”nin
onların fəaliyyətinin qanunauyğun
təşkilində müstəsna əhəmiyyətini
qeyd edib.
Bildirilib ki, nümunəvi reqlament
“Bələdiyyələrin statusu haqqında”
Azərbaycan Respublikası Qanunu-
nun 16-cı maddəsinin 1-ci hissəsinin
5-ci bəndinə əsasən hazırlanıb və
Azərbaycan Respublikasının ərazi-
sində fəaliyyət göstərən bələdiyyə-
lərə tövsiyə olunur. Bu reqlament
bələdiyyə iclasının çağırılması, əhali
ilə görüşlərin təşkili qaydalarını və
bələdiyyənin fəaliyyəti ilə bağlı
digər məsələləri tənzimləyir. Req-
lamentə əsasən, bələdiyyə iclası,
ayda bir dəfədən az olmayaraq, bə-
lədiyyənin sədri tərəfindən və ya
bələdiyyə ərazisində yaşayan və
səsvermə hüququ olan vətəndaşların
azı iyirmi beş faizinin, yaxud bələ-
diyyə üzvlərinin üçdə bir hissəsinin
təşəbbüsü ilə çağırılır. Bələdiyyə
ərazisində yaşayan, səsvermə hü-
ququ olan vətəndaşların azı iyirmi
beş faizinin təşəbbüsü ilə çağırılan
iclasın gündəliyini onun çağırılması
təşəbbüsünü irəli sürənlər müəy-
yənləşdirir və bu barədə iclas gününə
azı 10 gün qalmış bələdiyyənin səd-
rinə və ya icra aparatına məlumat
verilir.
Səttar Zamanov bələdiyyələrin
fəaliyyətinin təkmilləşdirilməsi üzrə
artıq əldə olunmuş müsbət nəticə-
lərdən, yeni qəbul edilmiş qanun
və dəyişikliklərin bələdiyyələrin
işinin təşkilində önəmli rolundan
danışaraq mövcud problemlərə də
toxunub, yerli özünüidarəetmənin
inkişafının əsas istiqamətlərinin hə-
yata keçirilməsində bələdiyyələrin
üzərinə düşən vacib məsələləri qeyd
edib.
Sonra Naxçıvan Muxtar Res-
publikası Ədliyyə Nazirliyinin Təş-
kilat-nəzarət şöbəsinin rəisi, kiçik
ədliyyə müşaviri Emin Səfərovun,
nazirliyin Qanunvericilik şöbəsinin
rəisi, ədliyyə müşaviri Ayaz Mə-
hərrəmovun çıxışları olub. Çıxışlarda
bələdiyyə iclasının çağırılması və
əhali ilə görüşün təşkili qaydalarının
tənzimlənməsi, yerli özünüidarəetmə
orqanlarının fəaliyyətinin təşkilində
kargüzarlığın rolu və bu sahəni tən-
zimləyən qanunvericilik barədə söh-
bət açılıb. Çıxış edənlər yerli büd-
cəyə vergilərin hesablanması və
ödənilməsi, maliyyə hesabatlarının
hazırlanması, bələdiyyələrdə mü-
hasibat uçotunun təşkili, yerli büd-
cənin formalaşması məsələlərindən
danışaraq bu proseslərin müvafiq
qanunların tələblərinə uyğun şəkildə
həyata keçirilməsini təmin etməklə
bələdiyyələrin inkişafına nail ol-
mağın mümkünlüyünü bildiriblər.
Sonda tədbir iştirakçılarını ma-
raqlandıran suallar cavablandırılıb.
-
Səbuhi HÜSEYNOV
Bələdiyyələrin reqlamenti ilə bağlı məsələlərin tənzimlənməsi və
qarşıda duran vəzifələrə həsr olunmuş seminar-müşavirə
Su ç¬rs¬nb¬si
¸
su ç¬rs¬nb¬si
¸