Ulu öndər Heydər Əlİyеv: Azərbaycan gənclərinə üzümü tutaraq deyirəm ki, cəmiyyətdə
hər bir peşə lazımdır, hörmətlidir, cəmiyyət üçün faydalıdır. Ancaq Vətəni qorumaq peşəsi bu
peşələrin hamısından yüksəkdir. Özünü bu peşəyə həsr edən hər bir Azərbaycan gənci bütün
gənclərdən yüksəkdə durur, bütün gənclərdən qiymətlidir.
“Şərq qapısı”
İritonnajlı avtomobillərlə daşınan yüklərə
gömrük nəzarətini həyata keçirmək məqsədilə
Culfa gömrük sərhəd-buraxılış məntəqəsində
X-Ray rentgen nəzarət-yoxlama kompleksi
qurulub. Naxçıvan Muxtar Respublikası Döv-
lət Gömrük Komitəsinin sədri, gömrük xid-
məti general-leytenantı Asəf Məmmədov
kompleksin istismara verilməsi mərasimində
qeyd edib ki, “SHMİTH HCVG” markalı
rentgen nəzarət sistemi iritutumlu avtonəq-
liyyat vasitələrinin, onlarda daşınan yüklərin
müayinəsində operativliyi və dəqiqliyi təmin
edəcək. Bununla da, qaçaqmalçılığa, o cüm-
lədən narkotik vasitələrin, odlu silahların,
partlayıcı maddələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizədə effektivlik artacaq.
Rentgen nəzarət-yoxlama kompleksi haq-
qında məlumat verən Culfa Gömrük İdarəsinin
Texniki nəzarət vasitələri bölməsinin rəisi,
gömrük xidməti polkovnik-leytenantı Hüseyn
Abdullayev bildirib ki, binanın uzunluğu 36,
eni 11, hündürlüyü isə 8,8 metrdir. Kompleks
dəmir beton qurğularla inşa edilib.
Binanın girişində yoxlamaya cəlb olunan
nəqliyyat vasitələrinin hərəkətini tənzimlə-
məkdən ötrü işıqfor və şlaqbaum sistemi qu-
rulub, avtomatik nömrəoxuyan cihazlar və
kameralar quraşdırılıb.
Nəqliyyat vasitəsi nəzarət-yoxlama kom-
pleksinə gətiriləndən sonra sürücü mal-müşayiət
sənədləri ilə birgə binanı tərk edir. Kompleksin
giriş və çıxış qapıları bağlanır. Radiasiyadan
qorunmaq və təhlükəsizlik baxımından müayinə
zamanı binanın içində heç kim olmamalıdır.
Qeyd edək ki, rentgen qurğusu aktiv olarkən
dörd bir tərəfindən xəbərdarlıq siqnalları
verilir. Bununla belə, binanın ətrafında və da-
xilində baş verə biləcək fors-major (təhlükəli)
halların aradan qaldırılması üçün prosesi ani
olaraq dayandırma sistemi mövcuddur.
Rentgen qurğusu yaxınlıqdakı əməliyyat
otağından idarə olunur. Xidməti otaqlar da
rentgenqoruyucu xüsusi örtüyə malikdir.
Əməliyyat otağında 1 ədəd radiasiya stansi-
yası, eləcə də 2 ədəd əl radiostansiyası və
radiometr mövcuddur. Radiometrlə radiasi-
yanın səviyyəsi nəzarətdə saxlanılır. Nəzarətçi
operator qurğunun yerləşdiyi binanın içini
vizual müşahidə etdikdən
sonra mikrofon vasitəsilə
rentgen qurğusunun işə sa-
lınması barədə xəbərdarlıq
edir və yoxlama başlayır.
Almaniya istehsalı olan
bu rentgen qurğusu vasitə-
silə saatda 23 ədəd nəqliyyat
vasitəsinə baxış keçirmək
mümkündür. Yoxlama X-
Ray şüasının köməyilə aparılır. Bu şüa mak-
simum 400 mm qalınlıqda olan metaldan
keçiriciliyə malikdir. Ümumi çəkisi 27 ton
olan qurğu yük maşınlarının içərisində istə-
nilən yerdə gizlədilmiş əşyaların təsvirini
1 mm dəqiqliklə görməyə, əşyanın tipini,
habelə onların təhlükəlilik dərəcəsini müəyyən
etməyə imkan verir. Müayinə bitdikdən sonra
kom pyuterdə avtonəqliyyat vasitəsinin istə-
nilən nöqtəsinə rəngli və ağ-qara formatda
baxılır, dəqiq yoxlama və analiz aparılır.
Əks etdirmədə üzvi və qeyri-üzvi maddələr
rənglərlə avtomatik olaraq fərqləndirilir. Ra-
dioaktiv materiallar da ayrıca görünür. Yad
cismlər sıxlığına və quruluşuna görə ayırd
edilir.
Əməliyyatçılar bu sahədə ölkəmizdə və
xaricdə keçirilən kurs və təlimlərdə iştirak
etməklə X-Ray rentgen nəzarət sisteminin
işlədilməsi sahəsində lazımi bilik və təcrübə
qazanıblar. Qeyd edək ki, rentgen nəzarət-
yoxlama kompleksi istifadəyə verilən gün
müayinə olunan avtonəqliyyat vasitəsində
əvvəlcədən nümunə olaraq gizlədilmiş odlu
silahı asanlıqla aşkar etmək mümkün olub.
Dostları ilə paylaş: |