Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti
Stolüstü tennis
turniri
Boz ayın dörd müqəddəs çər-
şənbəsinin birincisi əzəl çərşənbədir.
Xalq arasında o, “əvvəl çərşənbə”,
“gözəl çərşənbə”, “su çərşənbəsi”,
“sular novruzu”, “gül çərşənbə”
adları ilə də tanınır. Mənbələrə
görə, əzəl çərşənbədə təzə ilin gəl-
məsi münasibətilə ən əvvəl su tə-
zələnir; elə buna görə də bu çər-
şənbə su ilə, suyun təzələnməsi ilə
əlaqələndirilir.
Məlumdur ki, türk xalqlarının
mifoloji təsəvvüründə ən qədim
kultlar içərisində su kultu mühüm
yer tutur. Su ilə bağlı yaranmış ta-
pınmalar içərisində su tanrısı Abanın
və Nahidin adı ilə bağlı çox əski
süjetlər xalq arasında geniş yayıl-
mışdır. Elə həmin görüş və etiqad-
larla bağlı təsəvvürlərin bir çoxu
əzəl çərşənbənin – su çərşənbəsinin
ayin-etiqadları ilə çarpazlaşmış, bu
çərşənbənin adı ilə bağlı silsilə
inam, etiqad, ənənə, mərasim və
sair yaranmışdır.
Əzəl çərşənbə suyatapınma ina-
mı ilə başlayır. Hamı hələ Günəş
doğmamışdan su üstünə gedir, təzə
suda əl-üzünü yuyur, biri-birinin
üzərinə su çiləyir, su üstündən at-
lanır, yaralıların yarasına su səpirlər.
İnama görə, “təzə su”, daha doğ-
rusu, əzəl çərşənbənin sübh tezdən
köpüklənən ağ suyu dərdlərin dər-
manıdır. Çox ehtimal ki, Xızırın
dirilik çeşməsindən su içdiyi,
Koroğlu nun Qoşa bulağı tanıdığı
gün də elə əzəl çərşənbə günü ol-
muşdur. Su sağlamlığın rəhni kimi
səciyyələnir. Su çərşənbəsi günü
“təzə su”dan keçənlər, azar-bezarını
ona verənlər il boyu xəstəliklərdən
uzaq olurlar. Elə həmin gün su üs-
tündə bir sıra ayinlər icra edilir.
Səsi batanlara, danışa bilməyənlərə
bu sudan içirirlər. Adamlar elə bu-
radaca günah işlətməyəcəklərinə,
ancaq və ancaq yaxşılıq edəcəklərinə
and içirlər. Mərasim suyun başına
dövrə vuran adamların aşağıdakı
nəğməsi ilə başa çatır:
Sel çapar, su çapar,
Bir günah işlətdim,
Gəl onu tut, apar.
Sel çapar, su çapar,
Gəl apar, gəl apar.
Su çərşənbəsi günü adamlar səhər
tezdən üz tutarlar axar suyun üstünə:
niyyət eləyib suyun üstündən tul-
lanar, əl-üzlərini yuyar, biri-birinin
üstünə su çiləyər, “Bu, mübarək
sudu”,– deyərlər. Təzə sudan gətirib
evin dörd küncünə, həyət- bacaya,
mal-qaranın üstünə çiləyərlər. İn-
sanlar bununla ilin ruzi və bərəkətli
olacağına inanırlar. Qucaqdakı kör-
pələri, qoca və xəstələri də su üs-
tündən hoppandırarlar ki, salamatlıq,
əmin-amanlıq, xoşbəxtlik olsun.
Suyun qüdrətini, müqəddəsliyini
həmişə önə çəkən əcdadlarımız
hətta ilin axır çərşənbəsində belə,
“Suüstü” deyilən mərasimi təntənə
ilə qeyd etmişlər. Bu ənənə Naxçı-
van, xüsusilə Ordubad rayonunun
sakinləri tərəfindən bu gün də ya-
şadılaraq gələcək nəsillərə ərməğan
edilir.
Ulularımız arzu və niyyətlərini,
dərdlərini suya söyləmiş, su ilə gə-
ləcək talelərini görmüşlər. Səfərə
çıxanın, uzaq ellərə yol alanın ar-
xasınca su atmışlar ki, Tanrı onun
köməyi olsun. “Su bulanmayınca
durulmaz”, “Su murdarlıq götür-
məz”, “Suyu çirkləndirənin nəşini
yumağa su tapılmaz”, “Suyu ver
susayana, içsin qana-qana”, “Su
olan yerdə dirilik olar”, “Su içən
adamı qəfil vurmazlar”, “Süfrəyə
su dağılması aydınlıqdır”, “Su dolu
qabla qabağına çıxsalar, işin avand
olar”, “Su içəni danışdırmazlar”,
“Lal axan sudan keçməzlər”, “Su
içən adamı ilan çalmaz” və başqa
inanclar, “Su haqqı!”, “Axar suya
and olsun!” kimi andlar ulu əcdad-
larımız tərəfindən su ilə bağlı ya-
radılan müdrik kəlamlardır.
İlaxır çərşənbələrin hər biri əc-
dadlarımızın elə müqəddəs etiqad-
ları, duyğuları ilə bağlıdır ki, bu
gün onları öz dünənimiz, keçmişi-
miz kimi yaşatmağa borclu olmaqla
yanaşı, həm də gələcək nəsillərə
çatdırmalıyıq.
Dostları ilə paylaş: |