14 Nüvə partlayışında əmələ gələn zərbə dalğasının xüsusiyyəti-partlayış mərkəzindən hər tərəfə çox yüksək (səsdən iti) sürətlə və yüksək (bir neçə on minlərlə dərəcədə) temperaturla yayılan sıxılmış hava təzyiqli tikililərin dağılmasına, insanların ölümünə gətirib çıxarır. Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər:
dalğanın ön həddindəki (cəbhəsindəki) izafi təzyiq;
İzafi təzyiq yaranmış maksimal atmosfer təzyiqi ilə zərbə dalğasından əvvəlki normal atmosfer təzyiqinin fərqinə bərabərdir. İzafi təzyiq yaranmış maksimal atmosfer təzyiqi ilə zərbə dalğasından əvvəlki normal atmosfer təzyiqinin fərqinə bərabərdir. Zərbə dalğasının zədələyici təsiri sursatın gücündən, partlayışın növündən və partlayış mərkəzindən (episentrdən) olan məsafədən, yerin relyefindən asılı olur. Zərbə dalğasının insanlara bilavasitə və dolayı ola bilər. Bilavasitə təsiri zamanı havanın təzyiqinin ani qalxması nəticəsində kəskin zərbə kimi qəbul edilir və sınıqlara, daxili orqanların zədələnməsinə və qan damarlarının partlamasına səbəb olur. Dolayı təsir nəticəsində insanlar binaların və qurğuların qırılmış parçaları ilə, daşlarla, ağaclarla, şüşə qırıqları ilə və digər əşyalarla zədələnə bilərlər. Dolayı təsir bütün zədələrin 80% təşkil edir.