kimyəvi əlaqəli oksigenlə təchiz edən cihazlar
sıxılmış oksgenlə təchiz edən cihazlar.dilməklə) və işprinsipi yaşlı adamlar üçün olan əleyhqazlarınkı kimidir.
25 zəhərləyici maddələrin xüsusiyyətləri
-kimyəvi birləşmələrdirlərdir ki, müəyyən zəhərləyici və fizikikimyəvi xassələrə malikdirlər. Onları döyüş şəraitində istifadə etdikdə canlı qüvvəni (insanları) zədələyir, havanı, paltarı, texnikanı və ərazini zəhərləyirlər. Hərbi məqsədlərlə bitkiləri zəhərləyici kimyəvi maddələr herbisid, defoliant və desikant maddələrdə tətbiq edilə bilər ki, bunlar dənli bitki əkinlərinin, meşələrin, məhv olmasına kənd təsərrüfatı heyvanlarının zəhərlənməsinə səbəb olur. Zəhərləyici maddələr kimyəvi silahın əsasını təşkil edirlər. Zəhərləyici maddələr zəhərlənmiş hava ilə nəfəs aldıqda, ZM dəri üzərinə və selikli qişaya düşdükdə, həmçinin zəhərlənmiş yeyinti məhsullarından və sudan istifadə etdikdə insanları və heyvanları zədələyir. Ona görə onların seçilməsi və tətbiqi üsulları yerli şəraitdən, ZM-in xassələrindən və qarşıya qoyulmuş məqsəddən asılı olaraq müxtəlif ola bilər. Kimyəvi silah təyyare bombalarında, top güllələrində, mayesi tökülə bilən təyyarə cihazlarında və müxtəlif tərtibatlarda ərazini zəhərləmək üçün, damcı-maye halında zəhərləmək üçün buxar
və aero-zoI (tüstü, duman) şəklində tətbiq edilə bilər. Zəhərləyici maddələr küləyin istiqamətində on kilometrlərlə məsafəyə yayıla bilən zəhərli bulud yaradır. Havanın zəhərlənmə təhlükəsinin dərəcəsi ZM-in qatılığı və mühafizə olunmayan adamın zədələndiyi vaxtla müəyyən edilir. Ərazinin və ya obeyktin zəhərlənmə dərəcəsi düşən ZM-in miqdarından asılıdır və ZM-in qramlarla miqdarının 1 m2 səthə nisbəti ilə ifadə olunan zəhərlənmə sıxlığı iləmüəyyən edilir.
Dostları ilə paylaş: |