-Nüfuzedici radiasiyanın təsiri ondan ibarətdir ki, qamma-şualar və neytronlar canlı toxumaların molekullarını ionlaşdırır. Bu isə insan və digər canlıların orqanizmindəmaddələr mübadiləsinin pozulmasına, hüceyrələrin və müxtəlif üzvlərin həyat fəaliyyətinin dəyişməsinə, yoluxucu xəstəliklərə qarşı orqanizmin mübarizəqabiliyyətinin zəifləməsinə səbəb olur. Xəstəliyin əlamətləri müəyyən müddətdən sonra aşkara çıxır, xəstəliyin gedişi orqanizmin aldığı şuanın dozasından asılı olur. Neytronlar, bundan əlavə, bəzi əşyaların atomları ilə qarşılıqlı əlaqədə olaraq, metalda və texnikada yönəldilmiş aktivliyi yarada bilir. Nüfuzedici radiasiyanı xarakterizə edən əsas parametrlər: