Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirilir və Qrey (Qr), Rentgen
(R), Rad. ölçü vahidləri ilə ölçülür.
5 Dezaktivasiyanın məqsədi və aparılması üsulları
-zəhərlənmiş sahələrin, texnikanın, əşyaların, paltarların vəayyaqqabıların səthindən radioaktiv maddələri kənar etməklə zəhərlənmənin təhlükəsiz dərəcəyədək azaldılmasıdır.Dezaktivasiyanı 2 üsulla-fiziki və fiziki-kimyəvi üsulla aparmaq olar. Fiziki üsul radioaktiv maddələri səthlərdən yumaq, silmək, süpürmək, zəhərli üst qatı qazımaq və çırpmaqla kənar etməkdən ibarətdir. Fiziki-kimyəvi üsul zəhərli səthləri turşu, qələvi və ya adi yuyucu məhlulları ilə yuyub təmizləməkdən ibarətdir. Dezaktiıvasiya nəticəsində radioaktiv maddələr məhv olmur, onlar yalnız əşyaların səthindən kənar edilir. Ərazini və ordakı obyektləri, nəqliyyatı və müxtəlif əşyaları 2 üsulla mexaniki və fizikikimyəvi üsulla dezaktivasiya etmək olar. Mexaniki üsulun mahiyyəti zəhərlənmişobyektlərin, nəqliyyat vasitələrinin və əşyanın üzərindən radioaktiv tozu süpürərək, çırparaq, silkələyərək, su şırnağı ilə yuyaraq kənar etməkdən ibarətdir. Zəhərlənmə dərəcəsi yolverilən həddən yüksək oluqda dezaktivasiya aparılır. asfalt və beton örtüklü ərazilərdən küçəsüpürən-yığışdıran maşınların köməyilə süpürülməsi;
bərk örtüklü ərazilərdən yuyucu maşınların köməyilə radioaktiv tozun yüksək təzyiqlə su şırnağı ilə yuyulması;
buldozerlər vasitəsilə zəhərlənmiş qruntun 5-10 sm qalınlığında qazılıb kənarlaşdırılması;