-epidemiya ocağında yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən təcridetmə -məhdudlaşdırma və müalicə-profılaktika tədbirləri sisteminə deyilir. Tibb bölmələri təcili profılaktika və müalicə tədbirləri görür. Əgər bütün əhali təhlükəli yoluxucu xəstəliklə mübarizə aparsa, bu tədbirlərin effektli nəticəsi olar. Həkimin və ya başqa tibb işçisinin göstərişi ilə yaşayış yerini, ictimai istifadəyerlərini, yeyinti məhsullarını, suyu, qab-qacağı, paltarı, ayaqqabını, yorğan-döşəyi, mebeli dezinfeksiya etmək lazımdır.
Xəstəliyin qarşısını alan profılaktika peyvəndlərindən və dərman qəbulundan imtina etməyin. Düşmənin bakterioloji silahının təsirinə məruz qalmış rayonda hakimiyyət orqanları xüsusi karantin rejimi yaradirlar və həmin rayona gediş-gəliş qadağan edilir. Karantin - bakterial yoluxma ocağını təcrid etmək, xəstəliklərin yayılmasının qarşısını almaq və aradan qaldırmaq məqsədilə yerinə yetirilən, epidemiya rejimli profılaktika tədbirlər sistemidir. Karantin dövründə əhalinin vəzifəsi qoyulmuşqaydalara ciddi riayət etməkdir. Yadda saxlamaq lazımdır ki, bütün tədbirlər insanların həyatını və sağlamlığını mühafızə etmək üçün görülür.