1.İqtisadiyyat Anlayışı. cəmiyyətin həyatinda rolu


Fiziki şəxslərin gəlir vergisi



Yüklə 106,97 Kb.
səhifə17/30
tarix04.11.2022
ölçüsü106,97 Kb.
#67435
1   ...   13   14   15   16   17   18   19   20   ...   30
iqtisadiyyat son

Fiziki şəxslərin gəlir vergisi dedikdə onların il ərzində əldə etdiyi gəlirdən tutulan vergi nəzərdə tutulur. Bu vergi fiziki şəxsin maddi vəziyyəti ilə (bilavasitə) bağlı olduğu üçün verginin ödəyicisi bir sıra hallarda gəlir vergisi ilə bağlı hər hansı bir dəyişikliyi (vergi qanunvericiliyi) ciddi nəzarətdə saxlayır. Ölkədə bu verginin büdcəyə alınması xüsusiyyətləri (o cümlədən büdcədəki payı) fərqli olduğu üçün fiziki şəxslərin gəlir vergisi ilə bağlı Azərbaycan təcrübəsini nəzərdən keçirək.
2. Hüquqi şəxslərin mənfəət vergisi Azərbaycan Respublikasında hüquqi şəxslərin mənfəətindən və gəlirlərinin ayrı-ayrı növlərindən vergilər haqqında ilk qanun 9 noyabr 1991-ci ildə imzalanmış və növbəti ilin 1 yanvar tarixindən qüvvəyə minmişdi. Qanuna əsasən mənfəət vergisinin ödəyiciləri aşağıdakılar hesab edilirdi: a) təsərrüfat hesabında olub, müstəqil balansa malik olan və hüquqi şəxslər sayılan (Azərbaycan Resupblikasının (AR) Milli Bankından başqa) müəssisələr, birliklər və təşkilatlar, o cümlədən AR-nın ərazisində yaradılan və bütünlükdə xarici investorlara məxsus olan müəssisələr (xarici müəssisələr), respublika və xarici hüquqi şəxslərin və vətəndaşların iştirakı ilə yaranan birgə müəssisələr, təsərrüfat fəaliyyəti ilə məşğul olan beynəlxalq birliklər, respublika müəssisələrinin, birliklərlərinin və təşkilatlarının iştirakı ilə başqa ölkələrin ərazisində yaradılan birgə müəssisələrin Azərbaycan Respublikasının ərazisində yerləşən filialları; b) təsərrüfat hesabında olmayan, lakin təsərrüfat və digər kommersiya fəaliyyətindən gəlir götürən təşkilatlar, büdcə təşkilatlarından başqa
3. Hüquqi şəxslərin əmlak vergisi Vergi Məcəlləsinə görə əmlak – hər hansı daşınan və ya daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləri hesab edilir.
4.Əlavə Dəyər Vergisi Azərbaycan Respublikası ərazisində ƏDV 1992-ci ildən tətbiq olunur və Sovet İttifaqı dövründə tətbiq olunan dövriyyədən vergini əvəz edir. а) Аzərbаycаn Rеspublikаsının qаnunvеriciliyinə müvаfiq surətdə hüquqi şəхs stаtusu оlаn, istеhsаl və bаşqа kоmmеrsiyа fəаliyyəti göstərən müəssisələr vətəşkilаtlаr, о cümlədən хаrici invеstisiyаlаrın qоyulduğu müəssisələr; b) mаllаrı, işləri və хidmətləri öz аdındаn sаtаn qеyri-məhdud оrtаqlıqlаr; istеhsаl və bаşqа kоmmеrsiyа fəаliyyəti göstərən fərdi (аiləvi) хüsusi müəssisələr; q) Аzərbаycаn Rеspublikаsının ərаzisində yеrləşən müəssisələrin müstəqil surətdə mаllаr, işlər və хidmətlər sаtаn filiаllаrı, şöbələri və bаşqа аyrıcа bölmələri; ğ) Аzərbаycаn Rеspublikаsının ərаzisində istеhsаl və bаşqа kоmmеrsiyа fəаliyyəti göstərən bеynəlхаlq birliklər vəхаrici hüquqi şəхslər; d) hüquqi şəхs yаrаtmаdаn sаhibkаrlıq fəаliyyəti iləməşğul оlаn fiziki şəхslər-mаllаrı idхаl еtdikdə. Qeyd etmək lazımdır ki, ƏDV üzrə büdcəyə daxilolmalar xüsusi çəkinin aşağı düşməsinə baxmayaraq ilbəil artmışdır. Bu isə vergi dərəcəsinin həddən artıq yüksək olması ilə bağlıdır. Vergi dərəcəsinin yüksək olması və verginin demək olar ki, istənilən fəaliyyət növləri üçün tətbiqi büdcə daxilolmalarının yığım əmsalının yüksəlməsinə təsir göstərmişdir. Əgər 1992-ci ildə dövlət büdcəsinə 2,2 mlrd.AZM ƏDV köçürülmüşdürsə, 1993-cü ildə bu rəqəm artıq 12,5 mlrd.AZM, 1994-cü ildə isə 64,4 mlrd.AZM təşkil edirdi. Müvafiq olaraq büdcə mədaxilində ƏDV-nin xüsusi çəkisi illər üzrə 30,7%, 23,3% və 12,8% arasında dəyişmişdir.

Yüklə 106,97 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin