1.İqtisadiyyat Anlayışı. cəmiyyətin həyatinda rolu


Rəqabətdə qalib gəlməyiniz üçün nə etməlisiniz?



Yüklə 106,97 Kb.
səhifə14/30
tarix04.11.2022
ölçüsü106,97 Kb.
#67435
1   ...   10   11   12   13   14   15   16   17   ...   30
iqtisadiyyat son

24.Rəqabətdə qalib gəlməyiniz üçün nə etməlisiniz?
Rəqabətdə qalib gəlməyimiz üçün ilk öncə satacağımız məhsulun reklamını etməliyik bundan əlavə rəqabətdə qalib olmaq üçün rəqiblərdən fərqli olmaq lazımdır alıcıları öz məhsullarına cəlb etmək lazmdır.rəqabət ucun reklamlar kampanyalar qiyməti asagi salmag məhsulun keyfiyyətini artirmag rəqabətə girməyədə bilərsən
25.İqtisadi qanunların digər qanunlardan fəqləndirən cəhətləri hansılardır?
Iqtisadi qanunlar – insanlar, hadisə və proseslər arasında daim tək­rarlanan, onların mənafelərini ifadə edən obyektiv, zəruri səbəb-nəticə əlaqələridir. Buradan aydın olur ki, iqtisadi qanunlar hadisə və pro­seslər arasındakı daxili, zəruri, sabit əlaqələri ifadə edir.
Təbiət qanunları kimi, iqtisadi qanunlar da obyektiv xarakter da­şıyır. Yəni onlar insanların şüurundan, istək və arzula­rın­dan asılı ol­ma­yaraq meydana çıxır və fəaliyyət göstərir. Insanlar onları yarada, ləğv edə, dəyişdirə bilməzlər. Iqtisadi qanunların obyektiv xarakterdə ol­masını etiraf etmək subyek­tiv amillərin rolunu azaltmaq kimi başa dü­şülməməlidir. Baş­qa sözlə, insanlar iqtisadi qanunların qarşısında aciz deyildir­lər, onlar həmin qanunları dərk və bundan özlərinin mə­na­fe­lə­ri­nə uyğun olaraq istifadə edə, bununla da iqtisadi inkişafı sü­rət­lən­di­rə bilərlər.
Iqtisadi qanunları üç qrupa bölmək olar;
1) Spesifik iqtisadi qanunlar;
2) Ümumi və ya ən ümumi iqtisadi qanunlar;
3) Bir neçə sosial-iqtisadi quruluşda və ya iqtisadi sistemdə fəaliyyət gös­tə­rən iqtisadi qanunlar.
Spesifik iqtisadi qanunlar inkişafın bir pilləsini digə­rindən fərq­ləndirir. Bu qanunlar istehsal, bölgü, mübadilə və istehlakın konk­ret formalarına xas olan qanunlardır. Məsələn, kapital yığımı qanunu, rə­qa­bət qanunu kapita­lizmə xas olan spesifik iqtisadi qanunlardır. Spesifik iqti­sadi qanunlar sistemində əsas iqtisadi qanun xüsusi yer tu­tur. Bu qanun istehsalın məqsədini ifadə edir, yəni istehsal nəyə və kimə xid­mət edir? ayrı-ayrı adamların var­lanmasınamı, yoxsa cəmiyyətin bü­tün üzvlərinin ri­fa­hının yaxşılaşdırılma-sı­na­mı? Deməli, əsas iqtisadi qa­nun insanla­rın iqtisadi mənafe­ləri ilə sıx əlaqədardır. Iqtisadi mənafelər in­sanların birgə əmək prosesində, müəyyən iqtisadi münasi­bətlər çər­çi­və­sində formalaşır.

Yüklə 106,97 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin