Bu qanunlar stexiometrik qanunlar adlanır. Stexiometriya - kimyanın bir bölməsi olub, reaksiyaya daxil olan maddələr arasındakı kütlə və həcm nisbətlərini öyrənir.
1.MADDƏ KÜTLƏSİNİN SAXLANMASI qanunu 1748-ci ildə M.
Lomonosov tərəfindən kəşf edilmişdir. 1756-ci ildən tətbiq edilir. Qanunun
tərifi : Reaksiyaya daxil olan maddələrin kütləsi, reaksiya nəticəsində alınan
maddələrin kütləsinə barabərdir. Bir faktı xatırlatmaq maraqlıdir : Hələ
1673-cü ildə böyük ing. alimi R.Boylbelə bir təcrübə aparmışdır. O, müxtəlif
metalları açıq qabda qızdırarkən müşahidə etmişdir ki, metalın sonrakı kütləsi,
qızdırmadan əvvəlki kütləsindən ağır gəlir. Alim havanın rolunu nəzərə
almadığından düzgün nəticə çıxarmamışdır. O, hesab edir ki, metalın kütləsinin
artmasına səbəb hansısa bir «od materiyası»dır ki, qızdırma zamanı metalla
birləşərək kütləsini artırır.
Bu hadisədən 75 il sonra həmin təcrübəni Lomonosov Boyldan fərqli olaraq qapalı qabda aparır . Qabın ağzını açan zaman alim müşahidə edir ki, hava güclü axınla qabın içərisinə daxil olur. O, bu nəticəyə gəlir ki, metalın kütləsinin artmasına səbəb havanın müəyyən hissəsinin metalla birləşməsidir. Bununla maddə kütləsinin saxlanmasi qanunu kəşf edilir. Bir qədər sonra Lavuaze həmin hava hissəsinin məhz oksigen olduğunu bəyan edir.
2. TƏRKİBİN SABİTLİYİ QANUNU 1799-1801-ci illərdə fr.alimi
Prust tərəfindən kəşf edilmişdir : Istənilən saf maddə alınma üsulundan asılı olma-yaraq sabit vəsfi və miqdari tərkibə malikdir.Məs. su müxtəlif üsullarla alınır :
Elementlərdən
Turşuların parçalanmasından
Əsasların parçalanmasından
4. .Neytrallaşma reaksiyalarından
5. Bütün üzvi maddələrin yanmasından və s.
Lakin bütün bunlara baxmayaraq suyun keyfiyyət və kəmiyyət tərkibi sabit olaraq qalır : 2 hissə hidrogen və 1 hissə oksigen.