MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix04.12.2016
ölçüsü5,01 Kb.
#760
  1   2   3   4   5   6   7   8   9   ...   14

 
1
MÖVZU 1. 
 
Giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya  
qanunları. 
 
Plan 
1.  Materiya. Maddə və sahə haqqında anlayış. 
2.  Kimya nədir, yaranması və inkişafı. 
3.  Kimya Azərbaycanda. 
4.  Kimyanın  əsas  anlayışları:  kimyəvi  element,  atom,  molekul,  nisbi  atom  və 
molekul kütlələri, mol, molyar kütlə və başqaları. 
5.  Kimyanın əsas qanunları

     6.   Kimyanın əsas qanunları: 
        a)  Maddə kütləsinin itməməsi qanunu  
        b)  Tərkibin sabitliyi qanunu 
        c)  Həndəsi nisbətlər qanunu 
        d)  Ekvivalentlər qanunu 
        f)  Həcmi nisbətlər qanunu 
        e)  Avoqadro qanunu 
 
 
Bizi  əhatə  edən  maddi  aləm  materiya  adlanır.  Materiya,  duyğularımız  vasitəsilə 
qavradığımız  obyektiv  reallıqdır.  Materiyanın  varlıq  forması,  maddə  və  sahədir. 
Mövcud  olan  hər  bir  şey  hərəkətdə  olan  materiyanın  müxtəlif  formalarıdır,  hansı  ki, 
daim hərəkətdə , dəyişilmədə və inkişafdadır. 
Maddə-xüsusi  kütləvi  olan  hissəcik  (məs.  elementar  hissəciklər,  atom,  molekul, 
qaz,  maye,  bərk  maddələr  və  s.),  sahə  (məs.  qravitasiya,  elektromaqnit,  nüvə  daxili 
qüvvələr və s.) isə kütləsi olsa da əsasən enerji ilə xarakterizə olunan materiyadır. 
 Maddə materiyanın ayrı-ayrı növü olub, sabit fiziki xassələrə malikdir. 
Maddələr  təmiz  və  qarışıq  halda  olurlar.  Təmiz  maddə  eynicinsli,  qarışıqlar  isə 
eyni və müxtəlifcinsli olurlar.  
 
Kimya nədir ? 
Kimya  öncə  təbiətşünaslıq  elmlərindən  biridir.  Kimya  maddələrin  tərkibini, 
xassələrini, quruluşunu və çevrilmələrini öyrənir.  
Kimyanın  yaranması  və  inkişaf  tarixi  çox  qədim  olub,  ərəb  ölkələri;  Misir,  Çin, 
Hindistan, Yunanıstanla bağlıdır.  
 
Kimya  sözünün  əmələ  gəlməsi  haqqında  müxtəlif  fikirlər  irəli  sürülür. 
Eramızdan 100 il əvvəl yunan tarixçisi Plutarxın fikrincə  kimya –n “kemia” sözündən 
əmələ gəlmişdir, bu da qədim Misirin adıdır. Belə də güman edilir ki, kimya yunanca , 
tökmə metal mənasını verən “kima” sözündən yaranmışdır. 
Ərəblər  641-ci  ildə  Misiri,711-ci  ildə  isə  İspaniyanı  işğal  etdikdən  sonra  kimya 
haqqında  biliklər  Avropaya    yayılmağa  başladı.  VIII-XII  əsrlərdən  başlayaraq  ərəblər 
kimyanı    dirçəltməyə  başladı.  Ona  görə  də    bu  dövr  kimyanın  dirçəliş  dövrü 
adlandırıldı.  Onlar  kimya    gözünün    qabağına    “əl”  ön  şəkilçi  əlavə  etməklə    kimyanı 
özlərinki etdilər və əlkimya adlandırdılar. 

 
2
Azərbaycanda kimyanın inkişaf tarixi qədimdir. Azərbaycanın ilk  kimyaçı alimi 
Almaniyada təhsil almış Mövsümbəy Xanlarov. Ali məktəbdə  tədris ilə bağlı alimimiz 
isə  ADU-nin  kafedra    müdiri,  professor    Sadıx  Hüseynov  olmuşdur.  O,  qeyri-üzvi  
kimyanın  tədrisi  ilə  əlaqədar  bir  çox  kitabların  müəllifi  olmuşdur.  Bununla  əlaqədar 
kimyanın  tədrisi  ilə  bağlı  prof.  Məmməd  Mövsümzadənin,  prof.  Həbibulla 
Şaxtaxtinskinin adlarını göstərmək olar.  
Azərbaycanda  kimyanın  elmi  əsasını  qoyanlardan  Yusif  Məmmədəliyevin,  Əli 
Quliyevin,  Ələddin  Quliyevin,  İbrahim  Şıxıyevin,Murtuza  Nağıyevin,  Toğrul 
Şaxtaxtinskinin, Sahib Əliyevin və başqalarının adlarını fəxrlə çəkmək olar.  
 
ATOM─ MOLEKUL TƏLİMİ 
 
Atom  molekul  təlimi  müasir  təbiətşünaslığın  əsasını  təşkil  edir.  Atom  haqqında 
irəli  sürülən  ilk  təsəvvürlərə  bizim  eramızdan  1000  il  əvvəl  Misir,  Hindistan  və  başqa 
şərq  filosoflarının  fəlsəfi  fikirlərində  rast  gəlinir.  Eramızdan  əvvəl  VI,  V  əsrlərdə 
yaşamış  yunan  filosofları:  Levkip,  Demokrit  və  Epikür  tərəfindən  bu  fikirlər  qəbul 
edilmiş və inkişaf etdirilmişdir.  
Yunan  filosofları  ilk  dəfə  olaraq  dünyanın  ilahi  qüvvə  tərəfindən  yaradılması 
ideyasını qəbul etmiş və onun maddi vəhdət təşkil etməsi ideyasını irəli sürmüşlər. 
Bunların içərisində Levkip və Demokritin atomstik təlimi xüsusi yer tutur. Təlimə 
görə materiya gözlə görünməyən və daima hərəkətdə olan kiçik hissəciklərdən ─ atom-  
lardan  təşkil  olunmuşdur.  (Yunanca  “Atmos”  bölünməz  deməkdir).  Atomlar  müəyyən 
nisbətdə birləşərək maddi aləmi əmələ gətirir.   
 
Lakin  yunan  filosoflarından  Platon  və  xüsusilə  Aristotel  atomistik  təlimi  qəbul 
etmirdilər.  
 
1647-ci ildə fransız filosofu Qassendi yunan filosoflarının atomstik təsəvvürlərini 
qəbul  etmiş  və  bu  təlimi  inkişaf  etdirərək  daha  iri  hissəciklərin  ─molekulların  varlığı 
ideyasını  irəli  sürmüşdür.  O,  göstərirdi  ki,  atomlar  bir-birilə  birləşərək  molekulları 
əməlkə gətirir və bütün maddələr belə molekullardan təşkil olunmuşdur.  
 
Atom  ─molekul  təlimini  daha  da  inkişaf  etdirən,  bu  təliminbanisi  olan  və  bu 
təlimi müntəzəm elmi sistemə salan M. V. Lomonosov olmuşdur.  
 
M.  V.  Lomonosov  1741-ci  ildə  yazdığı  “Riyazi  kimyanın  elementləri”  əsərində 
maddələrin  quruluşu  haqqında  korpuskulyar  nəzəriyyə  irəli  sürmüşdür.  Lomonosov  öz 
mülahizələrinə  əsaslanaraq  maddələrin  kiçik  hissəciklərdən  əmələ  gəlməsi  ideyasını 
qəbul  etmişdir.  Lomonosova  görə  hissəciklər  iki  növə  ayrılır:  “korpuskullar” 
(molekullar) və “elementlər” (atomlar). 
 
Lomonosovun atom ─molekul təlimi aşağıdakı müddəalardan ibarətdir: 
 
1)  bütün  maddələr  molekullardan  ibarətdir;  molekullar  daha  kiçik  hissəciklərdən 
─ atomlardan təşkil olunmuşdur.  
 
2) Atom və molekullar daim hərəkətdədir; onlar müəyyən kütlə və ölçüləri ilə bir-
birindən fərqlənirlər.  
 
3) Bəsit maddələrin  molekulları eyni, mürəkkəb maddələrin  molekulları müxtəlif 
atomlardan təşkil olunmuşdur.  

 
3
 
Atom ─molekul haqqındakı təlim, atom və molekul məfhumlarının tərifi 1860-cı 
ildə  Almaniyanın  Karl  sruye  şəhərində  kimyaçılarının  beynəlxalq  qrultayında  qəbul 
edilmişdir.  
 
Atom  haqqında  təlimin  inkişafında  ingilis  alimi  Con  Daltonun  xidmətləri 
olmuşdur. Daltonun xidmətləri aşağıdakılardır: 
 
1) Atom çəkisi (kütləsi) anlayışını kimya elminə ilk dəfə o daxil etmişdir.  
 
2) O vaxt məlum olan elementlərin atom çəkilərini təyin etmişdir.  
 
3)  Lomonosovdan  67  il  sonra  1808-ci  ildə  yeni  atom  molekul  təlimini  irəli 
sürmüşdür.  
 
4)  Atom  haqqında  təsəvvürlərə  əsaslanaraq  həndəsi  nisbətlər  qanununu  kəşf 
etmişdir.  
 
5) İlk dəfə maddələrin tərkibini kimyəvi formullarla ifadə etməyi təklif etmişdir. 
 
Daltonun ən böyük səhvi isə o idi ki, bəsit maddələrin molekul əmələ gətirməsini 
qəbul etmirdi.  
 
Atom  ─maddənin  kimyəvi  yolla  bölünməyən  ən  kiçik  hissəciyi  olub,  müəyyən 
kütlə, ölçü və xassələrlə xarakterizə olunur.  
 
Kimyəvi  elementin  bütün  xassələrini  özündə  saxlayan  ən  kiçik  hissəciyinə  atom 
deyilir.  
 
Atomun  kimyəvi  xassələri  onun  quruluşu  ilə  müəyyən  edildiyindən  atomun 
müasir tərifi belədir: 
 
Atom  müsbət  yüklü  nüvədən  və  mənfi  yüklü  elektronlardan  ibarət  olan 
elektroneytral hissəcikdir.  
 
Molekul atomun əksinə olaraq bölünəndir. Maddənin bütün kimyəvi xassələrini  
özündə saxlayan ən kiçik hissəcikdir.  
 
KİMYƏVİ ANLAYIŞLAR VƏ KİMYANIN ƏSAS QANUNLARI 
 
 
Kimyanın əsas anlayışları aşağıdakılardır: 
 
Kimyəvi  element,  bəsit  və  mürəkkəb  maddə,  allotropiya,  atom,  molekul,  nisbi 
atom  və  nisbi  molekul  kütlələri,  mol,  molyar  kütlə,  kimyəvi  işarə  və  formul,  kimyəvi 
tənlik, valentlik, oksidləşmə dərəcəsi, ekvivalent, ekvivalent kütlə.  
 
Kimyəvi element. Nüvəsinin müsbət yükü, eyni olan atom növüdür. Nüvənin  
yükünün qiyməti elementin dövri sistemdəki sıra nömrəsinə uyğun gəldiyindən,  
kimyəvi elementə belə tərif də vermək olar:  
 
Kimyəvi element sıra nömrəsi eyni olan atom növüdür. Məsələn, sıra nömrəsi 11 
olan  natrium  kimyəvi  elementi  dedikdə,  nüvəsində  11  müsbət  yük  (proton)  və  nüvə 
ətrafında 11 elektronu olan atom növü başa düşülür.  
 
Elementlər  şərti  olaraq  metallara  və  qeyri-metallara  bölünür.  Bu  bölgünü  ilk 
dəfə  İsveç  alimi  Bertselius  1814-cü  ildə  irəli  sürmüşdür.  Mühitdən  asılı  olaraq  bəzi 
elementlər amfoter (ikili) xassələr göstərdiyindən onlara amfoter elementlər deyilir.  
 
Hələlik bizə məlum olan 108 elementdən 89-a rast gəlir, qalanları süni yolla alınır 
Elementlər  yer  qabığında  müxtəlif  miqdarla  yayılmışlar.  Ən  geniş  yayılmış  qeyri-
metallar-  oksigen  (49,1 %), silisium (27  %),  metallardan  isə alüminium  (7,59 %)  və 
dəmirdir (4,28 %).    

 
4
                 ATOM- MOLEKUL TƏLİMİ 
Atom- molekul təlimi müasir təbiətşünaslığın əsasını təskil edir. Atom haqqında 
irəli  sürülən  ilk  təsəvvürlər  bizim  eramızdan  1000  il  əvvəl  Misir,  Hindistan  və  başqa 
sərq  filosoflarının  fəlsəfi  fikirlərində  rast  gəlinir.  Eramızdan  əvvəl  VI,  V,  IV  əsrlərdə 
yasamış  yunan  filosofları  Levkipp,  Demokrit  və  Epikür  tərəfindən  bu  fikirlər  qgbul 
edilmiş və inkişaf etdirilmişdir. 
Yunan  filosofları  ilk  dəfə  olaraq  dünyanın  ilahi  qüvvə  tərəfindən  yaraıilmasını 
qəbul etmiş və onun maddi vəhdət təşkil etməsi ideyasını irəli sürmüşlər. 
Bunların  içərisində  Levkipp  və  Demokritin  atomistik  təlimi  xtüsusi  yei  tutur. 
Təlimə  görə  materiya  gözlə  görünməyən  və  daima  hərəkətdə  olan  kiçik 
hissəciklərdən—  atomlardan  təşkil  olunmuşdur.  (Yunanca  "atmos"  bölünməz    demək-
dir). Atomlar müəyyən nisbətdə birləşərək maddi aləmi əmələ gətirir. 
Lakin  yunan  filosoflarından  Platon  və  xüsusilə  Aristotel  atomistik  təlimi  qəbul 
etmirdilər. 
1647-ci ildə fransız filosofu Qassendi yunan filosoflarının atomstik təsəvvürlərini 
qəbul  etmiş  və  bu  təlimi  inkişaf  etdirərək  daha  iri  hissəciklərin  —molekulların  varlığı 
ideyasnı irəli sürmüşdür. O, göstərirdi ki, atomlar bir-birilə birləşərək molekulları əmələ 
gətirir və bütün maddlər belə molekllardan təşkil olunmuşdur. 
Atom  —molekul  təlimini  daha  da  inkisaf  etdirən,  bu  təlimin  banisi  olan  va  onu 
miintəzəm elmi sistemə salan   M. V. Lomonosov olmuşdur. 
M. V. Lomonosov 1741-ci ildə yazdığı "Riyazi kimyanın elementləri" 
əsərində  maddələrin  quruluşu  haqqmda  korpuskulyar  nəzəriyyə  irəli  sürmüşdür. 
Lomonosov  öz  mühazirələrinə  asaslanaraq  maddələrin  kiçik  hissəciklərdən  əmələ 
gəlməsi  ideyasını  qəbul  etmisdir.  Lomonosova  görə  hissəciklər  iki  növə  ayrılır: 
"korpuskullar" (molekullar) və "elementlər" (atomlar). 
Lomonosovun atom —molekul təlimi aşağıdakı müddəalardan ibarətdir: 
1)  Bütün maddələr molekullardan ibarətdir; molekullar daha kiçik hissəciklərdən 
— atomlardan təşkil olunmuşdur. 
2)  Atom  va  molekullar  daim  hərəkətdədir;  onlar  müəyyən  kütlə  və  ölçüləri  ilə 
bir-birindən fərqlənirlər. 
3)  Bəsit  maddələrin  molekulları eyni,  mürəkkəb  maddlərin  molekulları  müxtəlif 
atomlardan təşkil olunmuşdur. 
Atom —molekul  haqqındakı təlim, atom ,  molekul  və digər  məfhumlarm ətraflı 
tərifi  1860-ci  ildə  Almaniyanın  Karlsruye  şəhərində  kecirilmiş  kimyaçıların 
beynəlxalq qurultayında qəbul edilmişdir. 
Canh  orqanizmin  əsas  tərkibi  H,  C,  N,  va  0  elementlərindən  təşkil  olunub.  Bu 
elementlər  orqanogen  (  orqanizmi  təşkil  edən  )  elementler  deyilir.  Kosmosda  ən  çox 
yayılmış elementlər isə H və He-dur.
 

 
5
Maddələr bəsit va mürəkkəb olmaqla iki yerə bölünür. .Bəsit maddə molekulları 
-  eyni,  mürəkkəb  maddə  molekulları  isə  -  müxtəlif  element  atomlarından  əmələ  gəlir. 
Mürəkkəb maddələrə həmçinin kimyəvi birləşmələr də deyilir.
 
Bəsit  maddəni  kimyəvi  element  əmələ  gətirir.  Lakin,  buna  baxmayaraq  bu  iki 
məvhumları  qarışdırmaq  olmaz.  Bele  ki
,
  element  -  atom  və  molekulu,  bəsit  maddə  isə 
konkret olaraq  maddəni  xarakterizə edir.  Bəsit  maddə elementin təbiətdə sərbəst  halda 
yaşayan  formasıdır.  Bəsit  maddə  -  sıxlığı,  həllolma  qabiliyyəti,  ərimə  və  qaynama 
temperaturları  və  s.  ,  kimyəvi  element  isə  nüvəsinin  müsbət  yüklü,  sıra  nömrəsi, 
oksidləşmə dərəcəsi, izotop tərkibi və s. ilə səciyyələnir.
 
Eyni  bir  element  bir  neçe  bəsit  maddə  əmələ  gətirə  bilər.  Bu  hadisə  allotropiya 
(modifikasiya, səkildəyişmə), alınan maddələr isə allotropik səkildəyişmə adlanır. Məs. 
oksigen və ozon.
 
Allotropiya 2 səbəbdən baş verə bilər:
 
1.  Molekulda atomların sayının müxtəlifliyindən ( məs. Cb   və O
3
) 
2.  Maddələrin  kristall  quruluşunun  müxtəlifliyindən  (  məs.  almaz,  qrafit, 
karbin və polikumulen). 
Atomların kütlələri olduqca kiçikdir. Məs. hidrogenin mütləq kütləsi 1,674 10
27
 
kq-dır. Bu səbəbdən kimyəvi hesablamalarda bunlardan istifadə etmək əlverişli deyil və 
çox  çətinliklər törədir. Buna görə elementin nisbi atom kütləsi kəmiyyətindən istifadə 
edilir. Nisbi atom kütləsi ( A
r
) elementin atom kütləsinin 
12
 C izotopunun kütləsinin 
1/12  hissəsinə  nisbətidir. 
I2
  C  izotopunun  kütləsinin  1/12  hissəsi  atom  kütlə  vahidi 
(a.k.v.  )  adlanır.  Nəzərə  alsaq  ki, 
12
 C izotopunun bir atomunun kütləsi 20 ∙10
24
 kq-dır, 
onda onun 1/12 hissəsinin kütləsi olacaq : 1,66 10- 
27
 kq. Məhz bu miqdar a.k.v. adlanır. 
Elementin  nisbi  atom  kütləsi  dedikdə,  onun  bir  atomunun 
l2
C  izotopunun  kütləsinin 
1/12-dən, yəni 1,66 10 
-27
 kq-dan neçə dəfə ağır olduğunu göstərir. Məs. A
r
 ( Cu) = 64 
a.k.v.. Bu, o deməkdir ki, misin bir atomunun kütləsi 1,66 10 
-27 
kq-dan 64 dəfə ağırdır.
 
Molekulun qramlarla ifadə olunan kütləsi də çox kiçik kəmiyyətdir. Məs. bir su 
molekulunun kütləsi 28,348 ∙ 10 
-24
 kq-dır. Bu səbəbdən hesablamalarda nisbi molekul 
kütləsindən istifadə edilir. Nisbi molekul kütləsi (Mr ) maddənin molekul kütləsinin 
12
C  izotopunun  kütləsinin  l/12  hissəsinə  nisbətidir.  Maddənin  nisbi  molekul  kütləsi 
dedikdə, maddənin bir molekulunun kütləsinin 
12
C izotopunun kütləsinin 1/12-dən (1,66 
∙ 10'
27
) neçə -dəfə ağır olduğunu göstərir. Məs. M
r
 ( H
2
SO
4
 ) = 98 a.k.v. Bu, o deməkdir 
ki, sulfat turşusunun bir molekulunun kütləsi 1,66 10
-27
 kq-dan 98 dəfə ağırdır. 
MOL ( -  nü ) –  maddənin miqdar vahididir.  Bu  miqdar  0,012 kq  (12q) 
12

izotopundakı atomların sayı qədər hissəcikləri (molekul, atom, ion, elektron və s.) olan 
maddə miqdarıdır. Məlum olmuşdur ki, bu miqdar 6,02 ∙ 10
23
 - dür. Müəyyən edilmişdir 
ki,  bütün  maddələrin  l  molunda  məhz  bu  sayda  hissəciklər  vardır.  Bu  ədəd  Avoqadro 
ədədi  adlanır.  Deməli,  mol  dedikdə,  6,02∙10
23
  sayda  hissəcikləri  olan  maddə 
miqdarı nəzərdə tutulmalıdır. Mol bütün hissəciklərə şamil edilir. Məs. 
1 mol H atomu 
=    6,02 ∙ 10
23
 sayda atom
 
1 mol CI-ionu 
=    6,02∙10
23
 sayda ion
 
1 mol O
2
 molekulu    =     6,02 ∙ 10
23
 sayda molekul
 

 
6
MOLYAR KÜTLƏ ( M ). Maddənin bir molunun kütləsidir. Qramlarala  ifadə 
edilir.  Qiymətcə  elementin  nisbi  atom  kütləsinə,  yaxud  maddənin  nisbi  molekul 
kütləsinə bərabərdir. Molyar kütlə ilə maddənin mol miqdarı arasında aşağıdakı asılılıq 
vardır:
 

 
M   =   —-
 
V
 
m -   maddənin  kütləsi, q və ya kq , v – maddə miqdarı, mol.  Deməli, molyar 
kütlə   q/mol, yaxud kq/mol ilə ifadə olunur. 
_ 
 
KİMYƏVİ  İŞARƏLƏR. Elementlərin adlarının  göstəricisidir.
 
Elementlərin 
latınca adlarından  istifadə edilir ; ilk, yaxud ilk iki hərfdən istifadə edilir.
 
Kimyəvi işarə göstərir :
 
1.  Elementin adını 
2. onun bir atomunu 
3 nisbi atom kütləsini 
 
4.  bir molunu 
5.  molyar kütləsini 
 
KİMYƏVİ  FORMULLAR. Maddələrin  tərkibinin  göstəricisidir. Maddənin 
miqdarı və vəsfi tərkibinin kimyəvi isarələrlə göstərilməsidir. Buna empirik formul da 
deyilir. Kimyəvi formul göstərir :
 
1.  Maddənin adını 
2.  onun bir molekulunu 
3.  nisbi molekul kütləsini 
4.  bir molunu 
5.  molyar kütləsini 
6.  hansı elementlərdən təşkil olunduğunu 
7.tərkibində olan element atomlarının sayını 
 
KİMYƏVİ  TƏNLİKLƏR.  Kimyəvi  reaksiyaların  kimyəvi  işarə  və 
kimyəvi formullarla göstərilməsidir.
 
KİMYANIN   ƏSAS QANUNLARI   aşağıdakılardır :
 
1.  Maddə kütləsinin saxlanması qanunu 
2.  Tərkibin sabitliyi qanunu 
3.  Həndəsi nisbətlər qanunu 
4.  Ekvivalentlər qanunu 
5.  Həcm nisbətlər qanunu 
6.  Avoqadro qanunu 
Bu  qanunlar  stexiometrik  qanunlar  adlanır.  Stexiometriya  -  kimyanın  bir 
bölməsi  olub,  reaksiyaya  daxil  olan  maddələr  arasındakı  kütlə  və  həcm  nisbətlərini 
öyrənir.
 

 
7
1.  MADDƏ  KÜTLƏSİNİN  SAXLANMASI  qanunu  1748-ci  ildə  M. 
Lomonosov  tərəfindən  kəşf  edilmişdir.  1756-ci  ildən  tətbiq  edilir.  Qanunun 
tərifi  :  Reaksiyaya  daxil  olan  maddələrin  kütləsi,  reaksiya  nəticəsində  alınan 
maddələrin  kütləsinə  barabərdir.  Bir  faktı  xatırlatmaq  maraqlıdir  :  Hələ 
1673-cü  ildə  böyük  ing.  alimi  R.Boyl  belə  bir  təcrübə  aparmışdır.  O,  müxtəlif 
metalları  açıq  qabda  qızdırarkən  müşahidə  etmişdir  ki,  metalın  sonrakı  kütləsi, 
qızdırmadan  əvvəlki  kütləsindən  ağır  gəlir.  Alim  havanın  rolunu  nəzərə 
almadığından  düzgün  nəticə  çıxarmamışdır.  O,  hesab  edir  ki,  metalın  kütləsinin 
artmasına  səbəb  hansısa  bir  «od  materiyası»  dır  ki,  qızdırma  zamanı  metalla 
birləşərək kütləsini artırır.
 
Bu  hadisədən  75  il  sonra  həmin  təcrübəni  Lomonosov  Boyldan  fərqli  olaraq 
qapalı  qabda  aparır  .  Qabın  ağzını  açan  zaman  alim  müşahidə  edir  ki,  hava  güclü 
axınla  qabın  içərisinə  daxil  olur.  O,  bu  nəticəyə  gəlir  ki,  metalın  kütləsinin  artmasına 
səbəb  havanın  müəyyən  hissəsinin  metalla  birləşməsidir.  Bununla  maddə  kütləsinin 
saxlanmasi  qanunu  kəşf  edilir.  Bir  qədər  sonra  Lavuaze  həmin  hava  hissəsinin  məhz 
oksigen olduğunu bəyan edir.
 
2.  TƏRKİBİN  SABİTLİYİ  QANUNU  1799-1801-ci  illərdə  fr.alimi 
Prust tərəfindən kəşf edilmişdir : Istənilən saf maddə alınma üsulundan asılı olma-
yaraq sabit vəsfi və miqdari tərkibə malikdir. Məs. su müxtəlif üsullarla alınır :
 
1.  Elementlərdən 
2.  Turşuların parçalanmasından 
3.  Əsasların parçalanmasından 
4.  .Neytrallaşma reaksiyalarından
 
5.  Bütün üzvi maddələrin yanmasından və s.
 
Lakin  bütün  bunlara  baxmayaraq  suyun  keyfiyyət  və  kəmiyyət  tərkibi  sabit 
olaraq qalır : 2 hissə hidrogen və 1 hissə oksigen.
 
 
3.  HƏNDƏSİ  NİSBƏTLƏR  QANUNU  1803-cü  ildə  ing.  alimi  C.  Dalton 
tərəfindən kəşf edilib : Əgər iki element bir-birilə bir neçə birləşmə əmələ gətirərsə, 
elementlərdən  birinin  eyni  kütləsilə  birləşmiş  digər  elementin  kütlələri  arsındakı 
nisbət kiçik tam ədədlərin nisbəti, kimidir.
 
Məs. azot oksidləri misalında bunu nəzərdən keçirək.
 
 
N
2
O
 
2
 
14   :
 
16
 
NO
 
 
14 :
 
16
 
N
2
O

2
 
14 :
 
16  3
 
NO
2
 
 
14 :
 
16  2
 
N
2
O
5
 
2
 
14 :
 
16  5
 
Azotun  14 qramına düşən oksigenin kütlə nisbətləri olacaqdır :  8 : 16 : 24 : 32 : 40. 
Hər tərəfi 8-ə bölsək alarıq :  1:2:3:4:5.
 
4.  EKVİVALENTLƏR  QANUNU  1803-cü  ildə  alman  alimi  Rixter  tərəfindən 
kəşf edilmişdir.  Alim turşu  və əsaslar arasmda apardığı çoxsaylı təcrübələr  nəticəsində 

 
8
müəyyən  etdi  ki,  kimyəvi  proseslərdə  maddələrin  ancaq  müəyyən  kütlə  nisbətləri 
iştirak  edir.  Beləliklə  ektivalentlər  qanunu  kəşf  edilir:  Maddələr  bir-birilə 
ektivalentlərinə  mütənasib  kütlə  nisbətlərində  qarşılıqlı  təsirdə  olurlar.  Qanunun 
riyazi ifadəsi belədir :
 
m
1
 
E
1
 
1. Bərk maddələr üçün: 
 -----    =     ----- 
 
m
2
 
E
2
 
V
1
 
V
E1 
2.  Qaz maddələr üçün : 
—   =   —
 
V
2
 
V
E 2
 

E
 
3.  Bərk və qaz maddələr üçün: 
 -----    =      ------ 
 

V
E
 
Kimyəvi elementin və ya maddənin ekvivalenti, onun elə miqdarna deyilir ki, 
bu  miqdar  hidrogenin  1  molu  ilə  birləşsin,  yaxud  birləşmələrdə  əvəz  etsin.  Ekvivalent 
vahidi -    mol, ekvivalent kütlə vahidi isə  q/mol - dur.
 
HBr   ;          H
2
0 ;              NH
3
 
1:1              1:1/2               1:1/3
 
Deməli,  bu  birləşmələrdə  Br,  O  və  N  -  un  ekvivalenti    müvafiq  olaraq 
1,   1/2   və 1/3 - dür.
 
Ekvivalent  kütlə  (m
E
)  elementin  bir  ekvivalentinin  kütləsidir.  Onda 
yazarıq :
 
m
E
( B r )     =     1-79, 9 q/mol     =    79,9 q
 
m
E
 ( O )       =    
1
/
2
  ∙  16 q/mol     =      8q
 
 
m
E
 ( N )      =     1/3 • 14 q/mol    =    4, 67 q Ekvivalent   

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin