2. Ali məktəb pedaqogikasının kateqoriyaları


Ali məktəb pedaqogikasının metodoloji əsasları



Yüklə 14,78 Kb.
səhifə2/2
tarix09.03.2022
ölçüsü14,78 Kb.
#53503
1   2
Sual 7. Ali məktəb pedaqogikasının kateqoriyaları

Ali məktəb pedaqogikasının metodoloji əsasları.

Pedaqogika, o cümlədən ali məktəb pedaqogikası tədqiqat işində müəyyən metodoloji ideya və baxışlara, nəzəriyyələrə istinad edir. Pedaqogikanın metodoloji

əsası dedikdə, elmin nüvəsini təşkil edən və onun inkişafına güclü təsir göstərən

mühüm fəlsəfi müddəalar, ideya və prinsiplər sistemi başa düşülür. Metodoloji

müddəa və prinsiplər alimin tədqiqat mövqeyini, tədqiqatın istiqamətini müəyyən

edir, onun səmərə və keyfiyyətini yüksəltməyə imkan verir.

Ali məktəb pedaqogikasının metodoloji müddəaları arasında pedaqoji məsələlərin öyrənilməsinə dialektik yanaşma prinsipi, idrak nəzəriyyəsi (qnoseologiya)

ümumi, fundamental səciyyə daşıyır, pedaqoji tədqiqatların strategiyasını müəyyənləşdirməyə kömək göstərir. Dialektik yanaşma prinsipi pedaqoji fakt, hadisə və

prosesləri hərtərəfli öyrənməyi, dəyişmə və inkişaf halında götürməyi, onlar arasında

qarşılıqlı əlaqələri və daxili ziddiyyətləri aşkara çıxarmağı, inkişafın hərəkətverici

qüvvələrini müəyyənləşdirməyi nəzərdə tutur.

4

Pedaqoji tədqiqatda ümumi metodoloji prinsiplə yanaşı, xüsusi metodoloji prinsiplərə də istinad edilir: sistemli-struktur yanaşma prinsipi, fəaliyyət prinsipi, şəxsiyyət baxımından yanaşma prinsipi.



Sistemli-struktur yanaşma prinsipi pedaqoji məsələlərin həllinin bütün mümkün vasitə, metod, forma və amillərini qarşılıqlı vəhdətdə, bir tam halında nəzərdə keçirməyi tələb edir.

Pedaqoji tədqiqatlarda fəaliyyət prinsipi fəaliyyətin bütövlükdə öyrənilməsini,

onun ayrı-ayrı ünsürlərinin (fəaliyyətin məqsədi, motivi, icrası, tənzimlənməsi,

nəzarət və nəticələrin təhlili) vəhdətdə götürülməsini nəzərdə tutur.

Pedaqoji tədqiqatlarda şəxsiyyət baxımından yanaşma prinsipi şəxsiyyətin pedaqoji prosesdə obyekt və subyekt kimi götürülməsini, onun ahəngdar inkişafını,

kollektiv və şəxsiyyətin qarşılıqlı əlaqəsini, təlim-tərbiyə işində şəxsiyyətin tələbat,



maraq və daxili fəallığından, şəxsi mövqeyindən çıxış etməyi nəzərdə tutur.
Yüklə 14,78 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin