2-ci mövzu. Sosial fəlsəfənin predmeti



Yüklə 273 Kb.
səhifə5/9
tarix02.01.2022
ölçüsü273 Kb.
#46598
1   2   3   4   5   6   7   8   9
2 мцщазиря

Birinci mövqeyin tərəfdarları (M.Veber başda olmaqla) belə hesab edirlər ki, insan sosial münasibətlərin ansamblıdır, hər bir cəmiyyət, məhz özünə lazım olan adamları yaradır. Insanlar da cəmiyyətin onlardan gözlədiklərini arzu edirlər. Bu cür yanaşma özündə determinizmi ifadə etməsinə baxmayaraq məqbul hesab edilə bilməz. Çünki bu halda cəmiyyətin guya əvvəlcədən müəyyən olunmuş dəqiq proqram üzrə fəaliyyət göstərdiyi iddia olunur. Belə təsəvvür cəmiyyətin necə və hansı yollarla dəyişildiyini izah edə bilmir.

Ikinci baxışa görə (E.Dürkheym və başqaları) insan şüura və iradəyə malik olan müstəqil subyektdir. O öz hərəkətlərinin mənasını başa düşür və bu hərəkətləri şüurlu seçmək iqtidarındadır. Bu cür yanaşdıqda cəmiyyət sadəcə olaraq sosial atomların (fərdlərin) məcmusu, onların şüuru və iradəsinin məhsulu kimi təsəvvür olunur.

Yuxarıda gətirilən hər iki mövqe özü-özlüyündə əhəmiyyətli olsalar da, ayrı-ayrılıqda birtərəfli xarakter daşıyır. Buna görə də onlara əsaslanmaqla insan - cəmiyyət münasibətlərini dəqiq izah etmək qeyri-mümkündür. Yalnız bu baxışların müsbət cəhətlərini əlaqələndirmək yolu ilə sosial həyatı dərindən dərk etmək olar.

Qeyd edək ki, yuxarıda izah olunan iki mövqeyi əlaqələndirmək o qədər də asan deyildir. Çünki, ayrılıqda götürülən insan təkbaşına yaranmamışdır, o insanların birgə tarixinin məhsuludur. Digər tərəfdən isə hər bir insan öz həyatını yaşamaqla yanaşı, həm də insanların ümumi birgə tarixində müəyyən iz buraxır. Istənilən sosial hərəkət iki tərəfı əhatə edir.


Yüklə 273 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin