2-ci mövzu. Sosial fəlsəfənin predmeti



Yüklə 273 Kb.
səhifə6/9
tarix02.01.2022
ölçüsü273 Kb.
#46598
1   2   3   4   5   6   7   8   9
2 мцщазиря

Birinci insandan kənarda olan, yəni obyektivləşdirilmiş tarix hesab olunur. Bu tarix uzun illər ərzində insanların birgə yaratdıqları əşyalarda, maşınlarda, binalarda, kitablarda, habelə adətlər, hüquq və əxlaq normalarında, çoxsaylı təşkilatlarda və insanların qarşılıqlı təsirinin həyata keçirdiyi digər formalarda təcəssüm olunur.

Ikinci tərəf isə bilavasitə həmin insanın özündə olaraq onunla bağlı tarixdir, yəni onun ümumi sosial prosesə verdiyi töhfədir. Hətta ilk nəzərdə daha çox təbiətin məhsulu kimi görünən insan bədəni də cəmiyyətin tarixindən kənarda mövcud ola bilməz. Çünki bədənin özü üzvi təbiətdə gedən proseslərlə sosial-tarixi və mədəni inkişafın vəhdətinin məhsuludur.

Bu amillər birlikdə (habelə kütləvi informasiya vasitələri və təhsil sistemi də daxil olmaqla) insanın həyat tərzini, düşüncə və fıkirlərini müəyyən edir. Lakin insanın sosial keyfiyyətləri daim inkişaf edir. O, zaman keçdikcə, yeni-yeni cəhətlər əldə edir, onun dili və davranış vərdişləri təkmilləşir. Bir sözlə, insanın sosiallaşması deyilən ümumi proses özünü göstərir.

Deyilənlər sübut edir ki, insanın hərəkətləri və davranışı sosial determinantlarla şərtlənir. Lakin bu onun azadlığını əlindən almır. Belə ki, hər bir insan konkret şəraitin irəli sürdüyü mümkün variantlardan istədiyini seçə bilir. Bu iki tərəf arasındakı münasibətləri obrazlı şəkildə müəyyən bir oyun ilə buradakı iştirakçıların münasibətlərinə bənzətmək olar. Bəllidir ki, hər bir oyunun öz qaydaları və qanunları vardır. Oyunda iştirak edənlərin hamısının onlara əməl etməsi tələb olunur. Digər tərəfdən, oyun sonsuz sayda gedişlərə malikdir. Bu gedişlərin variantını seçməkdə hər bir iştirakçı sərbəst və azaddır.

İnsan gündəlik həyatda öz yaxınları və qohumlarını əhatə edən məhdud dairədə doğulur. Lakin, zaman keçdikcə, əhatə dairəsi genişlənir və onun mənşəyi ilə bağlı izlər tədricən silinir və o başqaları tərəfindən sanki yad bir adam kimi qavranılmağa başlayır. Beləliklə də o hər bir konkret adama münasibətdə özgə kimi çıxış edir. Elə təəssürat yaranır ki, insandan kənar və hətta onda yüksəkdə duran subyektdir. Nəticədə sosial qayda obyektiv forma alır, yəni insan eb bir reallığı yaradır ki, həmin reallıq onun özünü də inkar edə bilir. Bütün bu proseslər isə öz mahiyyətinə görə cəmiyyətin dəyişilməsi deməkdir.

Dəyişilən cəmiyyət isə özünə uyğun adamları, yəni bu cəmiyyəti təkrar istehsal etməyi bacaran insanları yaradır Sosial fəlsəfədə də materializm və idealizm mövqeləri vardır. Birinci tərəf buna əsaslanır ki, ictimai həyatın əsas məzmununu təşkil edən fəaliyyətin motiv və məqsədləri insanların sosial varlığı ilə müəyən olunur. Idealizm isə bunu əsas götürür ki, fəaliyyət şüurlu prosesdir, insanlar əvvəlcədən öz fəaliyyətinin məqsəd və məzmununu təsəvvür edirlər.

Bu baxışların hər ikisində həqiqət payı vardır. Təsadüfı deyildir ki, idealist sosial fəlsəfə zəminində cəmiyyətin və ayrıca bir insanın müxtəlif həyat fəaliyyəti sahələrinə aid çox maraqlı fıkirlər irəli sürülmüşdür (məs. klassik alman fəlsəfəsi, Dürkheym, yenikantçılıq, müasir pozitivizm və sair). Sosial fəlsəfənin spesifıkliyi onun yerinə yetirdiyi funksiyalarda da üzə çıxır. Qeyd edək ki, sosial fəlsəfənin funksiyaları öz ifadə formalarına görə ümumilikdə fəlsəfənin yerinə yetirdiyi funksiyalar ilə çox yaxındır. Bununla belə onlar spesifık xüsusiyyətlərə malikdir. Sosial fəlsəfənin əsas funksiyaları aşaрıdakılardır: dünyagörüşü, nəzəri, metodoloji və proqnostik funksiyalar. Dunyagorusu funk onda ifadə olunur ki, sosial fəlsəfə insanlarda sosial aləm haqqmda, burada insanların maddi həyat şəraiti və şüuru haqqında, insanın cəmiyyətdə yeri və rolu, həyatın məqsədi və mənası haqqında bitkin elmi təsəvvürlər formalaşdırır.



Nəzəri funksiya o deməkdir ki, sosial fəlsəfə sosial hadisələrin və proseslərin dərinliklərini öyrənməyə imkan verir. Onların mahiyyətini nəzəriyyə səviyyəsində araşdırır. Metodoloji funksiya bunu göstərir ki, cəmiyyət həyatının bu və ya digər tərəflərini öyrənən ayrı-ayrı ictimai elmlər (tarix, hüquq, iqtisadiyyat, psixologiya və başqaları) öz tədqiqat obyektlərini təhlil edərkən sosial fəlsəfənin ümumi müddəalarına arxalanırlar. Nəhayət sosial fəlsəfə proqnozlaşdırıcı funksiya yerinə yetirir. Belə ki, onun işləyilə hazırladığı müddəalar cəmiyyətin gələcək inkişaf meyllərini, insanların fəaliyyətinin perspektiv nəticələrini irəlicədən görmək imkanı verir. Bu funksiyaya əsaslanmaqla ayrı-ayrı sosial hadisələrin və bütövlükdə cəmiyyətin gələcək inkişafını proqnozlaşdırmaq mümkün olur.

Yuxarıda göstərilən bütün funksiyalar bir-birilə sıx qarşılıqlı təsirdə çıxış edir.

Onların ayrılmaz vəhdəti sosial- fəlsəfi biliyin spesifikliyini və mahiyyətini bütöv şəkildə əks etdirir. Sosial fəlsəfə cəmiyyətdə baş verən proseslərinin məntiqi gedişini öyrənərkən aşağıdakı prinsiplərə əsaslanır: 1) sosial determinizm (sosial hadisələr arasında səbəb-nəticə və qanunauyğun əlaqələrin hərtərəfli nəzərə alınması); 2) tarixilik prinsipi (ictimai həyatı dəyişilmə və dinamikada götürmək); 3) varislik prinsipi (mühaftzəkar və novator tərəflərin ayırd edilməsi); 4) sosial ziddiyyətlərin aşkar edilməsi və onlara ictimai hadisə və proseslərin inkişaf mənbəyi kimi yanaşılması.

Sosial fəlsəfə ilə cəmiyyəti öyrənən digər elmlər bir-birilə sıx qarşılıqlı təsirdə fəaliyyət göstərirlər. Belə ki, sosial fəlsəfə ən yüksək səviyyədə ümumiləşdirmələr aparır və öz müddəalarını daha mücərrəd formada ifadə edir. O, cəmiyyətin ən ümumi inkişaf qanunauyğunluqlarmı və meyllərini öyrənir. Buna görə də o konkret ictimai elmlərə (iqtisadiyyat, sosiologiya, politologiya, tarix, hüquq, statistika və sair) münasibətdə ümumi metodologiya rolunu oynayır.

Sonra, sosial fəlsəfə cəmiyyətin inkişafının, bütöv-lükdə tarixi prosesin ümumi nəzəriyyəsi olduğu üçün ayrı-ayrı ictimai elrnlər öz konkret tədqiqat obyektlərinə dair konsepsiyalar işləyilə hazırlayarkən ona arxalanırlar. Deyilənlər sübut edir ki, sosial fəlsəfə konkret ictimai elmlər üçün mühüm əhəmiyyətə malikdir. Lakin nəzərdə tutulmalıdır ki, sosial fəlsəfə ilə həmin elmlərin əlaqələri birtərəfli deyildir. Başqa sözlə ayrı-ayrı ictimai elmlər də öz növbəsində sosial fəlsəfəyə güclü təsir göstərir, Bu onda ifadə olunur ki, sosial fəlsəfə həmin elmlərin əldə etdiyi konkret sahələrə dair elmi məlumatları ümumiləşdirir və buna əsaslanmaqla özü də inkişaf edir. Digər ictimai və humanitar fənlər ilə sosial fəlsəfənin ümumiliyi bundadır ki, o da insanların sosial dünyasmı öyrənir. Bu dünyaya dil, elm, hüquq, etika, əxlaq və davranışlar, əmək abtlərinin təkmilləşməsi səviyyəsi, insanlarm fəaliyyəti üsulları və təşkilatları daxildir. Lakin cəmiyyəti öyrənən konkret elmlər yuxarıda göstərilən tərəflərdən birini və ya bir neçəsini tədqiq etməkb məhdudlaşır. Sosial fəlsəfənin spesifikliyi bundadır ki, o cəmiyyəti bütöv bir tam kimi götürür, onun ümumnəzəri modelini yaradır.

Sosial fəlsəfənin ümumilikdə fəlsəfə ilə münasibəti təkcə ilə ümumi arasındakı münasibət kimidir. Başqa sözlə deyilsə sosial fəlsəfədə ümumi fəlsəfi müddəalar cəmiyyət həyatına münasibətdə, konkretləşmiş formada çıxış edir.

Sosial idrak, o cümlədən fəlsəfi səviyyədə, hər bir tarixi dövr mədəniyyətə xas olan məna və məzmunları xüsusi ideal obyekt şəklində öyrənir. Onların daxili münasibətlərini sistemləşdirir. Nəticədə yeni biliklər əməb gəlir ki, bu da insanın dünyanı qavraması və anlamasmda daha geniş imkanlar yaradır.

Sosial fəlsəfə iki, bir-biri ilə əlaqəli qütbləri birləşdirir: mədəniyyətin mövcud mənəvi strukturlarının rasional düşünülməsi və insan tərəfındən ətraf abmin yeni şəkildə mümkün dərkinin layihəляndirilməsi.

Sosial fəlsəfənin vəzifəsi təkcə insanların dünyagörüşünü öyrənməkля bitmir. Bu elm həm də onların dünyagörüşünün formalaşdırılmasında çox mühüm rol oynayır. Sosial fəlsəfə sistemləri biri digərini əvəz etdikcə, sosial varhq haqqındakı təsəvvürlər də dəyişilir, yeni ideyalar, prinsip və kateqoriyalar meydana gəlir, sosial elmlərin differensiyasiya və inteqrasiya prosesləri dərinləşir. Sosial fəlsəfənin obyekti sosial məkan və zamandırsa, onun subyekti insan və cəmiyyətdir, hər bir elm kimi onun da kateqorial aparatı subyekt və obyektin məzmunu ilə müəyyən edilir; tarixi-mədəni inkişafın hər mərhələsində dəyişir.

Sosial fəlsəfə bir elm kimi digər sosial elmlərin metodoloji əsasını təşkil edir. Daha sıx əlaqədə olduğu sosiologiya, tarix, mədəniyyətşünaslıq, sosial psixologiya, politologiya, iqtisadiyyat nəzəriyyəsi elmlərin inkişafı sosial fəlsəfəyə mühüm təsir göstərir. Burada qnoseoloji, sosioloji, aksioloji və praksioloji bölmələri göstərmək olar. Fəlsəfə tarixində, xüsusilə XX əsrdə sosial fəlsəfə və digər ictimai elmlərin qarşılıqlı təsirinə müxtəlif yanaşmalar olmuşdur. Tədqiqatçılar, xüsusi olaraq bu elmin inkişafında subyektiv amilin roluna daha çox diqqət yetirirlər. Məsələn, M.Veber özünün «Sosioloji və iqtisadi elmlərdə qiymətvermədən azadolmanm mahiyyəti» əsərində qiymətvermə dedikdə hər hansı bir hadisənin bəyənilməsi və ya pislənilməsini nəzərdə tuturdu. O bu məsələni araşdırarkən, bir neçə yanaşmanı müəyyən edir: a) məntiqi təhlilin qaydalanna tabe olan empirik problemləri - praktiki, etik mövqeni bildirən qiymətvermələrdən fərqləndirmək lazımdır (tədris prosesində hər ikisindən xəbər vermək); b) qiymətləndirmə, qiymətvermə mümkün qədər tədrisdən çıxarılmahdır. Veber sonuncu fıkir ilə razılaşır, buna bürokratik yanaşma deyir.

O göstərirdi ki, müəllim, öz intellektual vicdanının təbbinə görə, mühazirəsinin məntiqi dəlilləri və praktiki qiymətverməni bir-birindən fərqbndirməli və dinləyicilərə də bu şəkildə çatdırmalıdır. Onun fikrincə kafedra (kürsü) arxasında duran hər bir alimin öz şəxsi mövqeyini dinbyicilərə peşəkarlıq rəmzi kimi təqdim etməsi və onlara bunu zorla qəbul etdirməsi dözülməz haldır. Professor özşяxsi ideallarının təbliрi üçün başqa vasitələrdən (məsələn: mətbuatdan) istifadə edə bilər. Auditoriyada isə onun vəzifəsi; 1. Peşəsini sevmək, 2. Faktların təsdiqi və onların qiymətləndirilməsi proseslərini bir-birindən ayırmaq; 3. Hlrni problemi təhlil edərkən, öz zövqünün tələbatlarını cilovlamaqdır.

Veber bu təhlili yekunlaşdıraraq, belə bir qənaətə gəlir ki, hər bir tədqiqatçı iki zəruri problemi həll etməlidir: empirik faktların müəyyən edilməsi və özünəməxsus, şəxsi mövqenin formalaşdırılması. Şübhəsiz, bunu sosial fəlsəfəyə də aid etmək lazımdır. Sosioloji tədqiqat obyektlərində subyektiv amilin müəyyən dərəcədə nəzərə almmasını R.Aron da qeyd etmişdi. Subyektiv amil-insan fəaliyyətini müəyyən edən arzu, istək və mənafelərdən iləarətdir. Aronun fikrincə, sosial tədqiqatın başlıca vəzifəsi bu subyektiv faktorun açıqlanmasıdır. Özü də bu işdə təbiət elmlərinin metod və vasitələrindən istifadə edilməməlidir, çünki subyektiv amil - tarixi prosesin real subyekti şəklində çıxış edən insan fəaliyyətinin subyektiı meyl, etiqad, arzu və istəklərinin gerçəkləşməsidir.

R.Aronun fıkrincə, cəmiyyət və onun tarixinin öyrənilməsi elmi-tədqiqat, dərketmə sahəsi yox, mənəvi şüurun fəaliyyəti sahəsidir. O göstərirdi ki, tarix-subyektiv elmdir, çünki burada hadisələr «xalis hadisə» kimi yox, tarixçi tərəfındən yaradılmış, quraşdırılmış hadisələr kimi başa düşülür.

Z.Bauman (Böyük Ləritaniya) fəlsəfə və sosiologiyanın qarşılıqlı əlaqəsini çaym axarındakı iki burulрana oxşadır. Eyni materiya daim buradan keçir, burulрan yalnız vasitəçi rolunu oynayır. Müəyyən mənada bu iki ənənəvi cərəyanlar arasında ciddi sərhəd yoxdur və olmayıb da. Bunu Z.Bauman onda görürdü ki, hər iki elm hələ kifayət qədər öz daxilində inteqrasiya dövrünü keçməyilə. Həm sosiologiya, həm də fəlsəfənin daxilində parçalanma prosesi gedir. Bunun səbəbi münasibətlərin, nöqteyi-nəzərlərin, düşüncə tərzinin müxtəlifliyi (dövrdən-dövrə dəyişilməsi), həm də tədqiqatçıların mövqelərinin eyni olmamasıdır.

Z.Bauman fəlsəfi və sosioloji praktikada iki yanaşmanı qeyd edir: biri «qanunverici», digəri isə «interpretasiya edən» (yozan) yanaşmalardır. Kant qeyd edir ki, («Xalis ağılın tənqidi» əsərində), «filosof-konsepsiyalardan istifadə edən rəssam yox, insan ağlının işlətmək qaydalarını müəyyən edən qanunvericidir». Filosof əbədi dəyişilməz qanunlara uyğun əsaslandırılmış təbblərin təminaünı verə biləcək triləunanı yaratmahdır. Hər bir insanın şüurunda qanunverici hakimiyyət ideyası yaşayır, fılosof da bundan istifadə edərək, ağılın ali məqsədlərini müdafıə etməlidir.

Kant hesab edirdi ki, fəlsəfə qanunverici hakimiyyətin başında olmaрa məcburdur. Hamıya aid olan biliklər transsendental səviyyəyə qaldırılmalıdır. «Ağıl tələb edir ki, biliklərimiz mənasız və qarışıq qalmasm, dərketmə sistemli xarakter daşısın». Belə biliyi (rəy və inancdan fərqbnən) yalnız fılosof yarada bilər. Bu mənada metafızikanın özü insan ağlının mədəni təcəssümü olaraq, təfəkkürün ahəngdar kamilliyini yaratmahdır. Fəlsəfənin tutduрu ali vəzifə ona, ali nüfuz və mənanı təmin edir. o, öz vəzifəsini yerinə yetirərək, elmdə qayda-qanunu, ahəngdarlıрı, əmin-amanlıрı yaradır ki, nəticədə onun bəhrəsi ən ali mümkün məqsədə yönəldilsin - bu da bütün insanların səadətidir. Bu ifadədə Kant, ənənəyə sadiq olaraq (Platon, Sokrat və başqaları da filosofun vəzifəsini digər insanları qorumaq, onların qeydinə qalmaqda görürdülər) göstərirdi ki, bizim fılosofların vəzifəsi eb bir ali biliyə nail olmaqdır ki, hər bir kəs bu biliyi mənimsəsin və xoşbəxt olsun.

Dekart isə özünün «Ağılı idarə etmək qaydaları» əsərində yazırdı ki, həqiqət çoxlarına yox, bəzilərinə qismət olur. Filosofu ucaldan, kütbdən ayıran eb həqiqət biliyidir ki, o başqa cılız, xırda biliklərə qarşı onda immunitet yarada bilir. Filosofların vəzifəsi hakimlik etmək və ağılın qanunlarını yaymaqdır. Biz bunu etməsək insan nəsli heç vaxt xoşbəxt ola bilməz. Yalnız fılosof yalan və doрrunu, xeyir və şəri, haqqı və nahaqqı fərqbndirə bilər, yeganə hakim də odur.

Metafizika-kraliçadır, onun idarə üsulunda ehkamçılıq despotizmi yaransa da belə, başqa çıxış yolu yoxdur, insan cəmiyyəti yalnız bu yolla inkişaf edə bilər. Metafizikanın başlıca vəzifəsi-ağılı tənqid etməkdir. Z.Bauman qeyd edir ki, çox vaxt fılosofların bu mövqeyi rnövcud şərait, hakim dairələrə onların yaxınlıрı ilə izah olunur. Sonrakı dövrdə, XIX-XX əsrlərdə, fəlsəfə məhz belə ideyaların təsiri altında formalaşmışdır. R.Rorti, Z.Bauman hesab edirlər ki, eb fəlsəfənin özü əslində müasir, yaranmaqda olan dövbtin siyasətinin əsasını təşkil edir.

Z.Bauman, Marks və Engelsin də mövqelərinə müraciət edir. Marks və Engels yazırdılar ki, «dövbt və sosial struktur daim konkret fərdlərin həyatı proseslərindən əməb gəlir; bu zaman fərdlər başqalarının və özünün təsəvvüründə olduğu kimi götürülür, nəticədə siyasi praktikada, ictimai rəy və arzuların» yanlış şüurun ifadəsi» kimi qiymətləndirilməsinə, iyerarxiyadan (strukturdan) kənarda olan hər bir ifadəyə son qoyulur. Dürkheym isə təляb edirdi ki, «sosioloqun beyni, yeni bir elm sahəsini öyrənən fızik, kimyaçı və fizioloqun beyninə oxşasın». Sosioloq «sosial aləmə müdaxilə edəndə, başa düşməlidir ki, naməlum sahəyə daxil olur. O duymalıdır ki, öyrəndiyi faktlar haqqmdakı qanunlar həyatın digər sahələrdəki qanunlar qədər gizli və naməlumdur». Dürkheym qeyd edirdi ki, biz hər hansı bir hərəkətimizin həqiqi təbiəti haqqmda çox səthi və müəmmalı bir təsəvvürə malikik. Onun fıkrincə sosioloji praktikanın elmliyini təmin etmək üçün qeyri tədqiqatlarda peşəkar fıkirlər və rəylərə yer verilməməlidir; peşəkarlıq nüfuzunu yüksək saxlamaq lazımdır; həqiqət haqqmda yalnız peşəkar danışa bilər. M.Veber də, sosioloqun mövqeyini müdafıə edərək, qeyri-peşəkar biliyin dəyərini çox aşaрı qiymətləndirirdi. O, rasional fəaliyyətin xalis tipinin quraşdırılması prosedurasını sosioloqun vəzifəsi kimi qeyd edirdi.

Bauman sosioloji və fəlsəfi biliyin formalaşmasında başqa təmayülü-interpretasiya edən ağılın strategiyasından da yazır. Bu mövqenin nümayəndələri belə bir fikri qəbul edirlər ki, hər hansı bir obyektin tədqiqi bu obyektin dəyişilməsinə səbəb olsa da, yadda saxlamaq lazımdır ki, onun ilkin forması heç də köhnəlməyilə, yaşamaq hüququnu itirməyilə. Qanunverici yanaşma monoloqa bənzəyirsə, belə yanaşma dialoqa bənzəyir. Bu cərəyanın strategiyasını işləyilə hazırlayanlar - Freyd, Haydegger, Vitgenşteyn, Qadamer, Rikkert və Derrida olublar, davamçısı isə Riçard Rortidir. Burada ən çox gözə çarpan ənənə hermenevtikadır. Hermenevtika əvvəldən axıradək interpretasiya ilə bağlıdır, lakin sonuncu onunla bitmir.

Vilhelm Dilteyin, daha sonra Hans Qadamerin təsiri altında Şleyermaher öz qarşısına anlama, başa düşmə prosesini, öyrənmə və müəyyənetmə məqsədini qoymuşdu. O, düzgün başa düşməmək təhlükəsini aradan qaldırmaq yollannı öyrədirdi.

Diltey hesab edirdi ki, öyrənilən dövr, zaman interpretatordan (yozan) nə qədər uzaq olsa, bir o qədər onun məqsədinə nail olmaq imkanını artırır. Klod Levi-Stros bu ideyanı bəyənilə, daha da inkişaf etdirilə («mədəni distansiya», fasilə haqqında fıkirləri) Diltey interpretasiyanı tarixi qanun şəklində başa düşürdü: insan cəmiyyəti, yaşamaрın universal şəraitini yaratmaqla, mədəni inteqrasiyanı artırdıqca, interpretasiyanın dərketmə imkanları da çoxalır. Diltey hesab edir ki, fəlsəfə və incəsənət sivilizasiyasının ali nöqtələri olduqları üçün, interpretasiya aparmaрa qadirdirlər. Beləlikb, Diltey ömrünün sonunda qanunvericilik ambisiyalarını tam tənqid və inkar etməyə hazır idi

Qadamer bu işi davam etdirərək, «Həqiqət və metod» əsərində yazırdı ki, mətnin və ya sənət nümunəsinin həqiqi mənası heç vaxt axıra qədər açıqlana bilməz». Hermenevtika mütəxəssisləri anlama proseduralarını yox, anlama prosesinin şəraitini öyrənməlidirlər. Beləlikb, o həm peşəkar, həm də qeyri-peşəkar anlamaya bərabər hüquq verirdi. Interpretasiya metodunun tərəfdarlarınm sayı ildən-ilə artır. Bauman qeyd edir ki, Rolan Bart Nitsşeyə məxsus olan ifadəni «həqiqət-köhnə metaforların ekstraktıdır» - öz nəzəriyyəsinin prinsipinə çevirdi. «Mətn toxunulmuş parçadır. Bizi maraqlandıran isə onun nə olduğu yox, bu mətnin yaranması, parçanın toxunulması prosedurasıdır».

Jak Derrida isə belə qənaətə gəlir ki, tədqiqat «mətnlər arasında fasiləsiz gedən bir söhbətdir, burada ümumi bir nəticəyə gəlmək perspektivi yoxdur». Derridanın fəlsəfəsi təsadüfi dünya, təsadüfi bilik fəlsəfəsidir: bilik və dünya arasında sərhəd qeyri-müəyyən, arzuolunmazdır. Burada subyekt və obyekt, xarici və daxili, məna və mənasızlıq arasında bütün fərqlər itir. Ən başlıcası isə mətn və onun interpretasiyası arasında sərhəd götürülür. Interpretasiya mətnin davamıdır, o, mətndə əriyilə yox olur, sonsuz və çoxmənalıdır. Şüur mətni bərpa, təslim etməyə, saxlamaрa çalışır; nəticədə dünyanı genişləndirmək əvəzinə məhdudlaşdırır və qapayır. Interpretasiya tamamlana, qurtara bilməz. Bilik müxtəlifliyi artırır, nəticədə insan dünyanın plyuralist mənzərəsi ilə barışır, onun ambivalentliyini, insan mövcudluğunun təsadüfıliyini qəbul edir. Belə yanaşma biliyin ən səciyyəvi xassəsinə çevrilir. Rorti hesab edirdi ki, bu yolla fəlsəfə tədricən inkar edilir (Bauman dəqiqləşdirir ki, söhbət qanunverici prinsipb formalaşan fəlsəfədən gedir). Sosiologiya da hər iki istiqamətdə (qanunverici və interpretasiya) inkişaf edir. Baumanın fıkrincə, sosiologiya əslində gündəlik həyatı sistemli şəkildə izah etməli, bununla da həyat haqqmdakı bilikləri artırmalı, bu yol ilə həyata müdaxilə etməlidir.

Fəlsəfə və sosiologiyanın qarşılıqlı əlaqəsi haqqında E.Dürkheymin də maraqlı ideyaları olub (Bauman öz əsərində bunlardan bəzilərini qeyd edilə).

Dürkheym müxtəlif tədqiqatçıların ideyalarını birləşdirərək, yeni müddəalar irəli sürdü. O, Kont və Spenserin qeyri-ardıcıllıрını, metafızikliyini tənqid edərək, Dekartın rasionalizmini qəbul etdi. Lakin Dürkheym öz fəlsəfi baxışlarını sistemli, ardıcıl şəkildə formalaşdırmadı, bununla belə fəlsəfə və sosiologiya haqqmda onun çox dəyərli fikirləri vardır. Məsələn, sosiologiyanın fəlsəfi əsasına o, təbiət və cəmiyyətin bütövlüyü, təbii və ictimai qanunauyğunluqların təbii xarakteri, təbiət və cəmiyyətin fərqli cəhətləri, təbii və ictimai hadisələrin dərkedilməsi xüsusiyyətləri, determinizmi, sosial hadisənin bütöv şəkildə öyrənilməsi və sair prinsipləri daxil edirdi.

Sosiologiya və fəlsəfənin nisbəti belədir: sosiologiya-müxtəlif ictimai hadisələrin izahı üçün bir əsasdır; onun metodları sosial hadisə və faktları öyrənmək üçün istifadə oluna bilər. Sosiologiya bu zaman özünəməxsus metodlara istinad edir. O fəlsəfə üçün müxtəlif ümumi faktları toplayır. Eb ümumi problemlər var ki, bunları həm fəlsəfə, həm də sosiologiya öyrənir: şüur, varlıq, azadlıq, fəaliyyət, ictimai varlıq və ictimai şüur; mürəkkəb ictimai fenomenlərə bütöv yanaşma (cəmiyyət, qrup, şəxsiyyət və s.)-

Sosiologiya fəlsəfə üçün konkret materialı toplayırsa, fəlsəfə, sosologiya üçün vacib olan ümumi anlayışları, qnoseoloji və məntiqi kateqoriyaları işləyilə hazırlayır. Dürkheym sosiologiyanın obyektinin sosial faktlar olduğunu qeyd edilə; Onun metodu isə - bu faktların predmetli şəkildə öyrənilməsidir.

Sosial fəlsəfənin obyekti sosial məkan və zamandırsa, onun subyekti insan və cəmiyyətdir, hər bir elm kimi onun da kateqorial aparatı subyekt və obyektin məzmunu ilə müəyyən edilir; tarixi-mədəni inkişafın hər mərhələsində dəyişir.

Sosial fəlsəfə bir elm kimi digər sosial elmlərin metodoloji əsasını təşkil edir. Daha sıx əlaqədə olduğu sosiologiya, tarix, mədəniyyətşünaslıq, sosial psixologiya, politologiya, iqtisadiyyat nəzəriyyəsi elmlərin inkişafı sosial fəlsəfəyə mühüm təsir göstərir. Cəmiyyətin inkişafı gedişində yeninin köhnə üzərində qələbəsi, imkanın gerçəkliyə çevrilməsi üçün təkcə obyektiv şəraitin olması kifayət deyildir. Tarixi prosesdə subyektiv amil də çox mühüm rol oynayır. Belə ki, ictimai həyatda vaxtı çatmış vəzifələrin həlli, həmin vəzifələrin kütblər tərəfindən necə başa düşülməsindən, onların şüurluluq və mütəşəkkilliyi səviyyəsindən, əzmkarlıрı və iradəsindən çox asılıdır.

Qeyd olunmalıdır ki, təbiətdə hər şey (səma cisimlərindən tutmuş bitki və heyvanlara qədər) kortəbii baş verir. Hətta yüksək səviyyədə təşkil olunmuş bioloji növlər belə ətraf mühitə uyğunlaşmaqla məhdudlaşırlar. Yalnız insanlar təbiətə fəal dəyişdirici təsir göstərir, onu öz tələbatlarına uyğunlaşdırırlar. Deməli təbiətin tarixi özü yaranır, cəmiyyətin tarixini isə insanlar yaradırlar.

Zahirən təsadüflər yıрımı kimi görünən cəmiyyət həyatı özünün bütün zənginliyi və dolрunluрu ilə sahmanh sistemdir. Bu sistemin mövcudluğu və inkişafı müəyyən qanunauyğunluqlar üzrə baş verir. Vaxtilə Engels obrazlı şəkildə demişdi ki, dünya tarixi eb bir böyük şairədir ki, o gözəlliyini və eybəcərliyini, faciəvini və komiki qanunauyğun surətdə yaradır.

Insanların hərəkətləri müəyyən məqsədə nail olmaрa yönəlir, onların tələbatlarını ödəməyə xidmət edir. Cəmiyyət miqyasında götürdükdə ayrı-ayrı fərdlərin hərəkətləri kütblərin, sosial qrupların, partiyaların və hakimiyyətlərin ümumi axınına qovuşur. Bu ümumi axında yenilikb köhnəliyin, mütərəqqi ilə mürtəcenin, doрru ilə yalan ideyaların mübarizəsi baş verir. Ictimai həyatda həm də müxtəlif fərdi və qrup mənafeləri, sinfi, milli və dövbtlərarası mənafelər daim toqquşmaqda davam edir.

Müxtəlif qəbildən olan ehtiraslar və hisslər (xeyir, şər, qəzəb, nifrət, sevgi və sair) coşub-daşır. Bütün bu rəngarəngliyə və çoxtərəfliyə baxmayaraq cəmiyyət həyatı qanunauyğun proses kimi cərəyan edir. Lakin tarixi qanunauyğunluq insanların şüurlu fəaliyyətindən kənarda deyil, onunla sıx əlaqədə özünü göstərir. Əlbəttə, bu ictimai qanunların obyektiv xarakterini, yəni insanların şüur və iradəsindən asılı olmadıрını inkar etmir. Beləlikb, ictimai qanunlar insanlann cəmiyyətdə fəaliyyəti nəticəsində yaranır. Lakin qanunlar yarandıqdan sonra insanların fəaliyyəti onlara tabe olur. Insanlar bu qanunlara fərdidən yüksəkdə duran mahiyyət kimi baxırlar. Ictimai inkişaf qanunlan dedikdə cəmiyyətdəki hadisələr arasında obyek-tiv, mühüm, zəruri təkrarlanan əlaqələr başa düşülür. Onlar sosial inkişafın əsas istiqamətlərini səciyyəbndirirlər. Belə qanunlara misal olaraq aşaрıdakıları göstərmək olar: maddi və mənəvi nemətlərin çoxalması ilə tələbatların artması qanunu, istehsal ilə tələbatların dialektik vəhdəti qanunu, tarixi tərəqqi gedişində subyektiv amilin rolunun artması qanunu və sair. Ictimai qanunlar təbiət qanunları ilə müəyyən ümumi və fərqli cəhətlərə malikdir. Əvvəlcə ümumi əlamətləri qeyd edək. Həm təbiət qanunları, həm də cəmiyyət qanunları obyektiv xarakter daşıyır, yəni insanların şüur və iradəsindən asılı olmayaraq mövcuddur. Obyektivlik həm də bunda təzahür edir ki, hər iki növ qanunlar insanların onları dərk edilə-etməməsindən asılı olmayaraq fəaliyyət göstərir. Lakin insanlar qanunları öyrənmək əsasında öz fəaliyyətində onlardan şüurlu və məqsədyönlü istifadə edə bilirlər.



Bu ümumi cəhətləri ilə yanaşı təbiət və cəmiyyət qanunları arasında müəyyən fərqlər də vardır. Hər şeydən əvvəl cəmiyyət qanunları qarşılarına müəyyən məqsəd qoyan və onlan şüurlu surətdə həyata keçirməyə çalışan insanların fəaliyyəti vasitəsilə təzahür edir. Təbiət qanunları isə bundan fərqli olaraq təbiətdəki kortəbii qüvvələr arasından özünə yol açmaqla fəaliyyət göstərir. Sonuncu qəbildən olan qanunlar insanlarm şüur, istək və arzularından və iradəsindən tam kənarda mövcud olur.


Yüklə 273 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin