1.Sosialogiya cəmiyyət haqqında elmdir.
Sosialogiya tarixən müəyyən sosial sistemlərin fəaliyyətinin və inkişafının sosial qanunauyğunluqları , habelə həmin qanunauyğunluqların şəxsiyyətlərin , sosial qrupların,siniflərin xalqların fəaliyyətində təzahür formaları v mexnizmləri haqqında elmdir. Sosialogiya sösünün mənası sositos (cəmiyyət) loqos ( elm) deməkdir. Tərif: Sosialogiya cəmiyyətin yaranması və təkamülü haqqında elmdir, o sosial davranışı , insan qruplarını, bu qrupların bir-birinə təsirini və onların fəaliyyəti ilə bağlı olan proses və təsisatları , cəmiyyətdə mövcud olan adət-ənənələri, dəyərləri sistematik şəkildə öyrənir.
2.Sosialogiya elminin meydana gəlməsi və inkişafı
Sosialogiya termini ilk dəfə 1824-cü ildə elmə daxil edilmişdir.Sosialogiya latınca sosiatas-cəmiyyət , logos- söz təlin deməkdir.Lakin sosiatas sözünün kökü yoldaşlıq mənası verir.Banisi fransız alimi Ogyust Kont hesab olunur.
3.Sosialogiyanın predmenti
Sosialogiyanın predmenti insanlar arasındakı qarşılıqlı mənəvi münasibətləri habelə cəmiyətin ideal və texniki üsulları formalarını təşkil edir. Müasir cəmiyyətin inkişafı qanuna uyğunluqlarını və ənənələrini tədqiqi təsir edir. Bu predmentdir.
4.Nəzəri və tədqiqi sosialogiya
Nəzəri sosialogiya sosial prseslərin qanunauyğunluqların aşkara çıxarır. Nəzəri sosialogiyada, sosial gerçəklər haqqında biliklərin formalaşması, sosial inkişaf proseslərinin izahı və dərk olunması , sosial tədqiqatların metodologiyasının və metodlarının işlənib hazırlanması ilə bağlı olan elmi problemləri ortaya çıxarır.Tətbiqi sosialogiya konkret şəkildə mütərəqqi sosial dəyişmələrin həyata keçirilməsinə istiqamətlənmiş , elmi cəhətdən kifayət qədər əsaslandırılmış proqnozları işləyib hazırlayır. Tətbiqi sosialogiyanın kökləri Aleksis de Dokvilinin , Emil Dürkeyimin , Alboun Budberin əsərlərinə gedib çıxır.
5. Sosialogiyanın funksiyaları
4 funksiya var.
İdrak , İdeoloji , Praktik , Metodoloji
Başqa elm sahələrində olduğu kimi sosialogiya elmi də bir sıra funksiyaları yerinə yetirir. İdrak funksiyası. Sosiologiya sosial inkişaf proseslərinin mənbələrini və mexanizmlərini aşkara çıxarmaqla bütövlükdə cəmiyyətin, habelə onun ayn-ayn sahələrinin, tərəflərinin gələcək dəyişmə və təkamül perspektivlərini dərk etmək üçün ilkin şərtlər yaradır. Praktik funksiya.. Bu funksiya özündə qabaqgörənlik məqamını əks etdirən elmi idrakın öz təbiətindən doğur. ideoloji funksiya. Sosiologiya kütlələrin ideya tərbiyəsi, qeyri-elmi baxışlarla mübarizə vəzifələrini də yerinə yetirir. Metodoloji funksiya. Sosial sistemlərin fəaliyyəti və inkişafinm ümumi qanunauyğunluqlanm aşkara çıxaran nəzəriyyələr daha geniş tətbiq imkanlanna malikdir.
6 Sosial qanunların mahiyyəti və təsnifatı sosialogiyanın kateqoriyaları.
Sosial qanunlar sosial hadisələrin , proseslərin mühim zəruri və ümumi əlaqəlıri ifadə edir, fərdlərin , qrupların , birliklərin fəaliyyətində təzahür edir. İnsanlar bu qanunları dərk edərək öz fəaliyyət şərtlərini dəyişdirir. Sosial qanunlar 2 qrupa bölünür.
Bütövlükdə sosial sferanın inkişafını xarakterizə edən qanunlar
Sosial sferanın ayrı-ayrı ünsürlərinin inkişafını xarakterizə edən qanunlar
Sosiologiyanın ən mühüm kateqoriyaları sırasına bunları aid etmək olar: «sosial», «sosial struktur», «sosial münasibətlər», «sosial təsisatlar», «sosial qanunlar»
7.Sosial-siyasi və humanitar elmlər sisteminin sosialogiyasının yeri
Sosiologiyanın politologiya ib qarşılıqlı əlaqələri getdikcə inkişaf edir. Çox aspektli sosioloji todqiqatlann aparılması, ictimai rəyin öyrənilməsi, zəngin empirik materialın toplanılması və i.a. bu əlaqələrin dərinləşməsində böyük rol oynayır. Sosiologiyanın və politologiyanın qarşılıqlı əlaqəsini qeyd edərkən unutmaq olmaz ki, onlarm siyasətə yanaşması bir-birindən fərqlənir; politologiya başlıca diqqəti siyasi proseslər üzərində, sosiologiya isə siyasətin iştirakçısı olan insan qruplarının fəaliyyəti üzərində cəmləşdirir
Sosial fəlsəfədən sosiologiyaya doğru inkişaf yolu bunu əyani surətdə sübut edir. Fəlsəfə həm varlığın (təbiətin və cəmiyyətin), həm də tofəkkürün, idrak prosesinin tabe olduğu ən ümumi qanunlan tədqiq etdiyindən sosioloji bilik sahələri ilə qırılmaz surətdə bağlıdır.
. Hüquq elmi (hüquqşünaslıq) da sosiologiyaya yaxın elmlərdən biridir. Bu elm xüsusi sosial normalardan ibarət olan hüququ, bütövlükdə dövlətin və cəmiyyətin siyasi sisteminin təşkilini və fəaliyyətinin hüquqi formalarını öyrəndiyindən sosial münasibətlərin təkmilləşməsində, sosial proseslərin idarə olunmasında böyük məna kəsb edir.
Sosiologiyanın tarixlə ən sıx və dərin əlaqəsi hamı tərəflndən etiraf olunur. Tarixlə sosiologiyanın fərqli cəhətləri : Belə ki, tarix artıq baş vermiş sosial prosesi, sosiologiya isə davam etməkdə olan sosial prosesi izah edir.
8. Cəmiyyət bütöv bir sistemdir.
Cəmiyyət insanların sadəcə məcmusu deyildir, fərdlərin özünəməxsusluğunu və əlaqələrini nəzərə almayan mücərrəd bütövlük də deyildir. Lakin geniş mənasında cəmiyətt təbiətin bir hissəsidir.”Sistem” termi hələ qədim yunanıstanda 17-ci və 18-ci əsrlərə elmi dövrüyəyə daha geniş daxl olmuşdur.
9.Cəmiyyətin strukturu , sosial sistem kimi inkişafı
Struktur sözünün mənası latınca “strue” sözündən olub , qurmaq birləşdirmək deməkdir. Amerika sosialoqu E.Şilz onun fikrinc 3 başlıca ünsürdən ibarət makro struktur var: a) sosial birlik b) sosial təşkilat c) mədəniyyət
Ən əhəmiyyətli birlik sırasına bunları aid etmək olar: sosial ərazi birikləri, sosial demoqrafik birliklər, sosial etnik birliklər, sosial əmək birlikləri.
Tolkot Parsonsun fikrincə cəmiyyət insanlar arasındakı münasibətlər sistemidir. Həmin münasibətlər isə normalar və dəyərlərlə əlaqədardır.
10.Cəmiyyətin əlamətləri
1) Cəmiyyətin birinci əlaməti ərazinin olmasıdır. Sosial strukturun yəni davamlı əlaqələrin olması cəmiyyətin ikinci əlamətidir . 3) Onun öz yetərliliyi 4)Mədəniyyətin ümumiliyi böyük inteqrasiyaedici qüvvədir.
11.Cəmiyyətin tipologiyyası
Cəmiyyətlərin tipologiyasında əsas istiqamətlərdən biri dövlət hakimiyyəti formalannm ön plana çəkilməsidir. Bu baxımdan totalitar (dövlət sosial həyatın əsas istiqamətlərini müəyyən edir), demokratik (əhali dövlət strukturlanna təsir göstərmək imkanına malikdir) və avtoritar (totalitarizm və demokratiya ünsürləri əlaqələndirilir) cəmiyyətləri ayırd edirlər.Müasir sosiologiyada ənənəvi, industrial, postindustrial cəmiyyətlər kimi fərqləndirmə daha davamlı tipologiya hesab oluna bilər.
12. Şəxsiyyət sosial sistemdir . Şəxsiyyət anlayışı.
“Şəxsiyyət” anlayışı biososial varlıq olan insanın ancaq sosial tərəfini ifadə edir.İnsan sadəcə sosial sistemin ünsürü deyildir; o həm də mürəkkəb struktura malik olan sistemdir. Şəxsiyyət müstəqil struktura malik olan sistemdir.
13. Şəxsiyyətin sosiallaşması və onun mərhələləri
Şəxsiyyətin sosiallaşması fərdin cəmiyyətə, müxtəlif tipli sosial birliklərə inteqrasiyası prosesidir. . Şəxsiyyətin sosiallaşmasmda iki mərhələni ayırd etmək olar: 1) sosial adaptasiya; 2) interiorizasiya.
Dostları ilə paylaş: |