1. Sosialogiya cəmiyyət haqqında elmdir



Yüklə 15,23 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü15,23 Kb.
#46588
1   2
sosialogiya

Sosial adaptasiya fərdin sosial-iqtisadi şəraitə, rol funksiyalarına, cəmiyyətin həyat fəaliyyətinin müxtəlif səviyyələrində təşəkkül tapan sosial normalara, sosial qruplara və sosial təşkilatlara, sosial təsisatlara uyğunlaşması kimi izah edilə bilər. İnteriorizasiya sosial normaların və sərvətlərin insanın daxili aləminə qoşulması prosesidir.

14. Şəxsiyyətin sosial fəaliyyət mexanizmləri

Şəxsiyyətin sosial fəaliyyətinin, sosial davranışının şərtlənməsində obyektiv həyat şəraiti həlledici məna kəsb edir. Bu şərait müəyyən tələbatlar və mənafelər doğurur. Şəxsiyyətin mənafeyi bu və ya digər tələbatı ödəmək imkanından asılı olaraq, onun fəaliyyət istiqaməti kimi başa düşülə bilər.

Sosiologiyada mənafelərin dörd tipini ayırd edirlər: 1. Mənafe-münasibət (müəyyən obyektə marağın şifahi şəkildə bəyan edilməsi); 2. Mənafe-fəaliyyət (müəyyən fəaliyyət növündə iştirak etməklə mənafeyin praktik təzahürü); 3. Mənafe-nstanovka (uzunmüddətli qarşılıqlı fəaliyyət prosesində təşəkkül tapır, müxtəlif vəziyyətlərdə öz istiqamətini saxlayır); 4. Mənafe-yönüm (müxtəlif mənafelər arasında birinin başlıca mənafe kimi ayırd edilməsi).

15. Şəxsiyyətin deviant davranışı

Deviant (kənara çıxan) davranış spesifik sosial hadisədir. Müxtəlif əlamətlərə görə aşağıdakı kimi qruplaşma aparmaq olar:

a) deviasiyalann səviyyəsinə görə: 1) ilkin deviasiya; 2) ikinci deviasiya.

b) əhatə dairəsinə görə: 1) kənara çıxan davranışm fərdi forması; 2) kənara çıxan davranışm kollektiv forması.

c) insanlann həyat fəaliyyəti sferalanna görə:

1) istehsal-əmək sferasında - iqtisadi oğurluqlar, qənimətçilik, təsərrüfatsızhq və s.;

2) bölgü sferasında - cəmiyyətdən çox qopartmağa çalışmaq, rüşvətxorluq, sosial parazitizm;

3) siyasi həyat sferasında - karyerizm, bürokratizm, siyasi naşılıq, millətçilik, ekstremizm.

4) məişət və həyat tərzi sferasında - dilənçilik, sərxoşluq, istehlakçılıq, ailə borcuna laqeyd münasibət.

5) mənəvi həyat sferasında - mədəniyyətsizlik, meşşanlıq və s.

6) ünsiyyət sferasında - insanlara laqeyd münasibət, kobudluq, böhtançılıq, vicdansızhq, xudbinlik

16. Sosial struktur anlayışı

Müasir şəraitdə sosial strukturun sosioloji baxımdan öyrənilməsi xüsusi aktuallıq kəsb edir. Sosial struktur hər şeydən əvvəl, ictimai münasibətlərin inkişafının, onun yetkinlik dərəcəsinin ən mühüm göstəricisidir. Struktur latınca structura - quruluş, yerləşmə, qayda deməkdir. Tərif: Sosial struktur bütövlükdə cəmiyyətin qurulması ,onun əsas elementləri arasında əlaqələr sistemidir.

17. M. Veberin nəzəriyyəsi

Bu nəzəriyyəyə görə, sosial struktur elə bir çoxölçülü sistemdir ki, burada siniflər və onlan törədən mülkiyyət münasibətləri ilə yanaşı sosial status və hakimiyyət də mühüm yer tutur. Bu modeldə aşağıdakı fərqlər əsas götürülür: 1) iqtisadi; 2) iqtisadi-siyasi; 3) sosial-psixoloji.

18. Struktur-funksional təhlil (T. Parsons, R. Merton, E. Şilz və b.)

T. Parsonsun fikrincə, sosial struktur fərdlərin sosial davranış normalan, sosial mövqeləri və yerinə yetirdikləri sosial rollan ilə şərtlənən qarşılıqlı təsirinin nəticəsidir.

R. Merton sosial strukturu cəmiyyətin əsası kimi götürür. O, aşağıdakı struktur növləri irəli sürür: a) böyük əhəmiyyət kəsb edən normativ-mədəni struktur; b) ehtimal olunan struktur. ». Mertona görə, «funksiyalar və disfunksiyalar, yəni ümumi orqanizmin qorunub saxlanılmasına verdikləri töhfə baxımından nəzərdə tutulan həyati və yaxud üzvi proseslər» cəmiyyətdə aparıcı rol oynayır.

19. P. Sorokinin «qarşılıqlı təsir» nəzəriyyəsi

P. Sorokinin fikrincə, sosial strukturun əsasında fərdlərin qarşılıqlı təsiri durur. Bu, cəmiyyəti strategiyalara (təbəqələrə) ayırmağın apancı meyannı təşkil edir.

20. Sosial strukturun əsas tərkib hissələri

Cəmiyyətin sosial strukturunda bir neçə səviyyəni ayırmaq olar. Birinci səviyyə özündə sinifləri ehtiva edir. İkinci səviyyəyə siniflərə yaxın olan, lakin onlarm bütün əlamətlərinə malik olmayan sosial qruplar, mütəxəssis olmayan qulluqçular, eləcə də sosial təbəqələr daxil edilir.Sosial strukturun üçüneü səviyyəsi özündə yalnız sosial-sinfi strukturun elementlərini yox, həm də şəhər və kənd əhalisini, zehni və fiziki əmək sahəsində çalışan sosial qruplan ehtiva edir. Siniflər sosial strukturun mühüm elementlərindən biridir.



21. Müasir şəraitdə Azərbaycan Respublikasında sosial strukturun başlıca inkişaf meylləri

Elmi sosioloji ədəbiyyatda XX əsrin 90-eı illərinə kimi keçmiş sovet məkanına daxil olan respublikaların sosial stmktumnun fəhlə sinfindən, kolxozçu kəndlilərdən və ziyalılardan ibarət olduğu göstərilirdi. Bütün respublikalarda fəhlə sinfinin əhalinin əksəriyyətini təşkil etdiyi elan olunurdu.Cəmiyyətimizin yaşadığı indiki keçid dövründə sosial stmktur keyfiyyətcə yeni məzmun kəsb edir.Bir sözlə, totalitar rejimin qalıqlannm aradan qaldırılması və demokratik cəmiyyətin inkişafi prosesi sürətləndikcə sosial struktur daha çox açıq xarakter alır, sosial mobillik və mütəhərriklik güclənir.
Yüklə 15,23 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin