İnformasiyanın kodlaşdırılması İsayev UrhastrreplN



Yüklə 16,33 Kb.
səhifə1/3
tarix27.09.2023
ölçüsü16,33 Kb.
#149521
  1   2   3
İnformasiyanın kodlaşdırılması


İnformasiyanın kodlaşdırılması

İsayev Urhan

P L A N

  1. Kompüterin əsas və əlavə tərkib hissələri, Yaddaşın növləri, yaddaş qurğuları. Mövqeli və mövqesiz say sistemləri

  2. Kompüterin struktur sxemi və tərkibi

  3. Kompüterin giriş-çıxış qurğuları


Kompüterin əsas və əlavə tərkib hissələri. Yaddaşın növləri, yaddaş qurğuları. Mövqeli və mövqesiz say sistemləri
Say sistemləri mövqeli və mövqesiz olur. Əgər ədəddə olan rəqəmin mövqeyini dəyişdikdə onun qiyməti dəyişirsə, bu ədəd mövqeli say sisteminə aiddir. Məsələn, gündəlik həyatda istifadə olunan onluq say sistemində 125 ədədinin 2 rəqəmi 2 onluq (iyirmi) deməkdir. 2 və 5 rəqəmlərinin yerini dəyişsək (152), 2 rəqəmi 2 təklik olacaq.
Əgər ədəddə olan rəqəmin mövqeyini dəyişdikdə onun qiyməti dəyişmirsə, bu ədəd mövqesiz say sisteminə aiddir. Məsələn, rum rəqəmlərindən düzəldilmiş IV (dörd) ədədində I və V rəqəmlərinin yerini dəyişsək (VI – altı), onların qiyməti dəyişməyəcək. Birinci halda I rəqəmi V-dən çıxılır, ikinci halda isə I rəqəmi V-ə əlavə olunur.
Kompüterlərdə ikilik say sistemindən istifadə edirlər. Bu say sistemi mövqeli say sistemidir və iki rəqəmdən – «0» və «1» -dən ibarətdir. İstənilən məlumat bu iki rəqəmin köməyi ilə kodlaşdırılıb kompüterin əməli və xarici yaddaş qurğusunda yerləşdirilə bilər.
Kompüterlərdə yaddaşın həcmini ölçmək üçün «bit»-dən (binary digit-bit) istifadə edirlər. Bit ən kiçik informasiya vahididir. Bir bit – bir mövqe deməkdir.
Müasir fərdi kompüterlərdə əməli yaddaş qurğusu 16 GB, xarici yaddaş qurğusu 1 TB həcmə qədər olur. Fərdi kompüterlərin istehsalı ilə əsasən iki kompaniya: IBM və Apple məşğul olur. Bu firmaların kompüterlərində əməliyyat sistemləri köklü surətdə bir-birlərindən fərqlənir. Apple firmasının istehsal etdiyi fərdi kompüterlərdən əsasən ABŞ-ın daxili bazarında geniş istifadə olunur. IBM firmasının istehsal etdiyi fərdi kompüterlərdən isə ən çox Afrika və Asiya qitəsinin ölkələrində istifadə olunur.



Yüklə 16,33 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin