Mikrofon – səsin elektrik siqnalına çevrilməsinə təmin edən giriş qurğusudur. Mikrofonun köməyi ilə audio məlumat kompüterə daxil edilir.
Web-kamera – video informasiyanı kompüterə daxil edən giriş qurğusudur.
Qrafiki planşet (digitizer) – əllə çəkilən şəkilləri, sxemləri, imzaları, xəritələri birbaşa kompüterə daxil edən giriş qurğusudur. Qurğu qrafiki planşetdən və qələmdən ibarətdir.
TV-tüner – müxtəlif formatlı (PAL, SECAM, NTSC) televiziya verilişlərini qəbul edib, monitorda göstərilməsini təmin edən giriş qurğusudur.
Skaner – fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn , şəkil və qrafik məlumatları kompüterə daxil etmək üçündür. Skaner məlumatı qrafiki formada oxuyur və maşının yaddaşına daxil edir. Daha sonra lazımi qrafiki redaktor proqramlarının köməyi ilə onu ikilik koda çevirərək disklərə və ya çap qurğusuna ötürülməsini təmin edir. Skaner fərdi kompüterə USB portu vasitəsi ilə qoşulur.
Fərdi kompüterin çıxış qurğularına misal olaraq, monitoru, printeri, səs gücləndiricini, grafikçəkəni, strimmeri və s. göstərmək olar.
Monitor çıxış qurğusu olub kompüterə daxil olan məlumatlara və alınmış nəticələrə nəzarət etmək üçün istifadə olunur. Monitorlar şəklin formalaşdırılması prinsinlərinə görə aşağıdakı növlərə bölünürlər: elektron-şüa borusu, mayekristal və plazma. Plazma və mayekristal monitorlar nazik səth formasında olur, çəkiləri çox kiçik olur.
Printer – kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür.
Modem (modulyator – demodulyator) – əlaqə kanallarının (telefon xətləri,radio kanal və s.) köməyi ilə məlumatları uzaq məsafələrə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur. Konstruktiv olaraq modemlər iki formada olur: daxili və xarici. Daxili modemlər ana plata üzərində olan sistem şinə qoşulur. Xarici modemlər isə ardıcıl Com, USB portuna qoşulur.
Ədəbiyyat Bədəlov T.A., Hacıyev A.M., Atamov F.A. İnformatika və tətbiqi proqramlaşdırma. / Bakı, 2000.
İsmayıl Calallı. Kompüter. Bunu öyrənməyə nə var ki?! / “Nurlar”, 2005
Kərimov S.Q., Həbibullayev S.B. İbrahimzadə T.İ. İnformatika / Bakı, 2003.
Məmmədov F.İ., Tağıyev H.N., İsmayılov M.A. Nəzəri İnformasiya texnologiyaları / Bakı, 2011.