2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR ƏHLİ SÜNNƏ VƏl cəmaat


Dəfdən İstifadə Etmək Üçün Zəruri Olan Şərtlər



Yüklə 0,83 Mb.
səhifə18/40
tarix26.12.2016
ölçüsü0,83 Mb.
#3456
1   ...   14   15   16   17   18   19   20   21   ...   40
Dəfdən İstifadə Etmək Üçün Zəruri Olan Şərtlər: 1. Dəf – yeganə musiqi alətidir ki, yalnız qadınların istifadə eməsinə icazə verilmişdir. Bu dəfin də zilləri olmamalıdır. 2. Dəf – yalnız iki İslam bayramında Ramazan və Quban, bir də toy mərasimlərində ifadə etmək olar. 3. Dəf – yalnız qadınların əhatəsində bunu ifadə edə bilərlər.

Müxaliflərin Gətirdikləri Şübhələr Və Onlara Cavab: İbn Ömər – radıyallahu anhu – nun mövlası Nəfi deyir ki, İbn Ömər – radıyallahu anhu – bir musiqi (tütək) səsi eşitdikdə barmaqları ilə qulaqlarını tutdu və dəvəsini yoldan çəkərək: Ey Nəfi eşitmirsənmi? Mən: «Bəli» dedim. O, da yoluna davam edirdi. Nəhayət xeyr, dedikdə əllərini qulağından çəkdi və miniyini yola geri çevirib dedi: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə idim. Eyni şeyi eşitdi və mənim etdiyim kimi etdi»126.

İbn Həzm – rahmətullahi aleyhi – deyir ki: «Əgər musiqi dinləmək haram olsaydı Peyğəmbər – sallallahu aleyhi və səlləm – onu dinləməyi İbn Ömər – radıyallahu anhu – ya mubah etməzdi. İbn Ömər – radıyallahu anhu – də onu dinləməyi Nəfiyə mubah etməzdi. Əgər bu iş haram olsaydı Peyğəmbər – sallallahu aleyhi və səlləm – tərk edilməsini, onu dinləməyi qadağan etməkdən öncə ona qarşı qulaqlarını tutmağı əmr edərdi». əl-Albani – rahmətullahi aleyhi – «İslam Fiqhində Çalğı Alətləri» adlı əsərində deyir ki: “İlk öncə əs-Səma eşitmək ilə əl-İstima dinləmək arasında fərq vardır?”. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – iki cariyə ilə bağlı hədisdə onları dinləmirdi. Əmir və Nəhy dinləməklə əlaqəlidir. Haramı görməkdə olduğu kimi yalnız hiss etmək ilə əlaqəli deyildir. Haramı görməkdə hökm görmək qəsdi ilə əlaqəlidir. İstəməyərək meydana gələn görmək ilə əlaqəli deyildir. Xoş şeylərlə ətirlənmək də belədir. Ehramlı olan kimsəyə istəyərək ətirlənmək qadağandır. Qəsdi olmayaraq aldığı qoxulardan ötrü onun üçün günah yoxdur. Duymaq, görmək, ətirlənmək, dad almaq və toxunmaqdan ibarət olan beş duyğu üzvü ilə haramların işlənməsində də durum belədir. Bunlarda əmr və nəhy, qulun qəsdi olaraq və əməlnən etdikləri ilə əlaqədərdir. İstəməyərək ortaya çıxan xüsuslar haqqında isə nə əmr, nə də qadağa vardır… İbn Ömər – radıyallahu anhu – bunu dinləmirdi, o sadəcə eşidirdi. Bunda isə bir günah yoxdur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yoldan ayrılması isə daha yaxşı və fəzilətli olanı etmək üçündür. Bu yolunda gedən bir kimsənin bir topluluğun haram sözlər danışdıqlarını eşidib, onu eşitməmək üçün qulaqlarını tutmasına bənzər. Bu daha gözəldir…»127. İbnul Covzi rahmətullahi aleyhi - deyir ki: “Tütəyin səsini eşitməmək üçün İbn Ömər – radıyallahu anhu – belə etdisə, günümüzdə qəsdli olaraq musiqini dinləyənlər barəsində nə demək olar?”128.



Aişə – radıyallahu anhə – rəvayət edir ki, bir dəfə Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənim otağıma daxil oldu. Bu zaman yanımda «Buəs» mahnısını oxuyan iki kölə qadın var idi (Başqa rəvayətdə: Dəf çalan. Onlar müğənni deyildilər). O, döşəkçəyə dirsəklənərək üzünü çevirdi. Bir az sonra içəri daxil olan Əbu Bəkr – radiyallahu anhu – onların səslərini eşitcək üstümə qışqırdı (Başqa rəvayətdə: İki cariyənin üstünə qışqırdı) və belə dedi: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hüzurunda şeytan zınqırovları!». Peyğəmbər: «Əl çək onlardan. Bu günlər bayram günləridir. Ya Əbu Bəkr! Hər bir qövmün bir bayramı vardır bu da bizim bayramımızdır» deyə buyurdu. Onun başı qarışan kimi kölələrə çıxmalarını gözqaş etdim Onlar da otaqdan çıxdılar»129. İmam Bəğavi – rahmətullahi aleyhi - deyir ki: «Buəs ərəblərin təntənəli surətdə qeyd etdiyi günlərdən biridir. Həmin gün baş vermiş əzəmətli bir döyüşdə Aus qəbiləsi Xəzrəc qəbiləsi üzərində qələbə çalmışdı. Kölələrin avazla oxuduqları şerin sözləri isə həmin döyüşə və oradakı qəhrəmanlıq səhnələrinə həsr olunmuşdur. Onun deyilməsində dini cəhətdən də fayda var idi. Əxlaqsız işlərin deyilməsinə, haramlarla qürrələnməsinə və pis sözlərin ucadan ifa edilməsinə gəlincə bu növ mahnılar qadağan olunmuşdur»130.

İbn Həzm – rahmətullahi aleyhi - bu hədisi musiqi alətlərinin halal olmasına dəlil olaraq gətirmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əbu Bəkr – radıyallahu anhu – nun söylədiyi: «Peyğəmbər sallallahu aleyhi və səlləm in hüzurunda şeytan zınqırovları!» sözünə etiraz etməsindədir. Beləliklə bunun mütləq olaraq mubah olduğu və heç bir pis olmayan bir iş olduğudur, buna qaşı çıxanın da heç şübhəsiz ki, xəta etdiyi ortaya çıxmaqdadır». əl-Albani – rahmətullahi aleyhi - deyir ki: «Hədisdə söz edilən belə bir etiraza işarə ilə olsa da belə yer yoxdur. Hədisdə olan etiraz Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Əbu Bəkr – radıyallahu anhu – nun cariyələrin üstünə qışqırmasına (acılamasına) görədir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – də bunu: «Əl çək onlardan. Bu günlər bayram günləridir. Ya Əbu Bəkr! Hər bir qövmün bir bayramı vardır bu da bizim bayramımızdır» sözü ilə iadə etməsidir. Sanki: Ey Əbu Bəkr! Əsl olaraq sənin buna etiraz etməyin doğrudur, lakin bu iki cariyəyə qarşı çıxmaqda xətalısan. Çünki bu gün bir bayram günüdür»131. Şeyx Numan əl-Alusi – rahmətullahi aleyhi - deyir ki: «Əbu Bəkr – radıyallahu anhu – musiqi və çalğı alətlərinin haram olduğunu bilirdi. Əgər Əbu Bəkr – radıyallahu anhu – bunları bilməmiş və açıq bir dəlili olmasaydı Peyğəmbər – sallallahu aleyhi və səlləm – in önünə keçərək onun evində belə bir iş etməsi mümkün olmazdı. Lakin etiraz etdiyi bu işin bayram günündə caiz olduğu nöqtəsi ona qapalı qalmışdır. Buna görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona: «Əl çək onlardan. Bu günlər bayram günləridir. Ya Əbu Bəkr! Hər bir qövmün bir bayramı vardır bu da bizim bayramımızdır» sözü ilə açıqlamışdır. Əbu Bəkr – radıyallahu anhu – nun göstərdiyi bu etiraz Peyğəmbər – sallallahu aleyhi və səlləm – tərəfindən qəbul edilmişdir. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunun “Şeytan zınqırovu” olmasını inkar etməmiş, Lakin bundan bayramda mahnı (şer) oxumağı istisna etmişdir. O, halda mahnı oxumaq bu hədisdə göstərildiyi kimi bəzi çərçivələr daxilində mubahdır (mubahlıqda bütün çalğı alətləri üçün deyil, yalnız dəf üçündür)»132. İbn Həcər – rahmətullahi aleyhi - deyir ki: “Bir qrup sufilər bu hədisi musiqi alətləriylə mahnı oxumağın icazəli olmasına dəlil olaraq gətirmişlər. Onlara rədd olaraq Aişə – radıyallahu anhə – nin digər bir hədisdə belə deməsi bəs edər: “Onlar müğənni deyildilər”133. Əbu Tayyib ət-Təbəri – rahmətullahi aleyhi - deyir ki: «Bu hədis musiqinin qadağan olunması barədə bizim dəlilimizdir. Çünki Əbu Bəkr – radıyallahu anhu – bu işə şeytanın çalğısı adını vermiş, Peyğəmbər – sallallahu aleyhi və səlləm – də Əbu Bəkr – radıyallahu anhu – nun bu sözlərinə qarşı çıxmamışdır. O, ki qaldı Aişə – radıyallahu anhə – yə o zaman o, kiçik yaşda idi. Böyüdükdə isə ondan musiqinin haram olmasından başqa bir şey rəvayət olunmayıb. Qardaşı oğlu Qasım b. Muhəmməd musiqini pisləyərək ona qulaq asmağı qadağan etmişdir. O, isə elmi Aişə – radıyallahu anhə – dən alırdı (Hədisdə deyilir: Ummu Əlqəmə (Aişə - radıyallahu anhə – nin azad etdiyi qul qadın) rəvayət edir ki, Aişə - radıyallahu anhə – nin qardaşı qızları xəstə olduqları zaman Aişə - radıyallahu anhə – yə deyildi ki, bəlkə başlarını qatmaq üçün bir adam çağıraq?» Aişə: «Əlbəttə!» deyib, hansısa bir müğənninin ardıyca göndərdilər. Onu evə gətirdilər. Aişə - radıyallahu anhə – evə gəldikdə uzun saçı olan birisinin başını əsdirərək nəğmə oxuduğunu gördü. Aişə: «Uff! (Bu) bir şeytandır. Qovun onu, qovun onu!» dedi134135. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «Bu hədis Peyğəmbər – sallallahu aleyhi və səlləm – in və səhabələrinin belə bir iş səbəbilə toplanmaq adətlərinin olmadığını da açıqlamışdır. Buna görə də Əbu Bəkr – radıyallahu anhu – buna: «Şeytanın Zurnası» adını vermişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – də cariyələrin bunu söyləmələrini bayram günü olduğunu səbəb gətirərək təqrir etmişdir. Hədisdə də keçdiyi kimi kiçik yaşda olan uşaqların oyun oynamalarına rüxsət verilmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Beləliklə müşriklər bizim dinimizdə istirahət olduğunu bilsinlər»136. İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: “Bu hədis musiqini icazə verənlərə qarşı ən güclü dəlildir. Əbu Bəkr əs-Sıddıq – radıyallahu anhu – bunu “Şeytanın zınqırovu” adlandırdı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – isə onun bu sözlərini qəbul etdi, lakin bu iki hədd-buluğa çatmamış qız uşaqları üçün icazəli etdi. Çünki onların sözlərində günah olan bir şey yox idi. Allah pak və nöqsansızdır, necə də ağıl və fəhm insanı zəlalətə salır”137. İbnul Covzi – rahmətullahi aleyhi - deyir ki: «Bilinən budur ki, cariyələrin yaşı kiçik idi. Çünki Aişə – radıyallahu anhə – nin yaşı da az idi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun yanına cariyələri buraxır və onunla oynayırdılar”138. Cəfər b. Muhəmməd deyir ki: “Mən İmam Əhməd – rahmətullahi aleyhi - dən mahnı oxuyan bu iki cariyənin söylədiyi hansı növ mahnı idi, deyə soruşdum. O: süvari mahnısı idi. Sizə gəldik, sizə gəldik sözləriylə başlayan mahnı (şer) idi».

Musiqini halal görənlər deyirlər ki, bütün alimlər bu ayələrdə musiqi və musiqi alətlərindən söhbət getdiyini söyləməyiblər və sübut olaraq İbn Həzm139 rahmətullahi aleyhi - gətirirlər. Bu sözlər dinin əsaslarını başa düşməyən cahil bir kimsənin sözlərindən başqa bir şey deyildir. Açıq-aydın səhabə təfsiri olduqdan sonra hansı İbn Həzm – rahmətullahi aleyhi - söz gedə bilər? Məgər dini səhabələrdən də gözəl bilən var idi? İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Kim səhabələrin və ondan sonra gələn Tabiinlərn məzhəbini, (Quran) təfsirini onların (söylədiyinə) zidd olan bir şeylə dəyişərsə səhf etmiş və bidət əhlindən sayılır”140. İmam Həkim – rahmətullahi aleyhi - deyir ki: “Elm tələb edən bilməlidir ki, vəhyin nazil olmasına şahidlik edən səhabələrin Quranı təfsir etmələri bizdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən rəvayət edilən kimi qiymətləndirilir”141. “Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir”. (ən-Nisa 115).(Ya Rəsulum!) De: “Həmd olsun Allaha! Salam olsun (Allahın peyğəmbər) seçdiyi bəndələrinə!”. (ən-Nəml 59). İbn Abbas - radıyallahu anhu - deyir ki: “Seçilmiş bəndələr – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələridir”142. “Tövbə edib Mənə tərəf dönənlərin (İslamı qəbul edənlərin) yolunu tut”. (Loğman 15). İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hər bir səhabəsi Allaha yönəlmişdir. Onların yolunu getmək vacibdir çünki Allah özü onları doğru yolla aparmışdır”143. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Həqiqətən alimlərin sözləri şəriət dəlilləri ilə əsaslandırılmalıdır (möhkəmləndirilməlidir). Hərçənd ki, şəriət dəlilləri onların sözləri ilə möhkəmləndirilmir”144. İmam Əvzai – rahmətullahi aleyhi - deyir ki: “Elm – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrindən gələndir. Onların (heç olmasa) birindən gəlməyən elm sayılmaz”145. Suleyman ət-Teymi – rahmətullahi aleyhi - deyir ki: “Əgər sən alimlərin rüxsət verdiyi şeyləri götürsən özündə bütün şərri əhatə etmiş olarsan”146. İbn Ömər – rahmətullahi aleyhi - deyir ki: “Din sənindir! Din sənindir! Həqiqətən sənin canın və qanındır. Ona görə də Dinini kimdən götürdüyünə bax”147.

Musiqini halal sayanlar bu ayələri özləri üçün dəlil saymırlar. Onlar deyirlər ki: Bu ayələr açıq-aydın deyildir. Bir şeyin qadağan olunması üçün aydın dəlil olmalıdır. Necə içkinin qadağan olunması barədə açıq dəlil var musiqi barədə də olmalıdır. Bu da azğınlıqdır. Onların bu sözlərini günümüzdə Yusuf Qardavi deyir, o da İbn Həzimə əsaslanaraq bunları söyləmişdir. Yusuf Qardavi barəsində Şeyx Albani – rahmətullahi aleyhi - deyir ki: “O (Qardavi) şəriətə zidd olan insanlara fətvalar verir. Onda bir çox fəlsəfi fikirlər də vardır. Əgər şəriətdə qadağan olunmuş bir şey varsa o, öz sözləriylə onu zəiflədərək: Bunun qadağan olunması barəsində (Quran Və Sünnədə) açıq-aydın dəlil yoxdur” deyir. Yekdil olan icmanın rəyinə zidd gedərək musiqini halal saymışdır...”148.

Qurani Kərimdə bir çox qadağalar açıq-aydın formada bildirilməmişdir. Lakin onları bizə açıqlayan Peyğəmbər – sallallahu aleyhi və səlləm – və səhabələr olmuşlar. “Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar möcüzələr və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!”. (ən-Nəhl 44). Bu ayə açıq-aydın dəlildir ki, Sünnəyə yönəlməmiş Ayələri axıra qədər başa düşmək olmaz. Əgər tək Quran kifayət olsaydı Peyğəmbərlərə ehtiyac belə olmazdı. Qurani Kərimdə bir çox məsələlər vardır ki, onların nə qədər çirkin olması barəsində Allah xəbər verir, lakin bir başa qadağan olunması barəsində dəlil yoxdur. Lakin bu bizə rəvac vermir ki, bu əməlin halal olmasını söyləyək. Sağlam düşüncə heç vaxt musiqi və musiqi alətlərinin halal olmasını deyə bilməz, bu qədər ayə (təfsir) və hədislərdən sonra.



Müxalif olanlaq qeyd edirlər ki: Dörd imam və başqaları musiqinin halal olmasını söyləyiblər. Ötən səhifələrimizdə Dörd imamın musiqi və musiqi alətlərinin haram olması barəsində söylədikləri sözləri zikr etdik. Bütün bu sözlər onlara atılan yalan və böhtandan başqa bir şey deyildir. İbn Teymiyyə – rahmətullahi aleyhi - Dörd imama isnad edərək musiqinin halal olmasını söyləyən kimsələr barəsində deyir ki: “Bu Dörd imamın adından söylənilmiş yalandır. Onlar (musiqi) və musiqi alətlərinin qadağan olunmasında həmfikir idilər. Onlara görə bir kimsə bu alətləri qırarsa qırılan alətin təzminatını ödəməz. Əksinə onlara görə bu kimi alətləri (alamaq) və ya saxlamaq haramdır”149. İbnul Covzi – rahmətullahi aleyhi - deyir ki: “İlk əsr Şafii alimləri musiqinin haram olmasını söyləyirdilər. Lakin onlardan sonra gələnlər öz nəfsi-istəklərinə uyaraq, elimsiz musiqinin icazəli olmasını söyləmişdilər”150. İbni Salah – rahmətullahi aleyhi - deyir ki: “Musiqi alətlərinə gəldikdə isə onlar məzhəb imamlarına və digər alimlərə görə qadağandır”151. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Musiqi alətlərinin qadağan olunması barəsində imamların ardıcılları arasında heç bir fikir ayrılığı yox idi. Alimlər yalnız musiqi olmadan oxunan şerlərdə ixtilaf etmişlər ki, bu haramdır, makruhdur, yoxsa ki, mubah”152. İbn Həcər əl-Heytəmi – rahmətullahi aleyhi - deyir ki: “Musiqi alətləri olan Gitara, Lyutnya (ud), simbal (üzərinə simlər çəkilmiş qutuşəkilli musiqi aləti), Skiripka, Sitra (üzərinə simlər çəkilmiş üçkünc qutuşəkilli musiqi aləti) və s. kəmağıl və fasiq musiqiçilərdə olan bu alətlər ixtilafsız haramdır. Lakin kim bu məsələdə ixtilaf olduğunu söyləyərsə atrıq xəta etmiş və nəfsi-istəyi onu kar, kor və doğru yolla getməyə mane olmuşdur”153. İbn Rəcəb – rahmətullahi aleyhi - deyir ki: “Musiqi alətlərinin icazəli olması barəsində Saleh Sələflərdən heç bir fikir (söz) yoxdur. Bu kimi əməli yalnız daha sonrakı nəsillər Zahirilər və Sufi əqidəsində olanlar icazə vermişlər. Onların bu rəyləri isə qəbul edilmir. Kim ki, bu əməlin icazə verilməsi barəsində nə isə deyərsə artıq azmışdır”154. İbn Kəsir – rahmətullahi aleyhi - deyir ki: “İmamlar musiqi alətlərinin qadağan olunması barəsində İcma olduğunu söyləyiblər.”155. İmam Şatibi – rahmətullahi aleyhi - deyir ki: “Ərəblərdə musiqi alətləri ilə şer söyləmək onların adətlərindən deyildir”156. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Üç xeyirli əsirdən heç kimsə Saleh Sələflərdən Hicazda, Şamda, Yəməndə, Misirdə, İraq və Xorasanda bu cür fıştırıq, əl çalmaq və baraban səslərinə qulaq asmazdılar. Həqiqətən bu onlardan sonra ikinci yüzillikdə (dinə) salınmışdır. İmamlar bunları gördükləri zaman qadağan etməyə başladılar”157.


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin