2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR ƏHLİ SÜNNƏ VƏl cəmaat


İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT



Yüklə 0,83 Mb.
səhifə6/40
tarix26.12.2016
ölçüsü0,83 Mb.
#3456
1   2   3   4   5   6   7   8   9   ...   40
Musiqi İki Növdür:

1. Haram Olan Musiqi Bura qadınların və kişilərin musiqi alətlərindən istifadə edərək oxumaları və bu mahnının sözlərində dinə zidd olan şirk, küfr, boş və faydasız sözləri istifadə etmələri, qadınların kişilərin məclisində oxumaları, məşhur olana qədər mahnı ilə çox məşğul olmaq, mahnı oxumaq müqabilində pul almaq, pis əməllərə çağıran kimsələrin mahnılarını oxumaq, musiqi alətini dinləmək, musiqi alətlərinə sahib olmaq hər yerdə və hər zamanda, musiqi alətlərinin ticarətini etmək və onu qazanc mənbəyi etmək, musiqi alətlərinin və kassetlərinin satılması və alınması və bunun üçün dükan kirayə götürmək və s. icma ilə haramdır. Bunların hamısı qulu Allahı zikr etməkdən, insanın yaradılış məqsədi olan Allaha ibadətdən, itaətdən təmamilə uzaqlaşdırır.

Mahnı və musiqi qəlblərin sərtləşməsində, xəstələnməsində, Rəhmanın kəlamını dinləməkdən çəkinməkdə, ayə və zikrlərdən təsirlənməməkdə ən böyük səbəbdir. Musiqi qəlbin imandan kasad olmasında, Rəhmanın yolundan uzaqlaşmaqda və şeytanın yoluna düşməkdə və sonun pis qurtarmasına səbəbdir. Musiqi namazın ziddidir. Çünki namaz pis və çirkin əməlləri qadağan edər. Musiqi isə onları əmr edər. Musiqi bəzi kimsələrdə nifaq, bəzi kimsələrdə inadkarlıq, bəzi kimsələrdə yalançılıq, bəzi kimsələrdə isə günahkarlıq izlərini buraxar. Ən ağır buraxdığı izlər isə surətlərə (şəkillərə) aşiq olmaq və iyrənc şeyləri bəyənməkdir. Musiqiyə qulaq asan kimsənin qəlbindən Quranın ləzzəti alınar. Artıq Quran qəlbə ağır gələr, Quranı dinləməyə istəksiz olar və bu da nifaqdan bir parçadır. İbn Məsud – radıyallahu anhu – deyir ki: «Yağış bitkiləri böyüdüb yetişdirdiyi kimi musiqi də qəlbdə münafiqliyi yetişdirir»10.




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin