2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR ƏHLİ SÜNNƏ VƏl cəmaat



Yüklə 0,83 Mb.
səhifə7/40
tarix26.12.2016
ölçüsü0,83 Mb.
#3456
1   2   3   4   5   6   7   8   9   10   ...   40
Musiqi Barəsində Qurani Kərimdə Keçən Ayələr - «İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən xalqı Allah yolundan döndərmək (sapdırmaq) və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız, oyun-oyuncaq sözləri satın alar. Məhz belələrini rüsvayedici bir əzab gözləyir». (Loğman 6). İbn Məsud – radıyallahu anhu – dan ayədə keçən Ləhvəl Hədisin (mənasız, oyun-oyuncaq sözlərin) nə olduğu soruşulduqda o: «Allaha and olsun ki, bu musiqidir» deyib sözünü üç dəfə təkrar etdi11. İbn Abbas – radıyallahu anhu – deyir ki: «Ayə musiqi və bənzəri olan şeylər haqqında nazil olmuşdur»12. İkrimə – rahmətullahi aleyhi - deyir ki: «Ləhvəl Hədisin – Musiqidir»13. İbn Ömər və Cabir b. Abdullah – radıyallahu anhum – rəvayət edirlər ki: «Bunlar səhabələrin böyüklərindən olan dörd kişidir ki, qəti olaraq Ləhvəl Hədisin (mənasız, oyun-oyuncaq sözlərin) musiqi olduğu görüşündədirlər. Səhabənin təfsirinin mötəbər olduğu üsulda qəbul edilən şeylərdəndir. Səhabələr hər hansı bir təfsirdə icma edərlərsə, onların icması dəlil olur. Səhabə və tabiin Ləhvəl Hədisin (mənasız, oyun-oyuncaq sözlərin) təfsirinin Musiqi olduğunda icma etmişlər. Bu görüşdə olduqlarını bildirən bəzi Tabiinlər: Mucahid, İkrimə, Məhkul, İbrahim ən-Nəhai, Ata əl-Xorasani, Həsənul Bəsri, Said b. Cubeyr, Qatadə b. Dəamə, Meymun b. Mihran, Həbib b. Əbi Sabit, Amr b. Şueyb, Said b. Museyyib, Abdulməlik b. Cureyh – Allah Onlara Rəhmət Etsin – bu ayədəki Ləhvəl Hədisin (mənasız, oyun-oyuncaq sözlərin) musiqi deyə təfsir etmişlər14. AbdurRahman əs-Sədii – rahmətullahi aleyhi – deyir ki: “Bu ayə özündə bi çox qadağan olunmuş ifadələri əhatə edir. Boş-boğazlıq (naqqallıq, lağlağılıq), yalan, cəfəngiyat, qeybət, böhtan, təhqir, lənət, nə bu dünyada nə də axirətdə heç bir faydası olmayan şeytanın musiqisi və musiqi alətləri”15.

əl-Albani – rahmətullahi aleyhi – «İslam Fiqhində Çalğı Alətləri» kitabında deyir ki: «Sapdırmaq sözünün əvvəlində yer alan Ləm hərfini əl-Vahidi – rahmətullahi aleyhi - öz təfsirində belə açıqlayır: Aqibət «Ləm»-idir. Yəni belə bir kimsənin sonda düşəcəyi yer sapmaqdır”. İbnul Covzi rahmətullahi aleyhi - deyir ki: «Ləm» illət (səbəb bildirmək) üçün deyildir»16. İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: «Bunu belə açıqlaya bilərik – Musiqi və çalğı alətlərini dinləməyə həvəs göstərən bir kimsədə mütləq elm və əməl etibarıyla hidayət yolundan bir miqdar sapma vardır. Quranı dinləməkdən bir az üz çevirib, musiqi dinləməyə yönəlməkdir. Belə ki, əgər eyni anda musiqi dinləmək ilə Quranı dinləmək ilə qarşı qarşıya qalarsa onu buraxıb musiqiyə yönələr. Quranı dinləmək isə ona ağır gələr. Hətta Quran oxuyanı susdurmaq həddinə də çata bilər və Quran oxuyanın oxumasının uzun olduğunu gördükdə musiqinin daha da davam etməsini istər». İbn Abbas – radıyallahu anhu – deyir ki: «Dəf haramdır, çalğı alətləri haramdır, qaval (davul) haramdır, zurna haramdır»17. İbn Həcər – rahmətullahi aleyhi – müəllimi İbn Muvakkin – rahmətullahi aleyhi – bu ayəyə əsaslanaraq deyir ki: “Oxumaq və Musiqini dinləmək qadağan olunmuş əməllərrdəndir. Hətta musiqi alətlərilə müşayət olunmasa da belə”18.




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin